55
Xarici sərmayənin axını yeni sosial obyektlərə, texno-
loji ardıcıllıqla sənayenin aparıcı sahələrinin inkişafı-
na (son məhsula qədər ardıcıllığı gözlənilməklə) isti-
qamətləndirilməlidir. Belə ki, müstəqil ölkəmizin iqti-
sadi inkişaf modeli milli mənafeyimiz baxımından
formalaşdırılmalıdır. Bunun üçün milli mənafelər sis-
temi isə geniş mənada cəmiyyətin hər bir üzvünün,
eləcə də iqtisadiyyatımızın demokratik, humanist
meyllərə söykənməsi tələbatlarını ifadə etməlidir. Bu
isə, ilk növbədə milli dövlətçilik ənənələrinin demok-
ratik, humanist, sivil səviyyədə inkişafını tələb edir.
Azərbaycanda iqtisadi islahatlar milli dövlət quru-
culuğu ilə paralel həyata keçirilərsə təhlükəli hallar-
dan kənarlaşmaq meylləri artmış olar. Respublika iqti-
sadiyyatının yeni əsaslar üzərində qurulması həqiqə-
tən də ciddi səy tələb edir. Məhz bu amil Azərbaycan
üçün hansı inkişaf modelinin seçilməsinə öz təsirini
əsaslı şəkildə göstərir.
Azərbaycanın Qərbin dəbdə olan “sosial bazar iq-
tisadiyyatı” modelini mənimsəməsi, yoxsa Yapon və
yaxud Asiya iqtisadi modelinə üstünlük verməsi və
yaxud da sosial yönümlü, demokratik möhkəmliyi ilə
humanizmliyin zirvəsinə can atan İsveç, Norveç iqti-
sadi modelinə yönümlü olması tədqiq edilməlidir. Elə-
cə də milli və tarixi, dil - kök bağlılığına malik oldu-
ğumuz Türkiyə inkişaf modelinə üstünlük verilməsi
də diqqət mərkəzində olmalıdır. Adlarını qeyd etdiyi-
56
miz bütün bu inkişaf modellərinin bir-biri ilə bağlı,
oxşar (keçdikləri inkişaf yollarını da nəzərə alsaq) cə-
hətləri olduqca çoxdur. Bunlar xüsusi mülkiyyətə
əsaslanan azad sahibkarlığın hökmranlığı ilə klassik
bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdir. Lakin
dövlətin və dövlətçiliyin inkişafından, onun iqtisadiy-
yata, bazara təsir səviyyəsindən asılı olaraq, keçdiyi
tarixi inkişaf yolundakı müstəqillik məhz öz xüsusiy-
yətlərini ifadə edir.
Azərbaycanın hansı inkişaf modelini seçməsindən
asılı olmayaraq yubanmadan iqtisadi islahatları həyata
keçirərkən tədricilik və kompleks yanaşma prinsipləri-
nə ciddi riayət edilməli, taktiki və strateji perspektiv
nəzərə alınmalı, bazar prinsipi ilə iqtisadiyyatın dövlət
tənzimlənməsi prinsipi sosial inkişaf amili baxımın-
dan nəzərə alınıb onlar tədricən, qətiyyətlə səmərəli
şəkildə bir-biri ilə uyğunlaşdırılmalıdır.
Mühüm məsələlərdən biri də yeni iqtisadi modelin
formalaşmasında iqtisadiyyatın dövlət tərəfindən tən-
zimlənməsi səviyyəsinin konkretləşdirilməsi, onun sa-
bit inkişafına nail olunması, dövlətin iqtisadiyyata
müdaxilə həddinin müəyyənləşdirilməsi, dövlət mül-
kiyyətinin həcmi və həddi kimi vacib məsələlərə mü-
nasibət bildirilməsindən ibarətdir.
Belə yanaşmada dövlət mülkiyyətinin ölkə miqya-
sında hansı səviyyədə olması dəqiqləşdirməklə, onun
ictimai tələbatın ödənilməsinin əsas təşkilatçısı kimi
57
çıxış etmə imkanlarının müəyyənləşməsi konkretləş-
dirilməlidir. Bununla yanaşı xüsusi sahibkarlığa əsas-
lanan sahələrdə istehsal istiqamətli müəssisələrin üs-
tün inkişafına şərait yaradılmalıdır ki, xüsusi sahibkar-
lıq fəaliyyəti dövlətin köməkliyinə deyil, əsasən təsər-
rüfatçılıq, təşəbbüskarlıq qabiliyyətlərinə əsaslansın.
Eləcə də dövlətlə xüsusi sahibkarların qarışıq müəssi-
sələr yaratmaq təcrübəsindən də geniş istifadə etmək
nəqsədəuyğundur.
Bütün bu araşdırmalara əsasən belə bir nəticəyə
gəlmək olar ki, Azərbaycan üçün “Tənzimlənən,
sosial-bazar iqtisadiyyatı modelı” məqbul sayılmalı və
ona söykənməklə, Konsepsiyada öz əksini tapan
sosial-iqtisadi inkişafın dayanaqlı və stabil inkişafı tə-
min edilməlidir. Fikrimizcə, bu, Azərbaycan xalqının
mənafelərinə tam uyğun gələn bir model ola bilər.
58
4.
Azərbaycanın təkmilləşmiş iqtisadi inkişaf
modelinin məzmun çalarları
Respublika iqtisadiyyatı inkişaf edərək qloballaş-
ma prosesi ilə daha çox çulğalaşdıqca, istər-istəməz
bu və ya digər həlli tələb olunan sosial-iqtisadi prob-
lemi qabartmış olur. Belə problemlərdən biri də milli
iqtisadi inkişaf və onun modernləşdirilməsi məsələ-
ləridir. Müstəqillik əldə edildikdən sonra bu problem
respublikada vaxtaşırı gündəmə çıxarılmış, bəzən
müəyyən fikirlər söylənilmiş, buna müxtəlif yanaşma-
lar olmuşdur ki, burada da mühüm cəhət əksər hal-
larda problemin ətraflı, bitkin bir şəkildə ortaya qo-
yulmamsıdır. Ümumiyyətlə, o gündəmdən düşməmiş,
hər bir dönümdə yenidən və özünün izahını tələb et-
məkdədir. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf
konsepsiyasının hazırlanması və onun məqsədli şəkil-
də həyata keçirilməsində bu amil öz vacibliyi ilə çıxış
edir..
Milli iqtisadi inkişafın modernləşməsi iqtisadi hə-
yatın sosial proseslərlə çulğaşması məntiqinin təkcə
bir istiqamətini yox, bütövlüyünü ifadə edir və ölkədə
milli demokratiyanın bazis istiqamətlərindən biri kimi
qiymətləndirilməlidir. Həmçinin, bura siyasi, sosial,
mədəni amillər də təsirsiz ötüşmür. Bu baxımdan
onun tədqiq olunması və araşdırılması çoxtərəfli isti-
qamətlərdə özünü büruzə vermiş olur. Buna görə də
Dostları ilə paylaş: |