12
il) qərarları. Bu qərarlarla kənd təsərrüfatı istehsalının yüksəl-
dilməsi, onun inkişafının intensivləşdirilməsi və ixtisaslaşdırıl-
ması əsasında respublika iqtisadiyyatının gələcək dinamik inkişaf
proqramları qəbul olunmuşdu.
1970–ci ildə keçmiş SSRİ Meliorasiya və Su Təsərrüfatı
Nazirliyinin tabeçiliyində xüsusi tikinti təşkilatı - “Azərsutikinti”
Baş idarəsi yaradıldı. Respublikanın meliorasiya və su təsərrü-
fatına İttifaq hökuməti tərəfindən sərmayə qoyuluşu artırıldı.
1970–1980–cı illərdə bir sıra mühüm əhəmiyyətli meliorasiya və
su təsərrüfatı obyektləri inşa edilib istismara verildi.
Həmin illərdə Sərsəng, Madagiz, Araz, Arpaçay, Sirab su
anbarları və su elektrik stansiyaları, Mil–Muğan hidroqovşağı,
Tərtərçay, Baş Mil–Muğan hidroqovşağı; Tərtərçay, Baş Mil,
Yuxarı Mil, Yeni Xan qızı, Caqar–cibir magistral kanalları;
Naxçıvan MR–də üçpilləli Qaraçuq və ikipilləli Arpaçay nasos
stansiyaları; Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi,
Zaqolovoçay su anbarı, Lənkərançay su anbarı kompleksi; Mər-
kəzi Muğan və Cənub–Şərqi Şirvan qış otlaqlarının su təminatı
sistemləri və s. kimi yüzlərlə obyekt tikilib
istifadəyə verildi ki, bu
da respublikanın müxtəlif zonalarında kənd təsərrüfatı sahələ-
rindən yüksək məhsuldarlığın əldə edilməsinə imkan verdi.
1969–1982–ci illərdə meliorasiya və su təsərrüfatı komplek-
sinə Sovet hakimiyyəti dövrünün əvvəlki 50 ili ərzində qoyulan
vəsaitdən 2 dəfə artıq vəsait yönəldilmişdir. Həmin illərdə apa-
rılmış geniş quruculuq işləri nəticəsində suvarılan torpaqların
ümumi sahəsi 1,5 dəfədən çox artmış, kənd təsərrüfatı sahəsində
böyük nailliyyətlər əldə olunmuşdur.
1993–cü ildə meliorasiya və su təsərrüfatı sahəsi öz inkişa-
fının yeni mərhələsinə qədəm qoydu, bu sahəyə diqqət və dövlət
qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağıdıl-
masının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yol-
ları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi.
Ölkə iqtisadiyyatında yaranmış gərginliyə baxmayaraq, hər
il meliorasiya və su təsərrüfatı sistemlərinin istismarına müəyyən