təlim.
5.
Müasir və yüksək sənayeləşmiş dövrün iqtisadi təlimi.
Bu mərhələlərdən göründüyü kimi, müasir iqtisadi təlimlər
son mərhələni əhatə edir. Beləliklə, “Müasir iqtisadi təlimlər” fənni
vasitəsilə C.M.Keynsin iqtisadi təlimi, neokeynsçilər, post-
keynsçilər, neoliberalizm və rnonetarizmin mahiyyəti, həmçinin
digər konsepsiyalar, onların metodoloji və nəzəri əsasları və
sənayecə inkişaf etmiş ölkələrdə bu nəzəriyyələrin istiqamətləri,
təzahürləri və mahiyyəti araşdırılır.
1.2.
Müasir Qərb iqtisadi nəzəriyyələrinin əsas
istiqamətlərinin inkişafı və xüsusiyyətləri
II
Dünya müharibəsindən sonra demək olar ki, XX əsrin
80-ci illərinə qədər “Qərb iqtisadi nəzəriyyəsi” təkeə coğrafi deyil,
xüsusən sosial məna kəsb edən baxışlar birliyi olmaqla, onların
müəllifləri bazar və xüsusi mülkiyyətə əsaslanan, ancaq dövlət
tənzimlənməsini əsas tutan qarışıq iqtisadi sistemin tətbiqini
əsaslandırmağa çalışmışlar. Bunu demək olar ki, bütün Qərb
iqtisadçılarını birləşdirən ümumi əsas kimi hesab etmək olar. Ancaq
onlar arasında bir çox problemlər, vacib suallar, dövlət və xüsusi
sektorla və s. ilə bağlı müxtəlif
dərin fərqlər, ziddiyyətli yanaşmalar
mövcud olmuşdur və indi də davam etməkdədir. Ona görə də, tarixi
iqtisadi elm kimi, müasir iqtisadi təlimlər müasir qərb iqtisadi
nəzəriyyə və konsepsiyalarında bir neçə əsas istiqamətləri ayınr.
Onların hər biri xüsusi metodoloji xüsusiyyətləri, sosial baxışları və
nəzəri aparatı və nəhayət praktiki
təklifləri,
nəticələri ilə xarakterizə
olunurlar.
Bütövlükdə, neoklassiklər (Neoklassiklər XIX əsrdə mar-
jinalizm nəzəriyyəsinin, daha doğrusu, L.Valras, A.Marşall və s.
ideyalarından meydana gəlmişdir), “azad sahibkarlıq” doktrina
sının tərəfdaşları hesab olunurlar. Monetaristlər (M.Fridmen), təklif
iqtisadi nəzəriyyənin nümayəndələri (M.Feldstayn, A.Laffer),
səmərəli gözləmələr məktəbi (R.Lukas, C.Mut) və digər iqtisadçılar
təklif edirdilər ki, bazar iqtisadiyyatı daxili dayanıqlı dinamik
tarazlıq mexanizminə malikdir və onun dövlət tərəfindən köməyə və
tənzimlənməsinə ehtiyacı yoxdur. Belə ki, əgər hökumət kredit-pul
və büdcə sektorlarında və yaxud bu istiqamətli sferalarda qəti
antiinflyasiya siyasəti həyata keçirərsə, neoklassiklərə görə, yerdə
qalan problemləri bazar özü avtomatik olaraq həll edir.
Neoklassikiər kimi, neoliberallar (əsasən Qərbi Almaniyada
geniş yayılmışdır) da azad bazann müasir iqtisadiyyatın əsası olduğu
fikrini irəli sürürdülər. Ancaq neoliberal nəzəriyyəçilər (B.Oyken,
A.Müller - Armak, L.Erxard və başqaları) bu prinsiplərdən əsaslı
istisman da qeyd edirlər. Neoklassiklərdən fərqli olaraq, onlar bazar
təsərrüfatının spon- tanhğına (avtomatik olaraq öz-özünü
tənzimlənməsinə) söykənməyi tam şəkildə qəbul etməyərək, bazar
sisteminin məqsədyönlü formalaşmasım, o cümlədən dövlətin
köməyinə ehtiyac olduğu fikrini də irəli sürürdülər. Neoliberalların
sonrakı əsas istisman antiinhisar və sosial siyasəti dəstəkləmələrilə
bağlı olmuşdur. Kapitalizmin inkişafında yaranan böyük böhran
(1929-1933-cü illər) keynsçilərin baxışlarına - makroiqtisadi
təlimlərə, dövlətin iqtisadiyyata müdaxiləsi baxışlarına böyük təkan
verdi.
Müharibədən sonra keynsçilər iki bərabər olmayan qruplara
ayrılırlar. Əsas qrupu C.Keynsin makroiqtisadiyyatı ilə
neoklassiklərin mikro nəzəriyy'əsini birləşdirməyə çalışan
ortodoksal keynsçilər (E.Hansen, C.Hiks, P.Samuelson və başqaları)
təşkil edirdilər. Nəticədə onların “neoklassik sintez” konsepsiyası
meydana gəldi ki,
bu nəzəriyyə mikrosəviyyədə
13