www.vivo-book.com
63
– Balıq, sən mənim çox xoşuma gəlirsən, özü də sənə
böyük rəğbətim var, – qoca dedi. – Amma hava qaralanacan
mən sənin canını alacam.
Fikirləşdi ki, ruhdan düşmək lazım deyil, inşallah, belə
də olacaq.
Şimaldan üzübəri, qayığa tərəf bir quş uçub gəlirdi, özü
də lap alçaqdan uçurdu. Qoca başa düşdü ki, quş bərk
yorulub.
Zənnində
yanılmamışdı, dincini almaqçün
quşcuğaz həqiqətən də gəlib qayığın arxa tərəfinə qondu.
Tez də sıçrayıb havaya qalxdı, qocanın başı üzərində
hərlənə-hərlənə axırda daha münasib bildiyi yerə, tilov
ipinin üstünə qondu.
– Neçə yaşın var? – qoca quşdan xəbər aldı. – Bu, sənin
ilk səyahətindir?
Qoca danışır, quş da ona baxırdı. Yazıq elə yorulmuşdu
ki, qaytanın etibarlı olub-olmadığının fərqinə varmadan
incə, zərif caynaqlarıyla ondan yapışıb yellənirdi.
– Qorxma, ip tarım çəkilib, – qoca quşu arxayın etmək
istədi, – lap kefin istəyən qədər tarımdır. Küləksiz gecədə
www.vivo-book.com
64
sən gərək belə yorulmayaydın axı. İşə bax sən allah, indinin
quşları da dəyişib!
“Qırğılarsa sizin arxanızca uçub dənizə gəlir” – qoca
fikrindən keçirtdi, amma düşündüyünü quşa demədi.
Fikirləşdi ki, onsuz da quş onu başa düşməyəcək, qırğının nə
olduğunu isə həyat özü ona öyrədər.
– Quşcuğaz, yaxşı-yaxşı dincini al, sonra da sahilə uç,
həyat uğrunda mübarizə apar, yaşamaq uğrunda vuruş: necə
ki hər adam vuruşur, hər balıq, ya hər quş vuruşur.
Quşla etdiyi söhbət qocaya təskinlik verib onu bir
qədər özünə gətirdi; qoca özündə bir gümrahlıq duydu.
Bütün gecə ərzində kürəyi bərk ağrımışdı, ağrı elə indi də
onu əməlli-başlı incidib kələyini kəsirdi.
– Quşcuğaz, istəyirsən mənimlə qal. Səni apararam öz
evimə, – qoca onu əzizlədi. – Amma heyf ki, yelkəni açıb
səni sahilə çıxarda bilməyəcəm. Baxmayaraq ki, yüngülcə
külək də qalxmağa başlayır, amma bu yenə mümkün deyil,
çünki mən dənizdəki dostumu heç cür qoyub gedə
bilmərəm.
www.vivo-book.com
65
Bu vaxt balıq ipi qəfildən elə dartdı ki, qoca kəlləsi üstə
qayığın içinə yıxıldı; əgər qayığın kənarından yapışıb tilov
ipini bir qədər boşaltmasaydı, yəqin ki, birbaşa dənizə
düşəcəkdi.
İp titrəyən kimi quş havaya qanadlanmışdı; amma qoca
onun uçub getməyinə əhəmiyyət vermədi. Qaytanı diqqətlə
yoxlayanda sağ əlinin qanadığını gördü və ucadan dedi:
– Görünür, balığı da orda nəsə bərk incidir.
Sonra şikarını üzüstə aşırtmaq ümidiylə tilov ipini
dartıb, əvvəlkitək tarım saxladı; kəndirə söykənmiş
vəziyyətdə əyilib gözləməyə başladı.
– Hə, balıq, indi necəsən? İp səni incidir? – qoca xəbər
aldı və tez də əlavə elədi: – Allah özü şahiddir ki, elə məni
də bərk incidir.
O, gözləriylə quşu axtardı, çünki kiminləsə danışmaq
istəyirdi. Amma quş heç yerdə gözünə dəymədi. Quş
yanında olanda qoca özünü tənha hiss etmirdi; onda sanki
ağrıları da bir qədər azalırdı.
“Quşcuğaz, mənim yanımda az qaldın. Sahilə
çatanacan çox əziyyət çəkəcəksən, – ürəyində dedi. – Necə
www.vivo-book.com
66
oldu ki, balıq bircə təkanla məni yıxdı, hələ əlimi də
qanatdı? Axı belə şeyə mən niyə yol verdim? Görünür,
balaca quşcuğaza aludə olub özümü unutmuşdum. İndi
bütün diqqətimi işimə yönəltməliyəm. Qüvvə yığmaqçün
qoy bir az tunes yeyim”.
– Heyf ki, oğlan yanımda deyil, – qoca ucadan dedi. –
Bir də orası pisdir ki, duz yoxumdur; kaş bircə tikə duzum
olaydı.
Qaytanın bütün ağırlığını sol çiyninə keçirib ehtiyatla
aşağı əyildi, sağ əlini okeanın suyunda yudu, əlini suyun
içində bir dəqiqədən az saxladı. Qan ləkələrinin yuyulub
təmizlənməsinə baxa-baxa, eyni zamanda suyun axınını və
qayığın hərəkət sürətini də müəyyənləşdirərək:
– Hərif sürətini yaman azaldıb, – dedi.
Əlbəttə, qoca yaralı əlini şor suda daha çox saxlamaq
istərdi, lakin balığın qəfil təkanından qorxurdu. Dikəlib ipi
düzəltdi, yaralı əlini qaldırıb günə tutdu. Tərs kimi ip əlinin
işlək yerini kəsmişdi. Bunu görəndə qanı bərk qaraldı.
Fikirləşdi ki, bu gün onun əsas işini məhz bu əl görəcəkdi, o
da səhər erkəndən beləcə yaralanıb sıradan çıxdı.
www.vivo-book.com
67
Əlinin suyu quruyandan sonra dedi:
– Yemək vaxtıdır. Götürüm balaca tunesi yeyim.
Dostumu ordan qarmağın çəngəliylə çıxarıb, elə buradaca
rahat-rahat yeyə bilərəm.
O, dizi üstə çöküb dəstəli qarmağı arxa oturacağın
altına soxdu, tunesi ordan ehmalca çəkib çıxartmağa başladı,
həm də çalışdı ki, qarmağın ucu tilov ipinə toxunub onu
zədələməsin. Qaytanın bütün ağırlığını təzədən sol çiyninə
verdi, sol əliylə qayığın qırağından yapışıb tunesi
qarmaqdan çıxartdı, sonra onu öz yerinə atıb balığı dizinin
üstünə qoydu. Tunesin qara-qırmızı ətini boynundan ta
quyruğunacan uzununa nazik-nazik dilimlərə böldü.
Dübbədüz altı tikə kəsib hamısını cərgə ilə qayığın
burnundakı taxtanın üstünə düzdü; bıçağı şalvarına siləndən
sonra balığın skeletini götürüb dənizə tulladı. “Bir tikə yeyə
bilsəm, böyük şeydir”, – deyib uzunsov tikələrdən birini
bıçaqla tən ortadan böldü.
Qoca, dənizdəki iri balığın tilov ipini yorulmaq
bilmədən eyni qüvvə ilə dartdığını hiss edirdi. Sol əli tamam
Dostları ilə paylaş: |