410
Mədəniyyət.Maarif.Təhsil
170
illiyi
Məhəmməd ağa Şahtaxtinski
1846-1931
2016
Məhəmməd ağa Məhəmmədtağı Sultan
oğlu Şahtaxtinski (Şahtaxtlı)1846-cı ildə
indiki Şərur rayonunun Şahtaxtı kəndində
anadan olmuşdur. 1863-cü ildə Naxçıvan
şəhər məktəbini və Tiflis klassik kişi gim-
naziyasını bitirdikdən sonra, Peterburqda
müstəqil yolla alman dilini öyrənmişdir.
1869-cu ildə Leypsiq Universitetitinin
fəlsəfə, tarix və hüquq fakültəsini bitirmiş-
dir.
1873-1875 illərdə Parisdə Şərq dilləri
məktəbində mühazirələr dinləmiş, fran-
sız dilini öyrənmişdir. Azərbaycan, rus,
alman, fransız, ingilis, ərəb, türk, fars
dillərində ədəbi və elmi əsərlər yazmışdır.
Elmi fəaliyyətə Almaniyada Şərq tarixinə
dair tədqiqatlarla başlamışdır. Əlifba is-
lahatı sahəsində M.F.Axundovun ardıcıl-
larındandır. 1879-cu ildə Şərqdə əlifba is-
lahatı tarixində ilk kitab - “Təkmilləşmiş
müsəlman əlifbeyi”ni Tiflisdə nəşr etdir-
mişdir. Bir müddət “Moskovskiye vedo-
mosti” qəzetinin əməkdaşı və İstanbulda
xüsusi müxbiri işləmişdir.
1891-1893-cü illərdə “Kaspi” qəzetinin
müvəqqəti redaktoru təyin edilmişdir.
1898-cu ildə Azərbaycan dilində “Tiflis”
adlı qəzet çıxarmağa çalışmış, lakin çar sen-
zurası buna icazə vermədiyi üçün yenidən
Avropaya getmiş, 1902-ci ilədək Parisdə
yaşamış, Fransa kollecində və Ali Təcrübi
Təhsil Məktəbində Şərq dillərindən dərs
demişdir. Bu dövrdə fransız dilində nəşr
etdirdiyi əsərlər Qərbi Avropa və Ameri-
ka mətbuatında müzakirə və mübahisələrə
səbəb olmuşdu. Sorbonna Universitetində
professor P.Passinin rəhbərliyi ilə fonetika
sahəsində tədqiqat aparmış, 1901-ci ildə
Fransa Maarif Nazirliyinin fəxri diplomu-
nu almışdır.
Beynəlxalq Fonetika Cəmiyyəti (1899),
Beynəlxalq “Asiya cəmiyyəti” (1900) və
Rusiya İmperator Coğrafiya Cəmiyyəti
Qafqaz şöbəsinin (1903) həqiqi üzvü ol-
muşdur.
1902-ci ildə Tiflisdə xüsusi mətbəə aç-
mış (sonralar “Qeyrət” adlanmışdır), 1903-
cü ilin martında ictimai-siyasi, iqtisadi,
elmi, ədəbi “Şərqi-rus” qəzetinin nəşrinə
başlamışdır. Qəzetin Azərbaycanda ictimai
fikir tarixinin inkişafında xüsusi xidməti
olmuşdur. Onun səhifələrində dünyəvi
elmlər, ana dili, qadın azadlığı ilə bağlı
mütərəqqi fikirlər öz əksini tapırdı.
1907-ci ildə İrəvan quberniyasından II
Dövlət Dumasına deputat seçilmiş, Duma
bağlandıqdan sonra “Rossiya” (Peterburq)
qəzeti redaksiyasında işləmiş, 1908-1918-
ci illərdə, xaricdə (əsasən,Türkiyə, İran və
İraqda) yaşamışdır.
1919-cu ildə vətənə qayıtmış, Bakı Uni-
versitetinin yaradılmasında fəal iştirak et-
miş, burada Şərq dilləri və ədəbiyyatından
mühazirələr oxumuşdur. 1920-ci ildə uni-
versitetin professor elmi rütbəsini almışdır.
O, BDU-nun ilk azərbaycanlı professoru
idi.
1920-ci illərdə “Kommunist”, “Bakinski
raboçi”, “Qızıl Şərq” (Moskva) qəzetlərində
məqalələr dərc etdirmiş, Ümumittifaq Yeni
Türk Əlifbası Komitəsinin işində yaxından
iştirak etmişdir. 1922-ci ildə ona fərdi pen-
siya təyin olunmuşdu.
Elmi, tənqidi və publisist əsərlərində
müstəmləkəçilik, irqçilik, qadın əsarəti,
dövlət quruluşu, din və s. haqqında
mütərəqqi fikirlər irəli sürmüşdür.
M.Şahtaxtlı 12 dekabr 1931-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
İctimai xadim
Ə d ə b i y y a t
Türkiyəni necə xilas
etməli? /M.Şaxtaxtlı;
fransız dil. tərc. və ön sö-
zün müəll. Ə.Əliyev; red.
C.Yusifli.- Bakı: Ağrıdağ,
1999.- 52 s.
Əliyev, Ə. XIX əsrin sonu
XX əsrin əvvəllərində
Azərbaycan-Fransa ədəbi
əlaqələri (Məhəmməd
ağa Şahtaxtinski yara-
dıcılığında): filol. e. n.
a. dər. al. üçün təq. ed.
dis.: 10.01.03.; 10.01.05.
/Ə.Əliyev.- Bakı, 1998.-
187 s.
Həsənova, S. Məhəmməd
Ağa Şahtaxtlının dilçilik
görüşləri: filol. üzrə fəls.
d-ru e. dər. al. üçün təq.
ed. dis-nın avtoreferatı:
10.02.01 /S.Həsənova;
Azərb. Resp. Təhsil Nazir-
liyi, Naxçıvan Dövlət Un-
ti.- Naxçıvan: 2012.- 23 s.
Quliyev, Ə. Məhəmməd
ağa Şahtaxtlı-
nın tərcüməçilik
fəaliyyəti /Ə.Quliyev
//AMEA-nın Naxçıvan
bölməsinin xəbərləri: İc-
timai və humanitar elmlər
seriyası.-2014.- C.10.-
№1.- S.170-177.
411
Geologiya.Coğrafiya
105
illiyi
Ağa Əliyev
1911-1997
2016
Ağa Qurban oğlu Əliyev 1911-ci ildə
Göyçay şəhərində anadan olmuşdur.
O, 1936-cı ildə Azərbaycan Sənaye
İnstitutunu bitirmiş, neft və qaz yataqları
geologiyası və kəşfiyyatı üzrə mühəndis-
geoloq ixtisasına yiyələnmişdir.
Gənc geoloqun təyinatı Suraxanı rayo-
nundakı Kaqanoviç NMİ-yə verilmiş və
tezliklə baş geoloq vəzifəsinə təyin olun-
muşdur. Geologiya-mineralogiya elmləri
doktoru və Azərbaycan Respublikasının
əməkdar mühəndisi olan A.Q.Əliyev apar-
dığı geoloji tədqiqatlar nəticəsində Abşe-
ron və Bakı arxipelaqları sahəsində neft
və qaz yataqlarının proqnozunu vermiş və
geoloji axtarış və kəşfiyyat işlərinin hara-
da aparılmasını əsaslandırmışdır.
1945-ci ildə dəniz kəşfiyyatının xü-
susi tresti yaradılarkən dənizdə geoloji
kəşfiyat işlərinə rəhbərlik Ağa Əliyevə
tapşırılmışdır.
Əfsanəvi Neft Daşlarının kəşfçisi
Ağa Qurban oğlu Əliyevin rəhbərliyi və
bilavasitə iştirakı ilə Xəzər dənizində bir
sıra neft və qaz yataqları aşkar edilib ki,
bunlardan ‘’Neft Daşları’’, ‘’Gürgən-
dəniz’’, ‘’Qum adası’’, ‘’Bahar’’ və baş-
qalarını göstərmək olar, Küryanı vilayətdə
isə ‘’Kürovdağ’’, ‘’Mişovdağ’’ və s.,
Abşeron yarımadasında ‘’Şabandaq’’,
‘’Qaradaq’’, ‘’Qaraçuxur’’ neft və qaz
yataqları kimi 20-yə yaxın-zəngin neft və
qaz yataqları açılıb. ‘’Neft Daşları’’nın
kəşfindən sonra bu böyük antiklinal
xəttin üstündəki Neft Daşlarının ardınca
‘’Günəşli’’, ‘’Çıraq’’, ‘’Azəri’’, ‘’Kəpəz’’
kimi böyük ehtiyata malik neft yataqları
aşkar olunub.
Ağa
Əliyev
neft
geologiyası
sahəsində təkcə tədqiqatlar aparmaqla
kifayətlənmişdir. O, istehsalatda rəhbər
vəzifədə çalışmaqla bərabər, həm də neft-
çi mütəxəssislərin hazırlanmasına qayğı
göstərmişdir. İndiki Neft Akademiyasında
20 il pedaqoji fəaliyyətlə məşğul olmuş-
dur. 1966-cı ildə professor Azərbaycan
Dövlət Neft Sənaye Elmi Tədqiqat
Layihə İnstitutuna baş geoloq-direktorun
elmi işlər üzrə müavini vəzifəsinə təyin
edilmişdir. Onun neft və qaz yataqların-
da flüidlərin yerləşmə qanunauyğunluq-
larına həsr etdiyi tədqiqatlar həm nəzəri,
həm də təcrübə baxımdan görkəmli neft
alimlərinin böyük marağına səbəb olmuş-
dur.
Ağa Əliyevin 150-dən çox elmi əsəri
və 3 monoqrafiyası çap olunmuşdur. Onun
rəhbərliyi altında 15 nəfər geologiya-
mineralogiya elmləri üzrə namizədlik dis-
sertasiyası müdafiə etmişdir. O, iki Qırmı-
zı Əmək Bayrağı, Şərəf Nişanı ordenləri
ilə, SSRİ Dövlət Mükafatı laureatı və
dörd Azərbaycan SSR Ali Sovetinin fəxri
fərmanları ilə qiymətləndirilmişdir. İki
çağrış Azərbaycan SSR Ali Sovetinin həm
də Rəyasət heyəyinin üzvü olmuşdur.
S. Orucov, Y.Səfərov və başqaları ilə
birgə Neft Daşlarına gələn desantlardan
olan Ağa Qurban oğlu Əliyev ömrünün
60 ildən çoxunu neft və qaz yataqlarının
kəşfinə və səmərəli işlənməsinə sərf et-
mişdir ki, bu da közəl insanın, peşəkar bir
neftçinin, öz sənətini sevməsinin və ondan
zövq almasının parlaq bir nümenəsidir.
Xalq arasında Neftçi Qurban adı ilə
məşhur olan görkəmli neftçi-geoloq, baca-
rıqlı istehsalat təşkilatçısı, Azərbaycanın
əməkdar mühəndisi, SSRİ-nin fəxri
neftçisi, SSRİ dövlət mükafatı laureatı,
geologiya-mineralogiya elmləri doktoru,
professor olmuşdur.
Görkəmli neftçi 1997-ci ildə Bakıda
vəfat etmişdir.
Mühəndis geoloq
Ə d ə b i y y a t
Заканомерности
размешения и условия
формирования
залежей нефти и
газа Предкавказья
и Азербайджана
/A.Алиев.- М., 1976.-
Т.5.
Hacıyev, V. Geo-
logiya elmimizin
iftixarı /V.Hacıyev
//Respublika.-2011.-21
may.- S.7.
Əliyev Ağa Qurban
oğlu //Azərbaycan so-
vet ensiklopediyası:10
cilddə.-Bakı, 1980.-
C.4.-S.171.
Yusifzadə, X.Böyük
alim və neftçi ge-
oloq /X.Yusifzadə
//Azərbaycan.-2001.-25
may.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.adam.az