Şerlər, növhələr, mərsiyyələr Şam yolunda həzrət Rüqəyyənin (ə) həzrət Zeynəbə (ə) ürək sözləri Buyur əmmə, Şimri sitəmgərə mən zarə silsilə2 vurmsın
Babamın ğəmi bəs olur mənə, daxi yarə bu dilə vurmasın
Nədi cürmim3 axər ey əmməcan məni Şümr, ya Sənan vurar
Atasız qıza bu qəraridir üzə əlində fəğan vurar
Həm ölüb atam, həm Əkbərim ürəyimdə yoxdi təvan vurar
Edəndə nalə yətim uşaq düşər ərşə zəlzələ vurmasın
Degilən qabardır ayaqlarım bu yolu piyadə gedəmmirəm
Əli Əkbərin başın görürəm cidadə gedəmmirəm
Anam ağlır, Əkbərin oxşayır ğəm olur ziyadə gedəmmirəm
De bu qövma Əkbərimin başın anamın müqabilində vurmasın
Görürəm baba başın dayanammıram, edirəm fəğan
Necə gör saralmışam əmməcan, zibəs1 incidir məni sariban
Gecə-gündüz ağlaram ahilən nə qədri bu cismidə vardı can
Yetişincə bari əcəl başa, de bu sariban hələ vurmasın.
O qədri bəla mənə üz verib dəxi əmmə, qalmadı məndə tab
Kim olub mənim kimi xuncigər2 kimə zülm olub belə bihesab
Ayağım qabardı sızıldar, kəsib əmmə qollarımı tənab
De bu Şimrə, rəhm eləsin dəxi yetib iş müşgülə vurmasın
Bu qədri cəfa, sitəmləri necə bir yətimə rəva görür
Baxır əmmə nizədə Əkbərim, mən edəndə ah-o-nəva görür
Kəsilibdi çarəmiz əmməcan, bu qədri cəfani Xüda görür
De bari bu Xuli kafirə, atama edim giley vurmasın
Ayağım qabardı qaçammıram bu nə silsilə, nə tənabidir3?
Bilisən ki, rəhm yətimlərə hər millət içrə səvabidir
Gedib əldən izzət-o-şokətim ürəyim yanıbdı kəbabidir
Mən Əli Əkbərə aşiqəm, o salıb məni çölə vurmasın
Yetişincə Şamə yəqindir məni belə zülmlər öldürür
O qədri ki, Şimr, Sinan vurar üzümə bu sililər öldürür
Üzə sili başimə əmməcan vurulur bu qəmçilər öldürür
Gedib ixtiyar-o-təvan dəxi yetişincə mənzilə vurmasın
Bu sitəmlə yolda gər ölməsəm , ölərəm o Şamidə bil yəqin
Qayıdam Mədinəyə bir də mən gəlir xəyalimə çox çətin
Nəzərindən salıbdılar əmmə məni Əkbər ilə babam Hüseyn
Niyə bəs cidadə babam demir məni sariban belə vurmasın
Yetir axirə sözü «Nazima» dəxi vermə çox da kəlamə tul4
Bəs olur təmam günahüvə əgər olsa bircə sözün qəbul
Gətirəndə məhşərə eyləməz bu xanım Rüqəyyə səni məlul
Deyəcəkdi, Nazimin əmrini babasın de müşgülə vurmasın.5
Həzrət Rüqəyyə xatunun Şam yolunda əhvalatı
Bilməm nə həzzi var fələkin inqilabidən
Bir ləhzə çəkmir əl əməli nasəvabidən
Gül başı üstə xarə1 verir fələk, pərvəriş
Baxmır ki, bağiban su verib əşgi nabidən2
Gərduni dun3 qəfəs qəyirib əndəlib4 üçün
Gülzari zar edibdi cəfayi ğürabidən5
Pərvazə şəhbaz gələn vəqtidə ğeyzilən
Titrər zəif quşlar o dəm iztirabidən
Şirin qəvidi pəncəsi hər ləhzə qan içər
Şirə zəiflər baş əyillər o babidən
Rubah6 çün xəbisidi tə’mini var onun
Qovğa edər doyurmasalar nan-o-abidən7
Ahu və leyk pakidi məzlum edib fələk
Hər səmtə getsə vəhşəti var şix-o-şabidən8
Kimdir ala zəiflərin intiqamını
Bazuyi şum9 və pənceyi qəhr-o-itabidən10
Ayrı xəyal eyləmə ğərqəm xəyalə mən
Çərxi məzəmmət eylirəm iltihabidən11
Hər iş görüb fələk belə billəm bica12 imiş
Amma varımdı şükuh13 bir əmri əcabidən
Aya, Yəzidi səltənətə bəslədi fələk
Ya incidi sülaleyi Xətmi-Məabidən?
Aya, yəzidiyan nə səbəbdən əziz idi
Axər fələk nə gördi bu Ali-Türabidən
Çərx, istədi ki, Zeynəbi isbati həqq üçün
Bipərdə gəzdirib oyada xəlqi xabidən1
Zeynəb də tökdü məh yüzünə qanlı saçların
Cəbrən2, bəli mühəccəbə çıxmaz hicabidən
Xəffaş3 cəhli qovmvğa taleedi4 sübh tək
Zülmətli şamə dəvət olub aftabidən5
Minmiş sınıq gəcavələrə bəxti qarələr
Gözlərdə əşginab ürəklərdə yarələr
Qollar tənabə bağlı, vəli başları açıq
Düşməndi izdihamilə dörd bir kənarələr
Bə’zisinin qulağı olub yarə, qan axır
Mə’lumdur ki, ğarət olub guşivarələr
Bə’zisi səslənir: bala gün batdı hardasan
Axı bu vaxtlar süd əmər şirxarələr
Bə’zi deyir ki, əmmə sıxır boynumu tənab
Qəmçi acısı canıma salmış şərarələr
Bə’zi deyir ki, baş açıqam əmmə fikr elə
Tapşır bir azca fasilə açsın səvarələr
Mehr, imamət itrətini baş açıq görür
Mah sipəri6 dudeyi-ahilə7 qarələr
Gün görsənir cidadə qiyamətdi Zeynəbə
Məğrib gəzir o qəlbi sınan məhparələr
Şamın yolun nə qədri gedillər qurtarmır
Dildən düşüb gəcavədə axmış sitarələr8
Bir gəllə ahivani-hərimi-şəriəti2
Salmiş qabaqinə qovalur heçkarələr
Hərdəm biri düşür yerə ol xırda qızların
Səslir ki, əmmə getmə dayan, eylə çarələr
Hər mənzilə düşüllər minən vəqtə naqəyə
Zeynəb o xırda qızları bir-bir şümarələr3
Bir gün sayanda istədiyi qız tapılmadı
Qan vurdu cam çeşminə qəlbində yarələr
Başdan ucatldı əllərini baxdı nizəyə
Andırdı miri qafiləni bu işarələr
Nagəh görüblər rə’s Hüseyn4 durdu getmədi
Qanlı gözü üzarə dürri şahvar5 ələr
Gün seyridən dayandi kəsib iltifatini
Aciz qalıb görən o başın mö’cizatini
Gördilə gər tapılmasa nazlı Rüqəyyəsi
Şam əhlinin məhal edəcək mümkinatini
Mə’mur ediblə Zəcrilə, bir şəxsi digəri
Gəldikləri yolun gəzələr şeş cəhatini6
Zəcr axtarır Rüqəyyəni, amma Rüqəyyə də
Gözlər qəza ilən qədərin hadisatini7
Zülmət gecə o qorxulu üç yaşında qız
Görmür yanında əmmələri, ümməhatini8
Başın salıb aşağa, baxammır sağa-sola
Cari edir üzarinə əşgin fəratini
Halın görəndə göydəki quşlar sızıldaşır
Təhsin edillə dildəki səbr, sübatini
Əhvalinə sudan gələn ahular ağlaşır
Guya düa edillə o tiflin nicatını
Səslir babasını eşidir öz səsin yenə
Vəhşətdən az qalır verə əldən həyatını
Nə əmməsi verir səsinə səs, nə qardaşı
Həllali-müşgül1 istir aça müşgülatını
Ümidi hər nədən kəsilir üz tutur göyə
Vazeh deyir şikayətinin hər nükatini
Allah, hayanda qaldı keçən günlərim mənim
Mən bu çölün gəzim neçə kuh2, neçə fəlatini3?
Əzbəs ki, incidib hamını ağlamaq səsim
Məndən kəsibdi əmmələrim iltifatini
Sən kəsmə lütfünü məni hifz eylə, ey Xüda
Tofiqinin fərahəm eylə mocibatini4
Qoyma məni bu çöldə edə vəhşilər həlak
Xar eylədi zəmanə bu tiflin vəfatini
Faş etdi bəs ki, dərdi dil dağidarını
Hey tökdi göz yaşin üzə ney tək sızıldadı
Çərxin gətirdi rəhmə vəli kəc mədarini5
O əmməsin çağırdı, vəli fələk Zəcri yolladı
Yandırdı tazədən dil ümidvarını
Kim qorxsa tez səlam verər naşünasə6 də
İstər ki, salim eyliyə qəhrin şərarini7
Qəblən tanırdı çün o şəriri, Rüqəyyə də
Verdi salam görmiyə Zəcr inzicarini1
Səd heyf ilə ədəbli balanın salamına
Naəhl idi, müxatəbi aldı qərarini
Bu əl apardı başə, o əl taziyanəyə
Nili edibdi peykərini, gül üzarini
Bir söz dedi ki, Şimrə desəydi edərdi rəhm
Şimrün alardı əldən o söz ixtiyarını
Səsləndi vurma çox məni zalım əsirinəm
Səyyadlar cəhanda çox istər şikarını
Mən qaçmadım görəndə səni, sən də rəhm eylə
Axı nəvaziş ilə tutarlar fərarini
Mə’mursan aparmağa, mən hazıram gedim
Çox mayiləm ki, bir də tapam ğəm qatarını
Öldürmə bağla qollarımı, sal qabaqinə
Çoxlar çəkir bu ğəmzadənin intizarını
Öldürmək istəsən ona da hazıram yenə
Amma bu çöldə atma, bu möhnət düçarını
Sal nəşimi at üstə apar, Zeynəb əmməmə
Qazsın yol üstə ta bu qəribin məzarını
Ravi deyir ki, Zəcri məzəmmət edib dedim:
Zalım tərəhhüm2 et, görürsən iztirabını
Fərzən nə qardaşı, atası, nə pənahi var
Axı yətimə qızdı, yanıqlı niqahi3 var
Bir ah çəksə gər, təhi dildən4, bu mehriban
Afaqi5 yandırar elə suzəndə6 ahi var
Nifrin edə Yəzidi, görərsən bir anidə
Nə qaldı taci-o-təxti, nə də barigahi var
Vurma bu nazənin qızı, qoy mən olum kəfil1
Tərigimdə mindirim gətirim, səxt rahi2 var
Əlqissə, qane oldu, qəbul etdi Zəcri dun
Çün gördü məntiqimdə rizayi ilahi var
Ərz eylədim xanım, olasan tərgimə səvar
Bu yolda xar çoxdu, nə ab-o-giyahi3 var
Verdi cəvab: Yaxşı mürüvvətli şəxssən
Amma bu yerdə məntiqinin iştibahı4 var
Naməhrəmilə bir ata minməz, Hüseyn qızı
Əmməm deyib, bu əməlin çox günahı var
Olduq səvar Zəcrilə biz, başladıq yolu
Gördüm nə fikri rahəti dil, nə rifahi var
Hərdəm dönüb dala baxıram, görürəm onu
Ney tək vəli sızıltısının gah-gahi var
Guya ayaqların qabar almış, üzün ğübar
Zahirdə təkdi vəli başda ğəm sipahi5 var
Bir qarə məcərilə iki iş görür o qız
Qalmış du dil6 ürəkdə zibəs ki, du rahi7 var
Gah başə bağlayır onu gahi ayağına
Gör tirə8 bəxti, gör necə ruzi siyahi9 var
Hasil, yetişdi qafiləyə ol əfifə qız
Gördüm ki, nizə başına həsrət niqahi var
Ərz eylədi, bu Zəcri baba bir məzəmmət et
Bilsinlə ta yətimələrin dadixahi10 var
Məndən nə rənci rah-o-biyabandan1 soruş
Nə suzi qəlb-o-hali pərişanidən soruş
Pərvanə sərgüzəştinə biganədir hamı
Öz aşinası şəmi şəbistanidən2 soruş
Bu zülmü bir yətimə heç kafər eləməz
Hər covr-o-zülmi Zəcri müsəlmanidən soruş
Bir sili vurdu Zəcr mənə, şərh edənmərəm
Zəhra anama sili vuran Sanidən soruş
Qoy üz-üzə, necə alışıb gör üzüm baba
Mümkün deyilsə dideyi giryanidən3 soruş
Alsan qabar ayaqlarımın halını xəbər
Yollardakı o xari müğilandan4 soruş
Xiclət çəkib danışmasa gər, xar-o-xəs5 baba
Bu yarəli ayaqdan axan qanidən soruş
Xarın ayağa batmağını istəsən əgər
Sinəndəki o zəhrili peykanidən6 soruş
Var şahidim ki, həm susuzam, həm acam baba
Misdaqi ərzimi ləb-o-dəndanidən7 soruş
Şirin dilimlə qəmçi acısın deyəmmirəm
Nili bədəndə xəstə olan canidən soruş
Bəxtimdən ay da batdı, qaranlıqda ağladım
Çəkdim nələr, bu qəlbi hərasanidən soruş
Yel əsdi mən də əsdim o dəm bərgi bid8 tək
İndi də titrirəm, təni lərzanidən9 soruş
Şe’rində etmə Münzəvi, heç kimdən iqtibas1
Əğyari boşla, hikməti Loqmanidən soruş
Şe’rin gərəkdi dərsini Ruhul-Qüdus verə
Nə pirdən, nə tifli dəbistanidən2 soruş3
Şam yolunun əhvalatı
Ey bəşər qəlbini saf eylə müsəlmansan əgər
Getmə şeytan yoluna tabeyi Qür’ansan əgər
Qoyma böhranda qala aciz-o-dərmandələri
Bəzl-o-infaq4 elə insanlara, insansan əgər
Olma razı balasından ola şərməndə5 fəqir
Dərdinə çarə elə baniyi ehsansan əgər
Qapını bağlama, Allah qapını bağlamasın
Rəhm elə, şiyeyi ğəmxari yətimansan əgər
Səngidil olma bu əndazə bir az rəhmidil ol
Yoxsulu al nəzərə, bəndeyi Sübhansan əgər
Get fəqirin evinə qoyma o gəlsin qapına
Qoyma sındırsın özün, sahibi vicdansan əgər
Bir günün vardı qabaqda, əli boş getməlisən
Olma məğrur tamam aləmə sültansan əgər
Fəqr bir atəşi suzandi6, cəhənnəm misli
Rişəkün7 eylə onu talibi rizvansan8 əgər
Hərə bir dərdə giriftaridi bu dünyadə
Dərdin artırma, dəva dərdüvə xahansan9 əgər
Çörəyi doğrama gündə füqəranın qanına
Bu qədər zülm eləmə sahibi imansan əgər
Çox uşaq var qara köynək ala bilmir özünə
Tut əlin nokəri-sültani-şəhidansan əgər
Qara bir köynəyi olsa qoşular dəstələrə
Fürsətin var hələ ğəm çəkmə, pəşimansan əgər
İstəyirəm indi təvəssül eliyəm, ağlaşağın
Sən də göz yaşı tök, didəsi giryansan əgər
Qara köynək yadıma saldı Rüqəyyə xanımı
Şam yollarına bax vaqifi cəryansan əgər
Karivan gördü gedib, baxdı bir az sağ-soluna
Əli qoynundə gözün tikdi Dəməşqin yoluna
Belə fikr eylədi röyadədi, ahuyi Hicaz
O xəyal ilə qara gözlərini ovdu bir az
Oyanıb gördü yatan bəxtidi, əyləşdi yerə
Əllərin başdan ucaldıb dedi: ey Bəndə Nəvaz
Səni verrəm qəsəm əllərdə ölən Zəhraya
O xanım ki, qıla bilmirdi ayaq üstə nəmaz
And verrəm babamın sinəsinin ox yerinə
O şəhanşəh ki, məqtəldə edib raz-o-niyaz
And verrəm əmim Əbbasin uzun qollarına
Demirəm eylə məni Yəsribə getməkdə mücaz1
Harda olsa bibimi tez yetir Allah, ölürəm
Bağiban olmasa heç güldə təravət olmaz
Deyiləm özgə, Xüdaya, mən Hüseynin qızıyam
Heç şəhidin qızı mən tək belə başsız qalmaz
Dəftərin olsa əgər yazmağa bikəslər adın
Babamın adınin altında mənim adımı yaz
Kaş bilirdim ki, bibim Zeynəbə mən neyləmişəm
Məni agah elə, ey Bais Peydayişi Raz2
Qucağından məni əmməm yerə heç qoymaz idi
Razı olmazdı edəm didəsi tər suz-o-güdaz1
Dilim-ağzım qurusun bəlkə bibim Zeynəb ölüb
Ölsə Səccadə denən, öldü bacın qəbrini qaz
Söz verrəm bibimin daməninə çatsa əlim
Bir də Şamata kimi eyləmərəm heç kəsə naz
Taziyanə mənə öyrətdi yətim naz eləməz
Eyləsə nazinə heç kimsə xəridar olmaz
Hər kəsin mən kimi ölsə atası əllərdə
Olacaq ğüssələri çox vəli xoş günləri az
Əlqərəz: ağladı əzbəs Əli Əkbər bacısı
Görməyə Fatiməni aldı biyabanda cəvaz
Gördü bir orəti2 Zeynəb kimi qəddi bükülüb
Ağarıb saçları güya başına kül tökülüb
Qüvvəti qəlb tapıb Fatimənin tərlanı
Tökdi göz yaşını gül surətinə müjqani3
Dedi kimsən bu biyabanda ey biganə
Gecənin vəqti gəzirsən niyə bu səhranı
Olmiyə sən də mən kimi qardaşın ölüb
Qardaşın ölsə çətin dərdidi yox dərmanı
Nədir illət de görüm qarə salıbsan başüvə
Dağılar ğəmlərün izhar eləsən cəryanı
Nəfəsindən bu biyabanə dolub buyi behişt4
Por məhəbbət baxışın məst eləyir insanı
Bu cavanlıqda nədən saçların aya ağarıb
Hansı ğəm xəm eləyibdir bu qəddi rənanı
Danışardı nənəsindən bizə Yəsribdə5 babam
Tanıyaq bəlkə nənəm Fatimeyi Zəhranı
Mu be mu6 hər nə buyurmuşdu qalıb yadımda
Çəkmişəm sinəmə vəchil-həsən cananı2
İstərəm ərz eliyəm düz nənəmə oxşursan
Məni əfv eylə xanım olsa əgər imkanı
Bir sualım vəli var sınmasa qəlbin məndən
Yuxusuz gözlərim olsun gözlərüvin qurbani
Kim vurub surətinə sili, dolub qan gözünə
Əli sınsın vuranın, heç yox imiş vicdanı
Nənəmin də belə deylər gözünə ləkkə düşüb
Olmadı mən də görüm mahi cəhan aranı
Qismət olsa yetişəm məhzərinə rö’yadə
Gözlərimdən tökərəm daməninə dəryanı
Göyərən surətini versə icazə öpərəm
Deyərəm çatdı mənə Fatimənin ehsanı
Söz yetişcək bu yerə qalmadı Zəhrada dəvam
Çəkdi ağuşinə yorğun balani eyliyə ram
Dedi: day ağlama ey bəxti, güni qarə qızım
Əlini qoynuna qoyma ürəyi yarə qızım
Toz qonub zülfünə ayineyi iqbalım tək
Bağiban olmasa xüsranidi3 gülzarə qızım
Şanəsiz4 tellərinə çarəsiz əmmən qurban
Qolları bağlıdı yoxsa eliyər çarə qızım
Niyə biganə misalındə baxırsan üzümə
Surətindən telini rədd elə məhparə qızım
Yaxşı bax öz nənənə, oğlu ölən Fatiməyəm
Gəzirəm çölləri sizdən sarı avarə qızım
Xəbər aldın gözümün ləkkəsinin cərəyanın
Agah ol indi bu cəryani əsfibarə5 qızım
Bir günü kuçeyi Yəsribdə Həsən yanımda
Sani kəsdi yolumu baxmadı Dadarə1 qızım
Bimürüvvət mənə bir siliyi möhkəm vurdu
Çıxdı düşdü qulağımdan yerə guşvarə qızım
Oxşayırsan mənə fikr etmə fəqət simadan
Sərgüzəştin də mütabiqdi2 bu naçarə qızım
Mənə də sili dəyibdi sənə də sili dəyib
İkimiz də gəzirik çölləri avarə qızım
Qapıma vurdular od, yandı sənin də ətəyin
Yarı oxşatdı fələk, dil yaralı yarə qızım
Hər ğəmim bir yana, amma bu ğəmim bir tərəfə
Yanaram həşrə kimi bu ğəmə həmvarə qızım
Nə anan, Heydəri-Kərrarə dedi sili sözün
Nə sənin çatdı əlin qolsuz ələmdarə qızım
Fərqimiz olsa vəli yaxşıdı bir mətləbdə
O da vabəstədi3 iqbali səzavarə4 qızım
Mənim ömrüm az olub, kaş, səninki çox ola
Salmaya əmmələrin başlarına qarə qızım
Yazdı bu şeri Fatiməyə "Ğəffari"
Eyləyə bəlkə onu beyti Xüda zəvvari.5
Həzrət Rüqəyyəyə (ə) salam
Salam ola ağamın məslək-o-əqidəsinə
Cəmali ənvərinə, qaməti keşidəsinə6
Salam ola ağamın xanədani itrətinə
Gözəllərin gözəli nazidanə Əkbərinə
Salam ola ağamın zübde7 məhliqalərinə
Minayi eşqidə ətşan ölən fədalərinə
Salam ola ağamın teşnə zibh olan başinə
Livayi dinə mühafiz şərəfli qardaşinə
Salam ola ağamın qanə ğərq olan ləbinə
Kəfili-itrəti-Xatəm, vəfali Zeynəbinə
Salam ola ağamın şivey-o-rəviyyəsinə2
Xarabalərdə ölən mehriban Rüqəyyəsinə
Ğürub olanda xanım, aşiqanə ağlardı
Deyərdi nohə dili masəvani3 dağlardı
Deyərdi, bilmirəm hansı məkandasan babacan
Rüqəyyə canüvə qurban hayandasan babacan
Fəraqətin qızına eylər əsər gecələr
Sənin vüsalinə xatir ürək əsər gecələr
Nə çox səfərdə yubandın, sənə gözüm qurban
Ata qoyar gözü yolda qızın məgər gecələr?
Bu dəfə gəlsən əgər, qoymaram çıxıb gedəsən
Üç yaşlı aşiqinə çox yerin gələr gecələr
Bibim deyir, gələcək bir gecə vəfalı baban
Üzarə göz yaşını tökmə bu qədər gecələr
Diyəm ki, qorxuram əmmə gələndə yatmış olam
Odur ki, oyaq qalıram sinədə şərər gecələr
Darıxmışam babacan gəl apar məni vətənə
Qucaqə al məni, ey müjdeyi səhər gecələr
Gümanın olsa əgər, bari namə yaz göndər
Ğəm üz verəndə salım namənə nəzər gecələr
Yazanda namə Əli Əkbərində halın yaz
Rüqəyyəsiz görüm aya nə eylər gecələr
Mənim dilimcə denən, küsmüşəm Əli səndən
Demir ki, heç bacımı kimsə dindirir gecələr
Düşəndə yadımə Əkbər, sitarəyə baxaram
Günüz gedər, yenə göydə gəlib gəzər gecələr
Denən itib sən alan guşivarə, ay qardaş
Qulağımın yarası, Əkbər, incidir gecələr
Gərək dubarə mənə ayrı guşivarə ala
Salam qulağıma getsəm qonaq, əgər gecələr
Qonaq çağırsa əgər, xiş-o-əqrəba gedərəm
Qəribənin evinə salmaram güzər gecələr
Qəribələr bizi viransəradə saxladılar
Ğəza da vermədilər qomi xeyrə sər1 gecələr
Xaraba qonşuluğunda vəfalı bir qız var
Günüz gələr bura amma yenə gedər gecələr
Ğürub olanda babası gələr dalınca onun
Gedib yatar öz evində o bəxtəvər gecələr
Mənim vəli nə babam var, nə abırlı evim
Saray zülmət olar, çıxmasa qəmər gecələr
Gələndə görsədərəm, yoldaşım görər babamı
Ürəkdən əsgilə ğəm bəlkə müxtəsər gecələr
Sözüm uzandı baba, tari zülfi Əkbər tək
Bu rəsmidir uzanar şərhi ğüssələr gecələr
Mənim vəli baba, səndən sonra kimim vardı
Qulaq verə sözümə gözdə əşgi tər gecələr
Səni qəsəm verirəm qüssəli ölən nənənə
Qoyardı səcdəyə pişani2 dide tər3 gecələr
Anam Rübabı düa eylə harda olsan əgər
Yatıb durar yuxudan, sübhədək mələr gecələr
Qoyub qəbaqinə bir boş beşik həyalı anam
Biz ağlayanda o da lay-lay deyər gecələr
Hamı deyib yorular, gözlərin yumub yuxular
İşıqlanınca o gəhvarə tərpədər gecələr
Əsasi ğarəti1 Zeynəb bibim alan gündən
O qanlı qündaqi tez-tez açıb bələr gecələr.2
Əkbərim gəlincə ölsəm dəfnimi yumandır əmmə
Əkbərim gəlincə ölsəm, dəfnimi yubandır əmmə
Nəşimi alıb əl üstə, başinə dolandır əmmə
***
Yox sözüm bu ölmək əmmə əmri Həyyi Ləm Yəzəldi
Bacılar öləndə amma qardaşı ola gözəldi
Eyləyin bir azca təxir bəlkə Əkbərim də gəldi
Kəfn-o-dəfnimi bir az sən, saxla əl yubandır əmmə
***
Gözlərin fədası ollam, xəstəsən bibi az ağla
Öldürür özün hərəmlər, az bu qəlbi zari dağla
Əllərin qadasın allam, gəl bu gözlərimi bağla
Qanlı əşgilən saralmış rəngin az boyandır əmmə
***
Gərçi qarə gün əlindən qurtarır bu bəxti qarə
Var vəli bir ümdə dərdim, gəl sənə edim işarə
Nagəhani gəlsə Əkbər, gözlərimi aç dübarə
Əkbəri mənilə bir an, ru-bə-ru3 dayandır əmmə
***
Şimri sən çağırma əmmə, qəlbidə cərahətim var
Qoldan açmasın tənabim, dildə ayrı niyyətim var
Qəbrə qoy bu halətilən cəddimə şikayətim var
Sən də xəlqə zülmü Şimri nitqin ilə andır əmmə
***
Başün açma etmə nalə qəlbim oldu qüssədən ğəm
Sən mənə analıq etdün, canüvə Rüqəyyə qurban
Başım alma sinən üstə, topraq üstə qoy verim can
Zəhmətimi çox çəkibsən, az məni utandır əmmə
***
Ağlama demə ğərib, bivətən Rüqəyyə lay-lay
Heç dilə gətirmə cismi bikəfən Rüqəyyə lay-lay
Səslə Şimri şum əlindən dincələn Rüqəyyə lay-lay
Qəlbi-əhli-Şami ah atəşinə yandır əmmə
***
Bisəbəb denən bu ğəmdə qanə göz yaşım dolanmaz
Əldə öldürüb bu tifli, Şimri dun yenə utanmaz
Qəmçilər yerini amma, görməyincə xəlq inanmaz
Köynəyim çıxart bu xəlqi sən özün inandır əmmə.1
Mən qalmışam səhrada əmmə getmə
Mən qalmışam səhrada əmmə getmə
Yox bir gələn imdadə əmmə getmə
***
Qaldım mələr çöllərdə misli ahu
Bir qorxulu səhrada por həyahu2
Qaçdım bir az hər səmtə dildə ya Hu
Dilxəstəyəm oftadə3 əmmə getmə
***
Hətmən çox incitdim səni nəvadən
Qəhr eylədin, doydun bu binəvadən
Nazım çəkibsən əmmə Neynəvadən
Biçarəyəm sal yadə əmmə getmə
***
Ğəmlər mənə üz verdi hər tərəfdən
Xaliydi səhra abiylə ələfdən
Müşgil qoşani səslərəm Nəcəfdən
Gəlməz babam fəryadə əmmə getmə
***
Əmmə amandır saxlayın qətari
Aclıq susuzluq aldı ixtiyari
Az qaldı solsun ömrümün bəhari
Lütf eylə bu naşadə əmmə getmə
***
Çəkmək yətimin nazini çətindi
Amma yətim dürdanə Hüseyindi
Allah səni mə’cur edər yəqindi
Çox əcri var, iqabda əmmə getmə
***
Getdi əlimdən izzətim, cəlalim
Az sinnidə çoxdur, ğəmim, məlalim
Sili yerindən nilidir cəmalim
Yandım ğəmi bidadə əmmə getmə.1
Qəlbində yarə öldü Rüqəyyəm
Gözlərin yumdu dincəldi ğəmdən
Qəlbində yarə öldü Rüqəyyəm
Əkbər öləndən bağlardı qarə
Əynində qarə öldü Rüqəyyəm
Viransəralərdə can verdi həsrət
Getdi məzarə öldü Rüqəyyə
***
Arami canim, lay-lay Rüqəyyə
Şirin zəbanim lay-lay Rüqəyyə
***
Viransəranın söndü çırağı
Gəl ay Əbəlfəz matəmsərayə
Qardaşım kimi kəfənsiz öldü
Yaralı cismin bükdüm qaraya
Xəbərdar eylə məzlum atasın
Başında qarə gəlsin əzayə
***
Arami canim, lay-lay Rüqəyyə
Şirin zəbanim lay-lay Rüqəyyə
***
Həsrət baxanda canım alardı
Müjqanı1 hər dəm qalxıb enəndə
Bir gün maralım bir söz danışdı
Qəlbim alışdı yandım mühəndə2
Səsləndi əmmə, guşvarəm yoxdu
Şərməndə ollam Əkbər gələndə
***
Arami canim lay-lay Rüqəyyə
Şirin zəbanim lay-lay Rüqəyyə
***
Hər gün yatanda viransəradə
Gözdən tökərdi rüxsarə qan yaş
Səslərdi tez gəl bimarın öldü
Harda qalıbsan vəfalı qardaş
Qəlbim sınıbdı tez gəl səfərdən
Salmaz nəzərdən yoldaşı yoldaş
***
Arami canim lay-lay Rüqəyyə
Şirin zəbanim lay-lay Rüqəyyə
***
Darul əzayə3 gəldi Hüseynin
Yaralı başı, teşti təladə
Bikəs Rüqəyyəm pərvanə misli
Pərvazə gəldi viransəradə
Gül ləblərindən öpdü doyunca
Verdi o başı, Zeynul İbadə
***
Arami canim lay-lay Rüqəyyə
Şirin zəbanim lay-lay Rüqəyyə2
Həzrət Zeynəbin (ə) Yezidin məclisindəki xütbəsi
Əhli beyt (ə) əsirlərini, Yezidin məclisinə gətirdilər... Yezid əlindəki çubuqla imam Hüseynin (ə) dodaqlarına və dişlərinə vururdu. Bu vaxt Peyğəmbərin (s) səhabələrindən orada olan birisi qalxıb, onun bu işinə etiraz etdi. Yezid əsəbləşərək o kişinin məclisdən çıxarılmasını əmr etdi. Sonra Yezid, Qüreyş kafirlərindən olan ibn Zəvəbinin Ühüd döyüşündə oxuduğu şerlərindən iki beyt oxudu və üç beyt də özündən artırdı: "Ey kaş Bədr döyüşündə öldürülən tayfa başçılarım indi burada olub, görəydilər ki, Xəzrəc tayfası bizim qılınc zərbələrimizdən necə fəğanə gəlmişlər. Yəqin ki, bu mənzərəni görəndə sevinclə qışqırıb, deyərdilər: Sağ ol, ey Yezid! Biz Bəni Haşim böyüklərini öldürdük və onları Bədr döyüşünün hesabına yazdıq. Bu günkü gün, elə o günün əvəzidir. Mən, Əhməd övladlarından onun işlərinin əvəzini çıxmasam, Xəndəf övladlarından olmaram."!
Bu vaxt Həzrət Zeynəb (ə) qəzəblənib yerindən qalxdı və atası Əli (ə) kimi sözə başladı:
Həmd olsun aləmlərin Rəbbi olan Allaha və salam olsun Onun Peyğəmbəri və övladlarına. Allah necə də doğru buyumuşdur: "Pis iş görüb, cinayətə mürtəkib olanların işlərinin aqibəti o yerə çatdı ki, Allahın ayələrini təkzib edərək, məsxərəyə qoydular".1 Ey Yezid, elə güman edirsən ki, yeri-göyü bizə darısqal edərək, çarə yollarını bizim üzümüzə bağlamısan və bizi əsirlər kimi gətirmisən, biz Allahın yanında xar, sən isə əzizsən? Elə güman edirsən ki, bu qələbə sənin uca məqamının bəhrəsidir? Buna görə də təkkəbbürlə öyünürsən və sevinirsən ki, dünya sənə üz gətirib, sənin işlərini düzəldib, sənə sültanlıq və şahlıq verib?
Bir az yavaş! Allahın buyurduğunu yaddan çıxarmısan ki, buyurur: "Küfr yoluna gedənlər güman etməsinlər ki, onlara verdiyimiz bir neçə günlük möhlət, onların xeyrinədir! Yox, verilən bu fürsətlər onların günahlarının çoxalması üçündür və onlar üçün xaredici əzablar vardır".2
Ey azad olunmuşların oğlu! Bu ədalətdəndir ki, öz arvadlarını və kənizlərini pərdə arxasında oturdasan, Peyğəmbərin (s) qızlarını isə əsir edib, açıq üzlə, hicabsız şəhərbəşəhər gəzdirirsən ki, hamı onları görsün və eləcə də alçaq və şərafətli adamlar onlara baxsın? Bir halda ki, onları himayət edən kişilərdən heç biri sağ qalmayıb.
Anası, pak insanların ciyərini çeynəyən, əti, qanı şəhidlərin qanından əmələ gələn adamların rəhminə necə ümid bəsləmək olar? Bu rəftar, həmişə bizə düşmən gözü ilə baxan bir şəxsdən uzaq deyil. Bu böyük günahda özünü günahkar saymırsan və bu yaramaz əməlindən utanmırsan, öz kafir babalarını çağırırsan ki, gəlib, sənin rəhm etmədən öldürdüklərini görüb sevinələr və sənə təşəkkür edib deyələr ki, sağ ol ey Yezid!
Çubuqla, behişt cavanlarının ağası, Əba Əbdillahın (ə) dodaqlarına və dişlərinə vurursan! Niyə də belə etməyəsən və deməyəsən. Çünki, yaraları qopartdın və kökünü qazdın, Peyğəmbərin (s) övladlarını qanını tökdün, bir halda ki, onlar Əbdül-Mütəllib nəslindən və yer üzünün ulduzları idilər. İndi də öz ölənlərini çağırırsan.
Səbr etmək lazımdır, çünki çox çəkməz ki, sən də öz ölülərinə qoşularsan, arzu edərsən ki, ey kaş əllərin quruyaydı və dilin lal olaydı, o sözü dilinə gətirməyəydin, o yaramaz işi etməyəydin!
İlahi! Bizim haqqımızı və intiqamımızı bunlardan al, bizim qanımızı tökən bu zalımlara öz qəzəb və əzabını göndər!
And olsun Allaha, ey Yezid! Öz dərini yırtdın və bədəninin ətini para-para etdin. Çiynindəki bu ağır yükünlə, Allah Peyğəmbəri (s) ilə görüşəcəksən. O həzrətn övladlarının qanını tökdün və onların hörmətini saxlamadın, onun övladlarını əsir etdin. Bir halda ki, Allah onların haqqında buyurur: "Elə güman etmə ki, Allah yolunda öldürülənlər, ölüdürlər. Yox, onlar diridirlər və Allahın yanında Onun ruzilərindən bəhrələnirlər"1 Bu bəsdir ki, Allah hakim və Mühəmməd (s) əhli beytin düşmənləri ilə düşmən və Cəbrail (ə) Peyğəmbərin (s) köməkçisidir. Yolu sənin üçün hamar edib, açan və səni müsəlmanlara müsəllət edən şəxs, tezliklə zülmkarların cəzasının necə ağır bir cəza oduğunu biləcək. Biləcək ki, sizin hansınız daha pis və daha zəifsiniz.
Dövranın müsibətləri məni səninlə danışmağa məcbur etdi. Amma mən səni dəyərsiz, səni danlamağı isə çox böyük bilirəm və səni çoxlu danlayıram. Nə edim?! Gözlər ağlar, ürəklər isə yanıqlıdır. Olduqca təəccüblüdür ki, Allah qoşunu, şeytan qoşununun əli ilə öldürülə və bizim qanımız sizin pəncələrinizdən tökülə, və bədənimizin ətinin tikələri sizin ağzınızdan çölə düşə və o pak və mütəhhər bədənləri biyabanın vəhşi canavarları tapalar və yırtıcı heyvanların yolu oradan düşə.
Bu gün qənimət bildiyin, sabah sənin üçün ziyan və zərərdir. Özündən qabaq göndərdiyin şeyi orada tapacaqsan. "Allah bəndələrə zülm etməz."1 Allahı əzəmətli bilir və ona etimad edirik. Bəs (ey Yezid), bütün hiylə və məkrlərini işə sal, bacardığını et, bütün səyini göstər. And olsun Allaha, heç vaxt bizi insanlara unutdura və onların ürəyindən çıxara bilməyəcək və bizim vəhy nurumuzu söndürə bilməyəcəksən. Bizim izzətimizi dərk edə bilməyəcəksən, bizə etdiyin zülmün rüsvaylıq ləkəsini, öz ətəyindən yuya bilməyəcəksən. Sənin rə’y və fikrin etibarsız, hökumətinin ömrü az, cəmiyyətin isə pərişan olacaqdır. Bir gün gələcək ki, nida edən səsləyib deyəcək: الا لعنة الله عل القوم
الظلمين "Allah zülmkarlara lənət etsin"
Həmd olsun aləmlərin Rəbbi olan Allaha ki, bizim əvvəlimizi səadət və məğfirət, axırımızı isə şəhadət və rəhmət qərar verdi. Allahdan istəyirik ki, onların savabını kamil etsin və əcrlərini artırsın. Allahın özü bizim üçün ən gözəl xəlifədir və O Mehribanların Mehribanıdır və yalnız Ona təvəkkül edirik.1
İmam Səccadın (ə) Şamda xütbəsi
Həzrət imam Səccad (Allahın salamı olsun ona), Yeziddən cümə günü məsciddə xütbə oxumağına icazə aldı. Yezid razı oldu. Cümə günü çatdıqda, Yezid öz xətiblərinin birini minbərə göndərdi. O, xətibə əmr etdi ki, Əli (ə) və Hüseyn (ə) barəsində nalayiq sözlər desin, Əbu Bəkr, Ömər və Yezidi tərif etsin. Xətib də belə etdi.
İmam Səccad (ə), Yeziddən öz vədəsinə vəfa etməyini istədi. Yezid imama verdiyi vədədən peşiman olmuşdu və icazə vermək istəmirdi. Yezidin oğlu Müaviyyə, atasına dedi: Bu kişinin xütbəsinin nə təsiri ola bilər? Qoy nə istəyir, desin.
Yezid dedi: Siz bu ailənin qabiliyyətlərini yaxşı tanımırsınız. Onlar elm və fəsahəti bir-birindən irs aparırlar. Qorxuram onun xütbəsi şəhərdə fitnə qaldırsın.
Buna görə də Yezid, imamı xütbə oxumağa qoymaq istəmirdi. Amma, camaat hər tərəfdən Yeziddən imam Səccadın (ə) minbərə getməsinə razı olmasını. israrla istədilər.
Yezid dedi: O, minbərə getsə, məni və Əbu Süfyan nəslini rüsvay etməyincə aşağa düşməyəcək.
Yezidə dedilər: Bu yeniyetmə nə edə bilər?!
Yezid dedi: O bir ailədəndir ki, südəmər vaxtlarından elmdən bəhrələniblər.
Camaat bir az da israr etdilər. Nəhayət, Yezid onların israrlarının qarşısında davam gətirməyib, imam Səccadın (ə) minbərdə xütbə oxumasına razı oldu.
İmam Səccad (ə) minbərə çıxıb buyurdu:
Əzəli və əbədi olub, başlanğıcı olmayan Allaha həmd olsun. O, hər şeydən əvvəl var idi, hər şeydən sonra da olacaq. Bütün məxluq fani olduqdan sonra O, qalacaqdır.
Ey camaat! Allah bizə altı xislət əta edib; elm, səbr, səxavət, fəsahət, şücaət və möminlərin qəlbində bizə qarşı məhəbbət.
Bizi başqalarından yeddi xüsusiyyət ilə üstün etdi; Allah Peyğəmbəri Mühəmməd (s) bizim ailəmizdən seçilmişdir, Siddiq (Əli) bizdəndir, Təyyar bizdəndir, Allah şiri və Allahın Peyğəmbərinin (s) şiri (Həmzə) bizdəndir, behişt cavanlarının iki ağası imam Həsən (ə) və imam Hüseyn (ə) bizdəndir, bu ümmətin imam Qaimi (ə) bizdəndir.
Hər kim məni tanıdı, tanıdı, tanımayanlara isə atamı, nəslimi və özümü tanıtdırıram.
-
Ey camaat! Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mən o kəsin oğluyam ki, həcərül-əsvədi əbasında aparıb, (Kəbədə) öz yerinə qoydu. Mən ən gözəl şəkildə həcc əməlini yerinə yetirən və ləbbeyk deyənin oğluyam. Mən o kəsin oğluyam ki, Büraqa səvar oldu. Mən o Peyğəmbərin oğluyam ki, bir gecədə Məscidul-Həramdan, Məscidul-Əqsaya getdi. Mən o kəsin oğluyam ki, Cəbrail onu Sidrətul-Müntəhaya apardı və Mütəal-Allaha ən yaxın olan məqama çatdı. Mən o kəsin oğluyam ki, göylərdə mələklərlə namaz qıldı. Mən o kəsin oğluyam ki, Əzəmətli Allah, ona vəhy nazil etdi. Mən Mühəmməd Müstəfanın oğluyam, mən Mürtəza Əlinin oğluyam. Mən o kəsin oğluyam ki, (Allaha) boyun əyməyənlərin boynunu əydi və "La ilahə illəllah"ı onlara iqrar etdirdi. Mən o kəsin oğluyam ki, Peyğəmbərin yanında iki qılınc və iki nizə ilə vuruşurdu, iki dəfə hicrət və iki dəfə biət etdi, Bədrdə və Hüneyndə kafirlərlə döyüşdü, bir an belə olsun Allaha küfr etmədi. Mən möminlərin ən yaxşısının, peyğəmbərlərin varisinin, müşrikləri məhv edənin, müsəlmanların əmirinin, cihad edənlərin nurunun, ibadət edənlərin zinətinin, ağlayanların iftixarının, səbirlilərin səbirlisinin, namaz qılanların ən üstününün, Allah Peyğəmbərinin əhli beytinin oğluyam. Mən o kəsin oğluyam ki, Cəbrail onu qüvvətləndirdi və Mikail ona kömək etdi. Mən o kəsin oğluyam ki, müsəlmanların hərəmindən himayət etdi, mariqin,1 nakisin,2 qasitinlə3 vuruşdu və müsəlmanların düşmənləri ilə mübarizə etdi. Mən Qüreyşin ən yaxşısının oğluyam. Mən o kəsin oğluyam ki, Allah və Peyğəmbərin dəvətini qəbul edən ilk mömin olmuşdur. Mən imanda ən öndə olanın, təcavüzkarların belini sındıranın, müşrikləri məhv edənin oğluyam. Mən o kəsin oğluyam ki, münafiqlərə qarşı Allahın atdığı ox idi və abidlərin hikmət dili, Allah dininin köməkçisi, Allah əmrlərinin vəlisi, Allah hikmətinin xəzinəsi və Allah elminin daşıyıcısı idi. O, cəvanmərd, səxavətli, gözəl üzlü, xeyirlər mənbəyi, seyid, ağa, Allah razılağına razı olan, çətinliklərdə önə keçən, səbirli, həmişə oruc, bütün çirkinliklərdən pak, çox namaz qılan idi. O, düşmənlərin nəslinin kökünü kəsdi və küfr qoşununu pərakəndə etdi. O, sabit ürəkli, möhkəm iradəli və əzmli idi. Şücaətli bir şir kimi idi ki, döyüşdə atlar çapılan və nizələr bir-birinə toqquşan zaman, onları dəyirman kimi xurd-xəşil edib, külək kimi ətrafa səpirdi. Hicazın şiri, İraqın ağası, Məkkəli, Mədinəli, Xifli, Əqəbəli, Bədrli, Ühüdlü, Şəcərli və mühacirdən idi və bütün bu səhnələrdə iştirak etmişdi. O ərəbin seyidi, iki məş’ərin1 varisi və Həsən və Hüseynin atasıdır. Bu mənim cəddim Əliyyibni əbi Talibdir.
Sonra buyurdu: Mən, bütün cahan qadınlarının xanımı Fatimeyi Zəhranın oğluyam.
İmam Səccad (ə) o qədər belə iftixarlı sözlər dedi ki, axırda camaatın şivən və ağlamaq səsi ucaldı. Yezid bunu görüb, narahat oldu və camaatın ona qarşı qiyam edəcəyindən qorxub, müəzzinə azan verməyi əmr etdi. O, bu hiyləsi ilə imam Səccadı (ə) sakitləşdirmək istəyirdi.
Müəzzin qalxıb, azana başladı. "Allahu Əkbər". İmam Səccad (ə) buyurdu: Allah hər şeydən böyükdür.
Müəzzin dedi: "Əşhədu ənla ilahə illəllah". İmam Səccad (ə) buyurdu: Tüküm, dərim, ətim və qanımla şəhadət verirəm ki, Allahdan başqa mə’bud yoxdur.
Müəzzin dedi: "Əşhədu ənnə Mühəmmədər-rəsulullah". İmam (ə) üzünü Yezidə döndərib, buyurdu: Bu adı çəkilən Mühəmməd mənim cəddimdir ya sənin cəddin? Əgər öz cəddin olduğunu iddia etsən, yalan dedin və kafir oldun. Yox, əgər mənim cəddimdirsə, nə üçün onun övladlarını öldürdün və onları qılıncdan keçirdin?
Sonra müəzzin azanı davam etdirdi və Yezid qabağa keçib namaza başladı.1
Başqa rəvayətdə gəlib: Elə ki, müəzzin dedi: "Əşhədu ənnə Mühəmmədər-rəsulullah", imam Səccad (ə) əmmaməsini başından götürdü və müəzzinə dedi: Səni and verirəm Mühəmmədin haqqına, bir anlığa sakit ol. Sonra üzünü Yezidə tutub, dedi: Ey Yezid! Bu adı çəkilən Peyğəmbər (s), mənim cəddimdir ya sənin cəddin? Əgər öz cəddin olduğunu desən, hamı bilər ki, yalan danışırsan. Yox, əgər mənim cəddimdirsə, bəs nə üçün mənim atamı zülm ilə öldürdün və malını qarət, əhli-əyalını isə əsir etdin?
İmam bunları deyib, yaxasını açdı və ağlamağa başladı. Sonra buyurdu: And olsun Allaha, əgər yer üzündə cəddi Peyğəmbər (s) olan bir şəxs varsa, o mənəm! Bəs nə üçün bu (Yezid) atamı öldürdü və bizi rumlular kimi əsir etdi?
Sonra buyurdu: Ey Yezid! Bu qədər cinayətləri etmisən və yenə də deyirsən, Mühəmməd (s) Allahın rəsuludur və üzü qibləyə dayanırsan? Vay olsun sənə! Qiyamət günü atam və cəddim səninlə düşmən olacaqlar.
Yezid fəryad çəkib, dedi: Müəzzin azanı de. Camaat arasında hay-küy qalxdı, bəziləri Yezidlə namaz qıldılar, bəziləri isə namaz qılmadan dağılışdılar.2
Həzrət Zeynəbin (ə) və həzrət imam Səccad Zeynul-Abidinin (ə) şamlıların arasında oxuduqları güclü xütbələrindən, və həzrət Rüqəyyənin (ə) məzlumcasına xarabada can verməsindən sonra camaat həqiqəti başa düşdülər, Bəni Üməyyə aparatının hiylə və siyasətlərinin üstü açıldı və artıq hamı Yezidə lənət göndərir, tə’nə edirdi.
Yezid özünü çarəsiz gördü və bildi ki, camaat ona nifrət edirlər. Ona görə də bu cinayəti qoşun başçılarının boynuna atdı.
Camaat arasında söhbət ancaq Yezidin zülmündən gedirdi. Onlar, Yezidin Peyğəmbər (s) övladlarını öldürməsindən və onun əhli-əyalını əsir etməsindən danışırdılar. Yezid camaatın ona qarşı qiyam edəcəyindən qorxub, Kərbəlada iştirak edən qoşun başçılarını; Şibs ibn Rəbi, Məsaib ibn Vəhibə, Şimr ibn Zil Coşən, Sinan ibn Ənəs, Xuli ibn Yəzid, Qeys ibn Rəbi və başqalarını bir yerə topladı. O, əvvəl Şibs ibn Rəbidən soruşdu: Hüseyni (ə) sən öldürdün? Rəbi dedi: Hüseynin (ə) qatilinə Allah lənət etsin, mən onu öldürməmişəm.
Yezid dedi: Bəs Hüseynin (ə) qatili kimdir? Rəbi dedi: Məsaib ibn Vəhibə. Yezid həmin sualı ondan soruşduqda, Məsaib də Rəbi kimi cavab verdi. Yezid bu sualı hansından soruşurdusa o, bu cinayəti öz boynundan atır, başqasını günahlandırırdı. Növbət Xuliyə çatdı. O, cavab verməkdən aciz qalmışdı. Bütün əmirlər vəhşət və nigəranlıqla ona göz dikmiş və qəti cavab gözləyirdilər. Birdən hamısı dedilər: Hüseynin (ə) qatili Qeys ibn Rəbidir.
Yezid, ağır sözlərlə ona həmlə etdi və dedi: Hüseyni (ə) sən öldürdün? Qeys dedi: Mən əsil qatili yaxşı tanıyıram. Amma əmir aman verməsə deməyəcəyəm. Yezid ona aman verdi. Rəbi dedi: Ey əmir! Hüseynin (ə) qatili döyüş bayrağını qaldıran və onunla (Hüseynlə) döyüşə dəstə-dəstə qoşun göndərən o kəsdir. Yezid dedi: O kəs kimdir? Qeys dedi: Ey əmir, Hüseyni (ə) sən öldürdün! 1
Nahiyeyi Müqəddəsə ziyarəti
Salam olsun Allahın yaratdıqları içindən seçilmiş Adəmə.
Salam olsun Allahın vəlisi və seçilmişi Şeysə.
Salam olsun Allah höccətini bərpa edən İdrisə.
Salam olsun duası qəbul olunmuş Nuha.
Salam olsun Allah tərəfindən çoxlu köməklər alan Huda.
Salam olsun Allahın kəramət tacı bağışladığı və böyük saydığı Salehə.
Salam olsun Allahın xüsusi dostluq etdiyi İbrahimə.
Salam olsun Allahın behişt qurbanlığı fəda etdiyi və onu azad etdiyi İsmailə.
Salam olsun Allahın peyğəmbərliyi onun nəslində qərar verdiyi İshaqa.
Salam olsun Allahın Öz rəhməti ilə gözünün nuru yenidən qaytarılan Yəqubə.
Salam olsun Allahın Öz əzəməti ilə quyudan nicat verdiyi Yusifə.
Salam olsun Musaya ki, Allah öz qüdrəti ilə onun üçün dəryanı yardı.
Salam olsun Allahın peyğəmbərliyinə məxsuslanan Haruna .
Salam olsun Şüeybə ki, Allah ona ümmətinə qarşı kömək etdi.
Salam olsun Allah tərəfindən tövbəsi qəbul edilən Davuda.
Salam olsun Allah Öz izzəti ilə cinləri ona aciz edən Süleymana.
Salam olsun Allahın xəstəlikdən şəfa bağışladığı Əyyuba.
Salam Allah Öz vədəsini onun üçün vəfa etdiyi Yunusə.
Salam olsun Allah onu öldürdükdən sonra bir də diriltdiyi Üzeyrə.
Salam olsun qəm və möhnətlərə səbr edən Zəkəriyyəyə.
Salam olsun Yəhyaya ki, şəhid olduğu üçün Allah onu özünə yaxın etdi.
Salam olsun ruhullah və kəlimətullah olan İsaya.
Salam olsun Allahın həbibi və seçilmişi Mühəmmədə.
Salam olsun Peyğəmbərlə (s) xüsusi qardaşlığı olan, Əbu Talibin oğlu Əmir-əl-möminin, Əliyə.
Salam olsun Peyğəmbərin (s) qızı Fatimeyi Zəhraya.
Salam olsun atasının vəsisi və canişini Əbu Mühəmməd Həsənə.
Salam olsun Hüseynə ki, onun nəfsi, qanının (həqq yolunda) tökülməsi ilə böyüklük etdi.
Salam olsun o kəsə ki, Allaha gizlində və aşkarda itaət etdi.
Salam olsun o kəsə ki, Allah şəfanı onun qəbrinin torpağında qərar verdi.
Salam olsun o kəsə ki, şərəfli günbəzinin altında Allah düaları qəbul edir.
Salam olsun o kəsə ki, imamlar onun nəslindəndir.
Salam olsun sonuncu peyğəmbərin oğluna.
Salam canişinlərin seyidinə.
Salam olsun Fatimeyi Zəhranın oğluna.
Salam olsun Xədiceyi Kübranın oğluna.
Salam olsun Sidrətul-Müntəhanın oğluna.
Salam olsun Cənnətul-Mə’vanın (əbədi behişt) oğluna.
Salam olsun Zəmzəm və Səfanın oğluna.
Salam olsun qanına boyanana.
Salam olsun xeymələrinə hörmətsizlik olunana.
Salam olsun Kisa əshabının beşincisinə.
Salam qəriblər qəribinə.
Salam olsun ən yaxşı şəhidə.
Salam olsun haramzadələrin əli ilə öldürülənə.
Salam olsun o kəsə ki, göylərin mələkləri ona ağladılar.
Salam olsun o kəsə ki, övladları ən pak insanlar idilər.
Salam olsun dinin padişahına.
Salam olsun Allahın aydın dəlillərinin mənzillərinə.
Salam olsun imamlara və ağalara.
Salam olsun sinələri qana boyananlara.
Salam olsun susuzluqdan quruyan dodaqlara.
Salam olsun ayrılan canlara.
Salam olsun aparılan ruhlara.
Salam olsun üryan qalan bədənlərə.
Salam olsun aclıqdan rəngi qaçmış bədənlərə.
Salam olsun olsun axan qanlara.
Salam olsun kəsilmiş əzalara.
Salam olsun nizəyə vurulmuş başlara.
Salam olsun hicabları əllərindən alınmış qadınlara.
Salam olsun aləmlərin Rəbbinin höccətinə.
Salam olsun sənə (ey Hüseyn) və sənin pak ata və babalarına.
Salam olsun sənə və sənin şəhadəttələb övladlarına.
Salam olsun sənə və sənin köməkçi nəslinə.
Salam olsun sənə və sənin qəbrinin ətrafındakı mələklərə.
Salam olsun məzlumcasına öldürülənə.
Salam olsun zəhərlə öldürülmüş qardaşına (imam Həsənə). Salam olsun Əli Əkbərə.
Salam olsun balaca südəmərə (Əli Əsğərə).
Salam olsun libasları qarət olunmuş bədənlərə.
Salam olsun Peyğəmbərə (s) ən yaxın nəsilə.
Salam olsun səhralarda yerdə qalanlara.
Salam olsun öz vətənlərindən uzaq düşənlərə.
Salam olsun kəfənsiz dəfn olunanlara.
Salam olsun bədənlərdən ayrılan başlara.
Salam olsun o kəsə ki, müsibətlərə Allaha xatir dözdü və səbrli idi.
Salam olsun məzlum öldürülənə və köməksiz qalana.
Salam olsun o kəsə ki, pak torpaqda sakin oldu.
Salam olsun əzəmətli günbəz sahibinə.
Salam olsun o kəsə ki, Cəlil Allah onu pak qərar verdi.
Salam olsun o kəsə ki, Cəbrail onunla fəxr edirdi.
Salam olsun o kəsə ki, Mikail beşiyində ona lay-lay deyirdi.
Salam olsun o kəsə ki, onunla bağladıqları əhdi pozdular.
Salam olsun o kəsə ki, hörmətini saxlamadılar.
Salam olsun o kəsə ki, qanını nahaq və zülm ilə tökdülər.
Salam olsun o kəsə ki, nizələrələ vururdular.
Salam olsun o kəsə ki, ona zülm etdilər və qanını tökməyi halal saydılar.
Salam olsun o kəsə ki, hamının gözü qarşısında başını bədənindən ayırdılar və heç kim bir söz demədi.
Salam olsun o böyük şəxsiyyətə ki, kənd camaatı dəfn etdilər.
Salam olsun o kəsə ki, boynunun damarlarını kəsdilər.
Salam olsun köməksiz qalan himayətçiyə.
Salam olsun saqqalı qana boyanana.
Salam olsun üzü torpağa boyanana.
Salam olsun o bədənə ki, libaslarını qarət etdilər.
Salam olsun o mübarək dişlərə ki, çubuqla (xeyzəran) vururdular.
Salam olsun nizədə yuxarı qaldırılmış başa.
Salam olsun səhralarda libassız qalmış bədənlərə.
Salam olsun sənə, ey mənim mövlam və şərəfli günbəzinin ətrafında qanad açan mələklərə ki, pak qəbrini dövrələyiblər və sənin hərəminin təvafına məşğuldurlar və ziyarət etmək üçün daxil olurlar.
Salam olsun sənə. Mən səni ziyarət etmək qəsdi ilə gəlmişəm və ümidvaram sənin yanında doğruçu olam.
Salam olsun sənə. Bir kəsin salamı ki, sənin hörmətinlə arifdir, sənin dostluğunla ixlaslıdır və sənin məhəbbətinlə Allaha yaxın olmaq istəyir və səndən bizar olan, düşmənlərindən olar.
Bir kəsin salamı ki, qəlbi sənin müsibətin ilə yaralıdır və səni yada salmaqla göz yaşları axır.
Bir kəsin salamı ki, dərdli və qəmli, heyran və çarəsizdir.
Bir kəsin salamı ki, Kərbəla səhrasında səninlə birlikdə olsaydı, mütləq öz canı ilə səni qılıncların zərbəsindən qoruyardı və peykərində qalmış yarı canını sənə xatir ölümə verərdi və sənin qarşında döyüşərdi, zülmkarların qarşısında sənə kömək edərdi, ruhunu, cismini, malını və övladlarını sənə fəda edərdi və öz ruhunu sənin ruhuna fəda edərdi, öz ailəsinə sənin ailəni qorumağı tapşırardı.
Düzdür ki, dövran məni sənin zamanından uzaq edib və müqəddəratımı sənə kömək etməkdə tə’xirə saldı, səninlə döyüşməyə gələnlərlə döyüşə bilmədim və düşmənlərinlə dava edə bilmədim, lakin hər gecə-gündüz sənə nalə və fəğan edirəm və (o qədər ağlayıram ki,) göz yaşı yerinə qan ağlayıram.
Sənə çəkdiyim həsrətdən və çəkdiyin əziyyətlərə etdiyim təəssüflərdən tabsız və taqətsiz qalıram, ta o vaxta qədər ki, bu müsibət və qəmlərdən ölərəm.
Şəhadət verirəm ki, sən namazı bərpa etdin və zəkatı verdin, əmr be məruf, nəhy əz münkər etdin, pisliklərin qarşısını aldın. Allaha itaət etdin və Ona itaət etməkdən boyun qaçırmadın. Allaha və Onun dəstəyinə söykəndin, belə ki, Onu özündən razı etdin.
Bir halda ki, sən Allahdan qorxurdun və Ona cavab verdin (əmrini yerinə yetirdin), sünnələri və müstəhəbbləri yerinə yetirdin. Fitnələri yatırtdın və (insanları) kamilliyə doğru çağırdın. Möhkəm yolları aşkarladın. Allah yolunda haqq olaraq sə’y və cihad etdin. Allah üçün gözəl itaətçi oldun və cəddin Mühəmməddən (Allahın salam və rəhməti ona və pak ailəsinə olsun) tabeçilik edirdin, atanın dediklərini eşidirdin, qardaşının vəsiyyətinə əməl etməyə tələsirdin.
Dinin sütunlarını qaldırdın, tüğyan edənləri əzdin. İslam ümmətinə xeyirxahlıq etdin və şəhid olmaq arzusunda idin, fasiqləri mübarizəyə çağırırdın. Allah höccətlərini bərpa etdin, İslam və müsəlmanlara mehriban və rəhm edən, haqqa yardımçı idin. Bəlalara səbr edən, dinə gözətçi və dini mərkəzlərin müdafiəçisi idin.
Sən, hidayəti qoruyan və ona yardım edən, ədaləti genişləndirən və yayan, dinin yardımçısı və onu aşkar edənsən.
Dini əllərində oyuncağa çevirənlərin qarşısını aldın və onlara mane oldun.
Zəiflərin haqqını sərvətlilərdən alırdın. Güclü və zəif arasında bərabər hökm edirdin.
Sən yetimlərin baharı və camaatın pənah yeri, İslamın izzəti, hökmlərin mə’dəni, bəxşiş və ehsan sahibi idin.
Cəddin və atanın yolu ilə gedən, qardaşın kimi atanın vəsiyyətində qalan idin.
Əhdlərə vəfa edən, yaxşılıqları sevən, kərəmləri aşkar edən, qaranlıqlarda ibadətə çalışan, ədalətli və ortaq üslubları olan, kərim əxlaqlı, işıqlı keçmişi olan, şərəfli nəsəbi, üstün əba-əcdadlı, uca rütbəsi, çoxlu iftixarları, vəsf etməli rəftarı olan, çoxlu bəxşiş edən idin. Kamala çatmış həlim, bəxşişi və elmi çox, qüdrətli, şəhid rəhbər, Allaha tərəf qayıdan və heybətli dost idin.
Sən, Peyğəmbərə (Allahın salam və rəhməti olsun ona və onun pak ailəsinə) övlad, Qür’ana dayaq, ümmətə güclü qol və yavər idin.
Sən Allaha itaət etməkdə çalışqan, Onunla bağladığın əhd və peymanı (Zər aləmində) qoruyan, fasiqlərin yolundan uzaq və Allah yolunda var gücünlə çalışan idin.
Sən uzun rüku və səcdələr edən və dünyaya qarşı etinasız idin. Elə bir etinasız ki, onu (dünyanı) buraxmaq və oradan köçmək istəyir. Həmişə dünyaya qorxmuşların gözü ilə baxırdın. Dünya arzularını ürəkdən çıxatmışdın və sənin hümmətin dünya zinətlərindən üz çevirmişdi. Sən dünya sevinc və şadlıqlarından göz yummuşdun. Sənin şövqün tanıdığın axirətə tərəf idi. O vaxta qədər ki, zülmkar zülm əlini uzatdı və zülm pərdəsini üzündən açdı və öz azğın ardıcıllarını çağırdı. Bir halda ki, sən öz cəddinin hərəmində sakin idin və zülmkarlardan uzaq gəzirdin, mehrab və evlə munis olmuşdun, şəhvət və ləzzətlərdən uzaq idin. Taqət və imkanın qədər, ürək və dilinlə pisliyi pis bilirdin. Sonra elm və agahlığın lazım bildi ki, zülmkarlara qarşı çıxasan və facirlərlə cihad edəsən. Onda övladların, ailən, şiələrin və dostlarınla yola düşdün, həqiqət və Allahın aydın dəlillərini üzə çıxartdın, aşkarladın.
Camaatı hikmət və nəsihətlə yaxşılığa tərəf dəvət etdin. Onları Allah qanunlarına əməl etməyə, Məbuda, itaət etməyə əmr etdin. (Onlara) Pis işləri və həddi aşmağı qadağan etdin.
Onlar isə zülm və düşmənçiliklə sənin qarşında dayandılar.
Sən onları nəsihət etdikdən, (pis) işlərinin qarşısında dayandıqda, höccəti tamam etdikdən və onlarla cihad etdikdən sonra, onlar səninlə peymanı və bi’əti sındırdılar, Sənin Rəbbini və cəddini qəzəbləndirdilər, səninlə döyüşə qalxdılar.
Sən onların qılınc və nizə zərbələrinin qarşısında möhkəm dayandın. Facir və günahkarların qoşununu bir-birinə vurdun, toz-torpaq qalxmış cihad meydanına Zülfüqar ilə daxil oldun. Elə bil Allahın seçilmişi Əli (ə) idin.
Onlar səni sabitqədəm və dəlir gördükləri zaman və bir halda ki, sənin də heç bir qorxun yox idi, sənə hiylə tələləri qurdular. Şər və məkr ilə səninlə döyüşdülər. O məl’un (Ömər Sə’d), öz qoşununa sənin su içməyinin və suya daxil olmağının qarşısını almağı əmr etdi.
Səninlə davaya qalxdılar və bu işdə tələsdilər (tələsirdilər). Sənə oxlar və daşlar atdılar. Yırtıcı əllərini sənə tərəf uzatdılar.
Sənin haqqını riayət etmədilər. Sənin əzizlərini öldürməkdə və malını qarət etməkdə, öz günahlarının cəzasından heç bir qorxuları olmadı.
Sən çətinliklərdə öncül idin. Elə əziyyətlərə dözürdün ki, göylərin mələkləri sənin səbrinə təəccüb etdilər.
Düşmənlər hər tərəfdən səni dövrələdilər. Sənə ağır yaralar vurdular. Səninlə gecə arasında fasilə saldılar (yəni, sənin işini tamam etdilər və gecəyə qalmağa qoymadılar).
Heç bir köməkçin qalmamışdı. Sən işi Allaha tapşırdın və səbr etdin. Sən, atdan yıxılana qədər qadınları və övladlarını müdafiə edirdin.
Sən yaralı bədənlə yerə yıxıldın. Atların ayaqları səni əzirdilər. Hədlərini aşanlar səni qılınclırı ilə vururdular.
Ölüm təri sənin alnına oturdu. Mübarək bədəninin sağ və solu yığılıb-açılmaqla başqa cür olurdu. Gözünün ucu ilə xeymələrə və hərəmlərə tərəf baxırdın.
(Sənə ağır müsibət üz verdi) Övladların və əhli beytindən ayrılıb, özünə məşğul idin (yəni iş o qədər çətinləşdi ki, əhli-əyalın barəsində fikirləşməyə aman vermirdi).
Sənin atın şivən edən və ağlar halda, sür’ətlə sənin xeymənə tərəf gəldi. Qadınlar sənin atını xəcalətli və yəhərini çevrilmiş görərkən, saçlarını üzlərinə töküb, xeymələrdən çölə çıxdılar. Üzlərini açıb, sili vururdular. Ucadan nalə edir, səni çağırırdılar. Onlar izzətdən sonra xar olmuşdular və qətligaha tərəf qaçırdılar.
Şimr sənin sinən üstə oturmuşdu. O şəmşirini sənin boğazının çökəyinə salmışdı və sənin saqqalını əlində tutmuşdu, başını iti qılancla kəsirdi. O vaxt sənin hissiyyatın işdən düşdü (yəni daha heç nəyi hiss etmədin), nəfəsin dayandı və mübarək başın nizə başında ucaldı.
Sənin əhli-əyalın qullar kimi əsir oldular, dəmir zəncirlərə bağlandılar. Heyvanların palanları üstündə güclü isti onların çöhrələrini yandırdı. Onları əlləri boyunlarına bağlı halda səhralarda aparır və bazarlarda gəzdirirdilər.
Bəs, vay olsun o fasiq günahkarlara ki, doğrudan da səni öldürməklə, İslamı öldürdülər, namaz və orucu buraxdılar. Sünnətləri və hökmləri sındırdılar, dinin və imanın sütunlarını məhv etdilər. Qüran ayələrini təhrif etdilər, zülm və düşmənçilikdə təlaş etdilər. (Səni öldürdükdən sonra) Allah Peyğəmbəri (s) tənha qaldı və sənin qanını tələb edənlərdən oldu. Bir daha Allah Əzz və Cəll kitabı (Qür’an) tərk olundu və uzaq düşdü. Sən öldürüldükdən sonra haqqa xəyanət olundu.
Sən öldürüldükdən sonra "Allahu Əkbər", "La ilahə illəllah", haram, halal, tənzil və tə’vil (Qür’anın mənası) yoxa çıxdı. Səndən sonra dəyişikliklər, küfr, əhəmiyyətsizlik, nəfsi istəklər, azğınlıqlar, fitnələr və batil üzə çıxdı (yarandı).
Sənin şəhadətini xəbər verən, cəddin Peyğəmbərin (Allahın salavat və salamı ona və onun pak ailəsinə olsun) qəbrinin kənarında dayandı və göz yaşı tökən halda sənin şəhadətini ona çatdırdı.
O, deyirdi: Ey Allahın Rəsulu! Sənin nəvən və cavan (oğlun) öldürüldü. Sənin əhli beytinin hörmətini sındırdılar və mübah saydılar. Sənin övladlarını səndən sonra əsir etdilər. Sənin ailən və yaxınların giriftar oldular.
Beləliklə, Peyğəmbər (s) pərişan oldu və qəmli-qəmli ağladı.
Sənə xatir, mələklər və peyğəmbərlər o həzrətə başsağlığı verdilər. Sənə xatir anan Zəhra (Allahın salamı olsun ona) əzadar oldu. Allahın müqərrəb mələklər qoşunları, atan Əmir-əl-mömininə (ə) başsağlığı vermək üçün gəl-get etdilər. "Əlayi-İlliyində" sənə matəm quruldu və sənə xatir Hurul-eynlər öz başlarına, üzlərinə vurdular.
Asiman və onun sakinləri, behişt və onun xəzinədarları, dağlar və onun ətəyindəkilər, dəryalar və onun balıqlırı, behişt və onun oğlanları, Allah evi, Məqam və Məş’ərül-həram və onun ətrafında olanlar hamısı ağladılar.
İlahi! Bu şərəfli məkanın (imam Hüseynin (ə) hərəmi) hörməti xatirinə, Mühəmməd və onun pak övladlarına salam göndər və məni onların zümrəsində məhşur elə və məni onların şəfaəti ilə behiştə daxil et.
İlahi! Mən sənə təvəssül edirəm; ey Çox Tez Hesab Çəkən və ey Kərimlərin Kərimi, Hakimlərin Hakimi.
Sənin bütün aləmlərə göndərdiyin peyğəmbərlərin sonuncusu Mühəmmədə və onun qardaşı və əmisi oğluna, bütlərə pərəstiş etməyən və elmlə dolu, o uca məqamlı Əmir-əl-mömin Əliyə və bütün aləmlərin qadınlarının xanımı, Fatiməyə, pak olan və təqvalıların pənah yeri, Həsənə, şəhadəttələblərin ən əzizi Əba Əbdillahil-Hüseynə və şəhid övladlarına və məzlum ailəsinə, ibadət edənlərin zinəti, Əliyy ibnil-Hüseynə, tövbə edənlərin qibləsi, Mühəmməd ibn Əliyə, doğruçuların ən doğruçusu, Cəfər ibn Mühəmmədə, höccətləri aşkar edən, Musa ibn Cəfərə, dinin köməkçisi, Əliyy ibn Musaya, hidayət edənlərin ağası, Mühəmməd ibn Əliyə, zahidlərin ən zahidi Əliyyibni Mühəmmədə və canişinlərin varisi, Allahın bütün məxluqlarının höcəti Həsən ibn Əliyə təvəssül edirəm.
Mühəmməd və onun pak ailəsi olan doğruçular, yaxşı əməl sahibləri, Taha və Yasin övladlarına salam göndər və məni Qiyamətdə amanda olanlardan, asudələrdən, doğruçulardan, sevinənlərdən və müjdə verilmişlərdən qərar ver.
Məni zalımlara qalib et və həsəd edənlərin məkrindən amanda saxla. Məni məkr edənlərin hiyləsindən qoru və zalımların əlini məndən üz.
Məni Öz rəhmətinlə Əlayi İlliyində olan yaxşı əməl sahibləri ki, onlara nemət vermisən -peyğəmbərlər, doğruçular, şəhidlər və salehlərlə - bir yerdə qərar ver, ey Rəhimlilərin ən Rəhimlisi!
İlahi! Səni and verirəm günahlardan pak olan Peyğəmbərinin (s) haqqına və Sənin mütləq olası hökmlərinə, gizli qadağanlarına, bu şərəfli qəbrə ki, onun ziyarətinə get-gəl olunur və məzlum öldürülən məsum imam onun gölgəsində dəfn olunub; mənim qəmlərimi aç və mütləq olacağı qəza-qədərin şərrini məndən uzaq et. Məni odlu və yandırıcı Cəhənnəmin odundan qoru.
İlahi! Öz nemətinlə mənə böyüklük bağışla və məni öz qismətimə razı et. Öz bəxşiş və kərəminlə mənim günahlarımdan göz yum. Məni Öz tədbir və cəzandan uzaq et.
İlahi, məni azğındıqlardan qoru, sözümdə və əməlimdə möhkəm et. Ömrümü uzun et, dərd və xəstəliklərdən sağlamlıq bağışla. Məni övliyalarımın haqqına çatdır. Öz fəzl və kərəminlə məni ən yaxşı arzularıma çatdır.
İlahi, Mühəmməd və onun əhli beytinə salam göndər və mənim tövbəmi qəbul et, göz yaşlarıma rəhm et, azğınlığımdan keç, qəmlərimi aç, günahlarımı bağışla, nəslimi salehlərdən et.
İlahi, bu şərəfli hərəm və kəramətli məkanda mənə bağışlamadığın günah, örtmədiyin eyb, aradan aparmadığın qəm, artırmadığın ruzi, abad etmədiyin məqam, islah etmədiyin fəsad, çatdırmadığın arzu, qəbul etmədiyin düa, yaxşılaşdırmadığın hal, kökündən qazılıb atmadığın həsəd, aradan qaldırmadığın düşmənçilik, yaxşılaşdırmadığın pislik, şəfa bağışlamadığın xəstəlik, yaxınlaşdırmadığın uzaqlıq, islah etmədiyin dağıntılıq, əta etmədiyin istək qalmağa qoyma.
İlahi, Səndən indiki xeyri və gələcək savabı istəyirəm.
İlahi, halalın vasitəsi ilə məni haramdan ehtiyacsız et. Öz fəzlinlə məni bütün camaatdan ehtiyacsız et.
İlahi, Səndən fayda verən elm, xaşe’ qəlb, kamil yəqin, pak əməl, gözəl səbr, çoxlu əcr istəyirəm.
İlahi, yerinə yetirməli olduğum ne’mətlərin şükrünü mənə ruzi et. Ehsan və kərəmini mənə artır. Sözümü camaat arasında ötərli və qəbul olunan et. Əməlimi öz yanında uca qərar ver. Mənim işlərimi xeyirli et. Düşmənlərimin kökünü kəs.
İlahi, insanların ən xeyirliləri olan Mühəmməd və onun əhli beytinə gecənin və gündüzün bütün anlarında salam göndər və şər yetirə bilənlərin şərrini onlardan uzaq et. Məni günah və çirkinliklərdən pak et, Cəhənnəm atəşindən qoru və Cənnətdə qərar ver.
Məni və Sənin yolunda olan, bütün mömin qardaşlarımı və möminə bacılarımı Öz rəhmətinlə bağışla, ey Mehribanların ən Mehribanı.
Dostları ilə paylaş: |