- 15 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
semantikasını yalnız faktlarla bildirsinlər! Tarixdə mövcud olmayan dövlətin
hər hansı bir rəsmi atributundan söz açmağa dəyməz. Çıxış yolunu isə digər
xalqlara və dövlətlərə məxsus rəmzlərin mənimsənilməsində və onların
erməniləşdirilməsində görmüşlər. Diqqət çəkən məqam həm də ondan ibarətdir
ki, bu mənimsəmələrin hədəfi olan istənilən maddi-mədəni və ya qeyri-maddi
irs nümunəsi qondarma dini rəvayətlərlə əlaqələndirilir, onların “qədim erməni
dövlətçiliyi” ilə bağlanılmasına səy göstərilir.
Təhlillərə əsasən, ermənilərin yüz illər boyu sınanmış mənimsəmə
texnologiyası mürəkkəb və çoxmərhələlidir: əvvəlcə, mənimsəmə üçün seçilən
nümunənin “erməni mənşəyi” barədə “qədim erməni folkloru” səviyyəsində
rəvayətlər uydurulur və ölkə daxilində ictimai dövriyyəyə buraxılır. “Yeni-
qədim” rəvayət yerli ictimai təfəkkürdə özünə möhkəm yer tutduqdan, kütlə
həqiqətən həmin obyektin “erməni kökənli” olmasına inandırıldıqdan sonra
kitablara və orta məktəb dərsliklərinə salınır, növbəti mərhələdə isə həmin
rəvayətin “təkzibedilməz tarixi faktlara söykəndiyini” əsaslandırmaq üçün
“qədim mənbələrin” formalaşdırılması prosesinə başlanılır. Bu mərhələdə
bir qayda olaraq, həmin mənbələr
“XVIII-XIX əsrlərdə erməni rahibləri
tərəfindən üzü köçürülən, orijinal nüsxələri isə 1915-ci il hadisələri
nəticəsində it-bata düşən qədim salnamələrdən” ibarət olur.
5
Üçüncü, daha
mürəkkəb mərhələdə həmin “qədim mənbələrdəki sitat və faktlar” müxtəlif
yollarla xarici müəlliflərin əsərlərinə nüfuz etdirilir. Sonda isə həmin obyektin
mənimsənilmədiyini, əksinə erməni mənşəli olmasını göstərmək üçün daha
folklor nümunələrinə deyil, nüfuzlu əcnəbi alimlərin əsərlərinə istinad edilir...
Frans Kafka yazırdı: “
Hər şey, o cümlədən yalan da həqiqətə xidmət
edir”. Hazırda erməni ruhanilərinin, tarixçilərinin, bəstəkar və musiqiçilərinin,
xalçaçılarının, hətta kulinarlarının da başqa xalqların maddi-mənəvi irsini necə
və hansı üsullarla mənimsəmələri barədə istənilən sayda dəlil-sübut gətirmək
olar. Məsələn, müasir erməni tarixçiləri belə hesab edirlər ki, erməni milli
dövlətçilik rəmzlərinin təməlini “hüdudları dənizdən-dənizədək uzanan,
ümumi sahəsi 400 min kvadrat kilometr olan Böyük Ermənistan dövlətinin” özü
qədər möhtəşəm hökmdarı, “I Tiqran Yervanduni” və ya “Yervandidi”, yaxud
da “Yerevanyan” (?), eyni zamanda “Böyük Tiqran” (eramızdan əvvəl 560-535-
ci illər) qoymuşdu. Üstəlik, onun və törəmələri olan “Ervanilər sülaləsinin”
pullarını, şanlı döyüş bayraqlarını və hökmdar taclarını həmişə iki quş və
aralarında səkkizguşəli günəş təsvir edilən “milli erməni rəmzi” bəzəmişdi.
5
Геворкян А. “Армянский миниатюрист XVII века Никогос Цахкарар”, http://nashasreda.ru/armyanskij-
miniatyurist-xvii-veka-nikogos-caxkarar/
- 16 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Halbuki, bu rəmzin daha qədim nümunələrinə, eləcə də əski türk mifologiyası
əsasında semantik yozumuna təkcə tarixi Azərbaycan və Anadolu ərazilərində
deyil, Mərkəzi Asiyada, Altaylarda, Volqaboyunda da rast gəlirik.
Erməni yazıçısı
Raffi (Akop Melik-Akopyan) isə Böyük Tiqranın gerbi
barədə fərqli düşüncə sahibidir. Onun fikrincə, Tiqranın bayrağında quşlar
deyil, əjdaha təsviri həkk edilmişdir. Xatırladaq ki, bu mifik varlıq saka-skif,
hun, Xəzər simvolizminin aparıcı elementlərindən olmuşdu. Eyni zamanda,
“Böyük Ermənistan hökmdarının” öz dövlətini ilan rəmzi altında qurması
barədə növbəti iddia da onun
skif mənşəyini təsdiqləməkdədir.
XIX əsrdə yaşamış naməlum
erməni rəssamının çəkdiyi şəkil
isə daha bir fərziyyə haqqında
əyani məlumat verir. Təsvirdən
məlum olur ki, eramızdan əvvəl
yaşamış “erməni hökmdarı”
Orta əsrlərə xas olan əba geymiş,
başına bektaşi dərvişlərinə xas
baş geyimi qoymuşdu. Maraqlı
məqam isə Tiqranın bayrağındakı
tanış qartal təsviridir. Həmin
təsvirə isə səlcuq, Qızıl
Orda hökmdarlarının tuğ və
sancaqlarında, metal sikkələrində
rast gəlirik. Digər tərəfdən, əgər
bu bayraq həqiqətən də “Böyük
Tiqrana” məxsus olubsa, görəsən
nə üçün məğlub ordunun rəmzi
kimi bir kənara, şəkildə təsvir
olunan şəxsin ayaqları altına
atılmışdı? Yeri gəlmişkən, məhz
bu element də şəkildəkinin
həqiqətən də “Böyük Tiqran” olduğunu ciddi şübhə altına alır. Odur ki,
belə qeyri-müəyyənliklərə görə erməni mənşəli Amerika tarixçisi
Riçard
Ovanesyan (Riçard Qeybl Hovannisian) yerevanlı həmkarlarına tələsməməyi
tövsiyə etmiş və bildirmişdir ki, yervandidilər, o cümlədən bu sülalədən çıxan
“Böyük Tiqran Yervanduni” (XIX əsr, “naməlum
erməni rəssamının” çəkdiyi təsvir)
- 17 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Böyük Tiqran etnik erməni deyil, “İran mənşəli” hökmdar olmuşdu.
6
Lakin erməni simvol plagiatlığının hansı siyasət səviyyəsində aparılmasının,
hansı məqamlarda dəstəklənməsinin ən dəqiq təsdiqi isə Ermənistan
Respublikasının dövlət rəmzi, onun gerbidir. Açığını desək, gerbin estetikasına
dair özəl mülahizələrimiz var, lakin zövqlər müxtəlif olduğu üçün onları açıqlamaq
fikrindən uzağıq. Amma dövlət və kilsə siyasəti (əslində Ermənistanda onlar
arasında fərq şərtidir) səviyyəsində dəstəklənən maddi-mənəvi irs oğurluğunun
bariz nümunəsi olan bu simvol struktur etibarı ilə uşaqları əqli cəhətdən inkişaf
etdirən əyləncəli “pazl” oyununa – ayrı-ayrı kiçik fraqmentlərdən, başqa xalq
və dövlətlərə məxsus rəmzlərdən yığılan qurama təsvirlərə bənzəyir. Belə ki,
Ermənistan Respublikası tarixdə ilk dəfə dövlət müstəqilliyinə qovuşandan
sonra - 1992-ci ildə qəbul edilmiş bu rəmzin mərkəzində Avropa hərb sənətinə
xas olan üçkünc heraldika qalxanı, onun içərisinə isə əbədi erməni yuxusu -
Türkiyə ərazisindəki “Ararat (Ağrı) dağı
və onun zirvəsinə yan almış Nuhun
gəmisi” həkk olunub. Mövzudan
yayınmamaq şərti ilə həmin fraqmentə
ötəri də olsa, diqqət yetirək. Gerbin
müəllifləri – akademik Aleksandr
Tamanyan və rəssam Akop Kocoyan
görünür çox tələsmişlər: təsvirdə Ağrı
dağının ətəklərinin su altında qalmasına
baxmayaraq, Nuhun nəhəng gəmisinin
torpaq yolla sürüdülərək zirvəyə
qaldırılmasının mümkünlüyü bu
günədək qədim erməni mexaniklərinin
açılmamış sirlərindən biri olaraq
qalmaqdadır! Həmin kompozisiyanın
ətrafındakı təsvirlərin - etnik tarixdə və
təbliğatda “müstəqil erməni çarlıqlarının
baniləri” kimi xatırlanan “Baqratilər,
Arşakilər, Artaşeslər və Rubenyanlar
sülalələrinin rəsmi rəmzlərinin” - bəbir, ikibaşlı qartal, Günəş və iki qartal
(digər variantlarda qoşa kəklik), ən nəhayət, aslan təsvirlərinin də əslinə qalsa,
nə erməni milli mədəniyyətinə, nə erməni kilsəsinə, nə də etnik dövlətçilik
atributlarına aidiyyatı var.
6 Hovannisian R. G. The Armenian People from Ancient to Modern Times. Palgrave Macmillan, 1997. Vol. I. The Dynastic
Periods: From Antiquity to the Fourteenth Century. P. 15. 386 p.
XX əsrin etnosiyasi pazl nümunəsi:
Ermənistan Respublikasının dövlət
gerbindəki heraldika qalxanı üzərində
rəmzlər
Dostları ilə paylaş: |