Hamının Sevimlisi
27
qorxmayıb başladığı işi davam etdirir. Bu vaxtlar Hacı üçün çox ağır keçirdi. Xərc
günbəgün artırdı, qazılan quyudan isə neft nişanəsi görünmürdü. Bununla belə
zəhmətkeş Hacı ümidini kəsməyib zəhmətinin meyvəsini gözləyirdi. Bu ağır günlərdə
qazdığı quyudan neft fəvvarə edir. Beləliklə Hacı məqsədinə çatır. Bundan sonra
Hacı günbəgün qabağa gedir. Zavodda işləyənlər söyləyirlər: - “Biz bu şəxsin səbrinə
və zəhmətinə təəccüb edirdik, bilmirdik Hacı 24 saatda nə vaxt istirahət edir”.
Hörmətli Hacı atasının sözlərini işçilərə deyirmiş: - “Zəhmətdən qorxmayın uşaqlar!”.
İşçilər deyirdilər: - “Hərçənd bizə rahatlıq yox idisə də, Hacının mülayimliyi və
İnsaniyyətliyi bizim ona canı dildən işləməyimizə kömək edirdi. Bizə heç vaxt ağır
söz deməz, təqsirimizdən keçərdi”. Hacı yetimləri, əlsiz-ayaqzıları yaddan
çıxarmazdı, həmişə onlara yardım edərdi. Sağlam adamlar dilənəndə pul verməz işə
qoyardı ki, özləri pul qazansınlar. Hacı bu etdiklərini az bilib millətin işlərinə kömək
edirdi. Yetim uşaqları öz xərcinə oxudur, onlar məktəbi qurtaranda iş tapmalarına
kömək edir və onların yerinə təzə uşaqlar götürüb, öz xərci ilə oxutmağa göndərirdi.
Hörmətli Hacı millətin xoşbəxtliyin məktəbdə, elmdə, təhsildə görürdü. O,
1895-ci ildə Mərdəkan kəndində öz xərcinə 50 yerlik bir sənət məktəbi açmışdır. Bu
məktəbdə dərslər azərbaycanca və rusca keçirilirdi. Eyni zamanda məktəbdə
təsərrüfat və bağ işləri də öyrədilirdi. Həmin məktəbin binasına 31240 manat xərc
çəkilmişdir. İllik xərci isə 5000 manat idi.
Hacının millətə ikinci bəxşişi isə təzə açılan qız məktəbi idi ki, orada
müsəlman qızları oxuyurdu. Qızlar məktəbində təhsil müddəti 4 il idi. Onun 3 ilini
azərbaycanca, 1 ilini isə rusca oxuyurdular. O, məktəbdə oxuyan qızlardan 20 nəfəri
yetim qızlar idi. Onlar Hacının hesabına oxuyurdular. Bunlara ildə 8000 manat pul
xərclənirdi. Həmin bina 300 000 manata başa gəlmişdir.
1896-cı ildə Hacı 20 milyon dəyəri olan zavodu 5 milyon yarıma satıb bez
fabriki açdı. Peterburqdakı qeyrətli müsəlmanlar 1896-cı ildə xeyriyyə binasını inşa
etməyə başlayanda hörmətli Hacı 11 000 manat həmin cəmiyyətə pul köməklik
etmişdir. Bina inşa edildikdən sonra həmin cəmiyyət Hacını o cəmiyyətə çlen seçib
və ona minnətdarlıqlarını bildirmişlər.
Əşir Bəşiroğlu
28
Hacı millətə xeyir verən kitabları öz xərcinə çap etdirirdi. Hacının xərcinə çap
olunan kitablar bunlardı:
1)
“Tarixi-müqəddəs” Əsəri - Molla Əbdülsələm Axundzadə, 500 manat xərc
çəkilib.
2)
“Şərabçı” (xərci bilinmir).
3)
“Allah divanı” əsəri - Sultan Məcid Qəniyev, 300 manata qədər xərc çəkilib
4)
“Əşyari” Seyid Əzim Şirvani, 500 manat xərc çəkilib.
5)
“Nadir Şah” əsəri – Nəriman Nərimanov, 350 manat xərc çəkilib. Bu əsər
cənab Hacının xahişinə görə fars dilinə tərcümə olunub.
1895-ci ildə Badkubədə rus dilində verilən “Kaspi” qəzetini Hacı 57 000
manata alıbdır. Bu qəzeti almaqda onun məqsədi xalqına xidmət etmək olmuşdur.
Badkubədə teatrın əvvəlinci binasını qoyan hörmətli Hacı olubdur. Teatrın bir gecəlik
kirayəsinin 100 manat olmasına baxmayaraq Hacı o pulu almır, əksinə cəmiyyətin
xeyrinə pul da bağışlayırdı. 1900-cu ildə Hacı 100 000-ə qədər xərc qoyub teatrı
təzələndirdi. Teatrın yeri balalca olsa da özü gözəl bir teatr idi. Hörmətli Hacının
teatra olan xidmətlərini qiymətləndirən erməni artistləri 1900-cu ildə ona razılıqlarını
bildirərək öz nitqlərini ona bağışladılar. O, nitq yazılmış kağızda bu sözlər
yazılmışdır:
“Hörmətli Hacı Zeynalabdin! Qədim zamandan, qədim yunanlardan,
ərəblərdən, qeyri-mədəniyyət yolunda can qoyan tayfaların vaxtından bəri teatrın ağla,
ruha tərbiyyə verməyi gün kimi aşkardı. Bədkubə qeyri şəhərlər təki qaranlıqdan
işığa düşməyə çalışır, amma bu vaxtadək bu şəhərdə əvvəl kimin fikrinə düşübdür o
evin binası ki, teatrın gözəl olan əsərini xalqa yaysın. Bizə yaxşı məlumdur ki,
Bədkubədə bu işin fikrinə düşən əvvəl siz olubsunuz, hörmətli və qeyrətli Hacı!
Ancaq suz bu fikirdə olub teatrı icad edibsiniz, hənuz bu teatrı, hansı ki, neçə
ilin ərzində günün şəfəqləri kimi şəfəqləri yazıbdır. Biz erməni teatrının görkəmli
qulluqçuları Sizin bu barədə olan zəhmətinizi və mərhəmətinizi hiss edib bu gün təzə
bəzənmiş teatra nəzər yetirib və ürəyimiz şad olub, bu günü bayram edirik və canı-dil
ilə yekdil sizə öz hissiyatımızı zikr edirik: Sağ olsun bu teatrı bina edən! Sağ olsun
hörmətli və izzəli Hacı Zeynalabdin!”
Hamının Sevimlisi
29
Bu sözlərdən sonra hörmətli Hacının şadlığından gözləri yaşarıb dedi:
“Sizdən çox razıyam, sizin sözləriniz gələcəkdə teatra daha çox xidmət
göstərməyimə səbəb olur”.
Hacının xidmətləri təkcə müsəlman millətinə yox, qeyri millətlərə də olub.
Badkubədə və qeyri şəhərlərdə təzə açılan xəstəxanalara, məktəblərə, cəmiyyəti-
xeyriyyələrə Hacı vəsait xərcləyib.
Padşah (imperator-əzəm onun xidmətlərini yüksək qoymətləndirib, onu orden
və medallarla təltif edib. 1872-ci ildən cənab Hacı Badkubə Dumada qlasnı hesab
olunur, bu qulluqda hörmətli Hacının həm şəhərə, həm də cəmaətə böyük köməyi
çatır.
Bu vaxtadək qeyrətli Hacının ümumi xalq və millət işlərinə 1 000 000 manata
qədər xərci çıxıb. Bu fani dünyada dövlətdən ötrü insaflarını satanlar bunu oxuyanda,
yəni pulun qədərini görəndə ağızları açıla qalacaqdır. Başqalarından utanmasalar da
öz aləmlərində özləri özlərindən utanacaqlar!...
Haz-hazırda Hacı 63 yaşında olsa da çox diribaş görünür. O, ortaboy, tökmə
şəxsdir. Hər bir əzası dürüst, əqli, kəmalı yerində bir adamdır. Səhər saat 10-dan
ikiyədək kontorunda olur. 30-40 nəfər isə söhbət edir, arada məişət işləri ilə də
məşğul olur. Hər gün rus mirzəsi rus libasında məşhur qəzetləri oxuyur və arada sual-
cavab olur. Sonra müsəlman mirzəsi İranda, Osmanlıda, Hindistanda və Misirdə
verilən türk, fars və ərəb qəzetlərini oxuyur. Hacı çox diqqətlə qulaq asır və öz fikrini
söyləyir. O, siyasi məsələlərə çox fikir verir. Onun hafizəsi çox itidir. Hər gün 10
qəzet oxunur. Sabah hamısından xəbər verməyə hazırdır. Hansı məlumatın hansı
qəzetdə olmasını səhvsiz soyləyir. O, nəinki türkcə və hətta rusca mədəniyyətdən və
siyasətdən söhbət etməyə hazırdır. Savadlı insanlar Hacının elmlərdən, tarixdən
xəbərdar olmasına təəccüb edirlər. Onun xasiyyəti çox mülayim, kiçiklərə hörmət
edən, dediyi bir sözü iki olmayan, verdiyi vədə əməl edən, haqq sözdən qaçmayan,
günahkarın təqsirindən keçən, öz səhvini gizlətməyən, qeybətdən qaçan, ürəyi saf bir
insandır. O, teatrı çox sevir, hər axşam öz lojasında əyləşib artistlərin oynamasına çox
diqqətlə baxır.
Dostları ilə paylaş: |