rilmiş fikirləri və təsəvvürləri də əhatə etmişdir. Deməli, ilk dövrlərin bilikləri həm elmin,
həm də fəlsəfənin əsaslarını birləşdirmişdir. Sonraki dövrlərdə onların predmetləri
aynimiş, dəqiqləşmiş, sırf elm və sırf fəlsəfə formalaşmışdır. Beləliklə də onların yerinə
yetirdikləri idraki funksiyaların ümumi, oxşar və fərqli cəhətləri yaranmışdır.
İkinci mərhəld biliklərin ixtisaslaşması, yeni konkret elmlərin yaranması ilə
əlamətdardır. Bu dövrdə tədricən fəlsəfənin məcmu bilik, elmlər elmi funksiyası aradan
qalxır. Həm də fəlsəfənin özü xüsusi bilik sahəsi kimi inkişaf edir. Fəlsəfə ilə elmlərin
bir-birindən ayrılması prosesi bir çox əsrlər boyu davam etmiş, xüsusən XVII-XVIII
əsrlərdə daha intensiv getmişdir (əlbəttə, yeni bilik sahələrinin yaranması prosesi bu gün
də baş verir).
Üçüncü mərhələ XIX əsrin sonundan başlamışdır. O, bir sıra elmlərin nəzəri
tərəflərinin ümumiliyinin artması, onların tədrici inteqrasiyası və sintezi ilə səciyyələnir.
Birinci və ikinci dövrlərdə konkret elmi biliklər bir qayda olaraq təcmbəyə
əsaslanmiş, təsviri xarakter daşımışdır. Məhz həmin dövrlərdə sonrakı ümumi-
ləşdirmələr üçün material toplanırdı, lakin müxtəlif hadisələr arasında əlaqə və vəhdəti,
qanunauyğunluqları aça bilən nəzəriyyə inkişaf etməmişdi və bu rolu fəlsəfə ifa edirdi.
Həmin funksiyam fəlsəfə əqli mühakimələr yürütmək yolu ilə, bezən də təxmini olaraq
təbiətin ümumi mənzərəsini (naturfəisəfə) və cəmiyyətin ümumi mənzərəsini (tarix
fəlsəfəsi) yaratmaqla yerinə yetirmişdir. Bəzi nöqsanlarına baxmayaraq bu dövrdə fəlsəfə
mühüm nailiyyətlər qazanmış, ümumi dünyabaxışının formalaşması və inkişafına təkan
vermişdir.
Üçüncü mərhələ onunla səciş^ələnir ki, artıq bu dövrdə nəzəri vəzifələri fəlsəfə
əqli mühakimə yünütmək formasında deyil, elmlərin özünün inkişafı nəticələrilə
əsaslanmaqla
yerinə yetirir.
Getdikcə daha çox aydın olur ki, fəlsəfə dünyanın nəzəri
mənzorəsini mücərrəd əqli
mühakimələr
vasitəsilə
deyil,
konkret elmi biliklərlə birlikdə,
onların nəticələrini ümumiləşdirmək yolu ilə yaratmalıdır.
Fəlsəfə ilə konkret elmlərin münasibətini açmaq cəhdi ilk dəfə Aristotel tərəfindən
göstərilmişdir. O, qeyd edirdi ki, konkret hadisələri öyrənən xüsusi elmlərdən fərqli
olaraq fəlsəfə ən ilkin səbəblər, ilkin prinsiplər, varlığın ən ümumi əsaslan haqqında
təlimdir. Buna görə də fəlsəfə xüsusi elmlərdən daha güclüdür,
0
, elmlərin ağasıdır, başqa
elmlər isə omm köləsi vəziyyətindədir. Fəlsəfəyə bu cür baxış əsrlər boyu davam
etmişdir. Hətta XIX əsrdə yaşamış klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi
Hegel də bu mövqedən çıxış edərək fəlsəfənin "elmlər kralı" və ya "elmlər elmi"
adlandırmışdır. Elmi biliklərin sonraki inkişafı dövründə XIX əsrdə, xüsusilə də XX əsrdə
fəlsəfənin əhəmiyyəti, rolu haqqında buna tam əks olan fikirlər irəli sürüldü. Məsələn, bu
dövrün fəlsəfi cərəyanlarından biri pozitivizm, fəlsəfənin idraki imkanlarmı, elmiliyini
şübhə altına alir. Bu cərəyanın tərəfdarları iddia edirlər ki, fəlsəfə yetkin elmi idrakın
olmadığı dövrdə elmilik iddiasında ola bilərdi. İndi isə elm inkişaf edib yetkin
səviyyədədir. Buna görə də fəlsəfənin idraki iddiaları əsassızdır. Hər bir elm özü üçün
fəlsəfədir.
23
Qeyd edək ki, buna bənzər iddialar bəzi filosoflar və konkret elmlərin mayəndələri
arasında hələ də özünə yer tutur. Onlar öz fikirlərini əsaslandırm. üçün belə dəlillər
gətirirlər: güya fəlsəfənin sırf özünə xas olan ayrıca predın- yoxdur,
0
, eksperimental
vasitələrə, mötəbər təcrübəyə arxalanmır, həqiqəti yalandan seçmək üçün inandırıcı
vasitələrə malik deyildir.
Lakin əslində fəlsəfənin elmiliyinə qarşı sürülən bu cür ittihamlar əsassızdır.
Elmin sosial funksiyasını həddən artıq şişirdib, onu mütləqləşdirən bu cür baxışlar
(ssiyentizm), onun insan həyatında, tarixdə rolunu səhv izah edir, fəlsəfənin spesifikliyini
görmür.
Fəlsəfə ilə konkret elmlərin əlaqəsi həm də buna görə zəruridir ki, insan heç vaxt
bir-birilə zəif əlaqələnmiş fraqmentar biliklərlə kifayətlənmir. O, dünyanı bütöv
şəkildə qarşılıqlı əlaqəli və vəhdətdə öyrənməyə zəmrət hiss edir və ona da səy göstərir.
Axı ayrıca, konkret şəkildə götürülən hər bir məsələnin özü də, onun ümumi sistemdə yeri
düzgün mənalandırıldıqda daha yaxşı dərk olunur. Konkret xüsusi elmlər təkbaşına bu
vəzifənin öhdəsindən çətinliklə gələ bilir. Odur ki, burada fəlsəfənin idraki fəaliyyəti üçün
geniş meydan açılır.
Hazırda müxtəlif sahələri əhatə edən biliklərin inteqrasiyası, sintezi prosesi baş
verir. Bu, xeyli dərəcədə çətin və ziddiyyətli prosesdir. Ayrı-ayrı elmlərin ümumi səviyy'ə
və bölmələrini bi-birilə əlaqələndinnək, qovuşdumıaq, bu
halda baş verə biləcək paradoks, apori>
......
1U.İ aiA.
)yi 1 1
n I
lAi LliiV./lliiJLİfcUUİ
A
J-1
qaldıraıağı tələb edir. Elmlərdə bu və digər qəbildən olan çətinliklərin və böhran hallarının
düzgün mənalandırılmasında fəlsəfə xüsusi yer tutur. Belə ki, bu hallar çox vaxt bilavasitə
və ya dolayısı ilə əbədi fəlsəfi problem - təfəkkür, dil ilə reallığın nisbəti problemi ilə bağlı
olur. Buna görə də fəlsəfə onları asanlıqla həll edə bilir. Fəlsəfə təkcə elmə oxşar
funksiyalar yerinə yetiıməklə məhdudlaşmır. Fəlsəfə bütövlükdə mədəniyyətin, o
cümlədən də elmin ümumi əsaslarım izah edir. Həm də qeyd olunmalıdır ki, konkret
sahələri və hadisələri öyrənən mütəxəssislərin dünya haqqında, onun quruluş
prinsipləri və ümumi qanunauyğunluqları haqqında bütöv təsəvvürlərə ehtiyacı
vardır. Bu cür təsəvvürləri isə konkret elmlər deyil, fəlsəfə işləyib hazırlayır. Sonra
xüsusi elmlərin istifadə etdiyi universal təfəkkür vasitələrini - kateqoriya! an,
prinsipləri, müxtəlif idrak vasitələrini onların özləri deyil, fəlsəfə formalaşdırır,
sistemləşdirir və mənalandırır. Elmin ümumdünyagörüşü və nəzəri-idraki əsaslarını
öyrənmək və sahmana salmaq da fəlsəfənin öhdəsinə düşür. Nəhayət, belə bir cəhət də
nəzərə alınmalıdır: elm özü-özlüyündə öyrəndiyi obyektə qiymətverici münasibət
bəsləmir. Bu baxımdan elmin müsbət, faydalı və ya zərərli olduğunu birmənalı izah etmək
doğru olmazdı. Elm elə bir vasitədir ki, o, yalnız humanist və xeyirxah mütəxəssisin
əlində bəşəriyyətə fayda verir. O, etinasız və biganə adamın əlində olduqda cinayət
mənbəyinə də çevrilə bilir. Deməli, elmin özünü qiymətvermə cəhətdən düzgün
əsaslandırmaq lazımdır, o, hələ özü-özlÜ
3
dində insan cəmiyyətinin universal mənəvi
oriyentiri rolunu oynaya bilmir. Elmə və bütövlükdə insanların ictimai-tarixi həyatına
bu
cür qiymətverici münasibəti geniş tarixi və mədəni kontekstdə fəlsəfə həyata keçirir.
Məhz elmi-fəlsəfi dünyagörüşü insanların ictimai-tarixi varlığın bütün mürəkkəbliyi ilə və
kompleks şəkildə mənalandırır