ƏġĠR BƏġĠROĞLU
H
H
A
A
M
M
I
I
N
N
I
I
N
N
S
S
E
E
V
V
İ
İ
M
M
L
L
İ
İ
S
S
İ
İ
(
(
H
H
.
.
Z
Z
.
.
T
T
a
a
ğ
ğ
i
i
y
y
e
e
v
v
h
h
a
a
q
q
q
q
ı
ı
n
n
d
d
a
a
)
)
Bakı-“Təknur”-2012
Əşir Bəşiroğlu
2
Redaktor: Bəhram Salman oğlu Avilov, Fəlsəfə doktoru
Korrektor: Zərifə Ġsmayıl qızı Rzayeva,
Filologiya elmləri namizədi, dosent.
ƏĢir BəĢiroğlu. Hamının sevimlisi
(H.Z.Tağıyev haqqında)
Bakı: “Təknur” nəĢriyyatı, 2012 səh.
Bu kitab Ģair ƏĢir BəĢiroğlunun oxucularla 11-cu görĢüdür.
Kitabda xalqımızın böyük oğlu, xeyriyyəçi, hamının sevimlisi, məĢhur
milyonçu H.Z. Tağıyevin fəaliyyətindən söhbət açılır.
Ə.BəĢiroğlu, 2012
Hamının Sevimlisi
3
MÜƏLLĠF HAQQINDA
Əşir Bəşiroğlu (Fətəliyev Əşir Bəşir oğlu)
3 noyabr 1935-ci ildə Qubadlı rayonunun Aşağı
Mollu kəndində anadan olub. 1953-cü ildə
Xanlıq kənd orta məktəbini bitirib. 1954-1957-ci
illərdə hərbi xidmətdə olub. 1958-ci ildən 1969-
cu ilə qədər Sumqayıt Aliminium zavodunda
fəhlə, növbə rəisi və sex partiya komitəsinin
katibi işləmişdir. Dəfələrlə Sumqayıt şəhər
sovetinin deputatı və konfrans nümayəndəsi
seçilmişdir.
İşləyə-işləyə
təhsilini
davam
etdirmişdir.
O,
əvvəlcə
Bakı
Statistika
Texnikumunu, sonra isə V.İ.Lenin adına APİ-ni bitirmişdir. İnstitutu qurtaran ildən
anadan olduğu Mollu kənd orta məktəbində müəllim işləmişdir. 03.11.1970-ci ildə
Mollu kəndindəki “Qaçaq Nəbi” adına kolxoza kolxoz idarə heyəıtinin sədri
seçilmişdir. İşlədiyi müddətdə kolxoz Keçici Qırmızı Bayraq, o, özü isə fəxri fərman
və döş nişanı ilə təltif olunmuşdur. 25 dekabr 1975-ci ildə səhəti ilə əlaqədar
vəzifədən çıxmışdır. Yenə də Aşağı Mollu kənd orta məktəbində müəllim işləmişdir.
Hal-hazırda o məktəb Sumqayıt şəhərində fəaliyyət göstərir.
İri həcmli 10 kitab yazıb oxuculara təqdim etmişdir. Bu kitab şairin oxucularla
11-ci görüşüdür. Onun əvvəlki kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.
Biz inanrıq ki, bu kitab da oxucular tərəfindən rəğbətlə qarşılanacaqdır.
Şair Əşir Bəşiroğlu Azərbaycan KİVİNİ-nin və Azərbaycan yazıçılar birliyinin
üzvüdür.
“Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomları mükafatı
laureatıdır.
Əşir Bəşiroğlu
4
TARĠXĠN QAN YADDAġI
Unutmamalıyıq ki, 1988-1994-cü illərdə Azərbaycanın bu torpaqları ermənilər
tərəfindən işğal edilmişdir.
1.
Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə,
Hadrut), işğal tarixi - 1988-1994-cü illər, Sahəsi: 4400 kv.km
2.
Şərur rayonunun Kərki və Cünnüt kəndləri (17 fevral 1990). Sahəsi: 19 kv.km
3.
Laçın (17 may 1992). Sahəsi: 1835 kv.km
4.
Kəlbəcər (3-4 aprel 1993). Sahəsi: 1936 kv.km
5.
Ağdam (23 iyul 1993). Sahəsi: 1094 kv.km
6.
Cəbrayıl (18 avqust 1993). Sahəsi: 1059 kv.km
7.
Füzuli (23 avqust 1993). Sahəsi: 1386 kv.km
8.
Qubadlı (31 avqust 1993). Sahəsi: 802 kv.km
9.
Zəngilan (30 oktyabr 1993). Sahəsi: 707 kv.km
Bu torpaqların azad edilməsi bizim müqəddəs borcumuzdur. Mən əminəm ki, bizim
qəhrəman milli ordumuz tezliklə bu torpaqları düşmən tapdağından azad edəcəkdir.
Siz də əmin olun, mənim istəkli həmvətənlərim! Amin...
Hamının Sevimlisi
5
ÖN SÖZ
Bizim ana torpağımızda nəsillər bir-birini əvəz etmiş, dünyanın pəncərəsindən
çoxları baxıb keçmişlər. Dünyaya göz açmış baba və nənələrimiz yaşayıb-yaratmış,
əkib-biçmiş, dünyaya yeni nəsil gətirmiş, bəzi cavan, bəzi ahıl yaşında dünyaya göz
yummuş və dünyalarını dəyişmişlər.
Tarixçilərin dediklərinə görə, iki ayaq üstündə yeriyən varlıqlar milyon yarım-
iki milyon il bundan qabaq yaşamışlar. Yer kürəsinin tarixi isə daha qədimdir. Bu iki
ayaqlılar insandan çox meymuna bənzəmiş, uzun illər təkamül yolu keçdikdən sonra
təxminən 350-400 min il bundan əvvəl insana oxşamağa başlamışlar. Mağaralarda
yaşayıb və əşyalar düzəltməyə başlayıblar. Yer kürəsində belə mağaralardan biri,
bəlkə də ən qədimi bizim yurdumuzda Quruçay yaxınlığında olmuşdur - Azıx
mağarası. Lakin müasir insanlara bənzər, şüurlu insanlar, bizim ulu baba və
nənələrimiz otuz-qırx min il bundan qabaq yaşamışlar. Bu nənə və babalarımızın
hamısı eyni təbiətli, eyni xasiyyətli olmamış, biri işlək, o biri tənbəl, biri hər şeyi
bilməyə çalışan, o biri hər şeyə laqeyd, biganə olmuşdur. Biri yaratmaq eşqiylə
yanan, o biri yanmamış külə dönən olmuşdur. Yaradıcı insanlar da bir-birindən
fərqlənmişlər. Bəzi öyrənmiş, bilmiş, yaratmış yalnız onun dövrü ilə səslənmiş və o
öləndə yaratdığı da ölmüşdür. Belə yaradıcı insanlar icərisində çox nadirləri olmuşdur
ki, yaratdıqları nəsildən-nəsilə keçmiş və onu yaradanı yaşatmışdır. Belə xoşbəxt
yaradıcı insanlar isə barmaqla sayılacaq qədər az olmuşdur. O dövrdən başlayaraq bir
nəsil digərini əvəz etmiş, dövlətlər yaranmış, dağılmış, yenisi yaranmış, yenə
dağılmış, nəsillər, insanlar gəlib getmiş, xalqlar, millətlər yaranmış, hər xalq özünün
bu və ya digər görkəmli oğlunu, yaxud qızını yetişdirmiş, xalq ölüb getmiş onların da
böyük əksəriyyətinin adları tarix səhifəsindən silinmiş və unudulmuşdur. Lakin
xalqların hamısı ölmür, yaşayır, yaradır, ona mənsub olan insan nəsilləri bir-birini
əvəz edir, gəlir, gedir. Eləsi də olur ki, onların qoyub getdikləri yadigarlar yaşayır,
illər, yüzilliklər keçir, qoyub getdikləri yadigarlar öz sahiblərinin adlarını yaşadır,
əbədiləşdirir. Hər xalq öz yaradıcı insanlarını yaşadır və onu başqa xalqlara tanıdır.
Dostları ilə paylaş: |