Fəlsəfə sözün həqiqi mənasında həyat deməkdir. Buna görə də əsl fəlsəfi
düşüncə mücərrəd sxem və stereotiplər ilə bir araya sığmır. Təsadüfi deyildir ki, onu
"dövrün mənəvi cövhəri", "dövrün özünü dərki" adlandırırlar. Böyük alman filosofu
Hegel göstərirdi ki, fəlsəfə fikirlərdə mənimsənilən dövrdür".'
İlk nəzərdə belə görünə bilər ki, həyatı öyrənmək üçün bu və ya digər konkret peşə
və ixtisas üzrə biliklər, gündəlik təcrübə kifayətdir. Əslində isə dünyanın sirləri son dərəcə
mürəkkəb və əsrarəngizdir. Həyat son dərəcədə mürəkkəb, burada gedən proseslər isə çox
ziddiyyətli və rəngarəngdir. Onları anlamaq üçün inkişafm meylləri və perspektivlərini
düzgün müəyyənləşdirə bilmək üçün geniş erudisiyaya, həqiqi fəlsəfi biliklərə malik
olmaq zəruridir. Buradan aydın olur ki, insanın praktiki fəaliyyəti və mədəni həyatının
əsasında duran dünyagörüşü problemlərinin izahında fəlsəfənin rolu misilsizdir.
Beləliklə «Fəlsəfəni öyrənməyin əhəmiyyəti nədir və o insana nə verir?» sualına
aşağıdakı konkret cavablan vermək olar:
1.
Fəlsəfə insanın malik olduğu biliklər sisteminin, dünyanın elmi mənzərəsinin
nəzəri bünövrəsidir. O, hərn də cəmiyyətdə normal mənəvi mühitin, insanın mənəvi
dünyasının formalaşmasına köm.ək edir, mühüm tərbiyəvi əhəmiyyətə malikdir.
2.
Fəlsəfənin əsaslarına yiyələnmiş adam istənilən elm sahəsində uğurlu fəaliyyət
göstərə bilir.
3.
Fəlsəfə digər elmlərin optimal inkişafına kömək edir, onlarda baş verən
metodoloji çətinlikləri aradan qaldırır.
4.
Fəlsəfə insanı idrak nəzəriyyəsi ilə silahlandırır, yəni gerçəkliyi mənəvi
mənimsəməyin yollarını və vasitələrini müəyy'ənləşdirir.
5.
Fəlsəfəni bilən adamda düzgün məntiqi təfəkkür formalaşır, o, həyatı tənqidi
və yaradıcı surətdə öyrənir.
İlkin fəlsəfi təlimlərdə təbiətin, dünyanın yaranması və quruluşu haqqında
təsəvvürlər əsas yeri tuturdu. Yəni təbiət fəlsəfəsi, naturfəlsəfə hökmran mövqeyə malik
idi. Sonralar zaman keçdikcə ictimai həyat, siyasi quruluş və hüquqi qaydalarla əlaqədar
məsələlər də fəlsəfənin obyektinə daxil edilməyə başladı. Tezliklə insan, onun təbiəti,
zəka və hissləri, idrakı, din və incəsənət də fəlsəfi düşüncələrin əhatə dairəsinə cəlb
olundu. Beləliklə təbiət, ictimai həyat, bütövlükdə dünya ilə insan arasındakı mürəkkəb
qarşılıqlı münasibətlərin təhlili fəlsəfənin əbədi mövzularına çevrildi.
Fəlsəfənin bir elm kimi özünəməxsusluğu aşağıdakı cəhətlərdə ifadə olunur:
1)
0
, son dərəcə ümumi və mücərrəd xarakter daşıyır; 2) real həyatda gedən prosesləri
öyrənməyin düzgün üsul və vasitələrini göstərir; 3) fəlsəfə mühüm qiymətverici xassəyə
malikdir. Bununla da o humanist idealların, ümumbəşəri dəyərlrin qərarlaşmasına kömək
edir.
Fəlsəfə dünya mədəniyyətinin yaratdığı ən böyük naili)^ətlərdəndir. Lakin
0
, bir
yerdə dayanıb durmur, tarixi praktikanın və idrakın ümumiləşdirilməsi nəticəsində daim
inkişaf edir.
’ Bax: Гегель Г. Философия права. M.,1990, с.55
7
Fəlsəfə təkcə
varlıq və idrak haqqında təlim olmaqla məhdudlaşmır. O, həm də
gerçəkliyi insanların tələbatlarına uyğun şəkildə dəyişdirməyin mühüm alətidir. Buradan
aydın olur ki, hazırda ölkəmizin yaşadığı açıq cəmiyyətə keçid, demokratik və hüquqi
dövlət quruculuğu vəzifələrinin həllində fəlsəfənin rolu və əhəmiyyəti durmadan artır.
2. Dünyagörüşünün məzmunu, səviyyələri
və tarixi formaları
Fəlsəfə, dünyagörüşünün nəzəri əsasını təşkil edir. Deməli, onun predme- tini
aydın təsəvvür etmək üçün əvvəlcə dünyagörüşünün məzmununa diqqət yetirilməlidir. Bu
anlayış çox mühüm olub, insanların onları əhatə edən ətraf aləmdə mənəvi səmtləşməsi
üsulunu və xarakterini müəyyən edir. Yuxarıda deyildiyi kimi, dünyagörüşü insanlarda
dünya binasının qunıluşu və burada özünün yeri haqqında ümumiləşdirilmiş biliklərin,
baxişların, əqidə və idealların məcmusudur. Bunlarla yanaşı onun tərkibinə müxtəlif
hisslər, cəhdlər, ümidiər, iradi-emo- sional keyfiyyətlər, normalar - dəyərlər də daxüdir.
Göamdü}^ kimi dünyagörüşünün daxili məzmunu çox geniş və zəngindir. Lakin
buradaki ayrı-ayrı tərəflər dağınıq şəkildə deyil, bütöv bir tam kimi çıxış edir. Məhz bu
cür inteqral səciyyəsi üzündən dünyagörüşü insanı dünya və özü haqqında bitkin
təsəvvürlərlə silahlandırır.
Qeyd olunmalıdır ki, dünyagörüşü bütün dövrlər üçün eyni ola bilməz. O, konkret
tarixi xarakterə malikdir və hər bir dövrdə öz spesifikliyi ilə seçilir. Belə ki, müxtəlif insan
birliklərinin, ayn-ayn qrupların və fərdlərin dünya- gömşü real tarixi şəraiti, mövcud
ictimai münasibətləri əks etdirir. Lakin az-çox uzunmüddətli hər bir tarixi dövr üçün
səciyyəvi olan əqidə və biliklər, idrak prinsipləri, həyat fəaliyyəti normaları, ideallar, bir
sözlə ümumi intellektual və emosional əhvaii-mhİ
3
^ə səviyj'əsi mövcud olur. Bu
ümumilik daxilində hər bir tarixi mərhələdəki dünyagörüşü tipi öz məzmununa ayrı-ayrı
insan birliklərinin, qrupların və şəxslərin dünyagörüşündəki rəngarəngliyi, onlar arasında
bu münasibətdə olan fərqli cəhətləri də əhatə edir. Eyni bir dövrdə dünyagörüşünün bu cür
çoxşaxəliliyi, onun daşıyıcılarının - subyektlərin həyat və fəaliyyət şətraitinin müxtqlifliyi
ilə izah edilir. Belə ki, müəyyən sosial qrupun və ayrılıqda götürülən insanın dünya
haqqında təsəvvürləri və həyat proqramları onlann peşə mənsubiyyəti, sosial vəziyyəti və
mədəni səviyyəsinə uyğun olaraq formalaşır. Dünyagörüşünün konkret xarakteri həm də
bunda ifadə olunur ki, ictimai-tarixi proses, tarixi şərait dəyişildikdə, o da dəyişilir. Başqa
sözlə, insanlann əmək prosesində, ictimai münasibətlərdə baş verən tebəddülatlar az və ya
çox intensivliklə onların fikir və hisslərində, bütövlükdə dünyabaxışmda da özünün
müvafiq əksini tapır.
Öz strukturuna görə dünyagörüşü son dərəcə mürəkkəbdir. Onu təşkil edən
komponentlər müxtəlif əlaqə və vasitələrlə birləşərək, vahid bir bütövlüyü yaradır.
Dünyagörüşləri idraki zənginlik səviyyəsinə, elmi əsaslılıq dərəcəsinə