Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında



Yüklə 224,62 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix29.10.2017
ölçüsü224,62 Kb.
#7544
1   2   3   4   5   6   7   8   9

dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə 

qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan 

Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol 

verilmir.



6

 

 



I I   f ə s i l  

HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI 

 

M a d d ə   5 .   Hüquqi  şəxs  statusu  almaq  istəyən  qurumun  dövlət  qeydiyyatına 



alınması barədə müraciət  

 

5.1.  Hüquqi  şəxs  statusu  almaq  istəyən  qurumun  dövlət  qeydiyyatına  alınması  üçün 



Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.  

5.2.  Ərizə  təsisçi  (bir  neçə  təsisçi  olduqda  isə,  bütün  təsisçilər)  və  ya  onun  (onların) 

müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.  

5.3. Ərizədə aşağıdakılar göstərilir:  

5.3.1.  təsisçi  (təsisçilər)  fiziki  şəxs  olduqda  -  onun  (onların)  adı,  soyadı,  atasının  adı, 

yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;  

5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat 

nömrəsi;  

5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, 

yaşadığı  yer,  şəxsiyyətini  təsdiq  edən  sənədin  nömrəsi  və  verilmə  tarixi  və  vəkalətnamə 

haqqında məlumatlar.  

5.3.4.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  ərizənin  formasında 

müəyyən edilən digər məlumatlar.

7

 



5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:  

5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və 

ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, habelə bu 

Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və 

idarəetmə  orqanlarının  formalaşdırılması  barədə  qərarlar  (təsis  sənədləri  Azərbaycan 

Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab 

edilən  digər  məsələləri  əks  etdirməli  və  bütün  təsisçilər  (və  ya  onların  səlahiyyətli 

nümayəndələri) tərəfindən imzalanmalıdır);



8

  

5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;  



5.4.3.  təsisçi hüquqi  şəxs  olduqda  -  onun  dövlət  qeydiyyatı  haqqında  şəhadətnaməsinin 

(dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.  

5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

9

 



5.4.4-1. 

qeyri-hökumət 

təşkilatının 

təsisçisi 

(təsisçiləri) 

Azərbaycan 

Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 

olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;

10

 

5.4.5. hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;  




5.4.6.  qanuni  təmsilçinin  təyin  edildiyi  halda,  onun  şəxsiyyətini  təsdiq  edən  sənədin 

surəti;


11

 

5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 



5.4.8.  təsisçilərinin  əcnəbilər  və  ya  xarici  hüquqi  şəxslər  olduğu  qeyri-hökumət 

təşkilatlarının  filial  və  ya  nümayəndəliklərinin  rəhbərlərinin  müavinlərinin  təyin  olunması 

barədə sənəd.

12

 



5.5. Yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə 

ərizəyə habelə aşağıdakılar əlavə edilir:  

5.5.1. yenidən təşkil haqqında qərar;  

5.5.2. təhvil aktı və ya bölünmə balansı;  

5.5.3. mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.  

5.6.  Ərizə  surəti  ilə  birlikdə  təqdim  edilir.  Ərizənin  əsli  Azərbaycan  Respublikasının 

müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq 

icra  hakimiyyəti  orqanı  tərəfindən  ərizənin  əslinin  qəbul  edilməsi  vaxtını  göstərən  qeydlə 

müraciət  etmiş  şəxsə  qaytarılır.  Ərizənin  qəbul  edilməsi  hər  hansı  digər  formada  da  təsdiq 

oluna bilər.  

5.7.  Hüquqi  şəxs  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş 

hallarda məhkəmənin qərarı əsasında yenidən təşkil edildikdə, məhkəmənin qanuni qüvvəyə 

minmiş  qərarı,  bu  Qanunun  5.  5-ci  maddəsinin  tələblərinə  riayət  edilməklə,  həmin  hüquqi 

şəxsin dövlət qeydiyyatına alınması üçün əsasdır. Bu halda dövlət qeydiyyatı bu Qanunun 8-ci 

maddəsində göstərilmiş müddətdə həyata keçirilməlidir.  

 

M a d d ə   5 - 1 .   Yerli  investisiyalı  məhdud  məsuliyyətli  cəmiyyətin  elektron 



dövlət qeydiyyatı

13

 

 

5-1.1.  Təsisçinin  (təsisçilərin)  istəyi  ilə  yerli  investisiyalı  məhdud  məsuliyyətli 



cəmiyyətin  dövlət  qeydiyyatı  (yenidən  təşkil  nəticəsində  yaranma  halları  istisna 

olmaqla)  elektron  qaydada  həyata  keçirilir.  Elektron  dövlət  qeydiyyatı  adi  (yəni  bu 

Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata 

keçirilir.  Həmin  cəmiyyətin  elektron  dövlət  qeydiyyatının  həyata  keçirilməsi  üçün 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanının  internet  informasiya 

ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron 

imza ilə təsdiq edilməlidir.  

5-1.2.  Adi  elektron  dövlət  qeydiyyatı  zamanı  elektron  ərizəyə  yerli  investisiyalı 

məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron 

imza  ilə  təsdiq  edilmiş  bu  Qanunun  5.4.1-ci  maddəsində  nəzərdə  tutulmuş  təsis 

sənədləri əlavə edilir. 

5-1.3.  Sürətli  elektron  dövlət  qeydiyyatı  zamanı  təsisçi  fiziki  şəxs  elektron  ərizə 

formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə 

məlumatı  bəyan  edir.  Bu  halda  təsisçi  bu  Qanunun  5.4.1-ci  maddəsində  nəzərdə 

tutulmuş  cəmiyyətin  təsis  sənədləri  ilə  real  vaxt  rejimində  tanış  olur  və  onları 

gücləndirilmiş elektron imza ilə təsdiq edir. 




Yüklə 224,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə