23
birimizdən gizli yaşaya bilmərik…İndi…Əlinin şəkillərinə baxanda, heç bir
fotoqrafın işini bəyənmirəm.Əli Kərim sadəliyi, Əli Kərim böyüklüyü şəkil-
lərdə…nədənsə məni qane etmir.
O, daxilən böyük idi.O, daxilən qürurlu idi.Özündən yaşlıların yanında bir
qədər qaradinməz, sakit idi.Bizim üçün isə söhbətcil, zarafatcıl idi.O bu və ya
başqa bir adamın söhbətlərini, hərəkətlərini olduğu kimi təkrar edərdi, məəttəl
qalardıq…
Son dərəcə sakit təbiətli idi.Mübahisə etməyi sevmirdi.Həmişə astadan
danışardı.İstedadsızlara gülmürdü, amma onları məzəmmət edirdi: «Kişi bildiyi
işdən yapışmalıdır».
1968 - ci il oktyabr ayının 20 -si.Sumqayıtda, mərkəzi şəhər kitabxana-sında
gənc şair Əşrəf Şəfiyev ilə görüş vardı.Əlini də çağırmışdıq.Söz Əli Kərimə
verildi.O, Əşrəfin şeirlərindən danışdı, sonra dedi ki, ədəbiyyata savad-
sız,istedadsız adamlar da gəlmək istəyirlər.Əli belə bir əhvalat danışdı:
Bu yaxınlarda qatarda (Əli sonra evdə dedi ki, bu söhbət qatarda olmayıb,
redaksiyada olub) bir yoldaşla rastlaşdım.Yaxşı vəzifədə işləyir.Xeyli söhbət
etdikdən sonra o mənə dedi: «Bir az şeirim var, icazə versəniz, sizə
oxuyardım».Düzü, bir az inanmadım.Bu vücudun da sahibi şeir yazır?
Razılaşdım.Çox həvəslə oxudu.Belə bir beyt indi də yadımdadır:
«Hər işimiz tamamlandı,
Qoyun - quzu hamamlandı».
Nə etmək olardı? Qafiyə də yerindəydi, vəzn də.Bircə kişinin ağlının yerində
olduğuna şübhəm vadı…
Əli bunu deyən kimi hamı gülüşdü.Elə bilməyin, qəsdən, oxucuları gül-
dürmək üçün bu əhvalatı danışdı.Xeyr.Əli ədəbiyyata, poeziyaya hörmətdən
danışırdı.(Biz sonra öyrəndik ki, həmin şeirin müəllifi Əlidən narazı qalıb.Onun
işlədiyi «Azərbaycan» curnalının redaktoruna şikayət edib ki, niyə şair bu cür
«mükəmməl» şeiri bəyənməyib? Bunu bizə Əli özü danışdı.) Yadınızdadırsa, hətta
Əlinin bu baradə şeiri də var:
Şeir gətirdi,
Həm şeirdir,
Həm də ki, qoşma, qəzəl, bayatı,
Aldım, baxdım,
Nə gördüm: həftəbecər boyatı.
Kəlmələr bir - birindən
Xəbər verən xəfiyyə…
Görüşdən sonra Əli dostu Altay Məmmədovu görmək üçün Sumqayıt-dakı
Gənc Tamaşaçılar Teatrına getməli idi.Altay Məmmədov da Bakıdan Əli ilə
birlikdə gəlmişdi.Teatrda onun «Yadındamı» pyesinin məşqləri gedirdi.Əli dedi ki,
Altay Məmmədov teatrda işi olduğundan birbaşa oraya getdi.Mən evə qayıtmaq
istəyirdim.Əli Kərim dedi:
24
- Bəs bu işin axırı nə olacaq, sən bizimlə getmirsən? - deyib tanış yoldaşlarla
teatra, A.Məmmədovu görməyə getdi.
Aradan bir neçə saat keçmişdi.Axşamüstü idi.Əli bizə qayıtdı.Məni görən
kimi zarafatla dedi: «Qaçıb gəldin, elə bilirsən, tapa bilməyəcəyik?»
Əli telefonla Bakıya danışmaq istəyirdi.Ümumiyyətlə, Sumqayıtda olan-da
həmişə çalışardı evlərinə xəbər versin: ondan narahat olmasınlar.
Əlinin öz evində telefon olmadığından biz ya onun qonşularına zəng
vurardıq, ya da qayınatasıgilə.Sifariş verəndən sonra Əlini çağırdım.O, sevincək
halda:
- Hə, gəldim, - deyib telefon olan otağa keçdi.Həmişə olduğu kimi yenə də
çox astadan, bir neçə söz deyib dəstəyi yerinə qoydu.Telefonla uzun - uzadı
danışmağı sevmirdi.Hətta, bir neçə dəfə özü yox, biz zəng edib deyərdik ki, Əli
bizimlədir.
Onunla görüşlərimin bəzisinin dəqiq tarixini bilmirəm.Xüsusən son
görüşlərimin.Bəzi zarafatları isə indi də xatirimdədir.
1968 - ci il yanvar ayının 3 - ü idi.Universitetdə imtahan verirdim.Fasi-ləyə
çıxmışdıq.Yeməkxanadaydım.Tələbə dostlarımdan Möhbəddin Səməd yaxınlaşıb
dedi: «Tez ol,Əli Kərim səni gözləyir».Xörəyimi axıradək yeyə bilmədim.Çıxıb
görüşdüm.Salamlaşdıqdan sonra Əli zarafatla dedi:
- Sən buraya oxumağa yox, yeməyə gəlirsən.Tələbə, tənəffüsdə seminara
hazırlaşmalıdır, sən isə…
Tələbə dostlarımdan biri mənə demişdi ki, Əli Kərimin universitetə
gəlməsini bəziləri düzgün başa düşməzlər.Elə bilərlər o məni müəllimlərə
tapşırmaq üçün gəlir.Amma inanın, bu, nə Əli Kərimin, nə də mənim ağlıma
gələrdi.Gizlətmirəm, bir dəfə dərsə gecikməyimdən narahat olduğumu görən Əli
Kərim dedi ki, əgər lazım gəlsə…(o mənim müəllimlərimdən birinin adını çəkdi)
deyərəm ki, üzürlü hesab etsin.Açığını deyim,əvvəlcə inanmadım ki,Əli Kərim
həmin adamla dostluq edə. «Kəşfiyyat» apardıqdan sonra gördüm yanılırmışam…
Biz tənəffüsü şəhərdə gəzirdik.Müəllimlərimdən biri ilə rastlaşdıq.Əli onu
daha yaxşı tanıyırdı.Bu adamın müəllimliyi yazıçılığından da zəif idi.Biz ondan
ayrılandan sonra Əli dedi:
- Ondan da zəif yazmaq üçün Şekspir istedadı lazımdır.Az yox, Şekspir
istedadı.(Nədənsə, Əli elə hesab edirdi ki, zəif yazmaq üçün də xüsusi «istedad»
lazımdır.)
- Əli müəllim, o mənim müəllimimdir, - deyə gedən adama işarə etdim.
- Nə danışırsan, o sizə dərs deyir? Onun dərsinə necə qulaq asırsınız? Sən
allah, o nədən danışır? Vay, vay…
Burada bir cəhəti qeyd etmək istəyirəm.Əli həddindən artıq tələbkar şair olsa
da, heç vaxt şəxsi münasibətlərinə görə bir yazıçının yaradıcılığını pisləməzdi.Əgər
biz bu və ya başqa şairi insafsızcasına «rədd» edirdiksə, Əli deyirdi:
- Yox, insafən, onun da özünə görə sözü var.Məsələn, onun… - Əli hə-min
şairin müvəffəqiyyətli şeirlərinin adlarını çəkərdi.Misralarını əzbərdən deyərdi…