I fəsil. Elmi-kütləvi və bədii mətnlərin rolu və əhəmiyyəti


Oxu dərslərində əyaniliyin rolu və əhəmiyyəti



Yüklə 50,88 Kb.
səhifə12/14
tarix22.12.2022
ölçüsü50,88 Kb.
#97722
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14
ADTM

2.1.Oxu dərslərində əyaniliyin rolu və əhəmiyyəti

Əyanilik təlim prosesinin kiçikyaşlı məktəblilərin bilavasitə qavradıqları konkret obrazlar əsasında qurulmasını təmin edir. Şagirdlər üçün yeni olan bir çox anlayışların asan və dəqiq mənimsənilməsində əyanilik mühüm rol oynayır. Oxunan materialın xarakterindən aslı olaraq dərsdə ekskursiya və gəzinti prosesində ətraf aləmin əşya və hadisələri üzərindəki müşahidələrdən, natural əşyalar, kolleksiya va herbarilər, bədii maktetlər, modellər, mülyajlar, müqəvvalar, panoramlar, diafilmlər, kinofilmlər və şəkillərdən istifadə etmək mümkündür. Onların bəzilərini müəllim şagirdlərin köməyilə də hazırlaya bilər.
Dərsdə əyanilik məktəbliləri maraqlandırır, tədris materialının məzmununu onların gözü qarşısında canlandırır. Sinifdə canlı situasiya yaradır, şagirdlərdə öyrənmək, axtarmaq həvəsi oyadır, onlara müstəqil işləmək bacarıqları aşılanır. Dərsliklərdə bir qrup mövzularla əlaqədar şəkillər, sxemlər, diaqramlar və cədvəllər verilmişdir. Təcrübə göstərir ki, bunlarla kifayətlənmək olmaz. Müəllim ayrı-ayrı mövzuların imkan daxilində əyaniləşdirilməsinə, daha optimal əyani vəsaitlər hazırlanmasına çalışır. Hər bir qaydanın, morfomin, orfoqramın başqalarından tez fərqləndirilməsi üçün müxtəlif rənglərdən istifadə edir.
Şəkillər və illüstrasiyalar şagirdləri maraqlandıran əyaniliklərin üzərində məqsədli müşahidələrin təşkili və onların təhlili kiçikyaşlı məktəbliləri çox maraqlandırır. Şəkillər və illüstrasiyalar şagirdləri mətnin məzmununu emosional qavramasına xidmət edir. III sinifdə "Mixaylo" mətni oxunmazdan əvvəl H.Ağayevin "M.Hüseynzadə" tablosu üzrə təhlil Müəllim şagirdilərin diqqətini avvəlcə M.Hüseyinzadənin portretina, onun sifətindəki cəsurluq, ağıllılıq cizgilərinə, sonra onun kəşfiyyata getməsinə, daha sonra körpünü partlatmasına, nəhayət, alman generalını əsir tutub gətirməsinə yönəldir. Hər bir epizod üzərində qısa müşahidə və yığcam müsahibə aparılır. Müəllim dərslikdəki şəkildən də istifadə edir. Bu zaman şagirdlər Mixaylonun hərbi sursat və əsgər daşıyan alman maşınlarını partlatması ilə tanış olurlar. Nəticədə uşaqlar əfsanəvi kəşfiyyatçının igidlikləri haqqında tam təsəvvürə yiyələnirlər ki, illüstrasiyaların bir qismindən şagirdləri məzmunu başa düşməyə hazırlamaq məqsədilə giriş müsahibəsində, digər qismindən mətndəki müəyyən hadisənin başa düşülməsini asanlaşdırmaq üçün, üçüncü qismindən seçmə oxu üçün, dördüncüdən planın tərtibi, nəhayət, nəqletməyə hazırlaşmaq məqsədilə istifadə etmək mümkündür.
Dərsdə kompüterin olması və ya müəllimin noutbukunu gətirib qoyması heç də İKT-dən istifadə etmək deyil. Əgər müəllim onlardan dərs prosesində düzgün istifadə edə bilmirsə və ya heç istifadə etmirsə, sadəcə göstəriş üçün gətirmisə bu müəllim üçün yolverilməz haldır. Müəllim keçirilən dərsə uyğun olaraq, videoçarxlardan, audiolardan, şəkillərdən və müxtəlif əyani vasitələrdən istifadə etməlidir. Göstərilən əyani vasitələr dərslə vəhdət təşkil etməldir. Yuxarıda qeyd etdiyimiz kimi “Mixaylo” mətni zamanı “M.Hüseyinzadənin” tablosunun göstərilməsi kimi və ya zəhmət adamlarından zəhmətkeşlikdən danışdığımız zaman N.Gəncəvinin “Kərpic kəsən kişi və gəncin söhbəti” aid tablo, şəkillər göstərilməlidir, zəhmətkeşliyə aid müxtəlif videoçarxlar verilməlidir, bu dərsin daha yaxşı qavranılmasına gətirib çıxarır.



Yüklə 50,88 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə