Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında



Yüklə 224,62 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix29.10.2017
ölçüsü224,62 Kb.
#7544
1   2   3   4   5   6   7   8   9

5-1.4. Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi 

ödəyicisinin eyniləşdirmə nömrəsinə malik  olan hüquqi şəxs çıxış edə bilər. Bu halda 

təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) 

və nizamnaməsinin surəti elektron ərizəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur. 

5-1.5.  Elektron  dövlət  qeydiyyatı  zamanı  yerli  investisiyalı  məhdud  məsuliyyətli 

cəmiyyətin  qanuni  təmsilçisi,  icra  orqanının  rəhbəri  (üzvləri)  və  direktorlar  şurasının 

(müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri 

üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir. 

5-1.6.  Adi  elektron  dövlət  qeydiyyatı  zamanı  ərizənin  qəbul  edilməsi  barədə 

forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi 

müraciət  edənin  şəxsi  elektron  ünvanına  göndərilir.  Yerli  investisiyalı  məhdud 

məsuliyyətli  cəmiyyət  dövlət  qeydiyyatına  alındığı  gün  dövlət  qeydiyyatı  haqqında 

şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir. 

5-1.7.  Sürətli  elektron  dövlət  qeydiyyatı  həyata  keçirildiyi  andan  sonra  dövlət 

qeydiyyatına  alınmış  yerli  investisiyalı  məhdud  məsuliyyətli  cəmiyyətin  dövlət 

qeydiyyatı  haqqında  şəhadətnaməsi,  dövlət  reyestrindən  çıxarışı  və  nizamnaməsi 

elektron ünvanına real vaxt rejimində göndərilir. 

5-1.8.  Təsisçinin  (təsisçilərin)  və  ya  onun  (onların)  müvafiq  qaydada  vəkil  etdiyi 

şəxsin  müraciəti  əsasında  yerli  investisiyalı  məhdud  məsuliyyətli  cəmiyyətin  dövlət 

qeydiyyatı  haqqında  şəhadətnaməsi,  dövlət  reyestrindən  çıxarışı  və  nizamnaməsi 

təsdiq olunaraq kağız daşıyıcılarında da verilir. 

 

M a d d ə   6 .   Xarici  hüquqi  şəxslərin  nümayəndəlik  və  ya  filiallarının  dövlət 



qeydiyyatının xüsusiyyətləri  

 

6.1. Xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması 



üçün  bu  Qanunun  5-ci  maddəsində  göstərilən  sənədlərdən  əlavə  aşağıdakılar  təqdim 

olunmalıdır:  

6.1.1.  nümayəndəliyi  və  ya  filialı  yaradan  xarici  hüquqi  şəxs  və  ya  onun  səlahiyyətli 

nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində 

onu  yaradan  xarici  hüquqi  şəxsin  adı,  olduğu  yer,  qeydiyyat  nömrəsi  və  qeydiyyat  tarixi, 

nümayəndəliyin  və  ya  filialın  hüquq  və  vəzifələri,  idarə  olunma  və  ləğv  olunma  qaydası  və 

təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);  

6.1.2.  nümayəndəliyin  və  ya  filialın  yaradılması  haqqında  onu  yaradan  xarici  hüquqi 

şəxsin qərarı;  

6.1.2-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial 

və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.

14

 



6.1.3. nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən 

sənəd  -  ticarət  reyestrindən  çıxarış  (qeydiyyat  şəhadətnaməsi  və  s.  ).  Bu  halda  həmin  sənəd 

hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya 

bu  ölkədə  Azərbaycan  Respublikasının  mənafeyini  təmsil  edən  digər  ölkənin  diplomatik 

nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının 



müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən)  qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada 

leqallaşdırılmalıdır;  

6.1.4.  nümayəndəliyi  və  ya  filialı  yaradan  xarici  hüquqi  şəxs  tərəfindən  verilmiş 

etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;  

6.1.5.  nümayəndəliyin  və  ya  filialın  rəhbərinin  təyin  edilməsi  barədə  həmin 

nümayəndəliyi  və  ya  filialı  yaradan  xarici  hüquqi  şəxsin  qərarının  əsli  və  ya  notariat 

qaydasında təsdiq edilmiş surəti;  

6.2.  Notariat  qaydasında  təsdiq  edilməsi  nəzərdə  tutulmuş  sənədlər  xarici  ölkələrin 

notariusunda  təsdiq  edildiyi  halda,  bu  Qanunun  6.  1.  3-cü  maddəsində  müəyyən  edilmiş 

qaydaya əməl olunmalıdır.  

 

M a d d ə   7 .  Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət 



qeydiyyatının xüsusiyyətləri  

 

7.1. Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət qeydiyyatına 



alınması üçün bu Qanunun 3-ci maddəsində göstərilən sənədlərdən əlavə, aşağıdakılar təqdim 

olunmalıdır:

15

  

7.1.1.  təsisçi  xarici  hüquqi  şəxsdirsə,  onun  qeydiyyatını  təsdiq  edən  sənəd  -  ticarət 



reyestrindən  çıxarış,  qeydiyyat  şəhadətnaməsi  və  s.  (bu  halda  həmin  sənəd  hüquqi  şəxsin 

yerləşdiyi  ölkədə  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyi  və  ya  bu  ölkədə 

Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi 

tərəfindən  (belələri  olmadıqda,  müstəsna  hal  kimi  Azərbaycan  Respublikasının  müvafiq  icra 

hakimiyyəti 

orqanı 


tərəfindən) 

qanunvericiliklə 

nəzərdə 

tutulmuş 

qaydada 

leqallaşdırılmalıdır);  

7.1.2.  bu  Qanunun  7.  1.  1-ci  maddəsində  müəyyən  edilmiş  qaydada  leqallaşdırılmış, 

vətəndaşı olduğu və ya daimi yaşadığı, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə 

məşğul olmasını təsdiq edən sənəd.

16

  



7.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər və 

ya vətəndaşlığı olmayan şəxslər təsis etdikləri xarici investisiyalı qurumun dövlət qeydiyyatına 

alınması üçün bu Qanunun 5-ci maddəsində müəyyən edilmiş qaydada sənədləri Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.  

 

M a d d ə   7-1.  Hüquqi  şəxs  statusu  almaq  istəyən  kommersiya  qurumunun  dövlət 



qeydiyyatına alınması qaydası  

 

Hüquqi  şəxs  statusu  almaq  istəyən  kommersiya  qurumunun,  o  cümlədən  xarici 

kommersiya  hüquqi  şəxsinin  nümayəndəlik  və  filialının  dövlət  qeydiyyatı  3  gündən  gec 

olmayaraq həyata keçirilməlidir. 

17

 

 



M a d d ə   8 .  Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət 

qeydiyyatına alınması qaydası 

18

 

 

8.1.  Hüquqi  şəxs  statusu  almaq  istəyən  qeyri-kommersiya  qurumunun,  habelə  xarici 



qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı, bir qayda 

olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir. 

19

 



Yüklə 224,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə