Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   2   3   4   5   6   7   8   9   ...   18

Qərib məzarlar
26
Əlimərdan bəy 
Topçubaşovun Paris Sülh 
Konfransının sədrinə 
və “böyük dördlüyə” 
müraciəti. Mart, 1919-cu il.


Qərib məzarlar
27
Bütün müraciət və yazışmalara baxma-
yaraq, 1919-cu il aprelin 7-də Parisə getməyə  
ancaq 3 nəfərə - Hacınskiyə, Məhərrəmova və 
Hacıbəyova icazə verildiyi bildirilir.
Ə.Topçubaşovun 
F.Xoyskiyə teleqramı. 
Aprel, 1919-cu il.


Qərib məzarlar
28
Azərbaycan hökumətini hətta bu variant 
da qane edirdi, təki konfransda kimsə ölkəni 
təmsil etsin. Bu məlumatı alan kimi xarici iş-
lər nazirinin müavini Ziyatxanov Tiflisə, Azər-
baycanın diplomatik nümayəndəsi Cəfərova 
teleqram vurur: “Xahiş edirəm, radio vasitəsilə 
Konstantinopola, Topçubaşova təcili teleqramla 
bu xəbəri verəsiniz: “Hökumət nümayəndə heyə-
tinə təklif edir ki, ləngiməsinlər, dərhal Parisə 
getməyə çalışsınlar. Əgər Siz şəxsən Paris Konf-
ransına buraxılmırsınızsa, onda Hökumət təklif 
edir ki, sədrliyi Hacınskiyə həvalə edəsiniz və nə-
yin bahasına olur-olsun nümayəndə heyətini gön-
dərəsiniz…” 
Azərbaycanın Tiflisdəki 
diplomatik nümayəndəsi 
Cəfərova teleqram. Aprel, 
1919-cu il.


Qərib məzarlar
29
Bu məktub Azərbaycan hökumətinin Paris 
konfransında iştirak etməyə necə böyük əhə-
miyyət verdiyini göstərir.
Nəhayət, uzun danışıq və yazışmalardan son-
ra 1919-cu il aprelin 22-də müvafiq icazə sənəd-
ləri alınır və bütün nümayəndə heyəti təsadüfi 
İtaliya gəmisi ilə Konstantinopoldan çıxa bilir...
Ə.Topçubaşovun 
Azərbaycan Nazirlər 
Şurasının sədrinə 
teleqramı. 
May, 1919-cu il.


Qərib məzarlar
30
Paris Sülh Konfransı öz işinə 1919-cu il yan-
varın 18-də Fransa Xarici İşlər Nazirliyinin “De 
l’Horloge” (“Saatlar”) zalında başlamışdı. Bizim-
kilər isə Parisə çox gec – mayın 9-da çatmışdılar. 
Parisin “Klarij” otelində yerləşən nümayəndə 
heyəti mayın 12-dən rəsmi fəaliyyətə başladı. 
Konfransda iştirak edən dövlətlərin nümayən-
dələri ilə görüşlər keçirdi, Azərbaycanın təbliği və 
tanıdılması istiqamətində xeyli iş gördü.
1919-cu il mayın 28-də prezident Vudro Vilson 
Əlimərdan bəy Topçubaşovu qəbul edir. Əlimərdan 
bəy Amerika prezidentinə Azərbaycan haqqında, 
eləcə də nümayəndə heyəti haqqında ətraflı məlu-
mat verir, ona memorandum təqdim edir.
Memorandumda xüsusi vurğulanır ki, “...bi-
zim ölkənin coğrafi vəziyyətinə baxarkən aydın gör-
mək olar ki, Azərbaycan Qafqaz sıra dağları ilə Rusi-
yadan tamam ayrılıb... Eləcə də etnoqrafik cəhətdən 
Paris görüşləri
bu xalqın Moskva və Rusiyanın slavyan xalqları ilə 
ümumi heç nəyi yoxdur”.
V. Vilson bildirir ki, müttəfiqlər dünyanı ki-
çik hissələrə bölmək fikrində deyil. Ona görə də 
yaxşı olar ki, Qafqaz Konfederasiyası barədə dü-
şünəsiniz...
Paris. Klarij oteli. 
2015-ci il.


Qərib məzarlar
31
1919-cu il iyunun əvvəllərində Rusiyada 
 
ağqvardiyaçı admiral Kolçakın hakimiyyəti-
nin müttəfiqlər tərəfindən tanınacağı barədə 
söz-söhbət yayılmağa başlayır. Şayiələr gəzir ki, 
Azərbaycan yenidən vahid Rusiyanın tərkibin-
də qalmalı olacaq. Ona görə də iyunun 5-də Sülh 
Konfransının sədrinə və müttəfiq dövlətlərin baş 
nazirlərinə etiraz notası təqdim olunur. Notada 
deyilir ki, Rusiyada hakimiyyətə kimin gələcə-
yinə baxmayaraq öz parlamenti və hökuməti 
olan Azərbaycan Cümhuriyyəti Rusiyanın tərki-
binə daxil olmayacaq!
ABŞ-ın Prezidentinə 
təqdim olunan 
memorandum. May, 
1919-cu il.


Qərib məzarlar
32
Versal sülh müqaviləsi
1919-cu il iyunun 28-də Paris yaxınlığın-
dakı Versal şəhərində, sabiq Fransa kralları-
nın iqamətgahı olmuş sarayda Birinci Dünya 
müharibəsinin rəsmən başa çatdığını bildirən 
sülh müqaviləsi imzalandı. Paris Sülh Kon-
fransı Fransa Xarici İşlər Nazirliyinin bina-
sında keçirilsə də, müqavilənin imzalanması 
üçün məhz Versal sarayının seçilməsi təsadü-
fi deyildi.
Versal sarayı XVII əsrin ortalarında kral 
XIV Lüdovikin rəhbərliyi ilə inşa edilmişdi.  
1682-ci ildən 1789-cu ilə qədər Fransa kralının 
rəsmi iqamətgahı olmuş, 1801-ci ildən muzey 
kimi fəaliyyət göstərmişdi. 
Sonralar Fransada, eləcə də dünyada baş 
verən bir çox mühüm hadisələr Versalla əlaqəli 
olmuşdur. Məsələn, Amerika Birləşmiş Ştatları-
nın müstəqillik uğrunda apardığı müharibənin 
başa çatması barədə müqavilə 1783-cü ildə bu sa-
rayda imzalanmışdı. 
Fransa-Prussiya müharibəsində qalib gələn 
almanlar Versal şəhərini tutaraq Almaniya İmpe-
riyasının yaradıldığını bu sarayda elan etmişdilər.
Fransa hökuməti 1919-cu il iyunun 28-də qa-
lib dövlətlərin məğlub Almaniya ilə sülh müqa-
viləsini məhz bu sarayda imzalatmaqla həm də 
almanları aşağılamaq niyyəti güdürdü... 
Versal sülh müqaviləsi 1920-ci il yanvarın  
10-da – Almaniya və dörd əsas müttəfiq dövlət 
olan Böyük Britaniya, Fransa, İtaliya və Yapo-
niya tərəfindən ratifikasiya olunduqdan sonra  
qüvvəyə mindi.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə