I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti


Təlimin texniki vasitələrindən istifadə



Yüklə 50,88 Kb.
səhifə13/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14
ADTM

2.2.Təlimin texniki vasitələrindən istifadə

Elmi-texniki tərəqqinin müasir mərhələsində təlim prosesini texniki vasitələrsiz təsəvvür etmək çətindir. Təlimin texniki vasitələri çox geniş didaktik və psixoloji imkanlara malikdir. Bunların köməyilə hər hansı təlim obyekti, əlçatmaz cisim və hadisələr sinfə gətirilir, şagirdlərin gözləri qarşısında canlandırılır. Onlar müxtəlif obyektlərə "ekskursiyaya gedir", həyat hadisələrinin iştirakçısı olurlar. TTV eşitmə və görmə qavrayışı ilə bağlı olduğundan akustik (səsləndirilən), vizual (göstərilən), audiovizual (eyni vaxtda səsləndirilən və göstərilən) olmaqla 3 qrupa ayrılır:


1. Akustik texniki vasitələrə qrammafon və maqnitofon yazıları daxildir. İbtidai siniflər üçün proqram materiallarından seçilmiş nümunəvi ədəbi parçaların, bədii söz ustalarının, aktyorların ifasında yazdırılması vacibdir. Maqnitofon lentinə və qrammafon valina nitq inkişafı üzrə materiallar da yazmaq mümkündür. Akustik vasitələr adətən dövlət tərəfindən kütləvi tirajla hazırlanıb məktəblərə çatdırılır. Müəllimlərin özləri də material seçib, lentə yazdırıb dərsdə səsləndirə bilərlər. Bunun üçün məktəbdə "Kometa", "Yauza", "Dnepr" tipli maqnitofon və elektrofonlar olmalıdır.
Hazırda qabaqcıl müəllimlər maqnitofondan da istifadə edirlər. İmla mətnlərinin maqnitofon vasitəsilə diktə olunması böyük effekt verir. Maqnitofondakı tələffüz ədəbi tələffüz normalarına tam uyğun olduğundan etibarlıdır. Şagird vaxtında deyiləni yazmasa, köməksiz qalacağını başa düşərək bu formada aparılan yazıya diqqətli olur.
2. Vizual texniki vasitələrə diafilmlər, epifilmlər, diapozitivlər, kodopozitivlər, səssiz tədris filmləri, səssiz sənədli filmlər daxildir. Onlar kodoskop va epidiaskop cihazlar vasitəsilə nümayiş etdirilir. İbtidai siniflərdə diafilmlərdən daha çox istifadə olunur. Diafilmlərin kadrlarının altında bəzən yığcam 1-2 cümlədən ibarət mətn verilir. Şagirdlər hər bir kadr üzrə məlumatı müəllimdən eşidə və ya kitabdan oxuya bilər.
II sinifdə L. Tolstoyun "Şir və siçan", İ.Krilovun "Baliq", "Qu va xarçong" tamsili oxunarkan müvafiq diafilmi, "Metro" oxunarkan metro haqqında telefilmi, "Bakı" şeiri oxunarkan "Bakı" telefilmini göstərmək mümkündür. Kosmosla əlaqədar motn oxunarkən müvafiq foto-albomlarla yanaşı telefilmlərin və cizgi filmlərinin göstərilməsi də şagirdləri çox maraqlandırır. III-IV siniflərdə Koroğlu, Qaçaq Nabi, Fatali xan, Cavad xan, Ü.Hacıbəyov, Ermənistanın Azərbaycana təcavüzü, 20 Yanvar hadisəsi, Xocalı soyqırımı haqqında mətnlər oxunarkən müvafiq filmlərdən fraqmentlərin göstərilməsi vacibdir. Onlar şagirdləri yaradıcı nəqletməyə, canlı dialoqa, obrazl-emosional qavrayışa hazırlayır. Şagirdin mənəvi tərbiyəsinə güclü təsir göstərir. Elmi-kütləvi mətinlərin bir qisminin oxusu prosesində şəkillər, kinofilmlər, diafilmlər, cizgifilmlərlə yanaşı, daha çox herbari və kolleksiyalardan istifadə olunur. "Qara qızıl", "Pambıq". "Meşə ağacları" kimi mövzular kolleksiyalardan, ipəkqurdu, haşaratlar, suda-quruda yaşayanlara dair matnlarin oxunması isə herbarilərdən istifadə olunmasını tələb edir. Belə əyanilik şagirdlərin lögat ehtiyatını zənginləşdirmək və dəqiqləşdirməklə yanaşı müqayisə və tutuşdurma üçün geniş imkanlar açır. Şagirdlər öz fikirlərini dəqiq, konkret faktlarla, məntiqi cəhətdən inandırıcı şəkildə əsaslandırmağa imkan verir. Bir çox hallarda dǝrs şagirdlərin ətraf aləmlə tanışlıq zamanı topladıqları əşyalar üzərində işlə ayaniləşdirilir. Elə dərslər də var ki, sinifdə laborator işi tələb edir. Təbiətdə suyun dövranı ilə bağlı olan "Atam bunları hardan bilir?" suyun üç halı ilə əlaqədar, "Güllünün çayı" mətnləri buna misal ola bilər. Bir çox mətnlər şagirdlərin yaradıcı fǝailiyyətilə əyaniləşdirilir. Əgər bəzi mətnlər maketin hazırlanmasını tələb edirsə, bəziləri şagirdlərdən onlara aid şəklin çəkilməsini, albomları, fotomontajların tərtibini tələb edir. "Aslan va dovşan", "İki okuz", "Qurbağa va siçan", "Qarğa va tülkü" təmsillərilə əlaqədar kölgə teatrının göstərilməsi məsləhət görülür.

Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə