- 39 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Üçkilsədə “ermənilərin tarixən məskunlaşdığını”
Rusiya oxucusunun diqqətinə
çatdırmaq məqsədilə ilk baxışdan əhəmiyyətsiz görünən “ötəri” bir detalı da
əlavə etməyi unutmamışdılar:
“Dilənçi vəziyyətinə düşmüş katolikosluğun
fəaliyyətini gücləndirmək niyyətilə knyaz Rüstəm Orbelyan Eçmiədzin
monastırına yeddi kənd hədiyyə etmişdi”.
34
“Sünik tarixinə dair oçerklər. IX-XV əsrlər” kitabının müəllifi, erməni
tarixçisi
Qriqor Qriqoryanın təqdim etdiyi versiyada peşəkar tarixçi
saxtakarlığı “obyektiv tədqiqatçı pedantlığı” arxasında məharətlə gizlədilmişdir.
Kitabda erməni patriarxlığının Üçkilsəyə köçürülməsindən bəhs edən “Sünik
türkmən tayfalarının basqınları dövründə” adlanan fəsil yazı üslubuna görə
tarixçi əsərindən daha çox ötən əsrin 60-cı illərinin partiya hesabat-seçki
yığıncaqlarının yekun protokoluna bənzəyir. Sanki, Q.Qriqoryan 1441-ci ildə
keçirilmiş “erməni kilsə məclisində”
şəxsən iştirak etmiş, toplantının katibi
seçilmişdi.
Onun yazdıqlarına görə, həmin iclasda ermənilər müstəqil şəkildə, ruh
yüksəkliyi ilə, eləcə də yekdilliklə patriarxlığı Eçmiədzinə “qaytarmaq” barədə
qərar qəbul etmişdilər! Halbuki, həmin qərarı Qaraqoyunlu hökmdarı Cahan
şah vermiş və toplantı Eçmiədzində deyil, İsfahanda, özü də kiçik heyətin
iştirakı ilə baş tutmuşdu. Unikal rəsmi üslubu saxlamaq
şərti ilə müəllifdən kiçik
sitat gətirək: “
1441-ci ildə İrəvan bəyi Yaqubun (etnik mənşəyi göstərilmir.
Cahan şahın əmri ilə 1440-cı ildən İrəvan hakimi olmuşdur - A.Q.) göstərişi
ilə 300 vardapet, yepiskop, zadəgan yeni katolikos seçmək məqsədilə
Eçmiədzinə toplaşmışdılar. İclasın gündəliyinə iki məsələ salınmışdı:
1. Eçmiədzini bütün dünya ermənilərinin mənəvi-inzibati mərkəzi elan
etmək. 2. Yeni patriarx seçkiləri.
Müzakirələr zamanı Eçmiədzin taxt-
tacının Kilikiyadan Eçmiədzinə köçürülməsinin vacibliyi məsələsinə
də ətraflı toxunulmuşdu. Bu barədə yazıçı-tarixçi Tovma Metsopetsi
məruzə ilə çıxış etmişdi...”.
35
Q.Qriqoryan yarana biləcək şübhələri dağıtmaq
üçün yuxarıda adı çəkilən “erməni knyazı Rüstəm Orbelyan”ın şəxsiyyətinə
də müəyyən aydınlıq gətirməyə çalışmışdır. Onun əsərindən belə məlum
olur ki, “Sünikin Orbelyanlar nəslindən” olan erməni Rüstəm heç də “knyaz”
deyilmiş,
“Cəlal bəyin oğlu, İrəvan şəhərinin əmiri” imiş. Cənab Qriqoryana
yardım
məqsədilə bildirək ki, Gürcüstanda Orbeli
(Orbeliani) nəslinin
davamçılarının bir qolu bu gün də “Cambakuryani” familiyasını daşıyır.
Xatırladaq ki, “erməni Heredotu” Movses Xorenatsi Mamikonlar sülaləsindən
bəhs edərkən onların “çen-bakur”
(bəzən yanlış olaraq, “çin-batır” da yazırlar)
34
Хранители Десницы. “Ноев ковчег”. http://www.noev-kovcheg.ru/mag/2006-10/209.html#ixzz33kZFp7AB
35 Григорян Г. Очерки истории Сюника IX—XV вв..
Глава шестая, Сюник в период нашествий тюркменских племен.
http://www.armenianhouse.org/grigoryan-grigor/syunik/ch6.html
- 40 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
tilulu daşıdıqlarını vurğulamışdır. Digər İrəvan alimi, ermənilərin Qərbi
Azərbaycana köçürülməsinə dair Matenadaranda saxlanılan tarixi sənədləri
saxtalaşdıran professor
Akop Papazyan isə bu qənaətdədir ki, “Cəlal” əslinə
qalsa, “əmir Rüstəmin” atasının deyil, babasının adı olmuşdu. Rüstəmin atası isə
“Paxradavan” adını daşımışdır. Protokol qaydasında
olmasa da, hər iki tarixçiyə
təbii bir sual ünvanlamaq istərdik: əgər Rüstəm həqiqətən də İrəvanın əmiri
olmuşdusa, görəsən nə üçün iclasın keçirilməsinə dair razılığı ondan status
etibarı ilə çox aşağı olan Yaqub bəydən almışdı?
XIX əsrin əvvəllərinədək İrəvan xanlığı
(Çuxursədd) əhalisinin mütləq
əksəriyyəti Azərbaycan türklərindən ibarət idi və 1441-ci ildə erməni
katolikosluğu həmin əraziyə köçürülənə qədər burada ermənilərə məxsus
kənd və yaxud torpaq sahəsi olmamışdı. 1700-cü ilin yazında İrə vanda olmuş
alman səyyahı Kaspari Şillinger də təsdiq edir ki, İrəvan
şə hə rin də Az ər baycan
türkləri tam üstünlük təşkil edirdilər. O yazır:
”İrə van şə hə ri nin da xi lin də
yalnız iranlılar (Az ər bay can türk ləri),
şəhərin nisbətən iri qəsəbəsində (o
cümlədən Üç kil sə də) və müx təlif yer lərdə kilsəyə xidmət üçün erməni tacir
və sə nət kar ları ya şa yırlar. Onlar iranlılara (Azərbaycan türk lə rinə)
vergi ve-
rir lər”. İbrahim Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”
kitabında Üçkilsə rayonu haqqında bildirilir:
“1945-ci il martın 3-nə kimi
bura “Vağarşabad” adlanmışdır. 3 mart 1945-ci ildən “Eçmiədzin” adlanır.
XI əsrə qədər rayonun ərazisi ərəblərin işğalı altında olmuş, XI-XIII
əsrlərdə səlcuqların, XIV-XV əsrlərdə monqollarm hakimiyyətinə tabe
olmuşdur. XV-XVI əsrlərdə Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin
hakimiyyətinin tabeliyində, daha sonra 1502-1827-ci illərdə İrəvan
xanlığının inzibati ərazi bölgüsünə daxil olmuşdur... 1828-ci ildə bağlanan
Türkmənçay müqaviləsinə əsasən, 1828-1830-cu illərdə buraya İranın
Xoy və Salmas, Türkiyənin Van, İqdır, Sürməli vilayətlərindən ermənilər
köçürülmüşdür”.
36
Yeri
gəlmişkən, tanınmış fransız arxeoloqu baron
Jozef dö Bay (1853-1931-
ci illər) Eçmiədzində olarkən onu erməni kilsəsinin ekspozisiyası - müqəddəs
əmanətləri ilə də tanış etmişdilər. Ekskursiyadan sonra vətəninə qayıdan
arxeoloq ermənilərin saxtakarlıq səylərini gülüş hədəfinə çevirən məqalə
yazmışdı. Məlum olmuşdu ki, həmin “eksponatlar”, məsələn, eramızdan əvvəl
“Böyük Ermənistan” dövlətində hazırlanmış nəfis ipək parçaların ornamenti
eynilə Avropanın rokkoko stilindədir. “Erməni xalçaları” isə İran ustaları
tərəfindən toxunmuşdu.
Bundan başqa, Eçmiədzindəki “ermənilərin baş kilsəsi”
heç də IV əsrdə deyil, XV əsrdə və nədənsə Şərq islam memarlığı ənənələri
36 Bayramov İ. “Qərbi Azərbaycanın türk mənşəli toponimləri”, Bakı: Elm, 2002