İyunun 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Tu rizm Nazirliyinin təşkilatçılığı ilə



Yüklə 217,57 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix23.10.2017
ölçüsü217,57 Kb.
#6414
1   2   3   4

4

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

e-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Muxtar Məmmədov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1050. Sifariş № 489

Baş redaktor:

TURAl SƏFƏROv

    Xəttatlıq nədir? Gəlin elə bura-

dan başlayaq. Xəttatlıq və ya kal-

liqrafiya (yunanca gözəl xətt) təsviri

incəsənətin  sahələrindən  biridir.

Onu  nəfis  məktub  incəsənəti  də

adlandırırlar.  Xəttatlığın  elmi  an-

layışı işarələrin ekspressiv, harmonik

və incə zövqlə tərtibatı incəsənətidir. 

    Qeyd  edək  ki,  bu  peşə  İslam

aləmi tərəfindən mənimsənilib is-

tifadə  edilən,  ərəb  hərflərinin

müxtəlif formalarda yazılması ilə

meydana gələn yazı sənətidir. Bu,

incəsənətin  bir  növü  sayılmasa

da,  ayrıca  sənət  qolu  kimi  daim

inkişafda olub. İslam dünyasının

mədəni  dəyərlərini  özündə  əks

etdirən  xəttatlıq  hazırda  İslamın

simvolu kimi də qəbul edilir. Təbii

ki,  xəttatlığı  sırf  İslam  Şərqinin

məhsulu  hesab  etmək,  hardasa,

düz olmaz. Qərbi Avropada kal-

liqrafiya  kimi  tanınan  bu  sənət

növü yüzilliklər boyu Çindən tut-

muş İngiltərəyə qədər bütün məm-

ləkətlərdə yaşayan katiblərin, mir-

zələrin  arasında  yayılmışdı.  Hər

bir yazı sahibi öz xəttinin başqa-

larından gözəl olmasına çalışırdı.

Lakin  müsəlman  dünyasında  bu

kiçik  sənət,  sadəcə,  katib  çərçi-

vəsini sındırıb çıxaraq dünyanın

üçdəbirini əhatə edən möhtəşəm

bir sivilizasiyanın aparıcı incəsənət

vasitəsinə çevrilmişdi. 

    Naxçıvanda  xəttatlığın  ilk  nü-

munələrinə  orta  əsr  Azərbaycan

memarlığının inkişafında dərin və

silinməz iz buraxmış Əcəmi Nax-

çıvaninin  yaratdığı  memarlıq  nü-

munələrində  rast  gəlirik.  Naxçı-

vanda və ona yaxın ərazidə tikilən

bir neçə abidədə Əcəmiyə xas olan

xəttatlıq üsullarının bu və ya başqa

şəkildə təzahürü Əcəmi məktəbində

istifadə edilən xətt növlərinin hər

zaman  geniş  şəkildə  tətbiq  olun-

duğunun əyani sübutudur. Əcəmi

Naxçıvani  Yusif  Küseyiroğlu  və

Möminə  xatın  türbələrində  kufi

xətti ilə sözlər yazmışdır.

    Əcəminin irsində şah əsərlər-

dən  biri  Yusif  Küseyiroğlu  tür-

bəsidir.  Bu  abidə  xalq  arasında

“Atababa günbəzi” adı ilə də ta-

nınır. Türbə ötən əsrin sonlarında

yenidən bərpa edilib. 

    Yusif  Küseyiroğlu  türbəsinin

giriş hissəsində kufi xətti ilə yazıl -

mışdır: “Bu, şərəfli dinimizin məş-

hur rəisi, İslamın gözəlliyi, şeyxlər

başçısı Hacı Yusif Küseyiroğlu tür-

bəsidir. Şəvval ayı yeddinci, əllinci

və  beş  yüzüncü  il  (557/1162-ci

il)”. Məqbərənin üzərində kufi xətti

ilə  “Qurani-Kərim”dən  dekorativ

ayələr  yer  almışdır.  Girişin  sol

tərəfində memarın adı həkk olun-

muşdur:  “Əcəmi  ibn  Əbubəkr

Naxçıvani”.

    Qeyd edək ki, kufi xəttinin özü-

nün  4  əsas  növü  var:  kufi  nəsx,

kufi süls, kufi həndəsi və kufi şi-

kəstə.  “Qurani-Kərim”in  ilk  nüs-

xələri də məhz kufi xətti ilə yazılıb.

Əcəmi Əbubəkr oğlu Naxçıvaninin

xəttatlıq məktəbinin özündən sonra

qoyub  getdiyi  abidələrdə  də  bu

xətt növlərinin daha çox  müşahidə

olunması  heç  də  təsadüfi  deyil.

Bunun bariz nümunəsini Naxçıvan

şəhərində əzəmətlə ucalan Möminə

xatın  türbəsinin  giriş  qapısında

dəqiqliklə görmək mümkündür.

     Şərq memarlığı incilərindən biri

olan Möminə xatın türbəsi 1186-cı

ildə Naxçıvan şəhərinin qərb his-

səsində  tikilmişdir.  Azərbaycan

Atabəylər dövlətinin banisi Şəm-

səddin Eldəniz həyat yoldaşı Mö-

minə xatının qəbri üzərində məq-

bərə  yaradılmasına  qərar  vermiş,

onun  tikintisini  oğlu  Məhəmməd

Cahan  Pəhləvan  hicri  582-ci  ilin

Məhərrəm  ayında  (aprel,  1186)

başa çatdırmışdır. Elin yaddaşında

“Atabəy günbəzi” adı ilə qalmışdır.

Ümumən  İslam  memarlığında  ən

uca  və  incə  kompozisiyalı  türbə-

lərdən biri olan Möminə xatın tür-

bəsinin  baştağında  kufi  xətti  ilə

sözlər həkk olunmuşdur. Tarix öz

qoynunda  Əcəminin  həyatı  haq-

qında heç nə saxlamayıb. Görünür,

dahi memar bunu qabaqcadan gör-

düyündən  öz  şah  əsəri  Möminə

xatın  türbəsi  üzərində  belə  yaz-

mışdır:  “Biz  gedirik,  ancaq  qalır

ruzigar. Biz ölürük, əsər qalır ya-

digar”. Bəli, o ölməz sənət abidəsi

bu gün də yaşayır. 

    XVI  əsrdə  isə  xəttatlıq  daha

yüksək inkişaf mərhələsinə çatır.

Bu  dövrdə  hətta  hökmdarlar  da

xəttatlıqla məşğul olmağa başla-

yırlar. (Şah I İsmayıl, Şah I Təh-

masib). Azərbaycan  xəttatlarının

bir  çoxu  tərtib  etdiyi  əlyazma

mətnlərini miniatürlərlə də bəzə-

yirdilər. Təbrizdə, Ərdəbildə, Ma-

rağada və Şamaxıda kalliqrafların

toplandığı  kitabxanalar  var  idi.

Təbrizdəki  kalliqrafiya  məktəbi

isə  ümumşərq əhəmiyyətinə malik

idi. Kalliqrafiya memarlığa, me-

talişləmə sənətinə, toxuculuğa və

xalçaçılığın inkişafına güclü təsir

göstərirdi.  Təsadüfi  deyildir  ki,

ən mahir kalliqraflar Təbriz mək-

təbinin yetirmələri idilər. Abdulla

Qazı  Xoylu,  Ətiq  Ordubadi,  Sa-

dıqbəy Əfşar, Şəmsəddin Məhəm-

məd  Təbrizi,  Seyid  Məhəmməd,

Şah Mahmud Nişapuri XVI əsrin

ən məşhur xəttatları olmuşlar. 

    Görkəmli xəttat Ətiq Ordubadi

də xəttatlıq məktəbinin özünəməx-

sus  simalarından  sayılır.  Şah  İs-

mayılın dəftərxanasında münşilik

təcrübəsi alan, “tuğrayi-şahi” ad-

lanan xətt növünü ixtira edən Ətiq

Ordubadi  dövrünün  tanınmış  sə-

nətkarlarından  olmuşdur.  Araş -

dırmamız  zamanı  aydın  oldu  ki,

tuğra padşahın adı və ləqəbi yazılan

möhür mənasına gəlir. Tuğra xət-

tatlıq sənətinin bir qolu olmuş və

yüz illərcə usta xəttatlar tərəfindən

istifadə  edilmişdir.  Türk  dilində

söz  olaraq  padşahın  adını  ehtiva

edən xüsusi bir işarə padşahın im-

zası  kimi  mənalar  da  ifadə  edir.

Oğuz ləhcəsində isə bu söz tuğrağ

şəklindədir, “hökmdarın möhürü”

mənasını ifadə edir. Qeyd edək ki,

M.Tərbiyət özünün “Danişmənda-

ni-Azərbaycan”  əsərində  də  bu

haqda  məlumat  vermişdir:  “Ətiq

Ordubadi sonralar dəftərxanadakı

vəzifəsini tərk etmiş, Məşhəd məq-

bərəsi ziyarətgahının işlər müdiri

olmuş,  uzun  müddət  orada  yaşa-

yaraq  Şahrux  mədrəsəsi  yanında

özünə məqbərə tikdirmişdir”. 

    Mənbələrdən  əldə  etdiyimiz

məlumatlarda onun təmkinli, ali-

cənab və yüksək savada malik in-

san  olduğunu  görürük.  Şah  İs-

mayıl dəftərxanasında xüsusi hör-

mətə  malik  olan  Ətiq  Ordubadi

haqqında  bir  çox  təzkirədə  də

məlumat verilmişdir.



Nərgiz İSMAYILOVA 



Dövrünün tanınmış xəttatları: 

Əcəmi Naxçıvani və Ətiq Ordubadi

Unutsaq, unudularıq

    Orta əsrlərdə Azərbaycanda,

bir qayda olaraq, bütün savadlı

adamlar  hansı  sənətin  sahibi

olmasına  baxmayaraq,  hesab

edirdilər  ki,  yüksək  savad  də-

rəcəsinin bir göstəricisi də şeir

yazmaq və xəttatlıq sənətinə yi-

yələnməkdir.  Buna  görə  də  o

dövrdə şair və xəttat kimi şöhrət

qazanmaq  olduqca  çətin  idi.

Bu  çətinlik  özünü  xəttatlıqda

daha  çox  göstərirdi.  Bir  çox

ölkələrdə  xeyli  kitabxana  və

emalatxanalar vardı ki, burada

da yüksək səviyyəli peşəkar xət-

tatlar kitabların üzünü köçürür,

qəbir daşları, ziyarətgahlar və

mülki binalar üçün yazı qəlib-

ləri hazırlayırdılar. Keçmiş haq-

qında dəyərli məlumatların bir

çoxu bu gün məhz bu peşə sa-

hiblərinin  əməyi  nəticəsində

əldə olunub.

    Yeddi  rəqəmi  deyən  kimi,  yəqin

ki, insanların ağlına, ilk olaraq, dün-

yanın  yeddi  möcüzəsi  gəlir.  Lakin

möcüzə bunlarda deyil. Bu tikililərin

ərsəyə  gəlməsində  minlərlə  insanın

əməyi vardır. Elə buna görə də, belə

deyərdim ki, onlar yox, məhz onları

yaradan insandır möcüzə olan. Möcüzə

adlandırılanlar  isə,  sadəcə,  bir  qrup

insanın əməyi, zəhmətidir. 

    İndi  isə  keçək  yeddi  rəqəminin

möcüzələrinə. İstənilən sahədə bu rə-

qəmin  maraqlı  şəkildə  istifadəsi  in-

sanlar  üçün  müəmmalı  olaraq  qalır.

Bu möcüzəvi rəqəmi hər kəs öz baxış

tərziylə dəyərləndirə bilər. Məsələn,

mənə dünyanın yeddi möcüzəsini say

desələr,  onları  belə  adlandırardım:

do, re, mi, fa, sol, lya, si. Bax bu, əsl

möcüzədir. Sadəcə, yeddi not və on-

lardan yaranan möhtəşəm musiqi əsər-

ləri.  Dünyanın  canlı  möcüzəsi  olan

insan sanki ikinci bir möcüzə axtardı,

ölümsüzlüyü kəşf etmək istədi və ba-

cardı. Bizə qalan musiqi əsərləri onları

ölümsüz etdi. 

    Bu  sahədə  7  rəqəminin  digər  bir

maraqlılığı mürəkkəb, ideya – emo-

sional məna daşıyan, dərin və bitkin

təfəkkür,  bədii  həyəcan  və  müxtəlif

musiqi  obrazlarının  inkişafını  ifadə

edən musiqi janrı olan muğamın əsrlər

boyu  davam  edən  tədrici  inkişaf  və

təkamül prosesi nəticəsində formala-

şaraq hal-hazırda 7 rəqəmində qərar-

laşmasıdır.  Daha  dəqiq  desək,  12

klassik muğamdan ələnərək, yeddisi

öz əhəmiyyətini qoruyub saxlayaraq

istifadə olunmaqdadır. Buna görə də

7 əsas muğamımız möcüzə deyilmi?

Həmçinin Azərbaycanda  ilk  profes-

sional  balet  adında  bu  rəqəmə  bir

daha  rast  gəlirik:  dahi  sənətkarımız

Qara Qarayevin “Yeddi gözəl” baleti. 

    Yeddi rəqəminə çox tez-tez müx-

təlif  kəlamlarda,  atalar  sözlərində,

habelə tarixi faktlarda da təsadüf olu-

nur. Məsələn, Bakı yeddi təpə üstündə

salınıb,  həftənin  yeddi  günü  var,

yeddi dəfə ölç, bir dəfə biç deyilib.

Göyün  yeddinci  qatı,  soğan  yeddi

dərdin  dərmanıdır,  yeddi  günbəz,

yeddi gözəl. İşıq spektri yeddi əsas

rəngdən – qırmızı, narıncı, sarı, yaşıl,

mavi, göy, bənövşəyi rəng lərdən iba-

rətdir. Musiqidə səs sırası yeddi ton-

dan (notdan) təşkil olunur. Dilimizdə

bəzi ifadələrdə də bu rəqəm xüsusilə

vurğulanır.  Məsələn,  7  qapı  uzaq

qonşu  olmaq,  7  arxa  əcdad,  əsil-

nəcəb,  yeddi  qıfıl  altında  saxlamaq

bərk-bərk gizlətmək mənalarını verir.

Belə ifadələrdən ədəbiyyatımızda da

geniş şəkildə istifadə ediblər. Məm-

məd  Araz  “Yeddi  bulaq  əfsanəsi”,

Məhəmməd Füzuli “Yeddi cam”, Ni-

zami Gəncəvi “Yeddi gözəl” əsərlə-

rində,  “Yeddi nar çubuğu” nağılında

da bu rəqəmlə rastlaşırıq. 

    Dağda yol-iz yaxşıdır, 

    Hər yan nərgiz, yaxşıdır.

    Yeddi fərsiz oğuldan 

    Bir fərli qız yaxşıdır. 

    Yeddi rəqəminin istifadəsi yuxa-

rıda qeyd etdiyimiz bayatıda oxucu-

ların təəccübünə səbəb olmaya bilər.

Onsuz da bir rəqəmdən istifadə olun-

malıydı  və  təsadüfən  bu  rəqəmin

bəxti gətirib, – deyə düşünənlər də

ola  bilər.  Görəsən,  doğrudanmı  tə-

sadüfdür, yoxsa bu təsadüfün altında

yatan  bir  səbəb  var?  Bəs  qız  ata

evindən gəlin köçürülən zaman belinə

qırmızı lent bağlanarkən “Yeddi oğul

istərəm, bircə dənə qız gəlin” deyimi

necə, onda da yeddi rəqəminin şansı

gətirib? 

    Müqəddəs  “Qurani-Kərim”də  də

yeddi  sayının  işlənmə  yeri  və  ifadə

anlamı az deyil: 7 qat göy, 7 kainat,

7 qat cənnət, 7 qat cəhənnəm, yerüstü

7 qat, yeraltı 7 qat, 7 əsas rəng. Ümu-

miyyətlə,  yeddinin  göy-səma,  yer-

torpaqla  bağlılığına  etiqad  çox-çox

mənbələrdə özünə yer tapıb. Bu mən-

bələrdə, bir qayda olaraq, göyün yeddi

qatdan,  yerin  yeddi  iqlimdən  ibarət

olduğu  bildirilir.  Həm  də  deyilir  ki,

Tanrı göyün hər bir qatını, yerin də

hər bir iqlimini yeddi günə yaradıb.

“Qurani-Kərim”in “Bəqərə” surəsinin

29-cu ayəsinə baxaq: “Yer üzündə nə



varsa, hamısını sizin üçün yaradan,

sonra  səmaya  üz  tutaraq  onu  yeddi

qat göy halında düzəldib nizama salan

Odur (Allahdır)! O, hər şeyi biləndir”. 

    İslam dinində 7 mərtəbə var. “Qu-

rani-Kərim”in  ilk  surəsi  “Fatihə”  7

ayədən  ibarətdir.  İslam  inanclarına

görə,  yer  altında  günahkarların  ge-

dəcəyi  yeddi  cəhənnəm  var.  Namaz

qılarkən alın, iki əl, iki üz, iki ayağın

baş barmaqları olmaq üzrə gövdənin

yeddi əzasının yerə dəyməsi vacibdir.

Dinimizin  inanclarına  görə,  ölünün

sarındığı kəfən yeddi arşın olmalıdır.

Kəbədə  “Məscidi-hərəm”  deyilən

məscidin yeddi minarəsi var. 

    Tibbi-anatomik cəhətdən yeddi rə-

qəminə  baxılsa,  insan  bədənində  7

düyün  nöqtəsi  və  başında  7  deşik

var: burun-2, ağız-1, qulaq-2, göz-2.

    Adət-ənənələrimizə  gəldikdə  isə

xeyir-şər işlərində də 7 rəqəmi öz is-

tifadəsinə görə fərqlənir. Belə ki, bi-

rinin ölümünün yeddinci günü xüsusi

ehsan verilir, ruhuna “Quran” oxunur.

Digər bir halda isə Novruz bayramında

ilaxır çərşənbədə süfrəyə yeddi növ

nemət  düzülməsi  artıq  ənənəmizə

çevrilib. Buna görə də bu gün belə,

Ordubadda ilaxır çərşənbə “Yeddilə-

vin” adlandırılır. 

    Toponimik baxımdan isə Şamaxı

rayonu  ərazisində  “Yeddi  günbəz”

kompleksinin, Qubada “Yeddilər qa-

lası”nın, xüsusilə də muxtar respub-

likamızda  7  rayonun  olmasını  vur-

ğulamaq  olar.  Deməli,  7  rəqəminin

toponimik baxımdan möcüzələrindən

biri də muxtar respublikamızın payına

düşür. 

    Əgər araşdırılsa, əminəm ki, hər



rəqəmdə belə maraqlı, möcüzəli hal-

larla rastlaşmaq mümkündür. Sadəcə,

axtarmaq  və  tapdıqlarına  inanmaq

lazımdır.



Fatma BABAYEVA



  Bəlkə  də,  bu  başlıq  ilk  baxışda  fərqli  səslənə  bilər,  amma  söhbət  bu

günə  qədər  öz  möhkəmliyini  qoruyub  saxlayan  memarlıq  incilərindən

getmir. Uşaqlıq çağlarımızda nənələrimizdən eşitdiyimiz nağıllarda həmişə

bu  rəqəm  bizə  sehrli  görünüb.  “7  qardaş,  1  bacının  nağılı”,  “7  divin

nağılı”, “7 qu quşu əfsanəsi” və sair kimi nağılları çox dinləmişik.  Qədim

inanclara görə, 7 müqəddəs, ilahi və xoşbəxtlik rəqəmidir. Dini təsəvvürə

görə isə 7 rəqəmi zaman və məkanı idarə edir. 

Maraq dünyası

İtmişdir

Şahbuz rayonunun Qızıl Qışlaq kənd sakini Hacıyev Ramazan Cəlil oğlunun

adına olan 04 inventar nömrəli texniki pasport itdiyindən etibarsız sayılır.

*     *     *

Fətullayeva Gülşən Ağəli qızının adına olan Azərbaycan Respublikası vətən-

daşının şəxsiyyət vəsiqəsi itdiyindən etibarsız sayılır. 

    Naxçıvan  Muxtar  Respublikası  Səfərbərlik  və

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Or-

dubad Rayon Şöbəsi rayon Uşaq Yaradıcılıq Mərkəzi

ilə birgə Azərbaycan Respublikasının Silahlı Qüvvələr

Gününə həsr edilmiş ədəbi-bədii tədbir keçirib. 

    Ordubad  Rayon  Mədəniyyət  Evində  keçirilən

tədbirin  əvvəlində  Uşaq  Yaradıcılıq  Mərkəzinin

dərnək  üzvlərinin  Silahlı  Qüvvələr  Gününə  həsr

edilmiş yaradıcılıq sərgisinə baxış olub. 

    Sonra Uşaq Yaradıcılıq Mərkəzinə cəlb edilmiş

məktəblilərin  ifasında  ulu  öndər  Heydər  Əliyevə,

Vətənə, silahlı qüvvələrimizə, dövlət rəmzlərimizə

həsr  edilmiş  şeirlər  söylənilib,  mahnılar  oxunub,

rəqs nümunələri, səhnəciklər nümayiş etdirilib. 

    Ordubad  Rayon  İcra  Hakimiyyəti  başçısının

müavini  Fərqanə  Hüseynli  çıxış  edərək  belə  təd-

birlərin uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik

ruhunda  böyüməsində  əhəmiyyətli  rol  oynadığını

vurğulayıb.

    Tədbirin sonunda vətənpərvərlik mövzusunda iş-

lədikləri əl işlərinə görə Uşaq Yaradıcılıq Mərkəzinin

bir qrup şagirdinə təşkilatçılar tərəfindən fəxri fər-



manlar təqdim edilib. 

Xəbərlər şöbəsi

Silahlı Qüvvələr Gününə həsr edilmiş ədəbi-bədii  tədbir keçirilib

Yüklə 217,57 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə