34
sək texnologiyalardan daha məhsuldar istifadə olun-
masına təsir edəcəkdir. Digər tərəfdən, belə bir nəticə-
nin əldə olunması Azərbaycanı yüksək səviyyədə olan
neft ixracı aslılığından qurtaracaq, büdcənin formalaş-
masında qeyri-neft amil öz yüksək göstəriciləri ilə
seçiləcəkdir. Eyni zamanda, istər iqtisadiyyatda, istər-
sə də sosial sahədə yüksək ixtisaslı, təkmil və intel-
lektual səviyyəli biliklərə malik insanların yetişdiril-
məsi, bilik iqtisadiyyatının qabaqcıl sıraya keçməsi
əsas şərt kimi təmin olunmalı, bununla bağlı hüquqi,
maddi-maliyyə, texniki və digər inkanlar səfərbər
olunmalıdır.
Konsepsiyada region və ərazilərin sosial-iqtisadi
yanaşmasına yeni baxış, bu sahədə olan dövlət proq-
ramlarının, hüquqi-normativ sənədlərin əlaqələndirmə
və onların fəaliyyət mexanizminin təkmilləşdirilməsi,
aqrar və xammal resurs bazası kimi inkişaf yanaşma-
sının dəyişməsi perspektiv dövrlə bağlı qarşıya qoyu-
lacaq vəzifələrin daha əhatəli icrası üçün xüsusi əhə-
miyyət kəsb edir. Belə ki, regionların sosial-iqtisadi
cəhətdən tarazlı inkişafında, bu ərazilərdə aqrar-
sənaye və digər iqtisadiyyat sahələrinin inkişafı üçün
real imkanlar mövcuddur. Bu amili keçmiş sovetlər
dövründəki təcrübə də sübut edir. Mövcud ərazilərin
inkişafı üçün maddi-texniki, maliyyə, peşəkar kadr
potensialını bir araya gətirmək, son texnoloji, innova-
siya resurslarından səmərəli istifadə etmək, yerli işgü-
35
zar mühiti stimullaşdırmaq, bütün müvafiq tədbirlərin
icra, tənzimləmə və nəzarət mexanizminin hüquqi ba-
zasını təkmilləşdirmək vacib məsələlərdəndir. Həyata
keçirilən tədbirlər regonal inkişafdakı disbalansı ara-
dan qaldırmalı, sənaye və digər iqtisadiyyat sahələri-
nin inkişafı baxımından bir müəssisənin yaradılmasın-
da yalnız bir region deyil, zərurət yarandıqca bir neçə
regionun ərazisindən istifadə edilməsi (ərazi, xammal-
resurs təminatı və s.) məqsədəuyğundur. Digər tərəf-
dən, iqtisadi inkişafla bağlı regonal kordinasiyanın
gücləndirilməsi də zəruridir. Ölkədə daxili və xarici
bazarlar üçün tələb olunan məhsulların istehsalında
regionlarda fəaliyyət göstərən müəssisələrin stimulla-
dırılması, burada biznes mühitinin daha geniş inkişafı
üçün tədbirlərin həyata keçirilməsi konsepsiyanın
müsbət icrası baxımından mühüm rol oynayır.
Konsepsiyada əsas diqqət innovasiya meylli
sosial-iqtisadi inkişafa verilir, belə yanaşmanın özünə
məxsus kəmiyyət və keyfiyyət xüsusiyyətləri möv-
cuddur. Birincisi, burada ilkin olaraq ölkənın ənənəvi
iqtisadiyyat sahələrinin təkmilləşdirilməsinə və inki-
şafına üstünlük özünü göstərəcəkdir (energetika, mal-
material-ixracı, nəqliyyat və s.). Belə ki, zənn etmək
olar ki, bu sahələr artıq ölkəyə iri gəlirlər gətirir, ba-
zarı var və 2020-ci ilədək ÜDM-də öz əhəmiyyətli xü-
susi çəkisini saxlaya bilər. İkincisi, Azərbaycanda in-
novasiya siyasətinin əsaslı inkişafı, innovasiya tədbir-
36
lərinin artırılması iqtisadiyyat sahələrində iqtisadi artı-
mın aparıcı amili rolunu oynamalıdır. Belə yanaşma,
həm də milli rəqabət qabiliyyətinin, əmək məhsuldar-
lığının artırılmasının, iqtisadiyyatda enerji və
xammal-material tutumluluğunun iki dəfədən artıq
azalmasına öz təsirini göstərəcəkdir. Üçüncüsü, yeni
iqtisadi sistemin formalaşması, əsasən də bilik iqtisa-
diyyatının və onun müqabilində yüksək texnologiyalar
istehsalının bərqərar olması, 2020-ci ildə və ondan
sonrakı dövrdə Azərbaycanda milli iqtisadiyyatın tər-
kibində köklü dəyişiklərə gətirib çıxaracaq və bu sa-
hələrin məhsulu artıq həmin dövrdən başlayaraq
ÜDM-də energetika və digər ənənəvi sahələrin məh-
sullarının xüsusi çəkisini getdikcə sıxışdıracaq, büdcə-
nin formalaşmasında önəmli rol oynayacaqdır.
İqtisadi inkişafda sosial innovasiya yönümlü isti-
qamətə meyillilik. İqtisadi inkişafda sosial innovasiya
yönümlü istiqamətə, meyilliyə keçid xüsusiyyəti on-
dan ibarətdir ki, Azərbaycan eyni vaxtda beynəlxalq
standartlara uyğun olaraq, sosial sahədə həm mövcud
olan çatışmazlıqları aradan qaldırmalı, həm də bu sa-
hədə inkişafı təmin etməlidir. Qlobal iqtisadi inkişaf
və rəqabət şəraitində aparıcı və inkişaf etmiş ölkələrin
sosial rifah və iqtisadi səmərəlilik göstəricilərinə ölkə-
nin sosial sahələrinin inkişaf etdirmədən çatması
qeyri-mümkündür.
37
Mövcud iqtisadi inkişaf modelinin əsas problem-
lərindən biri ondan ibarətdir ki, əhalinin gəlirlərinin
artımı ilə Ümumi Daxili Məhsulun yüksəlişində uy-
ğun əlaqəli və elmi cəhətdən əsaslandırılmış kordina-
siya gözlənilən səviyyədə olmur. Bu amil özünü əksə-
rən iqtisadi diferensiyanın yüksəlməsi ilə göstərir.
Məhz buna görə energetika və xammal resurs ixracı
modelindən iqtisadi inkişafın innovasiya modelinə
keçid yeni və təkmil modelin formalaşdırılmasını ön
plana çəkir. Bu modelin tərkib elementləri daxilində
iqtisadi sərbəstliyin, sosial ədalətin və milli rəqabət
qabiliyyətliliyinin balanslaşdırılması və stimullaşdırıl-
ması mühüm rol oynayır. Müvafiq yanaşma resurs-
müddət və icra mərhələləri arasında qarşılıqlı bağlılığı
təmin edəcək aşağıdakı istiqamətlər üzrə kompleks
əlaqələndirmənin yaradılmasını tələb edir.
Birinci istiqamət olaraq, ölkənin insan potensia-
lının inkişafına, əsasən də onun keyfiyyət cəhətlərinə
diqqət yetirilməsi xüsusi zərurətdən irəli gəlir. Bu
amil hər bir cəmiyyət üzvünün maddi və mənəvi rifah
vəziyyətinin yaxşılaşdırılmasını, həm də onların həyat
tərzinin yüksəldilməsi üçün mövcud potensiallarından
səmərəli istifadə etməsi üçün əlverişli mühitin yaradıl-
masını ön plana çəkir. Nəticə olaraq, ölkənin hər bir
sahəsində rəqabət qabiliyyətli insan kapitalı yetişəcək-
dir ki, bu da konsepsiyanın məqsəd və vəzifələrinin
icrasının təminində mühüm əhəmiyyət kəsb edir. Bü-
Dostları ilə paylaş: |