105
“DQR” separatçılarının lideri də buna oxĢar fikirlər söyləmiĢdir: “Terri
Devisin bəyanatları erməni xalqının mənafelərinə uyğun deyildir”. Guya
Ermənistanın indiki hakim dairələrinin əməlləri, “özgə cür düĢünmək” hallarının
qarĢısının qətiyyətlə alınması, yuxarı eĢelonun elektrota münasibətdə yeritdiyi
siyasət erməni xalqının mənafelərinə zidd deyildir. Bəlkə Ermənistanın baĢlıca və
çox güman ki, yeganə həqiqi düĢmənləri olan daĢnakların öz ölkəsini məruz
qoyduğu regional iqtisadi izolyasiya bu xalqın mənafelərinə uyğundur.
Ermənistanın baĢ naziri Serj Sarkisyan Qarabağ probleminin tənzimlənməsi
barədə erməni tərəfin mövqeyini bu yaxınlarda belə səsləndirmiĢdir: “Dağlıq
Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüquqi beynəlxalq miqyasda
tanınmalı və bu hüququn reallaĢdırılması üçün Ģərait yaradılmalıdır. Ermənistan və
“DQR-ın müĢtərək sərhədi olmalı” və “DQR” əhalisinin və onun sərhədlərinin
təhlükəsizliyi təmin edilməlidir. Serj Sarkisyan bu məsələdə erməni tərəfin
mövqeyini
bəyan edərkən, deyəsən, bir detalı dəqiqləĢdirməyi yaddan çıxarmıĢdır.
O, “Dağlıq Qarabağ xalqı” dedikdə nəyi nəzərdə tutur? Deyəcəksiniz ki, bu,
onsuz da aydındır. Haqlısınız, aydın olmağına aydındır, lakin hüquqi qaydalara
müvafiq deyildir - əlbəttə, əgər Serj Sarkisyanın bu anlayıĢlardan, ümumiyyətlə,
xəbəri varsa. Bəs öz torpaqlarından, əsrlər boyu ata-babalarına mənsub olmuĢ tarixi
vətənindən qovulmuĢ azərbaycanlıların hüquqları necə olsun?
Nədənsə, bu faktı nəzərə almırlar.
“DQR” separatçılarının lideri Bako Saakyan hesab edir ki, bu qondarma
“respublikada” iqtisadiyyatın inkiĢaf etdirilməsi onun beynəlxalq birlik tərəfindən
tanınmasına nail olmağa imkan verər: “Biz yaxĢı baĢa düĢürük ki, iqtisadi cəhətdən
inkiĢaf etmiĢ, səmərəli idaretmə sistemi və güclü ordusu olan ölkənin (?)
sivilizasiyalı dünyada ləyaqətlə təmsil olunmaq və beynəlxalq birlik tərəfindən
tanınmağa nail olmaq Ģansı çoxdur”. Görəsən, hansı iqtisadiyyatın inkiĢafından
söhbət gedir? Hərçənd Saakyan daha sonra əsas sektor kimi kənd təsərrüfatının
adını çəkmiĢdir. Nə deyəsən, tut arağı çəkilməsinə və ən baĢlıcası, bu məhsulun
istehlakına görə onlar, həqiqətən birinci yeri tuturlar.
Bako Saakyan dünya ermənilərinin “Hayastan” fondu tərəfindən Los-
Ancelesdə təĢkil edilmiĢ təqdimat mərasimindəki çıxıĢında demiĢdir ki, Dağlıq
Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsinə çevrilməyəcəkdir. Onun oraya
səfərindən məqsəd isə diaspordan pul dilənmək idi: “Biz artıq formalaĢmıĢ
ənənələri davam etdirərək Arsax (onlar Dağlıq Qarabağı belə adlandırırlar) ilə
diaspor arasında əməkdaĢlığı müvafiq səviyyəyə çatdıra bilərik. Əminəm ki, biz
Arsaxın hər bir erməninin fəxrinə çevrilməsi, onun həmiĢə müstəqil, qüdrətli və