xxxi
TARİX DƏRSLƏRİNİN TƏŞKİLİNDƏ İKT
İMKANLARINDAN İSTİFADƏ TƏCRÜBƏSİNDƏN
Gültəkin RÜSTƏMOVA
1483
BİNGÖL KENTİNİN TARİHİ HAKKINDA
Könül VƏLİYEVA
1485
QIPÇAQ TAYFALARI VƏ AZƏRBAYCAN
Qumru FƏRHADOVA
1487
2. LAW
1491
DÜNYA TƏCRÜBƏSİNDƏ AZƏRBAYCAN
KONSTİTUSİYA NƏZARƏTİ İNSTİTUTU MODELİ
Vüsal MƏMMƏDOV
1492
AZƏRBAYCANDA İNFORMASİYA CƏMİYYƏTİ:
ELMİ-NƏZƏRİ və HÜQUQİ PROBLEMLƏRİ
Natiq MÜRSƏLOV
1493
İNTERNAT MƏKTƏBLƏRİNDƏ YAŞAYAN VƏ OXUYAN UŞAQLARIN
TİPİK ORTA MƏKTƏBLƏRƏ İNTERQRASİYASI GÜNÜNTƏLƏBİDİR
MÖVZUSU ÜZRƏ APARILMIŞ TƏDQİQAT İŞİNİN TƏQDİMATI
Süsən NƏBİYEVA
1496
ACTIVITY OF THE HUMAN RIGHTS COMMISSIONER OF THE AZERBAIJAN
REPUBLIC FOR PROTECTION OF PEOPLE IN PLACES OF DETENTION
Gunay SULEYMANOVA
1497
RIGHTS OF RELATIVES OF MISSING PERSONS
Sarkhan MURADOV
1498
GƏNC ALİMİN HÜQUQLARI VƏ MÜASİR ELMDƏ YENİ ÇAĞIRIŞLAR
Aqil ƏHMƏDOV
1499
MIGRATION POLICIES AND GOVERNANCE IN
COUNTRY OF ORIGIN AND DESTINATION
Aytakin NURIYEVA
1502
ACTIVITY OF OBBUDSMAN OF AZERBAIJAN FOR
PREVETION OF USE OF FORCE IN PRISONS
Gunay SULEYMANOVA
1503
İNSAN HÜQUQLARININ TƏMİNATI ALİMENT ÖHDƏLİKLƏRİ
Vüsal MƏMMƏDOV
1504
DAHİLƏR ÖLMƏZDİL, TARİXDƏ QOYDUQLARI İZLƏR ONLARI ƏBƏDİ EDİR
Kəmalə ABBASOVA
1506
MADRİD PROTOKOLUNA GÖRƏ ƏMTƏƏ
NİŞANLARININ BEYNƏLXALQ QEYDİYYATI
Səma ARİFLİ
1507
XÜSUSİ MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİNİN ANLAYIŞI
Aysel BABAYEVA
1509
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
794
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI
AZƏRBAYCAN DİLİNİN QƏRB ŞİVƏLƏRİ VƏ TÜRK DİLİNİN QARS
ŞİVƏLƏRİNDƏ QƏDİM TÜRK SÖZLƏRİ
Sevinc QƏMBƏROVA
Gəncə Dövlət Universiteti
sevinc.qemberova@mail.ru
AZƏRBAYCAN
Azərbaycan dilinin qərb şivələrinin yerləşdiyi ərazidə ta qədimdən oğuz tayfalarının
məskunlaşması məlumdur. Bunu göstərən tarixi faktlar və toponimik göstəricilərlə yanaşı,
qərb şivələri leksikasının əsasını təşkil edən qədim türk təbəqəsi də bunu bir daha təsdiqləyir.
Dialektoloji ədəbiyyatda türk dilinin Qars şivələri qarışıq xarakterli şivələr kimi
səciyyələndirilir. Qərb-Oğuz ədəbi ləhcəsinə daxil olan Azərbaycan və türk dilinin təsir
dairəsində olan Qars şivələri ilə Azərbaycan dilinin qərb şivələri arasında kifayət qədər ortaq
leksik material vardır. Qədim yazılı abidələrdə istifadə olunan bir çox sözlər sonradan ədəbi
dil səviyyəsində işləkliyini itirərək öz varlıqlarını şivələrdə qoruyub saxlamışlar.
Aba-“Azərbaycandilinin dialektoloji lüğəti”ndə qərb şivələrinə daxil olan Gədəbəy,
Zəngilan şivələrində bu vahidin “ata”, Cəbrayıl, Şəmkir şivələrində isə “ana” mənasında işlə-
dilməsi qeydə alınmışdır. Məs.: -Abam bi:lləri də kö:nə biniyə aparajax bizi, de:səη
(Gədəbəy).
Yerli Qars şivələrində bu söz “ana, nənə” mənalarında işlədilir. Məs.: -Ebem varıdı.
Yüz on yaşında. Ebem de artıh, ayıb olmasın, bizim yanımızda yatir. Kaşğarinin lüğətində aba
“ana” mənasında verilərək oğuzca olduğu qeyd edilmişdir.
Aşığ.Kaşğarinin lüğətində bu söz aşuk şəklində verilərək “insanın topuq sümüyü, topuq
aşığı” kimi izah edilmişdir. Lüğətdə aşukladı “aşığına vurdu, “ol anı aşukladı=o onun aşığına,
aşıq sümüyünə vurdu”, (aşuklar-aşuklamak) nümunəsi də verilmişdir.
Qarsın hənək türkmənləri şivəsində bu söz “aşığ” şəklində istifadə olunur. Məs.: -Burç
namında bir kimse varıdı. Çok böyük bir adamıdı ki Nufun tufanında gırh arşın sular üsgeldi;
onun aşığına ancah çıhardı.
Bildiyimiz ki, bölgələrdə “aşığ-aşığ” adlanan uşaq oyunu da var. Belə ki, uşaqlar mal-
heyvanların topuq sümüklərini toplayaraq onlarla oyun oynayırlar. Göründüyü kimi, bu
oyunun adında da bu söz mühafizə edilmişdir. Qars tərəkəmələri şivəsində də buna rast
gəlinir. Məs.: -Cızın ortasına aşıh dizerih, dört beş tane; -Kim utsa aşu udar.
“Kitabi-Dədə Qorqud”da bu söz işlədilmişdir. Məs.: -Məgər sultanım, Dirsə xanıη
oğlancığı, üç dəxi ordı uşağı meydanda aşuq oynarlardı; -Altun aşıq oynar Sancıdanıη bəgləri.
Boşanax- asanlıqla yarılan (odun). Bu söz Azərbaycan dilinin Zəngilan şivəsində qeydə
alınmışdır. Gürcüstan ərazisindəki Azərbaycan dili şivələrində də bu söz işlədilir. Məs.: -Bir
az boşanax bağla, a bala.
Qars tərəkəmələrinin şivələrində bu söz olduğu kimi qorunub saxlanılmışdır. Məs.: -
Torpah çoh boşanağıydı. Bir yer açıldı. Külegiren aşağa tüşdü.
Kaşğarinin lüğətində bu sözün ilkin forması “boşutğan” şəklində qeydə alınmışdır və
ifadə etdiyi məna “bu ot ol karın boşutğan = bu, ishal yaradan dərmandır. Çox vaxt bir şeyin
qatılığını, sərtliyini yumşaldan nəsnəyə də belə deyilir” kimi izah edilmişdir.