aşkar görən ümummilli liderimiz ardıcıl və cəsarətli, qəti addımlar atdı.
İlk növbədə ölkə daxilində böhranlı vəziyyəti aradan qaldırmağa nail oldu
və sabitliyi bərqərar etdi. Bütün qüvvələr müstəqilliyimizin və ərazi
bütövlüyümüzün qorunmasına yönəldi. Dağlıq Qarabağ probleminin sülh
yolu ilə həll edilməsi istiqamətində regional və beynəlxalq təşkilatlar
səviyyəsində mühüm qərar və qətnamələrin qəbul edilməsinə nail oldu.
Dördüncü mərhələ: Dövlətin xarici siyasəti. Ümummilli liderimiz
Heydər Əliyevin həyata keçirdiyi sülhsevər xarici siyasət sistemli,
çoxsahəli olmaqla beynəlxalq miqyasda yeni tərəfdaş ölkələrin
axtarılmasına, güclü iqtisadi və siyasi strukturlar sisteminin
yaradılmasına, ümumilikdə respublikanın maraqlarına xidmət edirdi.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xarici siyasətinin
əsas istiqamətlərindən biri xarici səfərləridir. Heydər Əliyev siyasətinin
incəliyi ondadır ki, ölkənin xarici aləmində mövqeyini möhkəmlətmək
üçün ilk xarici səfərlər dünyanın səkkiz güclü dövlətinə edilmiş və hər
biri ilə ikitərəfli dostluq, əməkdaşlıq çərçivəsində mühüm əhəmiyyət
kəsb edən müqavilələr imzalanmış və reallaşdırılmışdır.
1993-
2003-cü illər ərzində Azərbaycan Respublikasının
Prezidenti kimi o, dünyanın 33 ölkəsinə 79 dəfə səfər edərək üst- üstə
2326 tədbirdə iştirak etmiş, 431 sənəd imzalanmışdır. Diplomatiyanın
söykəndiyi mühüm konseptual məqam olan - “hər bir iqtisadi müqavilə
eyni zamanda siyasi nəticələr verir” mülahizəsi Heydər Əliyev xarici
siyasətində daha bariz təzahür edir.
Bu illər Azərbaycanın xarici siyasəti sahəsində əldə etdiyi
nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu
istiqamətdə aparılan gərgin işlərin nəticəsini aşağıdakı kimi
ümumiləşdirmək olar:
a)
ortaq sərhədimiz olan, ən yaxın qonşu dövlətlərlə siyasi, iqtisadi
və ikitərəfli əməkdaşlıqlar bərpa edildi və yaradıldı.
b)
dünya siyasətinə təsir etmək nüfuzunda olan super dövlətlərlə, o
cümlədən ABŞ, Çin, Rusiya, Fransa, İngiltərə və s.
14
dövlətlərlə ikitərəfli, bərabərhüquqlu əməkdaşlıq münasibətləri yaradıldı.
c)
dünyanın hesablaşdığı beynəlxalq və regional təşkilatlara və
birliklərə respublikamızın üzvlük məsələsi müsbət həllini tapdı.
d)
dünya dövlətləri arasında və beynəlxalq aləmdə Azərbaycan
Respublikasının müsbət imici formalaşdırıldı.
e)
beynəlxalq terrorçuluğa qarşı mübarizəyə qoşiılmaqla, ölkəmiz
regionda daimi sülhün yaradılması təşəbbüsü ilə çıxış etdi.
Beşinci mərhələ: Dövlət quruculuğu və ölkədə qanunvericilik
yakimiyyətinin yaradılması. Müstəqil Azərbay- can Respublikasının
dövlət quruculuğu uzunmüddətli, həm də çətin bir prosesdir. Bu prosesin
dövlətçilik, azərbaycançılıq mövqeyindən idarə edilməsi, ümumbəşəri
dəyərlərlə inteqrasiyada davam etdirilməsi dahi Heydər Əliyev kimi
şəxsiyyətin sayəsində qısa dövrdə reallaşdırıla bildi.
Ümummilli liderimizin müəllifliyi və rəhbərliyi ilə 1995-ci ildə
Azərbaycan Respublikasının Konstitusiyası referendum yolu ilə qəbul
edildi. 1995-ci ildə yeni Konstitusiyanın tələbləri çərçivəsində müstəqil
Azərbaycan Respublikasının ilk Milli Məclisinə seçkilər keçirildi və
Respublikanın qanunvericilik bazası yaradıldı. 1998-ci ilin prezident,
1999-cu ilin bələdiyyə, 2000-ci ilin parlament seçkiləri demokratik və
şəffaf keçirildi. 2003-cü ildə Azərbaycan Respublikasının mütərəqqi
Seçki Məcəlləsi qəbul edildi və tariximizdə demokratiyanın təntənəsi
günü kimi daxil olmuş 15 oktyabr 2003-cü ildə prezident seçkiləri
keçirildi.
2005-
ci ildə Azərbaycan Respublikasnın üçüncü çağırış Milli
Məclisi demokratik dəyərlərə söykənən Seçki Məcəlləsi əsasında
formalaşdırıldı. Artıq həm respublika daxilində, həm də kənarda hamı
yaxşı bilir ki, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar
dövlətdir və bu yoldan ölkəmizi döndərə biləcək heç bir qüvvə yoxdur.
Altıncı mərhələ: Qlkədə Milli Ordu quruculuğu. Müstəqilliyinin
ilk illərində Azərbaycan Respublikası daxilindəki hərc- mərclik,
qeyri-siyasi sabitlik şəraitində ölkədə ordu quruculuğu
15
kimi dövlət əhəmiyyətli bir iş nəzarətdən kanarda idi. Elə bunun nəticəsi
idi ki, o vaxt sərhədlərimizin Ermənistan hərbi birləşmələri tərəfindən
pozulmasının və ərazisinin bir hissəsinin zəbt edilməsinin qarşısını ala
biləcək nizamlı ordu yaradıla bilmədi.
Lakin zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin
ardıcıl, sistemli tədbirləri nəticəsində pərakəndə, ayrı-ayrı şəxsərin
maraqlarına xidmət edən dəstələr ləğv və müstəqil Azərbaycan dövlətinin
güclü, qüdrətli Milli Ordusu yaradıldı. Dünyanın inkişaf etmiş ölkələrinin
maraq dairəsində olan Azərbaycanın sərhədlərini suda, quruda və havada
qoruyan, xalqımızın rahat və təhlükəsiz yaşamasını təmin edən, işğal
altında olan torpaqlarımızın hərb yolu ilə qaytarılmasına qadir olan
Azərbaycan Milli Ordusu ilə fəxr etməyə dəyər.
Yeddinci mərhələ: Ölkədə iqtisadi islahatların aparılması.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikasının keçmiş
SSRİ məkanında qurduğu iqtisadi münasibətlər pozulmuş, iqtisadiyyatın
infrastukturu və maddi-texniki baza dağılmışdı. Azərbaycan iqtisadiyyatı
tənəzzülə doğru gedirdi. İqtisadiyyatda tənəzzülün dayandırılması, yeni
inkişaf mərhələsinə çıxarılması ağır və uzun müddətli keçid dövrü tələb
edir. Ümummilli liderimizin “düşünülmüş siyasət dayanıqlı iqtisadiyyata
xidmət edir” hikmətinə söykənən iqtisadi islahatları Azərbaycanın
iqtisadiyyatında əsaslı dönüş və dayanıqlı inkişaf üçün zəmin yaratdı.
İqtisadiyyatın hər sahəsində azad bazar münasibətlərinin tətbiq edilməsi,
mütərəqqi idarəçilik üsullarından istifadə olunması sahibkarlığın
inkişafına təkan verdi. İqtisadi islahatların özəyində aqrar və sənaye
sahəsindəki islahatlar dururdu.
Torpaq onu becərənlərə verildi və aqrar İslahatlar aparıldı.
Sahibkarlıq və özəlləşmə siyasəti həyata keçirildi. Respublikada stabil
özəl sektor yaradıldı. Elə bunun nəticəsidir ki, 2005-ci ildə ümumi daxili
məhsulun 75 % özəl sektorun payına düşüb.
Milli neft strategiyası uğurla həyata keçirildi. “Əsrin müqaviləsi”
və Bakı-Tbilisi-Ceyhan neft kəməri reallaşdı. Ölkəyə xarici investisiyanın
axını başladı. Qeyri neft sektorunun dinamik inkişafı
16
Dostları ilə paylaş: |