İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYASININ
QİYMƏTLƏNDİRİLMƏSİ
İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYASININ
QİYMƏTLƏNDİRİLMƏSİ
Müəlliflər:
Kənan Aslanlı
Zöhrab İsmayıl
Rövşən Ağayev
Azər Mehtiyev
Korrektor:
Kəmalə Cəfərova
Dizayner:
Rafael Qasımov
Gəlirləri İzləmə İnstitutunun
maliyyə dəstəyi ilə nəşr edilib
© Azad İqtisadiyyaya Yardım İctimai Birliyi 2013
Üz qabığındakı foto: www.bp.com
Bu hesabat Azad İqtisadiyyata Yardım İctimai
Birliyinin “Azərbaycanda və Qazaxstanda
iqtisadiyyatın və ixracatın diversifikasiyanın
qiymətləndirilməsi” (Gİİ) və İqtisadi
Təşəbbüslərə Yardım İctimai Birliyinin
“Azərbaycanda iqtisadi diversifikasıya
imkanlarının qiymətləndirilməsi” (ACİYF)
layihələri çərçivəsində hazırlanıb.
www.freeeconomy.az
3
İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYA
1. Giriş (əsas anlayışlar və metodologiya) ..............................................................................................5
2. Makroiqtisadi mühit ..............................................................................................................................7
3. İqtisadiyyatın və ixracın diversifikasiyası siyasəti ...........................................................................13
3.1. İqtisadiyyatın və ixracatın diversifikasiyası ilə əlaqəli qanunvericilik .....................................13
3.2. İqtisadi diversifikasiyaya yönəlik strategiya və proqramlar ......................................................13
3.3. İqtisadiyyatın və ixracatın diversifikasiyası ilə əlaqədar
rəsmi çıxışların xülasəsi ...................................................................................................................17
3.4. İqtisadi diversifikasiyaya məsul institutlar ...................................................................................18
3.5. Orta və uzunmüddətli xərc strategiyasının çərçivələri və prioritetləri ....................................19
3.6. Beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin Azərbaycan
iqtisadiyyatının diversifikasiyasına həsr olunan sənədləri .........................................................23
3.7. İqtisadi diversifikasiyaya mane olan faktorlar .............................................................................29
4. Diversifikasiya siyasətinin nəticələrinin təhlili .................................................................................33
4.1. Maliyyə sektoru .................................................................................................................................33
4.2. İnfsrastruktura yönəlik dövlət investisiyaları ...............................................................................41
4.3. İnsan kapitalı .....................................................................................................................................46
4.4. İnnovasiyalar .....................................................................................................................................51
4.5. Yeni qeyri-neft sənaye sahələri ........................................................................................................55
4.6. Kənd təsərrüfatı .................................................................................................................................62
4.7. Turizm .................................................................................................................................................69
5. Diversifikasiya siyasətinin nəticələrinin qiymətləndirilməsi .........................................................74
5.1. İqtisadi diversifikasiya göstəriciləri ...............................................................................................74
5.2. İxrac diversifikasiyasını əks etdirən əsas indikatorlar .................................................................79
MÜNDƏRİCAT
AÇG
“Azəri-Çıraq-Günəşli”
AMB
Azərbaycan Mərkəzi Bankı
AMEA
Azərbaycan Milli Elmlər Akademiyası
ASC
Açıq səhmdar cəmiyyəti
ARDNF
Azərbaycan Respublikası Dövlət Neft Fondu
ARDNŞ
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
EİM
Elmi İnnovasiyalar Mərkəzi
DİF
Dünya İqtisadi Forumu
DST
Dünya Səhiyyə Təşkilatı
DSK
Dövlət Statistika Komitəsi
HPBS
Hasilatın Pay Bölgüsü Sazişi
İQİ
İstehlak qiymətləri indeksi
İİN
İqtisadi İnkişaf Nazirliyi
İKT
İnformasiya-kommunikasiya texnologiyaları
NEM
Nominal effektiv məzənnə
XİZ
Xüsusi iqtisadi zona
ÜDM
Ümumi daxili məhsul
SSRİ
Sovet Sosialist Respublikaları İttifaqı
SKMF
Sahibkarlığa Kömək Milli Fondu
REM
Real effektiv məzənnə
QISALTMALAR
5
İQTİSADİYYATIN VƏ İXRACIN
DİVERSİFİKASİYA
BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası öz sənədlərində iqtisadi diversifikasiya-
ya belə definisiya verir: “İqtisadi diversifikasiya geniş çeşiddə məhsulların iqtisadiyyatda istehsal
edilməsi prosesi kimi nəzərdən keçirilir. Bu anlayış, həmçinin ixrac bazarlarının diversifikasiyası
və daxili iqtisadi fəaliyyətlərdən ayrı gəlir mənbələrinin diversifikasiyasını da əhatə edir ”. İxra-
cın diversifikasiyası isə mövcud ixrac səbətindəki ayrı-ayrı malların xüsusi çəkisini dəyişməyə, ix-
rac səbətinə yeni əmtəələr təklif etməyə və yeni coğrafi bazarlara çıxışı nəzərdə tutan siyasətlərin
məcmusudur . İqtisadi diversifikasiya siyasətinin əsas elementləri bunlardır: kapital (insan kapitalı,
fiziki kapital və təbii sərvətlər), resurslardan daha effektiv istifadəyə imkan verən rəqabətli bazarlar,
infrastruktur təminatı, davamlı institusional və struktur islahatları, xarici sərmayənin hərəkətində
və ticarətdə sərbəstlik, makroiqtisadi stabillik.
2011-ci ilin yekunlarına əsasən Azərbaycanda ÜDM-in 51,7%-i, ümumi ixracın 92%-i, büdcə gəlirlərinin
70%-i, ümumi investisiya qoyuluşlarının 25%-ə yaxını neft sektorunun payına düşür. Təbii qaz ixrac im-
kanlarının getdikcə artması ilə bütövlükdə ölkə iqtisadiyyatı karbohidrogen ehtiyatlarının istismarından
asılı hala düşür. Bu asılılıq artıq iqtisadi artım tempini də şərtləndirəcək əsas iqtisadi determinanta çevrilib.
2011-ci ildə neft hasilatının 10,5%, təbii qaz hasilatının isə 2,2% azalması nəticəsində həmin il Azərbaycan
iqtisadiyyatında son 15 ilin ən aşağı iqtisadi artım göstəricisi (cəmi 0,1%) qeydə alınıb.
Azərbaycan iqtisadiyyatının iqtisadi artım, ümumi daxili məhsul, ixrac və büdcə gəlirləri kimi aparıcı iqti-
sadi parametrlər üzrə neft-qaz sektorundan asılılığı və iqtisadi/ixrac diversifikasiyasına nail olmağın önəmi
nəzərə alınaraq ABŞ-ın Gəlirlərə Nəzarət İnstitutu (Revenue Watch Institute) tərəfindən müəyyən edilən vahid
metodoloji yanaşma və struktur əsasında “İqtisadiyyatın və ixracın diversifikasiyasının qiymətləndirilməsi”
tədqiqatı aparılıb. Tədqiqatda əsas etibarilə statistik məlumatların toplanması və təhlili (data collection &
analysis) üsulundan istifadə edilib.
Tədqiqatın ilkin nəzəri fərziyyəsi ondan ibarətdir ki, təbii resursla zəngin ölkələrdə öz iqtisadiyyatlarının
strukturunu və ixrac bazasını diversifikasiya etməkdəki çətinliklər müvafiq siyasətlərin formalaşması və
icrasındakı çatışmazlıqlardan, siyasi və iqtisadi xarakterli institusional baryerlərdən, bazar mexanizmlərinin
formalaşdırdığı inkişaf motivlərinin işləməməsindən qaynaqlanır. Bu baxımdan araşdırma Azərbaycanda
iqtisadi və ixrac diversifikasiyasına yönəlik dövlət siyasətlərini müəyyən etməyə və onların icrası nəticəsində
yaranan iqtisadi situasiyanın monitorinqinə və təhlilinə yönəlib. Tədqiqatda öncə Azərbaycanın makroiq-
tisadi mühit amilləri ətraflı təhlil edilmişdir. Daha sonra isə diversifikasiya siyasətinin əsas tərkib hissələri
kimi iqtisadi və ixracın diversifikasiyası ilə əlaqəli qanunvericilik, iqtisadi diversifikasiyaya yönəlik strategi-
ya və proqramlar, iqtisadiyyatın və ixracatın diversifikasiyası ilə əlaqədar rəsmi çıxışlar və iqtisadi diversifi-
kasiyaya məsul institutlar araşdırılıb (policy inputs). Əlavə olaraq orta və uzunmüddətli xərc strategiyasının
çərçivələri və prioritetləri, beynəlxalq təşkilatların və araşdırma mərkəzlərinin Azərbaycan iqtisadiyyatının
1. Giriş