İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
65 
 
mam Səccad (ə) vəfat etdikdən sonra başa düşmüşdülər ki, gecə vaxtı onlar 
üçün yemək-içmək gətirən şəxs  mam Səccad (ə) olmuşdur.
1
 
O, gecələr naməlum şəkildə çörək, yemək və s. şeyləri şəxsən öz çiyninə 
atır,  kimsəsizlərin  qapısına  aparıb  buyurardı:  «Gizli  verilən  sədəqə  Allahın 
qəzəb odunu söndürür.» 
2
 
Mədinə  camaatı  deyirdi:  Əli  ibn  Hüseyn  (ə)  öləndən  sonra  biz  gizli 
verilən sədəqəni itirdik. 
3
 
mam  Səccad  (ə)  şəxsən  un  və  digər  ərzaqla  dolu  olan  kisələri  o  qədər 
çiyninə  atıb  kimsəsizlər  üçün  aparmışdı  ki,  onun  çiyni  əzilərək  qabar 
bağlamışdı.  O  Həzrətin  şəhadətindən  sonra  ona  qüsl  verərkən  bu  qabarlar 
orada  olanların  nəzərini  cəlb  etmiş,  onun  səbəbini  soruşduqda,  “bu,  yemək 
kisələrini  çiyninə  atıb  kimsəsizlər  üçün  aparmağın  nəticəsidir”  cavabını 
eşitmişdilər.
4
  
 
 
                                                            
1
 
Kəşful-ğummə, səh.219 
2
 
Kəşful-ğummə, səh.219 
3
 
Hilyətul-Övliya, c.3, səh.136 
4
 
Ə
l-xisal, səh.517-518 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
66 
 
 
 
 
MAM MƏHƏMMƏ
BAQ R (Ə
 
 
 
 
 
 
 
 
mam Baqirin (ə) həyatı barədə qısa məlumat 
 
mam  Baqir  (ə)  hicrətin  57-ci  ilində  Mədinə  şəhərində  dünyaya 
gəlmişdir.  Atası  mam  Zeynül-abidinin  vəfatı  vaxtı  (hicrətin  96-cı  ilində
otuz  doqquz  yaşı  var  idi.  Adı  Məhəmməd,  künyəsi  Əbu  Cəfər,  ləqəbləri 
Baqir,  Baqirül-ülum  olmuşdur.  Anası  mam  Həsənin  (ə)  qızı  Ümmü 
Abdullah olmuşdur. Buna görə də,  mam Baqir (ə) həm ata, həm də ana 
tərəfdən  Həzrət  Əli  (ə)  və  xanım  Zəhranın  (s.ə)  nəslinə  yetişən  ilk  şəxs 
olmuşdur.  mam  Baqir  (ə)  hicrətin  114-cü  ilində  Mədinə  şəhərində  vəfat 
etmiş, məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında 
dəfn olunmuşdur. O Həzrətin  mamət dövrü 18 il olmuşdur. 
 
 
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
67 
 
mam Baqirlə (ə) eyni əsrdə olmuş xəlifələ
 
Aşağıda adları çəkilmiş xəlifələr  mam Baqirin (ə)  maməti dövründə 
onun həməsri olmuşlar: 
1.Vəlid ibn Əbdülməlik (86-96 hicri qəməri); 
2.Süleyman ibn Əbdülməlik (96-99 hicri qəməri); 
3.Ömər ibn Əbdüləziz (99-101 hicri qəməri); 
4.Yezid ibn Əbdülməlik (101-105 hicri qəməri); 
5.Hişam ibn Əbdülməlik (105-125 hicri qəməri); 
 
Elmi inqilabın banisi 
 
Beşinci  mam  -  mam  Məhəmməd  Baqir  (ə)  öz  maməti  dövründə 
münasib olmayan bir vəziyyətdə  lahiyyət maarifini nəşr edib onu meydana 
çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə, oğlu  mam Cəfər 
Sadiqin  (ə)  maməti  dövründə  təsis  edilmiş  böyük  slam  məktəbinin  təşkil 
tapmasına şərait  yaradan elmi inqilabı həyata keçirtdi.  mam Baqir (ə) elm, 
zöhd  (təqva),  fəzilət  və  əzəmətdə  bütün  Bəni–Haşim  böyüklərini  üstələmiş, 
onun  böyük  elmi  və  əxlaqi  məqamı  dostun  da,  düşmənin  də  tərifinə 
çevrilmişdi. O Həzrətdən  slami hökmlər, təfsir,  slam tarixi və başqa elmlər 
sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək  mam 
Həsən  (ə),  mam  Hüseynin  (ə)  övladlarının  heç  birindən  o  qədər  rəvayət 
yetişməmişdir. 
1
 
 O  dövrün  böyük  elmi  şəxsiyyətləri  və  eləcə  də  Peyğəmbər 
səhabələrindən  sağ  qalanlar  o  Həzrətdən  istifadə  edirdilər.  Cabir  ibn  Yezid 
Cüfi, Kisan Sicistani, (O tabeindən idi) həmçinin,  bn Mübarək, Zühri, Uzai, 
Ə
bu  Hənifə,  Malik,  Şafei,  Ziyad  ibn  Münzirnəhdi  kimi  fəqihlər  o  Həzrətin 
elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir 
neçə vasitə ilə rəvayət edərlərmiş. 
Sünni  məzhəbinin  ən  mötəbər  müəlliflərindən  hesab  edilən  Təbəri, 
Bəlazəri,  Səlami,  Xətib  Bağdadi,  Əbu  Nəim  sfahani,  eləcə  də  ən  mötəbər 
qaynaqlarından  olan  Müvəttəi-Malik,  Sünəni-Əbu  Davud,  Müsnədi-Əbu 
Hənifə,  Müsnədi-Mərvəzi,  Təfsiri-Nəqqaş,Təfsiri-Zəməxşəri  (Əl-Kəşşaf)  və 
onlarla bu kimi kitablar  mam Baqirin (ə) mənalı sözləri ilə doludur Onların 
                                                            
1
 
Ə
l-irşad, səh. 261 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə