22
Konsepsiyaya əsaslanaraq qeyd etmək olar ki,
innovasiya ssenarisinin tətbiqi sosial-iqtisadi inkişafda
ciddi müsbət dönüşün baş verməsinə səbəb olmaqla,
inkişaf etmiş ölkələrə xas aşağıdakı dəyişiklərə gətirib
çıxaracaqdır:
-
iqtisadiyyatda, elmdə, təhsildə, yüksək texnoloji
və digər sahələrdə müqayisəli üstünlüklər nəzərə alın-
maqla, inkişaf meyllərinin yüksəlməsinə;
-
özəl sektorun, rəqabət qabiliyyətli müəssisələrin
və investisiya aktivliyinin dinamik inkişafını təmin
edən institutların yaranmasına;
-
istehsal, emal, hasilat və xidmət sektorlarında
innovasiyaların təkmilləşdirilməsinin intensivliyi son-
da əmək məhsuldarlığının keyfiyyət və kəmiyyət
göstəricilərinin yüksəlməsinə;
-
infrastruktur sisteminin dinamik inkişafına;
-
insan kapitalının intensiv inkişafının keyfiyyət
dəyişikliyinə, ölkədə ortabab təbəqənin səviyyəsinin
və əhalinin maddi rifah halının yüksəlməsinə;
-
beynəlxalq əlaqələrin çoğrafiyasının genişlən-
məsinə.
Azərbaycan xalqının ümummilli lideri, Heydər
Əliyevin layiqli davamçısı Azərbaycan Respublikası-
nın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə
uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticə-
sində iqtisadiyyatımızın bu günkü vəziyyəti artıq ke-
çid proqramının əsas məqsədlərinə həm forma, həm
23
də məzmun etibarilə nail olunduğunu və keçid dövrü-
nün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir
ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət
mərhələsinə daxil olmuşdur. Məhz bu amil Azərbay-
can Respublikası Prezidentinin 29 noyabr 2011-ci il
tarixdə imzaladığı “Azərbaycan 2020: Gələcəyə ba-
xış” inkişaf konsepsiyasının həyata keçmə imkanlarını
daha da reallaşdırır. Bütün bu mühüm amillər özlü-
yündə Azərbaycanın məcburi cəlb olunduğu Ermənis-
tanla münaqişənin, Dağlıq Qarabağ probleminin bu
müddət ərzində ölkəmizin xeyrinə həll olunmasına
müsbəət təsir göstərəcəkdir.
24
2.“Azərbaycan Respublikası 2020-ci ilə gələcəyə
baxış” inkişaf konsepsiyasında mərhələlik
Azərbaycan Respublikasının uzun müddətli inki-
şafını təcəssüm etdirən bu konsepsiya – müvafiq gös-
təricilər sistemini, onların məqsədini, əhatə etdiyi
dövrün inkişaf meylinin strategiyasını və nəzərdə tu-
tulan dövr üçün ölkənin malik olacağı sosial-iqtisadi
imkanları özündə əks etdirməlidir. Konsepsiyanın ic-
rası dövründə dövlətin tənzimlənməsi qarşısında du-
ran əsas vəzifə - mövcud sistemin inkişafının müxtəlif
dövrləri ərzində yaranacaq fərqli və çoxsaylı maraqlar
arasında tənzimləyici əlaqələndirməni maksimal im-
kanlar səviyyəsində təmin etməkdir. Dövlətin sosial-
iqtisadi siyasətinin sistemli şəkildə həyata keçirilməsi
konsepsiyanın icrası dövründə xüsusi əhəmiyyət kəsb
edir. Həmçinin, bu amil konsepsiyanın məqsədinə,
onun həyata keçirildiyi hər bir dövrün real imkan-
larına görə uzlaşdırılmalıdır.
Məlum olduğu kimi sosial-iqtisadi inkişaf konsep-
siyasının tərtibində əsas vəzifə kimi əhalinin həyat sə-
viyyəsinin, maddi-mənəvi rifah halının yüksəlməsi zə-
ruri müddəa sayılırsa, lakin burada həmçinin işlək qa-
biliyyətli vətəndaşların məhsuldar və yüksək ixtisaslı
iş qabiliyyətinin artırılması, yerli və xarici bazarlara
çevik reaksiya verən işçi qüvvəsinin, əmək kollekti-
vinin hazırlanması da xüsusi diqqət mərkəzində dur-
25
malıdır. Bütün bunlar özünü istər nəzəri, istərsə də
praktiki cəhətdən konsepsiyanın icrasında, o cümlə-
dən əhalinin maddi-rifah halı, işçi qüvvəsinin peşə-
ixtisas səviyyəsinin göstəricilərində və onların hər ilki
nəticələrinin yekunlarında göstərməlidir. Dünya təcrü-
bəsində olduğu kimi, Azərbaycan Respublikasının
müasir və gələcək inkişafı da yüksək ixtisaslı, təcrü-
bəli, peşəkar, bazar rəqabətinə cavab verən insanların
mövcudluğundan ciddi şəkildə aslıdır.
Azərbaycanda iqtisadi inkişaf konsepsiyasının ha-
zırlanmasında və onun həyata keçirilməsində ümumi
tarazlıq prinsipinin gözlənilməsi vacib şərtdir. Burada
əsas amil bir tərəfdən mal və xidmətlərin məcmu tə-
ləbi ilə məcmu təklifi arasındakı uyğunluğa nail olun-
masıdırsa, digər tərəfdən məhdud istehsal resursları
nəzərə alınıb, bazar prinsipləri əsas götürülməklə is-
tehsal amillərinin nəzərdə tutulan təkrar istehsalının
təminidir. Məhz bu şəraitdə məhsul bölgüsündə istifa-
də istiqaməti (istehsal amillərini də əsas götürməklə)
istehsal edilən məhsulun artımı ilə müşahidə edilmək-
lə, son hədd amilinin tələbat müddətini uzadacaqdır.
Sosial-iqtisadi inkişaf konsepsiyasının hazırlan-
ması mərhələlərinin əsasları. Ölkədə hazırlanması və
icrası nəzərdə tutulan iqtisadi inkişaf konsepsiyasının
mərhələlərinin aşağıdakı amillərə əsaslanması pers-
pektivdə özünü daha da doğruldacaqdır.
Dostları ilə paylaş: |