dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə
qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol
verilmir.
6
I I f ə s i l
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI
M a d d ə 5 . Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına
alınması barədə müraciət
5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.
5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların)
müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.
5.3. Ərizədə aşağıdakılar göstərilir:
5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı,
yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;
5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat
nömrəsi;
5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı,
yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə
haqqında məlumatlar.
5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında
müəyyən edilən digər məlumatlar.
7
5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və
ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə bu
Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və
idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan
Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab
edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli
nümayəndələri) tərəfindən imzalanmalıdır);
8
5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
(dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.
5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
9
5.4.4-1.
qeyri-hökumət
təşkilatının
təsisçisi
(təsisçiləri)
Azərbaycan
Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;
10
5.4.5. hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin
surəti;
11
5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət
təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması
barədə sənəd.
12
5.5. Yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə
ərizəyə habelə aşağıdakılar əlavə edilir:
5.5.1. yenidən təşkil haqqında qərar;
5.5.2. təhvil aktı və ya bölünmə balansı;
5.5.3. mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.
5.6. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə
müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq
oluna bilər.
5.7. Hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
hallarda məhkəmənin qərarı əsasında yenidən təşkil edildikdə, məhkəmənin qanuni qüvvəyə
minmiş qərarı, bu Qanunun 5. 5-ci maddəsinin tələblərinə riayət edilməklə, həmin hüquqi
şəxsin dövlət qeydiyyatına alınması üçün əsasdır. Bu halda dövlət qeydiyyatı bu Qanunun 8-ci
maddəsində göstərilmiş müddətdə həyata keçirilməlidir.
M a d d ə 5 - 1 . Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron
dövlət qeydiyyatı
13
5-1.1. Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli
cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna
olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu
Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata
keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya
ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron
imza ilə təsdiq edilməlidir.
5-1.2. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı
məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron
imza ilə təsdiq edilmiş bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş təsis
sənədləri əlavə edilir.
5-1.3. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə
formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə
məlumatı bəyan edir. Bu halda təsisçi bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə
tutulmuş cəmiyyətin təsis sənədləri ilə real vaxt rejimində tanış olur və onları
gücləndirilmiş elektron imza ilə təsdiq edir.