5-1.4. Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi
ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda
təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın)
və nizamnaməsinin surəti elektron ərizəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur.
5-1.5. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının
(müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri
üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.
5-1.6. Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi
müraciət edənin şəxsi elektron ünvanına göndərilir. Yerli investisiyalı məhdud
məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında
şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir.
5-1.7. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət
qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət
qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi
elektron ünvanına real vaxt rejimində göndərilir.
5-1.8. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi
şəxsin müraciəti əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət
qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi
təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.
M a d d ə 6 . Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət
qeydiyyatının xüsusiyyətləri
6.1. Xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması
üçün bu Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən əlavə aşağıdakılar təqdim
olunmalıdır:
6.1.1. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli
nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində
onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi,
nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və
təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);
6.1.2. nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi
şəxsin qərarı;
6.1.2-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial
və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.
14
6.1.3. nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən
sənəd - ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. ). Bu halda həmin sənəd
hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya
bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik
nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada
leqallaşdırılmalıdır;
6.1.4. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş
etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;
6.1.5. nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin
nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat
qaydasında təsdiq edilmiş surəti;
6.2. Notariat qaydasında təsdiq edilməsi nəzərdə tutulmuş sənədlər xarici ölkələrin
notariusunda təsdiq edildiyi halda, bu Qanunun 6. 1. 3-cü maddəsində müəyyən edilmiş
qaydaya əməl olunmalıdır.
M a d d ə 7 . Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət
qeydiyyatının xüsusiyyətləri
7.1. Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət qeydiyyatına
alınması üçün bu Qanunun 3-ci maddəsində göstərilən sənədlərdən əlavə, aşağıdakılar təqdim
olunmalıdır:
15
7.1.1. təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd - ticarət
reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin
yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə
Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi
tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti
orqanı
tərəfindən)
qanunvericiliklə
nəzərdə
tutulmuş
qaydada
leqallaşdırılmalıdır);
7.1.2. bu Qanunun 7. 1. 1-ci maddəsində müəyyən edilmiş qaydada leqallaşdırılmış,
vətəndaşı olduğu və ya daimi yaşadığı, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə
məşğul olmasını təsdiq edən sənəd.
16
7.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər təsis etdikləri xarici investisiyalı qurumun dövlət qeydiyyatına
alınması üçün bu Qanunun 5-ci maddəsində müəyyən edilmiş qaydada sənədləri Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
M a d d ə 7-1. Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun dövlət
qeydiyyatına alınması qaydası
Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici
kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 3 gündən gec
olmayaraq həyata keçirilməlidir.
17
M a d d ə 8 .
Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət
qeydiyyatına alınması qaydası
18
8.1. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici
qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı, bir qayda
olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir.
19