Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun
variant
5/15
Şəkil 5.5 Standart Qoruyucu Kəmər Dizaynı
5.4.2.2 Qazma dəstinin yağlanması
Hər hansı qazma işlərindən əvvəl qazma qurğusu briqadası qazma dəstinin yivlərinin
zədələnmədən qorunması üçün birləşmələrin daxili səthinə boru yağı çəkəcək. Boru yağı
birləşmələrin yüksək fırlanma şəraitlərində bir-birinə yapışmasının qarşısını alan sürtgü
yağıdır. Bu məqsəd üçün əsasən BESTOLIFE 3010 Ultra (Dənizdə istifadə olunan
kimyəvi
maddələr barədə bildiriş sxemi (OCHS Kateqoriya E) və ya tərkibində ağır metal olmayan
analoji sürtgü yağından istifadə olunacağı nəzərdə tutulur, müəyyən əməliyyatlar, o cümlədən
boruların birləşdirilməsi və etibarlılıq və təhlükəsizlik məqsədi üçün əlaqədar tamamlama
işləri, üçün isə tərkibində cüzi miqdarda ağır metaldan azad boru yağı (məs. Weatherford
Yağlayıcı kipkəc (BB)) istifadə ediləcək. Səthi və lülələrin üst
hissəsini qazan zaman dəniz
suyu və PHB məhlulu ilə (42 və 32” lülə sanksiyaları) və SƏQM şlamları ilə (geotexniki lülələr
və 28” lülə intervalı) dənizə az miqdarda boru yağı atılacağı gözlənilir.
5.4.2.3 Sualtı geotexniki çərçivə
Hər bir cinahda geotexniki lülələr qazılmazdan əvvəl Şəkil 5.6-da göstərildiyi kimi, qazma
zamanı qazma sütununu idarə etmək üçün su altında poladdan hazırlanmış çərçivənin
quraşdırılması planlaşdırılır. Yerinə quraşdırılan kimi çərçivə dəniz
suyu ilə doldurulmuş şlanq
vasitəsi ilə buruq qurğusundan fəaliyyət göstərən qreyfer istisna olmaqla, statik vəziyyətdə
olacaqdır. Qazma işləri tamamlandıqdan və şlanq ayrıldıqdan sonra dənizə az miqdarda
dəniz suyu atqısı gözlənilir.
Section Length
155m
630m
1000m
400m
285m
1500m
700m
42"
32"
28"
22"
16½"
12 ¼”
8 ½”
28" Liner
22" Casing
18" Liner
13 ⅜" x 13 ⅝" Liner and Tieback
11 ¾" Liner
5 ½” x 7" Liner
36"
Hole Size
Casing Size
18"
16"
2900m
1000m
16" Liner
10" x 10 ¾" Liner & Tieback
TREE
Quyuağzı avadanlıq
İstiqamətləndirici
lülə kəsiyi
Qoruyucu
kəmərin ölçüsü
28”
lülə quyruğu
22” qoruyucu kəmər
18” lülə quyruğu
Kəsiyin
uzunluğu
16” lülə quyruğu
13 3/8" x 13 5/8" Lülə quyruğu və
birləşdirici
11 3/4" lülə quyruğu
10” X 10 3/4” lülə quyruğu və
birləşdirici
5 1/2” X 7” lülə quyruğu
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/16
Şəkil 5.6 Sualtı Geotexniki Çərçivə
Geotexniki qazma işlərinin tamamlanmasından sonra çərçivə dəniz dibindən təxminən 0.9m
uzadılacaqdır. Geotexniki qazma işləri tamamlanan kimi çərçivənin öz yerinə qoyulması
planlaşdırılır. Çərçivə poladdan hazırlandığı üçün hərəkətsizdir. Onun tərkibində kimyəvi
maddələrin atqısı ilə nəticələnəcək komponentlər yoxdur. Çərçivə suyun dibinə keçdiyinə görə
və dəniz dibindəki çöküntülərin sorma qüvvəsi ilə əlaqədar onun çıxarılması üçün yüksək
təzyiqli su şlanqlarından istifadə edilərək dəniz dibi çöküntüləri axınla yumaq lazım gələ bilər.
Bu da dəniz dibinə əlavə müdaxilə ilə olunması deməkdir. Çərçivənin yerində saxlanılması
ətraf mühit baxımından üstünlük verilən variant kimi nəzərdə tutulur.
5.4.2.4 Qazma flüidləri və şlamın yaranması
Pilot və Geotexniki lülələr və yuxarı 42”, 32” və 28” lülə intervalları
Tələb
olunarsa, pilot və geotexniki lülələr SƏQM sistemindən istifadə edərək qazılacaqdır ki,
bu sistem şlamları qazma kolonnası ilə aşağı sıxaraq quyu lüləsi ilə geriyə - dəniz dibinə
vurur. Qazma şlamları birbaşa dəniz dibinə atılacaq. Lülələr sonra layihələndirilən
ağırlaşdırılmış SƏQM-dən istifadə edilərək boşaldılacaqdır. Tələb olunarsa, lülələr arasındakı
flüidlərə nəzarət etmək üçün su əsaslı “ölü” məhlullardan istifadə ediləcəkdir.
Hər bir quyunun 42” və 32” lülə intervalları birbaşa dəniz dibinə axıdılan qazma şlamları ilə,
dəniz suyu sistemindən istifadə edilərək qazılacaqdır. Qazma zamanı quyu lüləsi yüksək
özlülüyə malik öncədən hidratlaşmış bentonit (PHB) məhlulu ilə təmizlənəcək. 36” və 28”
diametrli qoruyucu kəmərlər 42” və 32” lülə intervallarının qazılmasının ardınca
ona uyğun
quraşdırılacaq. Quyu lüləsinin 32 düymlük hissəsinin qazılmasından sonra 28 düymlük
qoruyucu borunun quraşdırılması zamanı quyuya nəzarət etmək üçün quyuya ağırlaşdırılmış
su əsaslı məhlulun vurulması planlaşdırılır. 36” və 28” qoruyucu kəmərləri sonrakı qoruyucu
kəmər kolonnalarının yükünə kömək etmək üçün layihələndirilmişdir.
36” və 28” qoruyucu kəmərləri quraşdırıldıqdan sonra ağırlaşdırılmış su əsaslı qazma məhlulu
(SƏQM) sisteminin köməyi ilə 28” lülə intervalı qazılacaq, bu sistem quyu lüləsini stabilləşdirir
və quyu lüləsi divarlarının təzyiqinin artmasına imkan verir.
Pilot və geotexniki lülə və quyuların yuxarı hissəsi üçün bundan əvvəlki ŞD quyularında
istifadə edilmiş məhlullarla eyni parametrlərə və ekoloji
göstəricilərə malik olan PHB
məhlullarından və SƏQM-dən istifadə etmək təklif edilir (Ekoloji göstəricilər/toksiklik barədə
məlumatlar üçün Fəsil 9-a istinad edin). Təmizləyici/qazma məhlulunun tərkibini dəyişmək və