4
Qeydiyyat №: 575
Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılmır
ØßÐÃqapısı
Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
e-mail: serqqapisi@nakhchivan.az
Nömrəyə məsul: Muxtar Məmmədov
Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və
Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.
Tiraj: 1050. Sifariş № 489
Baş redaktor:
TURAl SƏFƏROv
Xəttatlıq nədir? Gəlin elə bura-
dan başlayaq. Xəttatlıq və ya kal-
liqrafiya (yunanca gözəl xətt) təsviri
incəsənətin sahələrindən biridir.
Onu nəfis məktub incəsənəti də
adlandırırlar. Xəttatlığın elmi an-
layışı işarələrin ekspressiv, harmonik
və incə zövqlə tərtibatı incəsənətidir.
Qeyd edək ki, bu peşə İslam
aləmi tərəfindən mənimsənilib is-
tifadə edilən, ərəb hərflərinin
müxtəlif formalarda yazılması ilə
meydana gələn yazı sənətidir. Bu,
incəsənətin bir növü sayılmasa
da, ayrıca sənət qolu kimi daim
inkişafda olub. İslam dünyasının
mədəni dəyərlərini özündə əks
etdirən xəttatlıq hazırda İslamın
simvolu kimi də qəbul edilir. Təbii
ki, xəttatlığı sırf İslam Şərqinin
məhsulu hesab etmək, hardasa,
düz olmaz. Qərbi Avropada kal-
liqrafiya kimi tanınan bu sənət
növü yüzilliklər boyu Çindən tut-
muş İngiltərəyə qədər bütün məm-
ləkətlərdə yaşayan katiblərin, mir-
zələrin arasında yayılmışdı. Hər
bir yazı sahibi öz xəttinin başqa-
larından gözəl olmasına çalışırdı.
Lakin müsəlman dünyasında bu
kiçik sənət, sadəcə, katib çərçi-
vəsini sındırıb çıxaraq dünyanın
üçdəbirini əhatə edən möhtəşəm
bir sivilizasiyanın aparıcı incəsənət
vasitəsinə çevrilmişdi.
Naxçıvanda xəttatlığın ilk nü-
munələrinə orta əsr Azərbaycan
memarlığının inkişafında dərin və
silinməz iz buraxmış Əcəmi Nax-
çıvaninin yaratdığı memarlıq nü-
munələrində rast gəlirik. Naxçı-
vanda və ona yaxın ərazidə tikilən
bir neçə abidədə Əcəmiyə xas olan
xəttatlıq üsullarının bu və ya başqa
şəkildə təzahürü Əcəmi məktəbində
istifadə edilən xətt növlərinin hər
zaman geniş şəkildə tətbiq olun-
duğunun əyani sübutudur. Əcəmi
Naxçıvani Yusif Küseyiroğlu və
Möminə xatın türbələrində kufi
xətti ilə sözlər yazmışdır.
Əcəminin irsində şah əsərlər-
dən biri Yusif Küseyiroğlu tür-
bəsidir. Bu abidə xalq arasında
“Atababa günbəzi” adı ilə də ta-
nınır. Türbə ötən əsrin sonlarında
yenidən bərpa edilib.
Yusif Küseyiroğlu türbəsinin
giriş hissəsində kufi xətti ilə yazıl -
mışdır: “Bu, şərəfli dinimizin məş-
hur rəisi, İslamın gözəlliyi, şeyxlər
başçısı Hacı Yusif Küseyiroğlu tür-
bəsidir. Şəvval ayı yeddinci, əllinci
və beş yüzüncü il (557/1162-ci
il)”. Məqbərənin üzərində kufi xətti
ilə “Qurani-Kərim”dən dekorativ
ayələr yer almışdır. Girişin sol
tərəfində memarın adı həkk olun-
muşdur: “Əcəmi ibn Əbubəkr
Naxçıvani”.
Qeyd edək ki, kufi xəttinin özü-
nün 4 əsas növü var: kufi nəsx,
kufi süls, kufi həndəsi və kufi şi-
kəstə. “Qurani-Kərim”in ilk nüs-
xələri də məhz kufi xətti ilə yazılıb.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin
xəttatlıq məktəbinin özündən sonra
qoyub getdiyi abidələrdə də bu
xətt növlərinin daha çox müşahidə
olunması heç də təsadüfi deyil.
Bunun bariz nümunəsini Naxçıvan
şəhərində əzəmətlə ucalan Möminə
xatın türbəsinin giriş qapısında
dəqiqliklə görmək mümkündür.
Şərq memarlığı incilərindən biri
olan Möminə xatın türbəsi 1186-cı
ildə Naxçıvan şəhərinin qərb his-
səsində tikilmişdir. Azərbaycan
Atabəylər dövlətinin banisi Şəm-
səddin Eldəniz həyat yoldaşı Mö-
minə xatının qəbri üzərində məq-
bərə yaradılmasına qərar vermiş,
onun tikintisini oğlu Məhəmməd
Cahan Pəhləvan hicri 582-ci ilin
Məhərrəm ayında (aprel, 1186)
başa çatdırmışdır. Elin yaddaşında
“Atabəy günbəzi” adı ilə qalmışdır.
Ümumən İslam memarlığında ən
uca və incə kompozisiyalı türbə-
lərdən biri olan Möminə xatın tür-
bəsinin baştağında kufi xətti ilə
sözlər həkk olunmuşdur. Tarix öz
qoynunda Əcəminin həyatı haq-
qında heç nə saxlamayıb. Görünür,
dahi memar bunu qabaqcadan gör-
düyündən öz şah əsəri Möminə
xatın türbəsi üzərində belə yaz-
mışdır: “Biz gedirik, ancaq qalır
ruzigar. Biz ölürük, əsər qalır ya-
digar”. Bəli, o ölməz sənət abidəsi
bu gün də yaşayır.
XVI əsrdə isə xəttatlıq daha
yüksək inkişaf mərhələsinə çatır.
Bu dövrdə hətta hökmdarlar da
xəttatlıqla məşğul olmağa başla-
yırlar. (Şah I İsmayıl, Şah I Təh-
masib). Azərbaycan xəttatlarının
bir çoxu tərtib etdiyi əlyazma
mətnlərini miniatürlərlə də bəzə-
yirdilər. Təbrizdə, Ərdəbildə, Ma-
rağada və Şamaxıda kalliqrafların
toplandığı kitabxanalar var idi.
Təbrizdəki kalliqrafiya məktəbi
isə ümumşərq əhəmiyyətinə malik
idi. Kalliqrafiya memarlığa, me-
talişləmə sənətinə, toxuculuğa və
xalçaçılığın inkişafına güclü təsir
göstərirdi. Təsadüfi deyildir ki,
ən mahir kalliqraflar Təbriz mək-
təbinin yetirmələri idilər. Abdulla
Qazı Xoylu, Ətiq Ordubadi, Sa-
dıqbəy Əfşar, Şəmsəddin Məhəm-
məd Təbrizi, Seyid Məhəmməd,
Şah Mahmud Nişapuri XVI əsrin
ən məşhur xəttatları olmuşlar.
Görkəmli xəttat Ətiq Ordubadi
də xəttatlıq məktəbinin özünəməx-
sus simalarından sayılır. Şah İs-
mayılın dəftərxanasında münşilik
təcrübəsi alan, “tuğrayi-şahi” ad-
lanan xətt növünü ixtira edən Ətiq
Ordubadi dövrünün tanınmış sə-
nətkarlarından olmuşdur. Araş -
dırmamız zamanı aydın oldu ki,
tuğra padşahın adı və ləqəbi yazılan
möhür mənasına gəlir. Tuğra xət-
tatlıq sənətinin bir qolu olmuş və
yüz illərcə usta xəttatlar tərəfindən
istifadə edilmişdir. Türk dilində
söz olaraq padşahın adını ehtiva
edən xüsusi bir işarə padşahın im-
zası kimi mənalar da ifadə edir.
Oğuz ləhcəsində isə bu söz tuğrağ
şəklindədir, “hökmdarın möhürü”
mənasını ifadə edir. Qeyd edək ki,
M.Tərbiyət özünün “Danişmənda-
ni-Azərbaycan” əsərində də bu
haqda məlumat vermişdir: “Ətiq
Ordubadi sonralar dəftərxanadakı
vəzifəsini tərk etmiş, Məşhəd məq-
bərəsi ziyarətgahının işlər müdiri
olmuş, uzun müddət orada yaşa-
yaraq Şahrux mədrəsəsi yanında
özünə məqbərə tikdirmişdir”.
Mənbələrdən əldə etdiyimiz
məlumatlarda onun təmkinli, ali-
cənab və yüksək savada malik in-
san olduğunu görürük. Şah İs-
mayıl dəftərxanasında xüsusi hör-
mətə malik olan Ətiq Ordubadi
haqqında bir çox təzkirədə də
məlumat verilmişdir.
-
Nərgiz İSMAYILOVA
Dövrünün tanınmış xəttatları:
Əcəmi Naxçıvani və Ətiq Ordubadi
Unutsaq, unudularıq
Orta əsrlərdə Azərbaycanda,
bir qayda olaraq, bütün savadlı
adamlar hansı sənətin sahibi
olmasına baxmayaraq, hesab
edirdilər ki, yüksək savad də-
rəcəsinin bir göstəricisi də şeir
yazmaq və xəttatlıq sənətinə yi-
yələnməkdir. Buna görə də o
dövrdə şair və xəttat kimi şöhrət
qazanmaq olduqca çətin idi.
Bu çətinlik özünü xəttatlıqda
daha çox göstərirdi. Bir çox
ölkələrdə xeyli kitabxana və
emalatxanalar vardı ki, burada
da yüksək səviyyəli peşəkar xət-
tatlar kitabların üzünü köçürür,
qəbir daşları, ziyarətgahlar və
mülki binalar üçün yazı qəlib-
ləri hazırlayırdılar. Keçmiş haq-
qında dəyərli məlumatların bir
çoxu bu gün məhz bu peşə sa-
hiblərinin əməyi nəticəsində
əldə olunub.
Yeddi rəqəmi deyən kimi, yəqin
ki, insanların ağlına, ilk olaraq, dün-
yanın yeddi möcüzəsi gəlir. Lakin
möcüzə bunlarda deyil. Bu tikililərin
ərsəyə gəlməsində minlərlə insanın
əməyi vardır. Elə buna görə də, belə
deyərdim ki, onlar yox, məhz onları
yaradan insandır möcüzə olan. Möcüzə
adlandırılanlar isə, sadəcə, bir qrup
insanın əməyi, zəhmətidir.
İndi isə keçək yeddi rəqəminin
möcüzələrinə. İstənilən sahədə bu rə-
qəmin maraqlı şəkildə istifadəsi in-
sanlar üçün müəmmalı olaraq qalır.
Bu möcüzəvi rəqəmi hər kəs öz baxış
tərziylə dəyərləndirə bilər. Məsələn,
mənə dünyanın yeddi möcüzəsini say
desələr, onları belə adlandırardım:
do, re, mi, fa, sol, lya, si. Bax bu, əsl
möcüzədir. Sadəcə, yeddi not və on-
lardan yaranan möhtəşəm musiqi əsər-
ləri. Dünyanın canlı möcüzəsi olan
insan sanki ikinci bir möcüzə axtardı,
ölümsüzlüyü kəşf etmək istədi və ba-
cardı. Bizə qalan musiqi əsərləri onları
ölümsüz etdi.
Bu sahədə 7 rəqəminin digər bir
maraqlılığı mürəkkəb, ideya – emo-
sional məna daşıyan, dərin və bitkin
təfəkkür, bədii həyəcan və müxtəlif
musiqi obrazlarının inkişafını ifadə
edən musiqi janrı olan muğamın əsrlər
boyu davam edən tədrici inkişaf və
təkamül prosesi nəticəsində formala-
şaraq hal-hazırda 7 rəqəmində qərar-
laşmasıdır. Daha dəqiq desək, 12
klassik muğamdan ələnərək, yeddisi
öz əhəmiyyətini qoruyub saxlayaraq
istifadə olunmaqdadır. Buna görə də
7 əsas muğamımız möcüzə deyilmi?
Həmçinin Azərbaycanda ilk profes-
sional balet adında bu rəqəmə bir
daha rast gəlirik: dahi sənətkarımız
Qara Qarayevin “Yeddi gözəl” baleti.
Yeddi rəqəminə çox tez-tez müx-
təlif kəlamlarda, atalar sözlərində,
habelə tarixi faktlarda da təsadüf olu-
nur. Məsələn, Bakı yeddi təpə üstündə
salınıb, həftənin yeddi günü var,
yeddi dəfə ölç, bir dəfə biç deyilib.
Göyün yeddinci qatı, soğan yeddi
dərdin dərmanıdır, yeddi günbəz,
yeddi gözəl. İşıq spektri yeddi əsas
rəngdən – qırmızı, narıncı, sarı, yaşıl,
mavi, göy, bənövşəyi rəng lərdən iba-
rətdir. Musiqidə səs sırası yeddi ton-
dan (notdan) təşkil olunur. Dilimizdə
bəzi ifadələrdə də bu rəqəm xüsusilə
vurğulanır. Məsələn, 7 qapı uzaq
qonşu olmaq, 7 arxa əcdad, əsil-
nəcəb, yeddi qıfıl altında saxlamaq
bərk-bərk gizlətmək mənalarını verir.
Belə ifadələrdən ədəbiyyatımızda da
geniş şəkildə istifadə ediblər. Məm-
məd Araz “Yeddi bulaq əfsanəsi”,
Məhəmməd Füzuli “Yeddi cam”, Ni-
zami Gəncəvi “Yeddi gözəl” əsərlə-
rində, “Yeddi nar çubuğu” nağılında
da bu rəqəmlə rastlaşırıq.
Dağda yol-iz yaxşıdır,
Hər yan nərgiz, yaxşıdır.
Yeddi fərsiz oğuldan
Bir fərli qız yaxşıdır.
Yeddi rəqəminin istifadəsi yuxa-
rıda qeyd etdiyimiz bayatıda oxucu-
ların təəccübünə səbəb olmaya bilər.
Onsuz da bir rəqəmdən istifadə olun-
malıydı və təsadüfən bu rəqəmin
bəxti gətirib, – deyə düşünənlər də
ola bilər. Görəsən, doğrudanmı tə-
sadüfdür, yoxsa bu təsadüfün altında
yatan bir səbəb var? Bəs qız ata
evindən gəlin köçürülən zaman belinə
qırmızı lent bağlanarkən “Yeddi oğul
istərəm, bircə dənə qız gəlin” deyimi
necə, onda da yeddi rəqəminin şansı
gətirib?
Müqəddəs “Qurani-Kərim”də də
yeddi sayının işlənmə yeri və ifadə
anlamı az deyil: 7 qat göy, 7 kainat,
7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü
7 qat, yeraltı 7 qat, 7 əsas rəng. Ümu-
miyyətlə, yeddinin göy-səma, yer-
torpaqla bağlılığına etiqad çox-çox
mənbələrdə özünə yer tapıb. Bu mən-
bələrdə, bir qayda olaraq, göyün yeddi
qatdan, yerin yeddi iqlimdən ibarət
olduğu bildirilir. Həm də deyilir ki,
Tanrı göyün hər bir qatını, yerin də
hər bir iqlimini yeddi günə yaradıb.
“Qurani-Kərim”in “Bəqərə” surəsinin
29-cu ayəsinə baxaq: “Yer üzündə nə
varsa, hamısını sizin üçün yaradan,
sonra səmaya üz tutaraq onu yeddi
qat göy halında düzəldib nizama salan
Odur (Allahdır)! O, hər şeyi biləndir”.
İslam dinində 7 mərtəbə var. “Qu-
rani-Kərim”in ilk surəsi “Fatihə” 7
ayədən ibarətdir. İslam inanclarına
görə, yer altında günahkarların ge-
dəcəyi yeddi cəhənnəm var. Namaz
qılarkən alın, iki əl, iki üz, iki ayağın
baş barmaqları olmaq üzrə gövdənin
yeddi əzasının yerə dəyməsi vacibdir.
Dinimizin inanclarına görə, ölünün
sarındığı kəfən yeddi arşın olmalıdır.
Kəbədə “Məscidi-hərəm” deyilən
məscidin yeddi minarəsi var.
Tibbi-anatomik cəhətdən yeddi rə-
qəminə baxılsa, insan bədənində 7
düyün nöqtəsi və başında 7 deşik
var: burun-2, ağız-1, qulaq-2, göz-2.
Adət-ənənələrimizə gəldikdə isə
xeyir-şər işlərində də 7 rəqəmi öz is-
tifadəsinə görə fərqlənir. Belə ki, bi-
rinin ölümünün yeddinci günü xüsusi
ehsan verilir, ruhuna “Quran” oxunur.
Digər bir halda isə Novruz bayramında
ilaxır çərşənbədə süfrəyə yeddi növ
nemət düzülməsi artıq ənənəmizə
çevrilib. Buna görə də bu gün belə,
Ordubadda ilaxır çərşənbə “Yeddilə-
vin” adlandırılır.
Toponimik baxımdan isə Şamaxı
rayonu ərazisində “Yeddi günbəz”
kompleksinin, Qubada “Yeddilər qa-
lası”nın, xüsusilə də muxtar respub-
likamızda 7 rayonun olmasını vur-
ğulamaq olar. Deməli, 7 rəqəminin
toponimik baxımdan möcüzələrindən
biri də muxtar respublikamızın payına
düşür.
Əgər araşdırılsa, əminəm ki, hər
rəqəmdə belə maraqlı, möcüzəli hal-
larla rastlaşmaq mümkündür. Sadəcə,
axtarmaq və tapdıqlarına inanmaq
lazımdır.
-
Fatma BABAYEVA
Bəlkə də, bu başlıq ilk baxışda fərqli səslənə bilər, amma söhbət bu
günə qədər öz möhkəmliyini qoruyub saxlayan memarlıq incilərindən
getmir. Uşaqlıq çağlarımızda nənələrimizdən eşitdiyimiz nağıllarda həmişə
bu rəqəm bizə sehrli görünüb. “7 qardaş, 1 bacının nağılı”, “7 divin
nağılı”, “7 qu quşu əfsanəsi” və sair kimi nağılları çox dinləmişik. Qədim
inanclara görə, 7 müqəddəs, ilahi və xoşbəxtlik rəqəmidir. Dini təsəvvürə
görə isə 7 rəqəmi zaman və məkanı idarə edir.
Maraq dünyası
İtmişdir
Şahbuz rayonunun Qızıl Qışlaq kənd sakini Hacıyev Ramazan Cəlil oğlunun
adına olan 04 inventar nömrəli texniki pasport itdiyindən etibarsız sayılır.
* * *
Fətullayeva Gülşən Ağəli qızının adına olan Azərbaycan Respublikası vətən-
daşının şəxsiyyət vəsiqəsi itdiyindən etibarsız sayılır.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Or-
dubad Rayon Şöbəsi rayon Uşaq Yaradıcılıq Mərkəzi
ilə birgə Azərbaycan Respublikasının Silahlı Qüvvələr
Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirib.
Ordubad Rayon Mədəniyyət Evində keçirilən
tədbirin əvvəlində Uşaq Yaradıcılıq Mərkəzinin
dərnək üzvlərinin Silahlı Qüvvələr Gününə həsr
edilmiş yaradıcılıq sərgisinə baxış olub.
Sonra Uşaq Yaradıcılıq Mərkəzinə cəlb edilmiş
məktəblilərin ifasında ulu öndər Heydər Əliyevə,
Vətənə, silahlı qüvvələrimizə, dövlət rəmzlərimizə
həsr edilmiş şeirlər söylənilib, mahnılar oxunub,
rəqs nümunələri, səhnəciklər nümayiş etdirilib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının
müavini Fərqanə Hüseynli çıxış edərək belə təd-
birlərin uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik
ruhunda böyüməsində əhəmiyyətli rol oynadığını
vurğulayıb.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda iş-
lədikləri əl işlərinə görə Uşaq Yaradıcılıq Mərkəzinin
bir qrup şagirdinə təşkilatçılar tərəfindən fəxri fər-
manlar təqdim edilib.
Xəbərlər şöbəsi
Silahlı Qüvvələr Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib