E.A.MƏMMƏDOVA
MELİORATİV HİDROGEOLOGİYA
Ali məktəblərin bakalavr pilləsi üçün dərslik
Azərbaycan Respublikası Təhsil
Nazirliyi Bakı Dövlət Universitetinin
18.03.16 tarixli R-33 saylı əmri ilə
dərslik kimi təsdiq olunmuşdur.
BAKI-2016
Elmi redaktoru:
Meliorasiya və Su təsərrüfatı ASC-nin
Hidrogeoloji-meliorativ xidmət idarəsi, “Hidrogeoloji-meliorativ
məlumatlar və Innovasiyalar mərkəzi”nin rəisi t.e.f.d. S.Ə.Əliyev
Rəy verənlər:
Az.Hidrotexnika və Meliorasiya EİB-nin “Meliorasiya
olunmuş torpaqların mənimsənilməsi” bölməsinin müdiri: a.e.f.d.
E.İ.Rufullayev
AMEA Torpaqşünaslıq və Aqrokimya Institutunun “Tor-
paqların meliorasiyası” laboratoriyasının rəhbəri: a.f.d.
M.Q.Mustafayev
Meliorasiya və Su təsərrüfatı ASC-nin Hidrogeoloji-meli-
orativ xidmət idarəsinin baş mühəndisi: t.e.f.d. Ş.M.Əmişov
Az. Hidrotexnika və Meliorasiya EİB-nin aparıcı elmi
işçisi: g.m.f.d. Ç.C.Gülməmmədov
Məmmədova Esmiralda Allahverdi qızı. Meliorativ hid-
rogeologiya. Dərslik.Bakı, “Ləman nəşriyyat poliqrafiya”MMC,
2016,268s.
«Meliorativ hidrogeologiya» fənninin tədrisi zamanı meliorativ hidro-
geologiyanın əsasları, meliorasiya olunmuş torpaqların hidrogeoloji şəraiti
və yeraltı suların rejimi və balansının formalaşmasının ümumi qanunauy-
ğunluqları, torpaqların şorlaşması və şorəkətləşməsinin əsasları, hidrogeolo-
ji-meliorativ rayonlaşdırmanın prinsipləri haqqında ətraflı şərh olunur.
M 1801000000-24
2016
©
“Ləman nəşriyyat poliqrafiya” MMC,2016
3
ÖN SÖZ
Təqdim edilən dərslik 050603 Hidrogeologiya mühəndisliyi
ixtisaslı bakalavrlar üçün işçi tədris planında İPFS-B01 şifrli Peşə
hazırlığı üzrə seçmə fənn kimi tədrisi nəzərdə tutulmuş «Meliorativ
hidrogeologiya» fənni üzrə dərsliyin yazılması sahəsində ikinci
təşəbbüsdür. 1997-ci ildə Ə.K.Əlimov və müəllif tərəfindən “Melio-
rativ hidrogeologiya” adlı dərs vəsaiti kiril qrafikası ilə çap olunmuş-
dur. Lakin sonradan həmin dərs vəsaitinə bir sıra yeni elmi məlu-
mat və materialların əlavə edilməsi ilə eyni adda, lakin tamamilə
yeni bir formatda dərslik hazırlanmışdır. Bu dərslik «Hidrogeologiya
mühəndisliyi» ixtisaslı bakalavr hazırlığı üçün müəllif tərəfindən
nəşr edilmiş tədris proqramına tam uyğun hazırlanmışdır.
Dörd fəsildən ibarət olan dərslik, meliorativ hidrogeologiyanın
müxtəlif problemlərinin araşdırılmasına və həllinə həsr olunmuşdur.
Dərsliyin hazırlanmasında D.M.Kats və V.M.Şestakovun «Me-
liorativ hidrogeologiya», o cümlədən S.M.Kazımov, A.V.Səfərov və
Q.Ş.Şirinovun “Su təchizatı və mühəndisi meliorasiya”, Ə.K.Əlimov,
E.A.Məmmədovanın “Meliorativ hidrogeologiya”, Ə.K.Əlimovun
bir sıra elmi əsərlərindən (ədəbiyyat siyahısı təqdim olunur),
E.A.Məmmədovanın “Su təchizatı və meliorativ hidrogeologiya”,
“Hidrogeoloji tədqiqat üsulları” və “Yeraltı suların dinamikası” kimi
dərsliklərindən, R.H.Məmmədov, X.F.Cəfərov, A.C.Həşimov, Os-
manov T.Ə., Ə.Ə.Verdiyevin “Azərbaycanda torpaqların meliora-
siyası” adlı elmi əsərindən, o cümlədən müəllifin şəxsi tədqiqatla-
rının nəticələrindən istifadə edilmişdir.
Materialların ifadəsində meliorativ hidrogeologiyanın – hid-
rogeoloqların istehsalatda həll etməli olduğu bir sıra təcrübi məsələ-
lərinin təhlilinə xüsusi yer verilmişdir.
Nəzəri material təcrübi məşğələlərlə müşayiət olunmalıdır.
Dərsliyin keyfiyyətinin gələcəkdə daha da yaxşılaşdırılması üçün
rəylər, tənqidi iradlar və təkliflər müəllif tərəfindən minnətdarlıqla
qəbul olunacaqdır.
Müəllif
4
GİRİŞ
MELİORATİV HİDROGEOLOGİYANIN
MƏZMUNU, MƏQSƏDİ VƏ İNKİŞAF
MƏRHƏLƏLƏRİ
„Meliorativ hidrogeologiya” - hidrogeologiya elminin tətbi-
qi qoludur, məqsədi - meliorasiyanın hidrogeoloji əsaslandırıl-
masıdır.
Meliorativ hidrogeologiya torpaqların məhsuldarlığının ar-
tırılması və kənd təsərrüfatı əkin sahələrindən yüksək və daya-
nıqlı məhsulun əldə olunması məqsədilə hidrogeoloji şəraitin öy-
rənilməsi və onun yaxşılaşdırılması üçün tədbirlərin işlənib ha-
zırlanması ilə məşğul olur.
Meliorasiyanın hidrogeoloji əsaslandırılması aşağıdakı mər-
hələlərdə həyata keçirilir:
1. Meliorasiya obyektlərinin mövcud hidrogeoloji şəraitinin
öyrənilməsi və qiymətləndirilməsi;
2. Optimal layihə həllinin seçilməsi məqsədilə layihələndi-
rilən meliorasiyanın təsiri altında hidrogeoloji şəraitin dəyişmə
proqnozunun tərtibi;
3. Həyata keçiriləcək meliorativ tədbirlərin (suvarma, dre-
naj və digər) layihələndirilməsi;
4. Meliorasiya məqsədilə sugötürücülərin hesablanması;
5. Torpaqların meliorativ vəziyyətinə nəzarət.
Meliorasiyanın hidrogeoloji əsaslandırılması prosesində bü-
tün mərhələlərdə geoloji mühitin mühüm elementlərindən olan su
və torpaq ehtiyatlarının mühafizəsi məsələsi həll olunur.
“Meliorativ hidrogeologiya” - hidrogeologiyanın digər sa-
hələri – “Regional hidrogeologiya”, “Yeraltı suların dinamikası”,
“Hidrogeokimya”, “Yeraltı suların rejim və balansı”, eyni za-
manda meliorativ elmlə – “Meliortaiv torpaqşünaslıq”, “Melio-
rativ coğrafiya” və “Suvarılan torpaqların hidrogeologiyası” ilə
sıx əlaqədardır.
Dostları ilə paylaş: |