H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə11/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   7   8   9   10   11   12   13   14   ...   240

rilmiş fikirləri və təsəvvürləri də əhatə etmişdir. Deməli, ilk dövrlərin bilikləri həm elmin, 

həm  də  fəlsəfənin  əsaslarını  birləşdirmişdir.  Sonraki  dövrlərdə  onların  predmetləri 

aynimiş, dəqiqləşmiş, sırf elm və sırf fəlsəfə formalaşmışdır. Beləliklə də onların yerinə 

yetirdikləri idraki funksiyaların ümumi, oxşar və fərqli cəhətləri yaranmışdır. 



İkinci  mərhəld  biliklərin  ixtisaslaşması,  yeni  konkret  elmlərin  yaranması  ilə 

əlamətdardır. Bu dövrdə tədricən fəlsəfənin məcmu bilik, elmlər elmi funksiyası aradan 

qalxır. Həm də fəlsəfənin özü xüsusi bilik sahəsi kimi inkişaf edir. Fəlsəfə ilə elmlərin 

bir-birindən  ayrılması  prosesi  bir  çox  əsrlər  boyu  davam  etmiş,  xüsusən  XVII-XVIII 

əsrlərdə daha intensiv getmişdir (əlbəttə, yeni bilik sahələrinin yaranması prosesi bu gün 

də baş verir). 



Üçüncü  mərhələ  XIX  əsrin  sonundan  başlamışdır.  O,  bir  sıra  elmlərin  nəzəri 

tərəflərinin ümumiliyinin artması, onların tədrici inteqrasiyası və sintezi ilə səciyyələnir. 

Birinci  və  ikinci  dövrlərdə  konkret  elmi  biliklər  bir  qayda  olaraq  təcmbəyə 

əsaslanmiş,  təsviri  xarakter  daşımışdır.  Məhz  həmin  dövrlərdə  sonrakı  ümumi- 

ləşdirmələr üçün material toplanırdı, lakin müxtəlif hadisələr arasında əlaqə və vəhdəti, 

qanunauyğunluqları aça bilən nəzəriyyə inkişaf etməmişdi və bu rolu fəlsəfə ifa edirdi. 

Həmin funksiyam fəlsəfə əqli mühakimələr yürütmək yolu ilə, bezən də təxmini olaraq 

təbiətin  ümumi  mənzərəsini  (naturfəisəfə)  və  cəmiyyətin  ümumi  mənzərəsini  (tarix 

fəlsəfəsi) yaratmaqla yerinə yetirmişdir. Bəzi nöqsanlarına baxmayaraq bu dövrdə fəlsəfə 

mühüm nailiyyətlər qazanmış, ümumi dünyabaxışının formalaşması və inkişafına təkan 

vermişdir. 

Üçüncü  mərhələ onunla səciş^ələnir  ki,  artıq bu  dövrdə  nəzəri  vəzifələri  fəlsəfə 

əqli  mühakimə  yünütmək  formasında  deyil,  elmlərin  özünün  inkişafı  nəticələrilə 

əsaslanmaqla 



yerinə  yetirir. 

Getdikcə  daha  çox  aydın  olur  ki,  fəlsəfə  dünyanın  nəzəri 

mənzorəsini  mücərrəd  əqli 

mühakimələr 

vasitəsilə 



deyil, 

konkret  elmi  biliklərlə  birlikdə, 

onların nəticələrini ümumiləşdirmək yolu ilə yaratmalıdır. 

Fəlsəfə ilə konkret elmlərin münasibətini açmaq cəhdi ilk dəfə Aristotel tərəfindən 

göstərilmişdir.  O,  qeyd  edirdi  ki,  konkret  hadisələri  öyrənən  xüsusi  elmlərdən  fərqli 

olaraq  fəlsəfə  ən  ilkin  səbəblər,  ilkin  prinsiplər,  varlığın  ən  ümumi  əsaslan  haqqında 

təlimdir. Buna görə də fəlsəfə xüsusi elmlərdən daha güclüdür, 

0

, elmlərin ağasıdır, başqa 



elmlər  isə  omm  köləsi  vəziyyətindədir.  Fəlsəfəyə  bu  cür  baxış  əsrlər  boyu  davam 

etmişdir.  Hətta  XIX  əsrdə  yaşamış  klassik  alman  fəlsəfəsinin  görkəmli  nümayəndəsi 

Hegel  də  bu  mövqedən  çıxış  edərək  fəlsəfənin  "elmlər  kralı"  və  ya  "elmlər  elmi" 

adlandırmışdır. Elmi biliklərin sonraki inkişafı dövründə XIX əsrdə, xüsusilə də XX əsrdə 

fəlsəfənin əhəmiyyəti, rolu haqqında buna tam əks olan fikirlər irəli sürüldü. Məsələn, bu 

dövrün fəlsəfi cərəyanlarından biri pozitivizm, fəlsəfənin idraki imkanlarmı, elmiliyini 

şübhə  altına  alir.  Bu  cərəyanın  tərəfdarları  iddia  edirlər  ki,  fəlsəfə  yetkin  elmi  idrakın 

olmadığı  dövrdə  elmilik  iddiasında  ola  bilərdi.  İndi  isə  elm  inkişaf  edib  yetkin 

səviyyədədir. Buna görə də fəlsəfənin idraki iddiaları əsassızdır. Hər bir elm özü üçün 

fəlsəfədir. 

23 



Qeyd edək ki, buna bənzər iddialar bəzi filosoflar və konkret elmlərin mayəndələri 

arasında hələ də özünə yer tutur. Onlar öz fikirlərini əsaslandırm. üçün belə dəlillər 

gətirirlər: güya fəlsəfənin sırf özünə xas olan ayrıca predın- yoxdur, 

0

, eksperimental 



vasitələrə, mötəbər təcrübəyə arxalanmır, həqiqəti yalandan seçmək üçün inandırıcı 

vasitələrə malik deyildir. 

Lakin  əslində  fəlsəfənin  elmiliyinə  qarşı  sürülən  bu  cür  ittihamlar  əsassızdır. 

Elmin  sosial  funksiyasını  həddən  artıq  şişirdib,  onu  mütləqləşdirən  bu  cür  baxışlar 

(ssiyentizm), onun insan həyatında, tarixdə rolunu səhv izah edir, fəlsəfənin spesifikliyini 

görmür. 


Fəlsəfə ilə konkret elmlərin əlaqəsi həm də buna görə zəruridir ki, insan heç vaxt 

bir-birilə  zəif  əlaqələnmiş  fraqmentar  biliklərlə  kifayətlənmir.  O,  dünyanı  bütöv 

şəkildə qarşılıqlı əlaqəli və vəhdətdə öyrənməyə zəmrət hiss edir və ona da səy göstərir. 

Axı ayrıca, konkret şəkildə götürülən hər bir məsələnin özü də, onun ümumi sistemdə yeri 

düzgün  mənalandırıldıqda daha  yaxşı  dərk  olunur. Konkret  xüsusi  elmlər təkbaşına  bu 

vəzifənin öhdəsindən çətinliklə gələ bilir. Odur ki, burada fəlsəfənin idraki fəaliyyəti üçün 

geniş meydan açılır. 

Hazırda  müxtəlif sahələri əhatə  edən  biliklərin  inteqrasiyası,  sintezi  prosesi  baş 

verir. Bu, xeyli dərəcədə çətin və ziddiyyətli prosesdir. Ayrı-ayrı elmlərin ümumi səviyy'ə 

və bölmələrini bi-birilə əlaqələndinnək, qovuşdumıaq, bu 

halda baş verə biləcək paradoks, apori> 

 ......  

1U.İ aiA. 

)yi 1 1 

n I 

lAi LliiV./lliiJLİfcUUİ 

A

J-1 


qaldıraıağı tələb edir. Elmlərdə bu və digər qəbildən olan çətinliklərin və böhran hallarının 

düzgün mənalandırılmasında fəlsəfə xüsusi yer tutur. Belə ki, bu hallar çox vaxt bilavasitə 

və ya dolayısı ilə əbədi fəlsəfi problem - təfəkkür, dil ilə reallığın nisbəti problemi ilə bağlı 

olur.  Buna  görə  də  fəlsəfə  onları  asanlıqla  həll  edə  bilir.  Fəlsəfə  təkcə  elmə  oxşar 

funksiyalar  yerinə  yetiıməklə  məhdudlaşmır.  Fəlsəfə  bütövlükdə  mədəniyyətin,  o 

cümlədən  də  elmin  ümumi  əsaslarım  izah  edir.  Həm  də  qeyd  olunmalıdır  ki,  konkret 

sahələri  və  hadisələri  öyrənən  mütəxəssislərin  dünya  haqqında,  onun  quruluş 

prinsipləri  və  ümumi  qanunauyğunluqları  haqqında  bütöv  təsəvvürlərə  ehtiyacı 

vardır.  Bu  cür  təsəvvürləri  isə  konkret  elmlər  deyil,  fəlsəfə  işləyib  hazırlayır.  Sonra 

xüsusi  elmlərin  istifadə  etdiyi  universal  təfəkkür  vasitələrini  -  kateqoriya!  an, 

prinsipləri,  müxtəlif  idrak  vasitələrini  onların  özləri  deyil,  fəlsəfə  formalaşdırır, 

sistemləşdirir  və  mənalandırır.  Elmin  ümumdünyagörüşü  və  nəzəri-idraki  əsaslarını 

öyrənmək və sahmana salmaq da fəlsəfənin öhdəsinə düşür. Nəhayət, belə bir cəhət də 

nəzərə  alınmalıdır:  elm  özü-özlüyündə  öyrəndiyi  obyektə  qiymətverici  münasibət 

bəsləmir. Bu baxımdan elmin müsbət, faydalı və ya zərərli olduğunu birmənalı izah etmək 

doğru olmazdı. Elm elə  bir vasitədir ki, o, yalnız humanist  və  xeyirxah  mütəxəssisin 



əlində  bəşəriyyətə  fayda  verir.  O,  etinasız  və  biganə  adamın  əlində  olduqda  cinayət 

mənbəyinə  də  çevrilə  bilir.  Deməli,  elmin  özünü  qiymətvermə  cəhətdən  düzgün 

əsaslandırmaq  lazımdır,  o,  hələ  özü-özlÜ

3

dində  insan  cəmiyyətinin  universal  mənəvi 



oriyentiri rolunu oynaya bilmir. Elmə və bütövlükdə insanların ictimai-tarixi həyatına bu 

cür  qiymətverici  münasibəti  geniş tarixi və mədəni kontekstdə fəlsəfə həyata keçirir. 

Məhz elmi-fəlsəfi dünyagörüşü insanların ictimai-tarixi varlığın bütün mürəkkəbliyi ilə və 

kompleks şəkildə mənalandırır 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə