yən əxlaqi normaların, adət və anenələrin nizama salınması və qorunub saxlanmasında
onun əhəmiyyətini yüksəldir. Müasir dövr dinin dünya miqyasında mütərəqqi, demokratik
qüvvələrin inkişafına əhəmiyyətli təsir göstərmək imkanlarını sübut edir. Hazırda din
müxtəlif ölkələrin və regionların xalqlan arasında bəşəriyyətə son dərəcə gərəkli olan
emosional hiss və həyəcanların, ümumi dəyərlərin, həyat ideallajrının, əxlaq
normalarının təbliğ edilməsində əhəmiyyətli rol oynayır.
Dini və fəlsəfi dünyagörüşləri arasında oxşar cəhətlər, həm də ciddi fərqlər
vardır. Onların yaxınlığı bundan irəli gəlir ki, hər ikisi dünyagörüşün ictimai-tarixi
formaları olmaq etibarilə dünyanı izah etmək, insanların şüumna və davranışına təsir
göstərmək məsələləri ilə məşğul olurlar. Buna görə təsadüfi deyildir ki, əsrlər boyu
filosoflar arasında xeyli dərəcədə dinə inananlar olmuşdur. Lakin fəlsəfi dünyagörüşünün
səciyyəvi cəhətini mütilik, itaət deyil, azad- fikirlilik təşkil edir. Bütün tarixi dövrlərdə
zəmanəsinin intellektual zəka sahibləri, təhsilli və mədəni adamlar, mənən güclü hesab
edilən şəxslər azad və müstəqil düşünməyi üstün tutmuşlar. Həm də dindən fərqli olaraq,
fəlsəfə əsas diqqəti insanların həyəcan, emosiya və etiqadlarına, ümidlərinə deyil, birinci
növbədə dünyagörüşünün intellektual, nəzəri səpkisinə yönəldir. Dünyanın fəlsəfi
anlaşılması zəkaya, intellektə əsaslanır. Fantastikanın, uydurma obrazların yerinə fəlsəfi
dünyagörüşü real müşahidələri, məntiqi təhlili, ümumiləşdirmələri irəli sürür. Fəlsəfi fikir
inkişaf etdikcə, adi şüurun dar və məhdud dairəsi aradan qalxır. Fəlsəfə yarandıqdan sonra
dünya haqqında biliklər, insanların həyat təcrübəsi, etiqadı və idealları ile vəhdətdə
götürülməyə başlayır.
3.
Fəlsəfi dünyagörüşün səciyyəvi cəhətləri
Mifologiya və din təbiətin və sosial həyatın emosional fantastik inikasıdır.
Onlar fövqəltəbiiliyə inama əsaslanır. Onlardan fərqli olaraq fəlsəfə dünyanı rasional
izah edir. O, biliklərə və zəkaya arxalanır.
Fəlsəfi dünyagörüşü aşağıdakı iki tərəfin vəhdətini ifadə edir: a) dünyanın
anlaşılması, onun ümumi mənzərəsinin verilməsi; b) insanın mahiyj'ətinin aşkar
edilməsi, onun təbiətdə və sosial həyatda yerinin aydınlaşdırılması. Həm də fəlsəfə
insana dünyadakı əşya və cismlərin sadəcə olaraq bir hissəsi kimi yanaşmır. Onu spesifik
bioloji növə malik olan varlıq kimi götürür. İnsanların digər mövcudatlardan keyfiyyətcə
fərqli cəhətlərini - düşünmək, dərk etmək qabiliyyətini, hisslərini və emosiyalarını seçib
ayırır. İnsanın daxili psixoloji aləminin, subyektiv mənəvi həyatının öyrənilməsi də
fəlsəfədə çox mühüm yer tutur.
Fəlsəfə dünyagörüşünün rasional-nəzəri formasıdır. O, tarixi praktikanın iki
başlıca əsasını müəyyən edir: a) onun nailiyyətlərini ümumiləşdirir, sintez edir və dünya
anlamını formalaşdınr; b) fərdi və sosial yaradıcılığın ən mühüm oriyentirlərini göstərir və
əsaslandırır. ‘
‘ Bax: Кант И. Трактаты и письма. М., 1980. п, 332
13
Fəlsəfədə
maddi ilə mənəvinin" münasibətlərinin aydınlaşdırılması xüsusi yer
tutur. Lakin bu məsələ əvvəllərdə o qədər də böyük əhəmiyyət kəsb etməmişdir. O, əsas
etibarilə XVII-XVIII əsrlərdən başlayaraq özünü qabarıq şəkildə göstərmişdir. Bu, onunla
əlaqədardır ki, məhz həmin dövr sözün əsil mənasında fəlsəfi fikrin sürətli inkişafı, onun
dini dünyagörüşündən və ayrı-ayrı xüsusi elmlərdən qəti surətdə ayrılması ilə
səciyyələnir. Əlbəttə, bu o demək deyildir ki, yeni dövrdən bu tərəfə bütün fəlsəfi təlimlər
həmin məsələni birmənalı qəbul edirlər. Hətta bu günün özündə də filosoflar arasında
maddi ilə mənəvinin münasibəti məsələsinə bilavasitə cavab verməkdən yayınmaq halları
mövcuddur. Lakin bir şey aydındır: istənilən konkret fəlsəfi məsələ götürülürsə
götürülsün, onun həllində maddi ilə mənəvinin münasibəti çıxış nöqtəsi rolunu oynayır.
Fəlsəfi dünyagörüşünün məzmunu çox müxtəlif və rəngarəngdir. Burada inşanın
dünyaya aşağıdaki üç münasibət tipi xüsusi yeri tutur; idraki münasibət, praktiki
münasibət və qiymətverici münasibət,
İnsanın dünyaya idraki münasibəti fəlsəfi dünyagörüşündə müstəsna yer tutur.
Başqa sözlə, bu o deməkdir ki, biz dünya haqqında nə bilirik, insan dünyanı dərk edə
bilərmi? Əlbəttə, dünyanın dərk olunmasını təkcə fəlsəfənin vəzifəsi hesab etmək doğru
olmazdı. Əsrlər boyu xüsusi elmlər, müxtəlif bilik sahələri də bu məqsədə xidmət etmişlər.
Lakin bu məsələdə fəlsəfənin özünəməxsus rolu vardır. Belə ki, o, idrakın digər konkret
növlərindən fərqli olaraq universal xarakterli nəzəri idrakdır. Fəlsəfi təfəkkürün bu
spesifikliyini nəzərdə tutaraq İ.Kant göstərirdi ki, fəlsəfə aşağıdakı iki əsas vəzifəni yerinə
yetirir; o, geniş miqyasda rasional biliklər ehtiyatına malik olmaqla, bu bilikləri bir ideya
şəklində birləşdirir və bütün digər elmləri sistemli vəhdət halına gətirir.'
Fəlsəfi təfəkkür normal insanın hər şeyi bilmək marağının hüdudları ilə
məhdudlaşmır, dünya haqqında bilikləri genişləndirməyi və dərinləşdirməyi intellektual
tələbata çevirir, insanın intellektual qabiliyyəti onun praktiki təcrübəsi çərçivəsini aşıb
keçir, ondan yüksəkdə duran ümumi nəzəriyyə, əqli nəticələr səviyyəsində təzahür edir.
Məsələn, dünyanın bütöv bir tam kimi, məkan və zaman etibarilə sonsuz, insandan asılı
olmayan obyektiv reallıq kimi dərk olunmasını heç bir təcrübə əsasında həyata keçirmək
mümkün deyildir. Lakin fəlsəfi dünyabaxışı əqli nəticələrin köməyi ilə bu mürəkkəb
vəzifəni həll edir.
Dünyanın dərk edilməsinə münasibətdə fəlsəfədə iki yanlış mövqe özünü göstərir.
Bunlardan biri hər şeyə şübhə ilə yanaşan pessimist baxış - skeptisizm- dir. İkinci qütbü
isə prinsipcə dünyanın dərk edilə bilənliyini inkar edən baxış - aqnostisizm (biliyin inkarı
deməkdir) təşkil edir.
Fəlsəfə tarixində bəzən belə fikirlərə rast gəlinir ki, guya fəlsəfə əbədi və dəyişməz
prinsiplərə malik olan ən ali müdriklikdir. Lakin zaman keçdikcə məlum oldu ki, tarixin
fovqündə duran əbədi fəlsəfi zəka, fəlsəfi prinsiplər qeyri- mümkündür. Beləliklə də,
fəlsəfədə ənənəvi yanlış baxışın yerinə, onu ictimai tarixi biliyin xüsusi forması hesab
edən baxış meydana gəldi. Bu baxışa görə bütün şüur formaları kimi fəlsəfi şüur da tarixən
dəyişkən xarakter daşıyan varlığın
' Bax: Кант И. Трактаты и письма. М., 1980, с. 332
14