Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   10   11   12   13   14   15   16   17   18

Qərib məzarlar
80
Nəzakət xanımın sözlərinə görə, Anuşirəvan 
bəy ailə qurmayıb. Onun Fransadakı fəaliyyəti 
barədə məlumat azdır. Lakin o dəqiqdir ki, Anuşirə-
van bəy Fransada yaşadığı illərdə Əlimərdan bəy 
Topçubaşı ilə mehriban münasibətlər saxlayıb. Bu 
münasibəti Əlimərdan bəyin Parisdəki arxivində 
saxlanılan bir məktub da təsdiq edir. Arxiv sənəd-
lərindən görünür ki, 1929-cu il iyulun 18-də Anu-
şirəvan bəy Əlimərdan bəyə məktub yazıb: “Çox 
hörmətli Əlimərdan əmi!
Məndən asılı olmayan səbəblər ucbatından qəflətən 
Parisdən müvəqqəti xidmət yerimə getdim. Bu səbəb-
dən getməzdən əvvəl Sizə gəlmək və sağollaşmaq im-
kanım olmadı. Ona görə də Sizdən və Pəri xaladan üzr 
istəyirəm.
Sizə dərin hörmət və ehtiramımı qəbul edin. Qohu-
munuz Anuşirəvan”.


Qərib məzarlar
81
Parisdə müvəqqəti xidmət yeri deyərkən 
onun nəyi nəzərdə tutduğu məlum deyil...
Arxivdə Əlimərdan bəyin cavab məktubu da 
qorunur:
“Hörmətli Anuşirəvan. 
Bizim böyüklərə ənənəvi hörmət və ehtiram his-
sinin səndə qaldığını sübut edən məktubunu almaq 
mənə çox xoş oldu. Bu, çox qiymətli keyfiyyətdir və 
Azərbaycanın bütün gənc nəsli bu ruhda böyümə-
lidir. Çünki belə tərbiyə atalar və oğullar arasında 
daha yaxşı münasibətlərin formalaşması üçün möh-
kəm baza yaradır.   
Mən çox şadam ki, bu mənəvi keyfiyyətləri sən-
də – xatirəsi mənim üçün unudulmaz olan dostum 
Allahyar bəyin ləyaqətli oğlunda tapıram. Məni rəh-
mətlik Allahyar bəylə dostluq, qarşılıqlı sədaqət tellə-
ri və xalqımızın ümumi xeyirinə gördüyümüz bir sıra 
müştərək işlər bağlayırdı. Rəhmətlik mənim atamı 
yaxşı tanıyır və mənə “əmioğlu” deyirdi, rəhmətlik 
Həmid bəy isə (Allahyar bəyin qardaşı – M.H.) məni 
“bizim başçı” və “böyük qardaş” adlandırırdı. Sənin, 
qohumumun mənə belə məhrəm münasibətindən 
məmnunluq duyuram və arzu edirəm ki, oğlum Ələk-
bərlə sənin qardaşlıq səviyyəsində olan dostluğun bu 
hörmət və ehtiramı daha da möhkəmləndirsin.     
Məktuba görə yoldaşımın adından və öz adım-
dan çox sağ ol deyirəm. Hərdən özün barədə yazsan 
çox razı qalaram.
Sənə ürəkdən cansağlığı, hər cür rahatlıq və işlə-
rində uğurlar arzulayıram. 
Səni sevən əmin.
24 iyul 1929”.


Qərib məzarlar
82
Anuşirəvan bəyin taleyi ilə bağlı Fransadakı 
müvafiq polis idarəsindən verilmiş sorğunun 
cavabı da maraqlıdır: “Polis bölməsinin arxivin-
də vətənindən didərgin düşmüş əcnəbilər haqqında 
“Xaricilərə nəzarət və onların axtarışı” yarımbaşlığı 
ilə Er və Luarda 1936-cı ildə bölgə məmurları tərəfin-
dən açılan  araşdırmanın nəticələri qorunub saxla-
nılır.  Zülqədərovun adına Ver-en-Druedə dükanda 
işlədiyini təsdiq edən bir kart var. Həmçinin o, bir 
müddət at sahibkarı cənab Verdye-Düfurun yanında 
təlimçi-mehtər işləmişdir. 
...1935-ci il qışın əvvəlində, cənab Zülqədərov, yer-
li hakimiyyət orqanına  xəbər vermədən Ver-en-Dru-
eni tərk etmişdir. 1932-ci ildə (4 M P 558) tərtib 
olunmuş bölgə qaçqınları siyahısında onun adı qeyd 
olunmamış və 1936-cı ilə qədər heç bir sənəddə onun 
haqqında məlumat yoxdur...”


Qərib məzarlar
83
Parisdəki rus qaçqınları ofisinin verdiyi ara-
yışda isə təsdiq edilir ki, “Anuşirəvan Zülqədərov 
rus qaçqınıdır. 1897-ci il aprelin 11-də Yelizavetpol 
quberniyasında doğulmuşdur. Atası Allahyar Zülqə-
dərov olmuşdur”.  
Anuşirəvan Zülqədərovun qəbri


Qərib məzarlar
84
Göründüyü kimi, bizə məlum olan arxiv 
sənədlərinə əsasən, onun nə işlə məşğul olduğu-
nu söyləmək çətindir. Amma tanınmış tədqiqatçı 
və rejissor Aydın Dadaşov “Qarabəy Qarabəyov” 
adlı monoqrafiyasında (yeri gəlmişkən tanınmış 
həkim və maarifçi Qarabəy Qarabəyov Allahyar 
bəyin bacısı oğlu olub – M.H.) Anuşirəvan bəyin 
İkinci Dünya müharibəsi illərində Azərbaycan 
legionerlərinin Paris filialına rəhbərlik etdiyini 
yazıb. Nə dərəcədə haqlıdır, deyə bilmərik...
Bobinyi məzarlığında üstündə Xurşud xanım 
Vəzirova və Axundov yazılmış iki köhnə qəbir 
də diqqəti cəlb edir, lakin onların kimliyi barədə 
məlumat yoxdur...
Bobinyi məzarlığı


Qərib məzarlar
85


Qərib məzarlar
86
Əkbər ağa Şeyxülislamov:
1891-ci ildə doğulub. 
Peterburq Dəmiryol Mühəndisləri İnstitutunda 
təhsil alıb. Zaqafqaziya Seyminin üzvü olub.
27 yaşında müstəqil Azərbaycanın əkinçilik və 
əmək naziri vəzifəsinə təyin edilib.
1919-cu ilin yanvarından Paris Sülh Konfran-
sında Azərbaycan nümayəndə heyətinin üzvü kimi 
fəaliyyət göstərib.
1920-ci ildən mühacirətdə qalmağa məcbur olub.  
1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzi-
nin üzvü olub, Qafqazın İstiqlal Komitəsində Milli 
Mərkəzi təmsil edib.
Ömrünün sonuna qədər Azərbaycanın dövlət  
müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.
Əkbər ağanın qəbri, bir vaxtlar sözün əsil mə-
nasında itmək üzrə olub.
Ramiz Abutalıbovun sözlərinə görə, vaxtilə 
onu bu qəbiristanlığa başqa bir mühacir soydaşı-
mız – Qədir Süleymanov aparıb. O, Əkbər ağanın 
qəbrinin təxmini yerini göstərə bilib. Çünki qəbir 
tamamilə tanınmaz vəziyyətdə olub. 
Ramiz Abutalıbov belə xatırlayır: “Onda biz 
Parisdə yaşayan cənublu soydaşımız Məmmədə-
li Tacəhmədi ilə Bobinyinin qəbiristanlıq idarəsinə 
getdik və Əkbər ağanın qəbrinin yerini dəqiqləşdir-
dik. İdarədə konkret sxem var idi. Amma qəbir yeri 
itmək üzrə idi... Sonralar bir dəfə ümummilli lider 
Heydər Əliyevin yanında “Kitabi-Dədə Qorqud” 
dastanının 1300 illiyinə hazırlıqla bağlı müşavirə 
keçirilirdi. Mən də müşavirədə iştirak edirdim. Son-
da Heydər Əliyev zala müraciət etdi ki, müzakirə 
olunası başqa məsələ qalmadı ki? 
Əkbər ağa Şeyxülislamov.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə