2.6.4.3. İxtiranın mahiyyəti.
2.6.4.3.1. İxtiranın mahiyyəti və mühüm əlamətləri.
İxtiranın mahiyyəti, ixtiranın təmin etdiyi texniki nəticəyə nail olmaq üçün kifayət edən mühüm
əlamətlər məcmusunda ifadə olunur.
Əlamətlər nail olunan texniki nəticəyə təsir etdikdə, yəni onlar göstərilən nəticə ilə səbəb-nəticə
əlaqəsində olduqda, mühüm əlamətlərə aid edilirlər.
2.6.4.3.2. İxtiranın mahiyyətini açıqlayan məlumatlar.
«İxtiranın mahiyyəti» bölməsində, iddia edilən ixtiranın həll edilməsinə yönəldiyi məsələ ətraflı
açıqlanır, ixtira həyata keçirildikdə əldə edilə biləcək texniki nəticə göstərilir.
Bu bölmədə həmçinin, ən yaxın oxşar analoqdan fərqlənən əlamətləri ayırmaqla, ixtiranı xarakterizə
edən mühüm əlamətlərin hamısı göstərilir, və fərqlənən əlamətlər, iddia edilən hüquqi mühafizə
həcminin şamil edildiyi bütün hallarda kifayət edən əlamətlərə və ixtiranı ancaq xüsusi hallarda,
konkret yerinə yetirilmə formalarında və ya onun istifadə edilməsinin xüsusi şəraitində xarakterizə
edən əlamətlərə bölünür.
İddia edilən ixtiranın yeni mühüm əlamətləri və nail olunan müsbət texniki nəticə arasında səbəb
nəticə əlaqəsinin olması da göstərilməlidir. İxtiranın mahiyyətini açıqladıqda, alınmasını həmin
ixtiranın təmin etdiyi, iddiaçıya məlum olan digər texniki nəticə növlərinin, o cümlədən, xüsusi
hallarda, onun ifasının konkret formalarında və ya xüsusi istifadə edilmə şəraitində göstərilməsi də
tövsiyə olunur. Texniki nəticə, məsələn, fırlanma momentinin azaldılması, pərçimlənmənin
qarşısının alınması, vibrasiyanın azaldılması, şişməyə qarşı aktivliyin artırılması, dərman
preparatının təsirinin lokalizasiya edilməsi, tökmə strukturunun qüsurlarının aradan qaldırılması,
işçi orqanın mühitilə kontaktının yaxşılaşdırılması ilə ifadə oluna bilər.
Bir qrup ixtiralar üçün, göstərilən məlumatlar, o cümlədən, texniki nəticə haqqında məlumat da, hər
bir ixtira üçün ayrılıqda verilir.
Mikroorqanizm ştammını, bitki və heyvan hüceyrələri kulturunu təsvir etdikdə, əlavə olaraq onun
ilk və ya yaxın qohum ştammdan fərqlənən əlamətləri də göstərilir.
Məlum qurğu, üsul, maddə, ştammın yeni təyinat üzrə tətbiqinə aid olan ixtiranı təsvir etdikdə,
məlum obyektin xarakteristikaları (onun təsvir olunduğu informasiya rnənbəyinin biblioqrafik
göstəricilərini qeyd etməklə), onun məlum və yeni təyinatı haqqında məlumatlar verilir.
2.6.4.3.3. Çertyoj fiqurlarının siyahısı.
Təsvirin bu bölməsində, çertyoj fiqurlarının siyahısından başqa, qısaca olaraq hər bir fiqurda nəyin
əks edildiyi də qeyd olunur.
2.6.4.4. İxtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.
Bu bölmədə iddiaçının göstərdiyi təyinatda ixtiranın həyata keçirilməsinin mümkünlüyü göstərilir.
«İxtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar» bölməsində, "ixtiranın mahiyyəti"
bölməsində göstərilmiş texniki nəticənin əldə edilməsi imkanı göstərilir.
Mahiyyəti ümumi anlayışlarla, o cümlədən, funksional ümumiləşdirmə səviyyəsində təqdim edilmiş
anlayışlarla ifadə olunmuş əlamətlərlə xarakterizə olunan ixtiranın həyata keçirilməsi imkanı,
ümumi anlayışlarla ifadə olunmuş əlaməti həyata keçirmək üçün bilavasitə iddia sənədlərinin
materiallarında bu cür əlamətin və ya onun alınma metodlarının həyata keçirilmə vasitəsi təsvir
edilməklə, yaxud da bu cür vasitənin və ya onun alınma üsullarının məlumluğuna göstərişlərində
təsdiq edilir.
Ixtiranı səciyyələndirən kəmiyyət əlamətləri qiymət intervalı şəklində istifadə edildikdə, onlar
texniki nəticənin həmin interval daxilində maksimum olması şərti ilə göstərilməlidir.
2.6.4.4.1. Qurğuya aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.
Qurğuya aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlara, qurğunun
konstruksiyasını açıqlayan statik vəziyyətdəki təsviri daxildir. Qurğunun konstruktiv elementlərini
təsvir etdikdə, çertyoj fiqurlarına istinadlar edilir. Konstruktiv elementlər rəgəmlərlə, onların adının
çəkilməsi üzrə, birdən başlayaraq, artma istiqamətində işarələnirlər.
Statik vəziyyətdə qurğunu təsvir etdikdən sonra, çertyojlarda verilmiş konstruksiyanın rəqəmlərlə
işarələnmiş elementlərinə və lazım gəldikdə digər izahedici materiallara (epürlər, zaman
diaqramları və s.) istinad etməklə qurğunun fəaliyyəti (işi) və qurğunun istifadə edilmə üsulu təsvir
edilir.
Əgər qurğuda, funksional səviyyədə xarakterizə olunmuş element vardırsa, və təsvir olunan realizə
forması, proqramlaşdırıla bilən (sazlandırıla bilən) çox funksional vasitə istifadə edilməsini nəzərdə
tutursa, onda həmin qurğunun tərkibində, bu cür vasitə ilə, onun təyin edilmiş konkret funksiyanı
yerinə yetirməsi imkanını təsdiq edən məlumatlar da verilir. Bu cür məlumatlar kimi alqoritm, o
cümlədən, hesablama alqoritmi verildiyi halda, onu blok-sxem, və ya, mümkün olduqda, uyğun
riyazi ifadə şəklində vermək daha yaxşıdır.
2.6.4.4.2. Üsula aid olan ixtiranın həyata keçirilməsi imkanını təsdiq edən məlumatlar.
Üsula aid olan ixtira üçün, maddi obyekt üzərində ardıcıl əməli hərəkətlərin (əməliyyatların)
aparılması şərtləri, konkret rejimlər (temperatur, təzyiq və s.) bu zaman istifadə olunan qurğular,
maddələr və ştammılar göstərilir. Məlum vasitələrin (qurğu, maddə və ştamm) istifadə edilməsi ilə
xarakterizə olunan üsulu təsvir etdikdə, həmin vasitələr göstərilir və ilkinlik tarixinə qədər onların
məlumluğu təsdiq edilir. Məlum olmayan vasitələr istifadə olunduqda, onların xarakteristikası
verilir və lazım olduğu halda qrafiki təsvir əlavə edilir.
Üsulda yeni maddələr istifadə olunduqda, onların əldə edilməsi üsulu açıqlanır.
Ümumi struktur formulu ilə təsvir olunan birləşmələrin yeni qrupunun alınması üsuluna aid olan
ixtira üçün, həmin üsul ilə qrupun bəzi konkret birləşmələrinin, əsas etibarilə, müxtəlif kimyəvi
xassəli radikalların alınmasına aid misallar, homoloji sıra üçün isə - həmin sıranın kənar və orta
təmsilçilərinin alınmasına aid misallar verilir. Qrupa daxil olan birləşmələr üçün, məlum metodlar
ilə təsdiq olunmuş struktur formullar, və fiziki - kimyəvi xarakteristikalar verilir. Təsvirdə
həmçinin, yeni birləşmələrin təyinatı və ya bioloji aktiv xassələri haqqında məlumatlar da göstərilir.
Strukturu müəyyən edilməmiş yüksək molekulyar birləşmələrin alınması üsuluna aid olan ixtira
üçün, ixtiraya aid verilən misallarda, həmin birləşmənin identifikasiyası üçün lazım olan