54
- tərbiyə üçün;
- biznes üçün.
c) Müxtəlif şəraitlərdə "böyüklərə hörmət et" ümumi
əxlaqi normanı tətbiq edin:
- şəhərətrafı avtobusda,
sizə yer göstərilib, amma yaşlı
insanda bilet yersizdirsə;
- sizdən vəzifədə böyük əməkdaş istirahət günündən
imtina etməyi və hesabatı hazırlamağa ona kömək etməyi xahiş
edir;
- söhbətdə
müdir səhv fikri deyir, özü də bilə-bilə;
- müəllim avtomatik məqbulun yazılmasına söz verdi,
amma indi öz sözündən
imtina edir;
Öz cavab variantını yaz.
d) " Allahdan başqa sitayiş ediləcək bir məbud yoxdur"
vəsiyyəti əvvəlcə bütpərəstlərin bütlərinə qarşı yönəldilmişdi.
Amma istənilən pərəstişgahların əxlaqi ziyanı nədədir? Və İsa
peyğəmbərin özü pərəstişgah deyilmi? Öz cavabını əsaslandır.
e) Yazılmışdır: " öldürmə". Sizcə, bu norma kimə aid
edilmir:
- ağcaqanadlara;
- bütün
heyvanlara;
- yadplanetlilərə;
- Vətən düşmənlərinə;
- mənim şəxsi qatillərimə.
Öz cavabınızı əsaslandırın.
Ədəbiyyat
1.
Гусейнов А.А
., Иррлиц Г. Краткая история этики. М.:
1987
2.
Словарь по этике. Под ред. О.Г.Дробницкого и
И.С.Кона. Издание второе. М.: 1970
55
Mövzu 3. İntibah və reformasiya dövründə əxlaqi
nəzəriyyələr
İntibah dövründə hedonizmə və asketizmə münasibət.
Piko Della Mirandola. C.Bruno. M.Monten. Mənəviyyat və
dövlət
mənafeləri
arasında
münasibətlər
problemi
(N.Makiavelli). Kapitalizmin inkişafı və protestant etik
nəzəriyyələri. T.Hobbsun əxlaqi ideyaları. Əxlaq və ağıl
(T.Hobbs). C.Lokk sonradan yaranmış əxlaqi keyfiyyətlər
haqqında. Dekart əxlaq haqqında. B.Spinoza əxlaqi
avtonomiya problemləri haqqında («Etika»). A.E. Şeftsberi
mənəviyyatın ictimai və sinfi məzmunu barəsində. Mandevill və
Hatçeson əxlaqın cəmiyyətin iqtisadi tələblərinə tabe olunması
barəsində. Burjua əxlaqının ziddiyyətliliyi. A.Smitin simpatiya
etikası. D.Jum hisslər üzərində qurulan etika haqqında.
3.1. Tarixi idrakda etik ideyalar. İntibah dövründə
etik nəzəriyyələr
Məlumdur ki, əxlaq haqqında təsəvvürlər, ictimai şüurun
tərkib hissəsi olaraq, həm də tarixi yaddaş kimi çıxış edir (məs.,
əfsanələr, adət-ənənələr, ibadətlər və s.). Bu təsəvvürlər sosial
inkişafın məhsulu olaraq, mədəniyyətin tərkib hissəsi kimi
nəsildən-nəslə ötürülür. Mədəni amilin rolu burada
müstəsnadır. İnsan dövrü, zəmanəni müəyyən mədəni çərçivədə
qavrayır. Bununla belə əks təsir də gedir: tarixi zamanın
qavranılması formaları daha sürətlə mövcud mədəniyyət
növünün formalaşmasına təsir göstərir. Tədqiqatçılar haqlı
olaraq qeyd edirlər ki, “tarixi proses insan tərəfindən öz tarixi,
sosial təbiətinin qruplaşdırması prosesidir. Şüurda keçmişi
57
haqqında təsəvvürlər belə şəraitdə mistik və ya rasional-utopik
xarakter (məsələn, esxatoloji və yaxid teoloji) daşıyırdı
1
.
Beləliklə, hesab etmək olar ki, tarixi idrakda və onun
üzərində yaranan tarixi şüurda əxlaq və digər sosial həyat
sahələri haqqında təsəvvürlər dünyagörüşün, mədəni əsasların
necə olduğundan asılı olaraq formalaşırdı: həmin əsaslara
kosmosentrizm ideyalarını tətbiq edirdilər. Burada möcüzələrə,
fövqəl dünyaya, cadugərliyə və s. inam çox güclü idi. Səma,
tərkidünyalıq ideyaları burada həm şeytan əməlləri, həm də
feodal reallıqlar haqqında təsəvvürlərlə uzlaşırdı.
Nəticədə insanın günahlara batmış bir varlıq olduğunu,
həmin günahlardan qurtarmaq üçün insanda əzm və bacarığın
insanda olmadığını sübut etməyə çalışan Avqustin kimi
tədqiqatçılar hesab
edirdilər ki, məhz qeyd edilənlərə görə insan
özünü xilas edə bilməyəcəkdir. Bu fikirlə yanaşı başqa
təsəvvürlər də formalaşmaqda idi: axirət gününə qədər insanlar
alın tərilə öz tikə çörəyini qazanmalı, var qüvvəsilə
“günahlarını” yaxşı əməlləri ilə “yumalı” idi. Tədricən dünya
kosmoloji
müstəvidən
əxlaqi-etik
müstəviyə
doğru
istiqamətlənməyə başladı. “Adəmin ilk günahı” insanı onu
əhatə edən dünya qaçılmaz şər qüvvələrin dünyası kimi
baxmağı məcbur edirdi. Teoloqların hesab etdiyi kimi, real,
günahlara batmış dünya nifrətdən başqa heç nəyə layiq deyildir.
Belə bir psixoloji mühitin formalaşmasına həm də ölkədaxili və
ölkələrarası sonsuz çəkişmələr, münaqişələr təsir etmişdir.
Kilsə, monastır insan üçün həmin məsələlərin həllində bir növ
mənəvi sığınacaq rolunu oynamışdır. Tərkidünyalıq idealı
antisosial
mahiyyət
daşıyırdı,
ona
görə
də
kilsə
ideologoiyasında tədricən insan həyatına yeni qiymət verilirdi,
dünyəvi həyatın müsbət tərəflər də göstərilirdi. Dünyəvi
məziyyətlərdən faydalanmaq olar, lakin onlara bağlılıq gərək
Allaha olan bağlılığa üstün gəlməsin. İsa Məsihin yaxın
zamanlarda
“qayıdışı”
ideyası,
şübhəsiz,
insanların
1
Барг М. А. Эпохи и идеи: Становление историзма. — М.: Мысль, 1987