98
Hamı artıq bilir ki, dünyanın gündəliyində enerji məsələləri bir nömrəli
məsələlərdir. Ġndi enerji məsələlərini beynəlxalq təĢkilatlarda və aparıcı ölkələrdə
təhlükəsizlik məsələsi kimi qəbul edirlər. Bu resurslar bizdə var. Biz artıq
dünyanın, Avropanın təhlükəsizliyi üçün iĢlər görürük. Biz Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələri icra etmiĢik. Biz nəqliyyat üçün
tranzit ölkəyə çevrilirik. Ermənistanda bunların heç biri yoxdur və gələcək inkiĢaf
perspektivləri
də yoxdur, iqtisadi inkiĢaf üçün heç bir zəmin yoxdur”.
Əslində heç bir ölkə tərəfindən müstəqil respublika kimi qəbul edilməyən
Dağlıq Qarabağ artıq dünya birliyində müstəqil respublika kimi yox, Azərbaycanın
tərkib hissəsi kimi tanınır və belə qəbul olunur. Odur ki, bu vaxta kimi Dağlıq
Qarabağda keçirilən bütün seçkilər beynəlxalq qurumlar tərəfindən tanınmayıb.
Dünyanın super dövlətləri - ABġ, Fransa kimi, NATO, Avropa Ġttifaqı, Ġslam
Konfransı TəĢkilatı kimi nüfuzlu beynəlxalq təĢkilatları birmənalı olaraq
Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaĢmıĢ, Dağlıq Qarabağ münaqiĢəsini
ATƏT-in Minsk qrupu çərçivəsində, sülh yolu ilə həlli prosesini dəstəklədiklərini
bəyan etmiĢlər. Separatçıların Dağlıq Qarabağda bu günədək keçirdikləri bütün
seçkilər dünyanın gülüĢ hədəfinə çevrilmiĢ, sanki bir uĢaq oyunu kimi qəbul
olunmuĢdur. ABġ-ın Dövlət Departamenti dəfələrlə belə bir bəyanatla çıxıĢ
etmiĢdir: “BirləĢmiĢ ġtatlar “Dağlıq Qarabağ Respublikası”nı və orada keçirilən
“seçkilər”i tanımır, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaĢır”. Həmçinin
Ġslam Konfransı TəĢkilatı da bəyanat yaymıĢdır ki, Azərbaycanın Ermənistan
tərəfindən iĢğal olunmuĢ Dağlıq Qarabağ bölgəsində qondarma seçkilər beynəlxalq
hüquq normalarının və prinsiplərinin kobud Ģəkildə pozulmasıdır, davam edən sülh
danıĢıqlarına əngəl törədir. Bu səbəbdən seçki və onun nəticələri heç bir hüquqi
qüvvəyə malik deyildir.
Bunlar göstərir ki, bütün dünya Dağlıq Qarabağ bölgəsini və onun ətrafında
baĢ verən münaqiĢənin Azərbaycanın ərazi bütövlüyünə hörmət, beynəlxalq
səviyyədə tanınmıĢ sərhədlərinin toxunulmazlığı səviyyəsində yanaĢır.
Ġndi Azərbaycan təkcə iqtisadi göstəricilərinin artımına deyil, hərbi
qüdrətinin möhkəmlənməsinə çalıĢır. Qüdrətli ordusu olan ölkə heç vaxt basılmaz.
Əgər sabah lazım gəlsə, iĢğal olunmuĢ torpaqlarımızı ordumuzun gücü ilə azad
etməyə qadir olmalıyıq. Gec-tez məcuri köçkünlərimiz öz doğma yurdlarına, isti
od-ocaqlarına qayıtmalıdırlar. Mənfur qonĢular Azərbaycan torpağında yeni
erməni
dövləti yaratmaq fikrindən əl çəkməli, dünya birliyinin fikrinə hörmətsiz
münasibətə birdəfəlik son qoymalıdır.