42
Daha sonra o hesab edirdi ki, xeyirxahlıq insanda, onun
günaha batması ilə əlaqədar olaraq zəyifləsə də, tam itmir.
İnsan, iradəsinə arxalanaraq xeyirxahlığını öz ruhunda bərpa
edə bilər. Yəni insanın əxlaqi imkanları çox böyükdür. Mənəvi
– dini icma olan kilsənin tədricən böyük bürokratik instituta
çevrilməsini görən Tertulian bununla heç cürə barışmaq
istəmirdi.
Beləlikə, orta əsrlər etikasında xristian cərəyanı
özünəməxsus yol keçir, kilsənin mövqeyi möhkəmləndikcə
teologiya və fəlsəfənin də ittifaqı daha möhkəm olurdu. Bu
sahədə Avqustin Avrelinin (350-430) xidmətləri olduqca böyük
olmuşdur. Ən böyük xristian alimlərindən biri sayılan və
Müqəddəs ləqəbi ilə tanınan Avqustin fəlsəfənin təxminən min
il sonrakı inkişafını müəyyən etmişdi. O, hesab edirdi ki, insan
taleyi onun özündən, onun yaşamağının əxlaqi mənasından
yox, iradəsindən asılıdır. Avqustin etikanın bir çox
müddəalarını ilahi ehkamlarla bağlamışdır.
Öz “Tövbə” əsərində Avqustin belə bir fikri
əsaslandırmağa çalışır ki, allah fövqəl yaradıcı qüvvədir, onun
fəaliyyət məqsədi isə elə özüdür. Allah özü-özünə bərabər olan
ali məziyyətdir. Bununla da dünyada olan bütün insanlara da
həmin məziyyəti bəxş edir. Konkret məzmunundan asılı
olmayaraq allahın iradəsi elə xeyirin özü, yeganə ali
yaxşılıqdır. Ilahi hökmlər mükəmməldir və heç bir əlavə
yoxlamağa ehtiyac duymurlar. Allahın yaratdığı hər bir şey
xeyirlidir: təbiət, onun ali zirvəsi insan və s.
Dəyərlər, o cümlədən əxlaqi dəyərlər varlıq və allah
arasında olab fərqlərlə əlaqəlidir. İnsan qavranışı o zaman
comərdlik sayıla bilər ki, o, dünyadakı qayda-qanunları
gözləyir, ali və ali olmayanları fərqləndirir. “Əgər dünyadakı
nizamı gözləsək, Allaha doğru irəliləyə bilərik, gözləməsək,
bilmərik”. Həzzalma yalnız allaha məxsusdur, bütün qalanlara
istifadə etmə, faydalanma qalır. Avqustin belə əxlaqi hökmü
43
irəli sürür: “Allahı sev, amma ondan istifadə etmə, bu dünyanın
məziyyətlərindən faydalan, lakin onlara sevinmə”.
Yer üzündəki məziyyətlərin əxlaqi dəyəri var, lakin
bunların dəyəri ikinci dərəcəlidir. Asketizm ilk növbədə insanın
xudpəsəngliyinin basılması deməkdir. Allaha sevgi yolunda
kasıbçılıq, orucluq, nitqdə və geyimdə təvazökarlıq, rahiblik və
s. kimi vasitələrdən istifadə olunmalıdır. Avqustin intellektual –
estetik və intellektual – məntiqi məziyyətlərə böyük önəm
verirdi: bunların vasitəsilə allahı daha dərindən dərk etmək
mümkündür. Nəticədə dünyanın ritmində harmoniya, İsa
peyğəmbərin anlamında isə allahın və dünyanın, fövqəlhissi və
duyğulu olanların harmoniyası kimi çıxış etməsi baş verir.
Bir mənada Avqustinin əxlaqi ideyaları stoiklərin
fikirlərinə yaxındır: əxlaq cismani, predmetlər aləmindən
daxili, mənəvi plana çəkilir, lakin çıxış nöqtəsi burada insan
yox, allahdır. Əxlaq allahın iradəsi ilə üst-üstə düşdüyünə görə
o, varlıqdan qabaq, onun hissi sərhədlərindən əvvəl yerləşdiyi
ehtimal olunur. Avqustinin fikrincə, insanın əxlaqi mövqeyi
özünün cılız, zəif bir varlıq olması fikri ilə bağlıdır. Bəs insanın
iradə azadlığı, yəni onun əxlaqi imkanları nədir, nədən
ibarətdir?
Bəzi
məsələlərlə Avqustinin daha bir xristian
tədqqiatçısı, öz müasiri Pelaqi ilə mübahisə edirdi. Pelaqi
xristian əxlaq haqqında belə düşünürdü: insan əxlaqi
suverenliyə malikdir. İnsanın “xilas” olunması onun iradə
azadlığı əsasında baş verə bilər. Azadlıq haqqında təlimi,
məziyyət haqqında ideyanı o, kilsə ehkamlarından uzaqlaşdırır.
O, hesab edirdi ki, qanun yaradan allah eyni zamanda həmin
qanunu reallaşdırmaq üçün azad iradəni də vermişdir. Burada
imkan, meyl, yəni arzu və həqiqət, gerçəklik var. Anadangəlmə
günah yoxdur. İnsan əslən azaddır. Allah insanın əxlaqi
kamilləşmə işində yaxından iştirak edir. Allah insana xeyrə
könüllü olaraq əməl etmək qabiliyyəti bəxş etmişdir. Eyni
zamanda o, insana mömin həyat qanunlarını bəxş etmiş, İsa
44
Məsih sifətində isə həmin qanunlara əməletmə nümunəsini
vermişdir. Günahları bağışlamaqla allah insana kamilliyə nail
olmaq həvəsi vermişdir. Allahın verdiyi cəza insanın yaxşı və
yaxud bəd əməllərinə uyğun olur.
Avqustin Pelaqinin belə yanaşmasını qəbul etmir, o,
deyir: ola bilməz ki, hər kəsin taleyi onun öz əlində olsun. O
qeyd edirdi ki, insanın gübahkarlığı onun iradə azadlığını
düzgün başa düşməməsindədir. Şər xeyir olmayan yerdə
yaranır, dəyərlərin sıralanmasının pozulmasıdır. Günah üç cürə
olur: cismani, əməli və seyr və müşahidə edilən. Əxlaqi şərin
səbəbi insan təbiətindədir. Şər cəzalandırılır, bu da allahın
ədalətli olmasını sübut edir. Bunu ilk insan nəsilləri öz üzərinə
almalıdırlar. Tale, qismət insanı ömür boyu müşaiyyət edir.
İnsan bütövlükdə allahın iradəsindən asılıdır. Avqustin əxlaqı
tamamilə dinə tabe edir. İnsanın əxlaqi davranışının
hərəkətverici qüvvəsinin sevgi olduğunu göstərir. Əxlaqın
vəzifəsi sevgini insan təbiətinə tam uyğun olan predmetə
yönəltməkdir. Həmin predmet yalnız allah ola bilər. İnsanın öz
yaxın və əzizlərinə bəslədiyi sevgi allaha olan sevginin bir
variantıdır. Müxtəlif əxlaqi keyfiyyətləri özündə daşıyan insana
həmin sevgi əldə edə biləcək yaxşılıqları özündə aşılamağa
köməklik edir.
Əxlaqi
səylər
allaha
olan
sevgiyə
doğru
istiqamətlənməlidir. Bu sevgi, allaha ümid və inam insana
qüvvə verir. Beləliklə, Avqustin əxlaqı insandan tam ayraraq
onları obyektiv, allah tərəfindən təyin edilmiş kəlamlar kimi
qiymətləndirir. Rəsmi katolik kilsə daha çox Pelaqinin
mövqeyini dəstəkləyirdi.
Dostları ilə paylaş: |