www.vivo-book.com
78
– Yaxşısı budur, balaca qarmağı suya atım. Birdən
balıq bu gecəni də dənizdə keçirmək fikrinə düşsə, onda
mən bir şey yeməliyəm, ya yox? Şüşədə su da az qalıb. Heç
ağlım kəsmir ki, buralarda skumbriyadan savayı bir fərli
balıq olsun. Tutan kimi, təzə-təzə yesəm, elə bilirəm, dadı o
qədər də pis olmaz. Bu gecə qayığıma bircə dənə uçan balıq
düşsəydi, çox yaxşı olardı, heyf ki, onları cəlb etmək üçün
fənərim yoxdur. Qanadlı balığı çiy-çiy yeyəndə adamın ağzı
dada gəlir. Heç onları kəsib təmizləməyə də ehtiyac qalmır.
İndi çalışmalıyam ki, boş yerə güc sərf etməyim. Həzrəti-
İsaya and olsun ki, mən balığın bu boyda olacağını heç
təsəvvürümə gətirməzdim.
Bir qədər susub, sonra gerisini gətirdi:
– Yekəliyinə, gözəlliyinə baxmayıb onun axırına
çıxacam. Ola bilsin ki, bu elə də yaxşı iş deyil, amma
öldürməliyəm. Mən insan oğlunun nələrə qadir olduğunu
ona göstərəcəm.
Az sonra dedi:
– Mən oğlana demişdim ki, qəribə qocayam, bax indi
bunu sübut etməyin əsl məqamıdır.
www.vivo-book.com
79
Qoca dediklərini indiyəcən azı min dəfə sübut etmişdi,
ancaq onun bu vaxta qədər etdikləri indikinin yanında heç
nə idi. İndi bu təzə hadisə ilə dediklərini bir də təsdiq
edəcəkdi. Keçənə güzəşt deyib düşündü: “Balıq yatsaydı,
əcəb yaxşı olardı. Bir az gözümü yumub yuxuda şirləri
görmək istərdim. Görəsən, bu günəcən həyatda rastlaşdığım
şeylərdən ən çox yadımda qalanı niyə şirlərdir?”
Özünə xitabən dedi: “Qoca, bəsdir fikirləşdin, başını az
yor. Kürəyin taxtaya söykəyib bir az dincəl, özün də heç nə
düşünmə! Bu dəqiqə balıq öz canının hayındadır, heç
olmasa, həmin müddətdə sən də canının dərdini çək”.
Günəş artıq qüruba hazırlaşırdı. Qayıq aramla, əvvəlki
istiqamətdə üzürdü. Şərqdən əsən külək qayığı qabağa
itələyirdi. Xırda ləpələr oynadıqca qayığı atıb-tutur, qocanı
da yüngül-yüngül yırğalayırdı; amma çiynində tarım
saxladığı tilov ipi onun kürəyini bərk ağrıdırdı.
Birdən ip təzədən üzə çıxmağa başladı. İntəhası balıq
bir azca yuxarı qalxsa da, üzməyi yenə eyni tərzdəydi.
Günəş indi qocanın sol çiynini, qolunu və kürəyini
www.vivo-book.com
80
yandırırdı. Bunu hiss edəndə başa düşdü ki, səmt dəyişib,
balıq indi şimal-şərqə üz tutub.
Qoca artıq bir dəfə balığı gördüyündən indi suyun
altında onun bənövşəyi döş üzgəclərini qanad kimi geniş
açdığını, yekə quyruğunu aramsız tərpədərək suları necə
yardığını aydın təsəvvür edə bilirdi. Düşündü ki:
“Maraqlıdır, görəsən, belə bir dərinlikdə balıq nəsə görüb
seçə bilirmi? Yamanca iri gözləri var. Atın gözləri
onunkundan xırdadır, intəhası əməlli-başlı görür. Lap qatı
zülməti demirəm, amma bir vaxtlar qaranlıqda mənim
gözlərim də pis seçmirdi. Hər halda, pişik gözündən geri
qalmazdı”.
Barmaqlarını durmadan oynatması və günəşin hərarəti,
axır ki, qocanın qıc olmuş sol əlinin keyini açdı: keylikdən
əsər-əlamət qalmamışdı. Balığın ağırlığını qoca indi yavaş-
yavaş sol qoluna keçirtməyə başladı, kürəyini qançır eləmiş
kəndirin ağrısını bir qədər azaltmaq üçün belini, əzələlərini
oynadıb dedi:
www.vivo-book.com
81
– Balıq, əgər sən yorulmamısansa, daha sənə sözüm
yoxdur, deməli, doğrudan da, çox qəribə, qeyri-adi
varlıqsan.
Özü isə yorulub heydən düşmüşdü; havanın tezliklə
qaralacağını, axşamın tezliklə düşəcəyini bildiyindən ayrı
şeylər barədə düşünməyə çalışdı. Gran Ligas beysbol
liqasını xatırladı; bu liqanı qoca beysbol liqalarından ən
məşhuru hesab edirdi. Sonra yadına düşdü ki, bu gün Nyu-
Yorkun “Yankilər”i Detroytun “Pələnglər”i ilə oynayacaq.
“Düz iki gündür juegos
4
nəticələri barədə heç nə
bilmirəm, – o, fikrə getdi. – Amma var gücümü toplayıb,
ustad Di Macionun adına layiq iş görməliyəm. Dabanlarının
döyənəyi onu bərk incitdiyi vaxtlarda da Di Macio hər şeyi
əla edirdi. Görəsən, sümük döyənəyi nə olan şeydir? Un
espuelo de hueso
5
– biz balıqçılar bu xəstəliyə tutulmuruq.
Görəsən, bu döyənək dedikləri döyüşkən xoruzların
mahmızlarının zərbəsi qədər ağrıdıcıdırmı? Yəqin ki, mən
4
Jueros– idman oyunları (ispanca)
5
Un espuelo de hueso – sümük xəstəliyi
www.vivo-book.com
82
nə mahmız azarının ağrısına, nə də gözlərimin kor olmasına
dözə bilməzdim. Davakar xoruzlar kimi uzun-uzadı
döyüşməyə tab gətirərəm. Amma insan övladı vəhşi
heyvanların, yırtıcı quşların yanında heç nədir. Mən bu saat
dənizin qaranlıqlarında üzən o məxluq olmaq istərdim”.
– Amma bir şərtlə ki, köpəkbalıqları üstümə hücum
çəkməsinlər, – qoca ucadan dilləndi. – Hücum çəksələr,
onda Allah ya onlara verər, ya da mənə.
“Sən elə bilirsən ki, dahi Di Macio da bu balıqdan sən
yapışan kimi yapışardı? – qoca özündən soruşdu. – Hə,
əminəm ki, o da mənim kimi edərdi, hələ bir az da o yana
keçərdi, çünki o məndən həm cavandır, həm də güclüdür.
Elə onun da atası balıqçı olub... Görəsən, sümük döyənəyi o
yazığı çox incidir?”
– Vallah, bilmirəm, – yenə ucadan dilləndi. –
Ömrümdə sümük döyənəyi olmamışam.
Batan günəşin necə qürub etməsini seyr edəndən sonra
qoca qabaqlar Kasablankada olarkən bir dəfə meyxanada
zırpı bir zənciylə qol yarışına çıxdığını xatırladı. Gəmi
tərsanəsində ən güclü adam sayılan bu syenfueqoslu
Dostları ilə paylaş: |