11
İttifaqı ilə sıx qarşılıqlı əlaqələrdən, təmaslardan özümüzə lazım
olanı götürürük, eləcə də bizim regionda təhlükəsizlik
sisteminin,
o
cümlədən
enerji
təhlükəsizliyinin
möhkəmləndirilməsinə töhfəmizi veririk. Deməliyəm ki,
bütövlükdə, əməkdaşlığın səviyyəsindən razıyıq, bu daim
yüksəlir.
– Qarşınızda çox kəskin şəkildə duran Qarabağ proble-
minin həlli məsələsində Avropa İttifaqından dəstək gözləyir-
sinizmi və əgər gözləyirsinizsə, bu dəstək nədən ibarət olma-
lıdır?
– Bu gün biz münaqişənin həlli məsələsində bütün dünya
birliyi tərəfindən tam siyasi dəstək alırıq. Dünya birliyi, o
cümlədən Avropa İttifaqı və bilavasitə tənzimləmə ilə məşğul
olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri – Rusiya,
Fransa, ABŞ bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində həllinə birmənalı şəkildə tərəfdar olduqlarını
bildirir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi
tərəfindən, BMT tərəfindən tanınmışdır və bu məsələ bizim
apardığımız danışıqların mövzusu deyildir. Bu mənada biz
Avropa İttifaqı tərəfindən də siyasi və mənəvi dəstək alırıq, bu,
«Yeni qonşuluq siyasəti» barədə Avropa İttifaqı ilə imzala-
dığımız sənəddə öz əksini tapmışdır. Bu, başqa məsələdir ki,
hələlik bu dəstək tənzimləmə üçün zəruri tədbirlərin, daha dəqiq
desək, Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı
aparılmış etnik təmizləmənin nəticələrinin aradan qaldırılması,
bütün qaçqınların və məcburi köçkünlərin öz doğma
torpaqlarına qayıtması və beləliklə, münaqişənin tənzimlənməsi
tədbirlərinin
praktik
şəkildə
həyata
keçirilməsinə
çevrilməmişdir. Görünür, burada xalis siyasi, diplomatik
bəyanatlar kifayət deyildir. Təəssüf ki, təcavüzkar dövlət olan
Ermənistan XXI əsrdə özünü orta əsrlər dövrünün deyil, XXI
əsrin reallıqlarına uyğun şəkildə aparmaq barədə dünya
birliyinin çağırışlarına hələlik məhəl qoymur. Təəssüf ki,
ermənilərin bu məsələyə yanaşmasında məhz orta əsrlər üçün
səciyyəvi olan münasibət müşahidə olunur. Bu, qeyri-
12
müəyyənliyə aparan yoldur, onlar heç vaxt Dağlıq Qarabağın
Azərbaycandan ayrılmasına nail ola bilməyəcəklər, dünya
birliyi heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi
tanımayacaqdır və Azərbaycan heç vaxt buna razılıq ver-
məyəcəkdir. Münaqişənin həlli yolları üzdədir, bu yollar bütün
ölkələr üçün, o cümlədən Moldova üçün də eynidir. Bizim
üzləşdiyimiz problemlər təcavüzkar separatizmdir. Dağlıq
Qarabağ, Dnestryanı bölgə, Abxaziya, Cənubi Osetiya
problemlərinin kökləri eyni, səbəbləri eyni və təəssüf ki,
nəticələri də eynidir. Buna görə də onlar məhz beynəlxalq
hüquq prinsipləri əsasında həll olunmalıdır. Ümidvaram ki,
Ermənistanda sağlam düşüncə üstün gələcək və ermənilər
yaranmış vəziyyətdən, beynəlxalq praktikanın reallıqlarından və
regionda qüvvələr nisbətinin dəyişməsi reallıqlarından düzgün
nəticə çıxaracaqlar.
– Biz özümüz də yəqin edə bilmişik ki, Bakıda müxtəlif
dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər,
pravoslav məbədləri, məscidlər, sinaqoqlar çox rahat işləyir.
Sizin
fikrinizcə,
bu
faktlar
da
Azərbaycanın
avropasayaqlığının təzahürləridir?
– İctimai formasiyadan asılı olmayaraq, tolerantlıq Azərbay-
canda həmişə həyat norması olmuşdur. Bu, indiki dövrün
səciyyəvi hadisəsi və bizim Avropa İttifaqı ilə əməkdaş-
lığımızın nəticəsi deyildir. Biz Rusiya imperiyasının tərkib
hissəsi olduğumuz dövrdə də belə idi, Sovet İttifaqının tərkib
hissəsi olduğumuz vaxtda da belə idi, indi – müstəqil dövlət
olduğumuz şəraitdə də belədir. Ölkəmizdə müxtəlif xalqların,
müxtəlif dinlərin çoxsaylı nümayəndələri yaşayır və onların
hamısı bir ailə kimidir. Azərbaycanda heç vaxt dini və ya etnik
zəmində münaqişələr olmamışdır. Bizim ölkədə bütün dinlərin
nümayəndələrinin bir ailə kimi yaşaması faktı dövlətimizi
möhkəmləndirir. Ermənistan isə monodövlətdir və onun
əhalisinin, demək olar ki, yüz faizini erməni milləti təşkil edir,
yeri gəlmişkən, ada-dövlətlər müstəsna olmaqla, bu vəziyyət
heç bir normal dövlət üçün norma sayılmamalıdır. Dövlətin
13
siyasəti və dövlətin milli azlıqlara münasibəti həm də dövlətin
milli tərkibini müəyyənləşdirir. Vaxtilə Ermənistanda başqa
millətlərin çoxlu nümayəndələri, o cümlədən üç yüz mindən
artıq azərbaycanlı yaşayırdı. Bütün başqa millətlərin
nümayəndələri kimi, azərbaycanlılar da bu torpaqdan
qovulmuşlar. Biz Azərbaycanda çox sevinirik ki, milli sülh
ölkəmizin dinamik inkişafına kömək edir. Bundan sonra da
mümkün olan hər şeyi edəcəyik ki, Azərbaycanda yaşayan
bütün xalqlar arasında həmrəylik, sülh və qardaşlıq
münasibətləri inkişaf etsin.
– Yan keçə bilmədiyimiz bir sual. Bildiyimizə görə, keçən
il Azərbaycan iqtisadiyyatında artım göstəricisi 35 faizə
çatmışdır. Deyə bilərsinizmi, bu Azərbaycan möcüzəsinin
sirri nədədir?
– Əlbəttə, bu, ilk növbədə, hələ ötən əsrin 90-cı illərindən
başlanmış cəsarətli iqtisadi islahatlarla bağlıdır. Ölkəmizin
müstəqilliyinin bərpa edilməsinin ilk illərində biz vətəndaş
müharibəsinin, xaosun, dağıntıların çox ağır nəticələri ilə
üzləşmişik. Lakin 1993-cü ildə bütün mənfi meyillər dayan-
dırıldı və 1996-cı ildən 2004-cü ilə qədər biz dinamik şəkildə
inkişaf etdik. İqtisadiyyatın həcmi orta hesabla ildə 10 faiz
artırdı. Bu, yaxşı göstəricidir və demək olar ki, 10 il müddətində
hər il vəziyyət belə olmuşdur. 2005-ci il 90-cı illərdə başlanmış
və 2000-ci illərdə davam etdirilmiş bütün islahatların bir növ
inikası olmuşdur. 2005-ci ildə bizdə iqtisadi artım göstəricisi 26
faiz səviyyəsində idi. 2006-cı ildə isə sizin qeyd etdiyiniz kimi,
2005-ci ilin 26 faizlik bazası əsasında bu artım 35 faizə
çatmışdır. Artıq cari ilə yekun vurulur, bu il iqtisadi artım
göstəricisi 30 faiz həddində olacaqdır. Bu o deməkdir ki, biz üç
ildə ÜDM-i faktiki olaraq iki dəfə artırırıq. Əlbəttə, burada
enerji amili – neft və qaz hasilatının artırılması, eləcə də
islahatların fəal aparılması, iqtisadiyyatın liberallaşdırılması,
özəl sektorun stimullaşdırılması mühüm rol oynayır. Biz özəl
sektora hər il təqribən yüz milyon dollar məbləğində güzəştli
kreditlər veririk.
Dostları ilə paylaş: |