Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə12/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   8   9   10   11   12   13   14   15   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

3. Neft və qaz yataqları
Əmələ gələn karbohidrogenlərin bir hissəsi qaz şəklində (ən yüngülü), bir hissəsi maye (nisbətən ağır) və hansısa bir hissəsi bərk halda tapılmışdır. Uyğun olaraq qaz və maye qarışığı təbii təzyiqin təsiri altında daha az təzyiq olan səthə (yuxarı) hərəkət edir. Bu hərəkət bu qarışığın yolunu qalın laylar (örtük) kəsənə qədər davam edir və sonra hərəkət mümükün olmur. Bu hadisə “tələ” adlanır, keçilməyən lay-kollektorun əmələ gəlməsi ilə xarakterizə olunur. Bu “tələ”də zaman keçdikcə karbohidrogen qarışığı yığılaraq neft yataqlarını əmələ gətirir. Baxmayaraq ki, artıq bu termin praktiki olaraq ğzünü təsdiqləyib, göründüyü kimi neft yatağı əslində neft yatağı deyil, neft toplanan yerdir.
Bildiyimiz kimi, neftin sığlığı suyun sığlığından kiçikdir ( neftin tərkibində həmişə suyun olması onun dəniz mənşəli olmasından xəbər verir), neft dəyişməz olaraq yuxarı hərəkət edir və sudan yuxarıda toplanır. Əgər qarışıqda qaz olarsa, onda qaz neftdən yuxarıda toplanır.


Şək. Neft və qaz yığımlarının yerləşməsi.


Beləliklə, neft və qazın yer qabığının məsaməli mühitindəki təbii yığımına neft və qaz yatağı deyilir. Belə yataqlar əsas etibarilə çökmə süxurların–qumların, qumdaşıların, dolomitlərin və s. məsamə və çatlarında neft-qazın toplanması nəticəsində əmələ gəlir. Neft və qaz yatağının yaranması üçün süxurların məsaməli olması mühüm şərtlərdən biridir. Bütün dünyada indiyə kimi müəyyən edilmiş neft yataqlarının 99,99%-i çökmə süxurlarda yerləşir.
Qeyd etmək lazımdır ki, hər bir məsaməli çökmə süxurda neft toplana bilmir. Məsələn, çökmə mənşəli gil süxurları neft yatağı üçün münasib süxur hesab edilmədiyi halda (onların məsaməlik əmsalı 40-50%-ə çatır), qaz yatağı üçün daha əlverişli sayılır. Məsamələrində neft-qaz toplana bilən və yatağın istismarı zamanı həmin nefti və qazı özündən buraxa bilən süxura kollektor süxur deyilir. Dünyada ən böyük neft yataqlarından Səudiyyə Ərəbistanının Qavar yatağı və Küveytin Burqan yatağını göstərmək olar. Bu yataqların balans ehtiyyatları 60 milyard barel (təxminən 8.2 milyard ton) həcmində qiymətləndirilir.
Çökmə süxurlar Yer qabığının üst hissəsi ucun səciyyəvi olan termodinamik şəraitdəki süxurlardır. Belə süxurlar çöküntünün sudan kimyəvi, yaxud mexaniki çökməsi, orqanizmlərin suda və quruda həyat fəaliyyəti, muxtəlif süxurların fiziki və kimyəvi aşınma məhsullarının yenidən çökdurulməsi və s. nəticəsində əmələ gəlir.
Təbiətdə rast gəlinən neft yataqları əsas etibarilə çökmə mənşəli süxurlarla əlaqədardır. Məsələn, keçmiş SSRİ-də (Azərbaycan, Dağıstan, Şimali Qafqazda), ABŞ-da və digər olkələrin bir çox rayonlarında rast gəlinən zəngin neft yataqları çökmə mənşəli olan qum və qumdaşılarla əlaqədardır. “İkinciBakı” adı ilə şohrət tapmış və Ural sıra dağları ilə Volqa cayı arasında yerləşən zəngin neft-qaz yataqları əsas etibarilə çökmə mənşəli, əhəngdaşı, dolomit adlanan süxurlarla əlaqədardır. Yaxın və Orta Şərq ölkələrində (İran, Kuveyt, İraq, İordaniya və s-də) rast gəlinən bir sıra zəngin neft yataqları da əhəngdaşı və dolomitlərlə əlaqədardır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ, Kanada, Meksika və başqa ölkələrdə nadir hallarda, bəzi cüzi neft yığımları maqmatik və metamorfik süxurlarla əlaqədardır. Məsələ ondadır ki, maqmatik və metamorfik süxurlar aşınmaya (pozulmaya), tektonik gərginliyə və s. məruz qaldıqda, onlarda çatlar əmələ gəlir. Qonşuluqda yerləşən çökmə süxurlardakı neft bu süxurların çatlarına və məsamələrinə toplaşıb, kiçik miqyaslı neft yataqları yaradır.
Beləliklə, neft və qaz, əsas etibarilə, çökmə süxurların-qumların, qumdaşlarının,
əһəngdaşlarının, dolomitlərin məsamə və çatlarında toplanaraq yataqlar əmələ gətirir. Onu qeyd etmək lazımdır ki, aparılan tədqiqat nəticəsində hər bir çökmə və məsaməli süxurda neftin toplana bilməyəcəyi muəyyən edilmişdir. Belə ki, bütün çökmə süxurlar məsaməli olmalarına baxmayaraq, onların hamısında neft toplana bilmir. Məsələn, çö kmə mənşəli gil süxurlarının məsaməlilik əmsalı bəzən qum süxurlarındakından çox olub,40-50%-ə çatır. Gillərdə məsaməliliyin kifayət qədər çox olmasına baxmayaraq, onlar neftin yığılıb, yataq əmələ gətirməsi uçun munasib süxur hesab edilmir. Bunun səbəbi gil süxurlarındakı məsamələrin bir-birilə birləşib, neftin hərəkət etməsi uçun əlverişli kanallar əmələ gətirməməsindədir.
Gil süxurlarında yaranan kanallar o qədər dar olur ki, bu kanalların içərisində neft hərəkət edə bilmir. Qum, qumdaşı, əhəngdaşı və digər süxurlarda isə kanalları əmələ gətirən dənələr arasında yerləşən boşluqlardan bir-birinə yol vardır. Bu boşluqlar bir-birinə birləşib, neftin kecməsi (hərəkəti) ucun imkan yaradır. Daxilində neft və qaz toplana bilən və yatağın istismarına başlandığı zaman həmin nefti özundən buraxa bilən hər hansı bir süxura kollektor deyilir. Neft və qaz kollektor süxurların məsamələrinə toplanaraq yığımlar əmələ gətirir.Onu da qeyd etmək lazımdırki, neftin toplanıb yığımlar yaratması uçun əlverişli olmayan bəzi süxurlar, qazın yataqlar əmələ gətirməsi üçün münasib olur. Məsələn, incə təbəqəli
gilli süxurlar (şistlər) neftin deyil, yalnız qazın toplanıb yataqlar əmələ gətirməsi üçün əlverişli hesab edilir.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə