8
və tərcümə dilində qarşılığı yoxdur və s.və i. Bütün bu fərqlilikləri nəzərə alaraq
orijinalın və tərcümənin dillərindəki leksik vahidləri ümumleksik problemlərin həlli
baxımından dörd əsas qrupda toplamaq mümkündür:
1.Təkmənalı leksik vahidlər (Orijinalın bir leksik vahidinə tərcümə dilinin yalnız
bir leksik vahidinin uyğun gəlməsi);
2.Çoxmənalı leksik vahidlər (Orijinalın hər hansı bir leksik vahidinin tərcümə
dilində bir-neçə leksik
vahidə uyğun gəlməsi, leksik sinonimlər);
3.Ekvivalentsiz leksik vahidlər (Orijinaldakı hər hansı bir leksik vahidin tərcümə
dilində qarşılığının olmaması);
4.Yalançı ekvivalentlər (Orijinalın leksik vahidinin tərcümə dilinin leksik vahidi
ilə yazılış, tələffüz və qrammatik baxımdan eyni, mənaca qismən, yaxud tamamilə fərqli
olması – psevdoekvivalent omonimlər).(10)
Ümumi tərcüməşünaslıqda sonuncu yalançı leksik vahidlərə “mütərcimin yalançı
dostları” adı verilir. Bu qrupda yer alan sözlərə saxta ekvivalentlər və ya aldadıcı
oxşarlar da deyirlər. Uzaq dillərdə dillərarası təsadüfi üst-üstə düşmələr, yanlış
qarşılıqlar, transomonimlər, dillərarası omonimlər kimi təzahür edən yalançı
ekvivalentlər türk
və Azərbaycan dillərində özünü, əsasən, üç şəkildə göstərir:
1.Orijinalın və tərcümənin dilində yazılışı və tələffüzünə görə eyni olub (burada
bəzi formal orfoepik və qrafik fərqləri nəzərə almırıq), müxtəlif köklərdən gələn,
etimologiyaları və mənaları bir-birindən tamamilə fərqlənən transomonimlər, yaxud
uyğunlu uyğunsuzluqlar:
gar – vağzal, kȃr – gəlir, çelik– polad, pinti – xəsis, aktarmak
– nəql etmək, katık – yavanlıq və s. Bu kəlmələrin dilimizdəki omonimləri – yalnış
qarşılıqları
(qar, kar, çəlik, pinti, axtarmaq, qatıq) ilə heç bir məna yaxınlığı yoxdur.
Bu qəbildən olan transomonimlər tərcümədə ciddi çətinlik törətmir, dar və ya geniş
kontekstdə mənaları asanlıqla müəyyənləşdirilir və tərcümə dilində saxlanılmırlar.
Bunlar məzmun və məna oxşarlığı olmadan ifadə oxşarlığı olan kəlmələrdir.
2.Orijinalda və tərcümə dilində yazılışı və tələffüzü eyni olan, eyni etimologiyaya
sahib, eyni kökdən gələn, yaxud hər iki dilə üçüncü dildən keçən, lakin leksik-semantik
(lüğəvi) mənaları müasir sinxron planda üst-üstə düşməyən omonimlər:
hala –bibi,
baba – ata, derslik – sinif otağı, balet – balet artisti, erik – alça, sümük – burun seliyi,
kişi – şəxs, subay – zabit, bekar – subay və s. Bu qəbildən olan transomonimlər
tərcümədə diqqət tələb edir və mütərcimin ən çox “yaxalandığı” saxta ekvivalentlər –
aldadıcı oxşarlar qrupunu təşkil edir. Yeri gəlmişkən, qeyd edək ki, şifahi tərcümədə,
türkcə danışıqda azərbaycanlıların ən çox “ilişdikləri”, gülüş hədəfinə çevirildikləri
məqamlar məhz bu sözlərlə əlaqədar olur.
3.Orijinalda və tərcümə dilində eyni kökdən gələn, mənaları qismən örtüşən (bir
baxıma, nisbi sinonimlər kimi çıxış edən), lakin bir-birindən fərqli mənalarda da
işlədilən, müxtəlif üslublara aid olan omonimlər:
kapı – a) otaq qapısı, b) futbol oyunundakı qapı (türkcədə bu mənada
“kale”
kəlməsi
işlədilir);
kalp – a) ürək; b) qəlb; erkek – a) kişi; b) erkək;
yenge – a) qardaş arvadı; b) yengə; kardeş – a) qardaş; b) bacı;
intizar – a) qarğış; b) intizar; şehla – a) çaş, çəpgöz; b)irigözlü, şəhla;
ata – a) cədd, əcdad; b) ata.
Bu qəbildən olan kəlmələrə stilistik transomonimlər də deyilir və qohum dillərdən
tərcümə zamanı bu saxta ekvivalentlərin işləndiyi mətnə diqqətli yanaşmaq lazımdır. Bu
kəlmələr qismi “uyğunlu uyğunluqlardır”. (10)
Birinci qrupda yer alan saxta transomonimlər tərcümədə ciddi çətinlik
törətmədiyinə görə, ikinci və üçüncü qrupa daxil olan kəlmələrdən bir-neçəsini bəzi
nümunələr əsasında daha ətraflı nəzərdən keçirək. Məsələn, fars dilindən alınma,