9
rində fəlsəfi suallar bədiiliyə çevrilir, yumorla
ciddiyyət bir-birinə hörülür. Bu bədii söz löv-
həsində xalq şeirimizin hikmət və yumorları
duyulur.
“Yox”dü Dünya, “Var”dı Dünya,
Bir az da hamardı dünya.
Onsuz da bazardı dünya
Kədərdən daş başım çoxdu.
Mehdi Calalın şeirləri poeziya nümu-
nəsidir. Şeir onun ictimai və estetik narahatlığı-
nın məhsuludur. Onun qələmi artıq sınaq ovqa-
tını keçib, üslubu özünü tutub”.
İllərlə, çapını gözləyən bu şeirlər kitabı
mövzularına görə dörd fəsilə bölünmüşdür. “Bu
dünya bir qərib yerdi,” “Günəş olan zaman-
zaman bölünməz”, “İnnən belə yön tutmağa
qapım yox,” və “Göz yaşından çiçək bitməz,”
başlıqları ilə verilmişdir. Hər fəsil adına uyğun
bir bənd şeirlə süslənmişdir.
Şairin poeziyasının dili sadə, axıcı, saf-
dır. Poeziyaya aidiyyatı olmayan təmtəraqlar-
dan, bər-bəzəklərdən, müqayisə və bənzətmə-
lərdən çox uzaqdır. Şerlərində xalq yaradıclığı-
nın nəfəsi var.
10
Özünün də saz çalmağı və həzin ifası olduğunu
deyirlər. Amma qeyd etdiyi kimi eşq, işıq, şıx
və s. sözləri ilə bir qəbildən olan “aşıq” adını
yalnız ustad sənətkarlara yaraşdırır.
Mehdi Calalın poeziya dünyası açıq və
aydındır. Orada layiqli olmayan, qarışıq, anla-
şılmaz, yəni dumanlı heç nə yoxdur.
Şeirləri (90-cı illərdən) vaxtaşırı res-
publikamızın almanax, qəzet və jurnallarında
dərc olunmuş, televiziya və radio dalğalarında
səsləndirilmişdir.
Kitaba müəllifin müxtəlif illərdə qə-
ləmə aldığı şeirləri daxil edilmişdir. Bu şerlərdə
Vətənə bağlılıq, yurd həsrəti, ata-ana müqəd-
dəsliyi, saf məhəbbət duyğuları, fəlsəfi düşün-
cələr və nəhayət Böyük Yaradana dərin sevgi
ən səmimi şəkildə öz ifadəsini tapmışdır.
Şair dostlarından İbrahim İlyaslı
(AYB-nin Sumqayıt bölgəsinin katibi, Ə.Kərim
adına Poeziya evinin direktoru) onun yaradıcılı-
ğına müraciət edərək yazır: “Şairliyin təkcə
sənətkarlıq, peşəkarlıq deyil, məxsusi həyat
tərzi, məxsusi ömür formulası olması qənaətinə
çoxdan gəlmişəm. Milliyyətindən, dinindən,
yaşadığı çoğrafi məkandan asılı olmayaraq,
bütün yer üzünün şairləri üçün bu formulanın
eynicə olması da mütləqdir. Klassik söz
11
sahiblərinin tale və tərcümeyi-halları söylədik-
lərimə ən tutarlı sübutdur”.
Bütün zamanlarda şair yaranmışlarla
yanaşı, xammalı söz olan “Nəzm fabrikaları” da
mövcud olmuşdur. Və bu “Fabrikalar”da quraş-
dırılmış “Dəzgah”ların söz müstəvisindən doğ-
radıqları düzbucaqlı fiqurlar şəkilcə oxşadıqla-
rından ilk baxışda insanları çaşdıra da bilmişdir.
Bununla belə duyğularını sərvaxt saxlayanlar
şeiri bu düzbucaqlılardan, şairi bu “müəssisə”-
lərin əməkçilərindən seçib-ayırmışlar. Diqqətlə
baxsaq, duyğularımızı yönəltsək, görərik ki, in-
di də eynicə mənzərədir...
Yüksək sənətkarlıqla hazırlanmış bir
süni “gül” böyük bir çəmənzarlıqda yerləşdiril-
ərsə, onu kənardan seyr etməklə təbii güllərdən
seçmək mümkündürmü? - sualına rəssam dos-
tun “mümkündür” deyə cavab verməsi bu qəna-
ətimdə yanılmadığıma məni bir daha inan-dırdı.
Şeir təbii güllər kimi canlıdır. Bir şeiri baş-
qasından təbii rəngi, fərqli ətri və özünə-məxsus
tamı ilə seçib ayırırlar.
Elə bilirəm ki, çətinliklə də olsa fikrimi
çatdıra bildim. İntahası eyni zamanda onu da
fikirləşdim ki, mən bu sözləri söyləyəndə guya
nə olacaqmış ki? Bununla nəyi dəyişmiş ola-
cam? Heç nəyi. Sadəcə bu söhbətin çağdaş
12
poeziyamıza və Mehdi Calala birbaşa dəxli var.
Özü demiş.
Bir ömür yol getdim kefli dünyada,
Nə dəyişə bildim, mən kiməm axı?!
Dostum Mehdi Calala demək istəyirəm ki,
bu çətin sualın asanca cavabının bir hissəsini
özün gözəl vermisən. Təvazökarlıq və alicənab-
lıq eləyib qalan hissəni bizlərin umuduna əma-
nət eləmisən:
O kimdi - bir təmiz Allah bəndəsi,
O kimdi - bir halal kişinin oğlu.
Sorublar haqqımda söhbət düşəndə;
- Nəçidi o Calal kişinin oğlu?
Hər ani fitnə-fəsadların təzyiqi və təsiri
altında keçən bu dünyada halal bir ömür yaşa-
mış, sağlığında rəhmətini qazanıb indi Tanrı
dərgahında bulunan rəhmətlik Calal kişinin oğ-
lu Mehdi şairdir. Yazdıqlarıyla, həyat tərzi ilə,
ömür formulasıyla təpədən dırnağacan, qəlbdən
səsəcən şair doğulmuşlardandır. İndi isə mənim
ilk baxışda bir az da tərifə oxşayan bu yazıma
da öyzənbillah ehtiyacı yoxdur. Çünki onun
haqqında bundan da gözəl fikirləri hal əhli olan
13
hər kəs söyləyə bilərdi. “Görükən dağın dibi
yaxın olar” deyiblər.
Görünən dağa bələdçi nə lazım - söyləyən
bir el misalımız da var. Mən də sənə əziz oxucu
bələdçilik etmək fikrindən tamam uzağam. Sa-
dəcə Mehdi mənim sayğılı dostlarımdan və sev-
diyim şairlərdən olduğundan səninlə də dərd-
ləşmək imkanındayam. Tanrı eşqinizi uca elə-
sin. Allah amanında!”
14
Dünya ədəbiyyatına bu vaxta qədər bir-
birindən əsaslı şəkildə fərqlənən qüdrətli söz us-
taları bəxş edən müasir Azərbaycanda oxucula-
rın ruhunu oxşayan yeni söz söyləmək, həm
klassiklərimizi, həm də həmkarlarını təkrar et-
məmək çox çətindir. Söz sənətini yaradan və in-
kişaf etdirən yazarlarımızın keyfiyyətcə inkişa-
fından daha çox kəmiyyətcə çoxaldığı bir za-
manda bu çətinlik xüsusilə diqqəti cəlb edir.
Bütün
dövrlərdə ədəbiyyatın qarşısında
duran əsas vəzifə zamanın nəbzini tutan, xalqın
istək və arzuları ilə səsləşən, həm məzmun, həm
də formasına görə oxucuların hiss və duy-
ğularına təsir edən, oxucuları müxtəlif cəhətdən
tərbiyələndirmək olmuşdur.
Həyat hadisələrinin söz ustalarına təsiri
və onların bu hadisələri sözlə necə əks etdirə
bilmələri, müəyyən fikirləri daha doğru, düzgün
və obrazlı təsvir etmək üçün müvafiq sözlərdən
bəhrələnmək bacarıqları spesifik xüsusiyyətlə-
rinə görə bir-birindən fərqlənməsəydi, onda
dünyada rəngarəng sənət əsərləri yaranmazdı.
Bütün
sənət əsərlərinin meydana gəlmə
prosesi eyni olsa da, onları yaradan sənətkarlar
da bir çox cəhətdən bir-birindən fərqlənir. Əv-
vələn, şairləri digər peşə sahiblərindən fərqlən-
dirən əsas cəhət onların yüksək hissiyata malik
Dostları ilə paylaş: |