tərkib hissələridir. Bu anlayışlann öyrənilməsilə təkcə keynsçilər
məktəbi məşğul olmurlar, məhz keynsçilər bunun banisi hesab
edilirlər. Beləliklə, C.M.Keynsin iqtisadi baxışlan və konsepsiyaları
II Dünya müharibəsindən sonra uzun müddət yeni iqtisadi
istiqamət
kimi qalmaqda davam etmiş və müasir dövrdə də bazar iqtisadiyyatı
sistemində iqtisadiyyatın dövlət tənzimlənməsi zərurətini öz
qüvvəsində saxlamışdır.
1.4.
C.M.Keynsin səmərəli tələb və istehlak konsepsiyası
Keyns təliminin əsasını milli gəlir istehsalının dinamikasının
və məşğulluq səviyyəsinin bilavasitə təklif faktorlan (tətbiq edilən
əməyin, kapitalın ölçüsü, onların məhsuldarlığı) ilə deyil, bu
resursların reallaşdınlmasım təmin edən
tələb faktorlan ilə müəyyən
olunduğu ideyası təşkil edir. Keyns nəzəriyyəsində onlar “səmərəli
tələb” (istehlak xərcləri və investisiyaların cəmi) adını almışdır.
Keynsə görə, şəxsi istehlakın artımı gəlirin artımının
dayanıqlı funksiyası kimi çıxış edir, yerdə qalan faktorlann rolu
əhəmiyyət kəsb etmir, gəlirin artması ilə istehlaka son hədd
meyllilik azalır, daha doğrusu gəlirin artması fonunda istehlakın
artımı azalmağa başlayır. Bu isə uzun müddətli iqtisadi tsikl
fazalarında istehlakın orta payının azalmasının əsas səbəbidir.
Qeyd
etmək
lazımdır
ki,
C.M.Keynsin
istehlak
konsepsiyasına yanaşması klassiklər və neoklassiklərin ideyalan ilə
müqayisədə aşağıdakı yenilikləri ilə fərqlənirdi:
1.
Gəlirin miqdarı cndogen (öyrənilən modelin daxilində)
parametr kimi çıxış edir.
2.
İstehlakın həcmi yalnız sərəncamda olan gəlirdən asılıdır.
3.
Gəlirin istehlaka və yığıma
bölgüsünün nisbətləri bila-
18
Yəni bu modeldə iqtisadi agentlərin planlaşdırılan məcmu
xərcləri
{E) cəmi iki hissədən ibarətdir; əmtəə və xidmətlərin ev
təsərrüfatlan tərəfindən istehlakı (Q və firmalann - sahibkarların
investisiya xərcləri (I). (1.1) bərabərliyini çox vaxt
makroiqtisadi
tarazlığın sadə kcynsçi modeli də adlandırırlar. Bu modelə görə
makroiqtisadi tarazlıq məcmu xərclərin milli gəlir (7) səviyyəsinə
bərabər olduğu nöqtədə müəyyən olunur:
Y =E və ya r=C+/
(1.2)
İstehsalın faktiki həcmi tarazlıqdan çox olarsa, deməli
planlaşdırılan xərclər yaradılan məhsuldan azdır, daha doğrusu,
mövcud tələb istehsal olunan milli məhsulu istehlak üçün kifayət
olmur. Nəticədə firmalar məhsul istehsalını tarazlıq səviyyəsinə
qədər azaltmaq məcburiyyətində olurlar.
Keyns nəzəriyyəsinin daha bir nəticəsi
multiplikativ
(gücləndirici) effekt adlanır. İstehlak xərcləri (C) məcmu tələbin
(Y
= C+I+G+Xn) bir hissəsi olduğu üçün, milli məhsulun (Y)
artmasının əsas mənbəyi kimi məcmu tələbin artması olması
səbəbindən, istehlak xərclərinin dəyişməsi eyni zamanda
iqtisadiyyatda ümumi gəlirin də səviyyəsinə təsir edəcəkdir. Bu
dəyişmə isə multiplikativ effekt xarakterində olacaq. Avtonom-
muxtar (gəlirdən asılı olmayan istehlak xərcləri) istehlak xərclərinin
artması ümumi gəlirin artmasına istehlak xərclərinin ilkin artmasına
nisbətən daha çox təsir edəcək.
1.5.
C.M.Keynsin investisiya, məşğulluq və işsizlik
nəzəriyyəsi
C.M.Keynsin investisiya təlimi kapital qoyuluşlarının son
hədd səmərəliliyi anlayışına əsaslanır.
Kapital qoyuluşlarının son
hədd səmərəliliyi - bu elə faiz dərəcəsidir ki, bu halda (yəni, bu
olanda) investisiya layihəsindən
gəlirlərin göstərilən