« Elmi x
əbərlər» Biologiya
2017/№1/23 səh. 22-25
UOT 631.525
AZƏRBAYCANDA YAYILMIŞ ARDIC (JUNIPERUS L.) CİNSİNİN EKOLOJİ VƏ
BİOMORFOLOJİ TƏHLİLİ
1
Qurbanov Elşad Məcnun oğlu
2
Rzayeva Afaq Aydın qızı
1
Bakı Dövlət Universiteti, Z.Xəlilov 23
2
AMEA Dendrologiya İnstitutu, Mərdəkan qəsəbəsi, S.Yesenin 89
1
elshad_g@rambler.ru
2
afarzayeva@gmail.com
Açar sözl
ər: ardıc , fanerofit, arid, kalsifil , litofil, heliofit
Xülas
ə:Hazırkı qlobal-texnogen böhran şəraitində yerli floranın əhəmiyyətli cins və növlərinin
t
əbiət və antropogen faktorların təsiri altında dəyişilməsinin proqnozlaşırılması baxımından
öyr
ənilməsi çox mühümdür. Belə cinslərdən biri olan Ardıcın ( Juniperus L. ) ekoloji, coğrafi və
biomorfoloji t
əhlili tərəfimizdən aparılmış , əldə olunan nəticələr məqalədə özəksini tapmışdır.
T
ədqiq olunan ərazidə ardıcın təbii halda və introduksiya olunmuş 8 növü yayılmışdır.
Respublikamızda ardıc meşələrinə azmeyilli yamaclarda, rütubətli və münbit torpaqlarda həm də
qayalıqlarda quru və daşlı ərazilərdə rast gəlinir. Azərbaycanın seyrək meşəlik sahələrində
yayılmış ən geniş ardıc meşələri Bozdağ silsiləsinin yamaclarında yayılmışdır. Bozdağ silsiləsi
q
ədimdən bəri yerli əhalinin otlaq sahələri olduğundan buradakı meşəliklər intensiv istismar
edilmişdir. Meşələrin bitmə şəraitinin dəyişilməsi və insan fəaliyyəti sayəsində arid seyrək
meşəliklərin sahəsi xeyli azalmışdır. Ardıc meşəlıri məhv edilən sahələr isə tədricən yovşanlı
yarımsəhralara çevrilmişdir.
Material v
ə iş üsulu : Ardıc ( Juniperus ) kol, bir və ya bir neçə gövdəli ağac və ya sərilən kol
h
əyati formalarında mövcud ola bilir[ 1 ]. Juniperus communis yaşama şəraiti yaxşı olduqda
geoksil kol v
ə ya bir gövdəli ağac şəklində bitir. Deməli bu bitki üçün başlanğıc forma ağac
formasıdır. Qeyd etmək lazımdır ki, həyati formaları asanlıqla dəyişikliklərə məruz qalan bitki
növl
əri üçün başlanğıc forma anlayışından istifadə olunur[ 6 ]. Başlanğıc forma müxtəlif həyati
formalarda t
əsadüf olunan bitkinin optimal şəraitdə təcəssüm olunan formasıdır.Serebryakova
gör
ə [ 3 ]ağac həyati forması mülayimmühit şəraitinə uyğunlaşmadır. Azərbaycanın arid
meşələrində meşənin hava , su , iqlimşəraiti az dəyişən ortazonalarında J. Communisə ağac
şəklində təsadüf olunur. Lakin bildiyimiz kimi ardıc cücərtilərinin böyüməsi çox uzun müddət
alır və əgər bu ağac yaşayışyerlərinə yaxın, otlaq sahələrinə yaxın bitmişsə hündürlüyü 1m-ə
çatmamış əsas gövdənin oxu heyvanlar tərəfindən zədələnir. Eyni zamanda bu vaxt dərman
m
əqsədilə ardıc yarpaqlarının istifadə olunduğunu xatırlasaq antropogen təsiri də nəzərə
almalıyıq. Əsas gövdə zədələndikdə ondan aşağıda yerləşən yatmış tumurcuqlar oyanır. Əsas
gövd
ə oxundan aşağıdakı budaqlar sayəsində bitki cox gövdəli kol və ya alçaq ağac həyati
formasına keçəcəkdir. Daha yüksək dağlıq ərazilərdə meşənin yuxarı sərhəddində isə ardıc
bitkisi daha çox geoksil kol şəklində bitir. Bu həyati forma, ağacın əsas lider oxunun zədələnmə
« Elmi x
əbərlər» Biologiya
n
əticəsində öz inkişafını saxlaması və aşağı budaqların torpağa yaxın hissədə kol əmələ gətirməsi
il
ə yaranır. Aparılan müşahidələr və ədəbiyyat təhlili əsasında tədqiq olunan ərazidə ardıcın
yuxarıda sadalanam bütün həyati formalarına təsadüf olunmuşdur. Arid meşələrin sakini
olan Ağıriyli ardıc (Juniperus foetidissima ),Adi ardic (Juniperus communis) ağacları biotik və
antropogen faktorların təsiri altında ciddi dəyişikliyə məruz qalmışlar. Meşələrin daha hündür
seyr
ək ərazilərində ardıc ağacları daha hündür ağac şəklində ,aşağı sərhəddində isə nisbətən
alçaq ağac və ya bir neçəgövdəli ağac formasında təsadüf olunur.Azərbaycan şəraitində təbii
halda geoksimal kol h
əyati forması xarakterik olmasa da introduksiya olunmuş horizontal ardıc
(Juniperus horizontalis) s
ərilən gövdə şəklində meydana çıxan həyati formaların seçilərək
genetik möhk
əmləndirilməsi nəticəsində meydana gələn həyati formadır.
N
əticə:Beləliklə, ümumilikdə ardıc növlərini Serebryakovun həyati formalarına görə təhlil etsək,
onların hamısının ( Serebryakov, 1962) oduncaqlaşmış gövdəli bitkilərə aid edə bilərik[3 ].
Ardıc növlərinin Raunkierin [ 8 ]1884-cü ildə təklif etdiyi həyati formalara görə təsniif etdikdə
onların hamısının fanerofitlərə aid edə bilərik (cədvəl 1 ).
İşıq ardıc bitkisinin inkişafında çox mühüm rol oynayır belə ki,yetkin ardıc ağacı heliofit olub
100% işıqlanma şəraitində inkişaf edir. Lakin yuvenil mərhələdə olan ardıc ağacları
kölg
əyədavamlılığı ilə seçilir.
Ardıc bitkisi ətraf mühit faktorlarına qarşı tələbkar deyildir. Onların morfoloji xüsusiyyətləri
ətraf mühitə tolerantlığa səbəb olmuşdur. Qışda şaxtalı havada köklər tərəfindən suyun sorulması
olduqca azalır. Mart ayından başlayaraq havanın temperaturunun artması transpirasiya sürətini
d
ə artırır. Lakin bütün ardıc növləri suyun buxarlanmasını azaldan morfoloji və ekofizioloji
uyğunlaşmalara malik olduqlarından kserofitdirlər. Qeyd etmək lazımdır ki, yuvenil ardıclarda
transpirasiya sür
əti matura və reproduktiv bitkilərdən çox olur. Bir ardıc bitkisi yuvenil dövrdən
reproduktiv dövr
ə kimi transpirasiya qabiliyyətinin təxminən 40 %-ni itirir .
Ardıc bitkisi arid mühitdə yayılmışdır və bu mühitdə torpaqlarda Ca çox olur. Kalsiumun
torpağa verilməsi hidrogen və alüminium ionlarının zərərli təsirini azaldır, torpağın quruluşunu
yaxşılaşdırır[ 2 ]. Kalsium karbonat torpaqdakı turşuları neytrallaşdırır və zəif qələvilik yaradır.
Ardıclar kalsifil bitki olaraq digər bitkilərə nisbətən kalsiumu çox qəbul edirlər.Torpağın fiziki
xass
ələrinə münasibətinə görə ardıclar litofit bitkilərdir və daşlı qayalıq ərazilərdə daha yaxşı
inkişaf edirlər.(cədvəl 1 ).
C
ədvəl1. Azərbaycanda yayılmış ardıc növlərinin ekoloji analizi.
Növl
ər
Serebryakova
gör
ə həyati
forma
Raunkier
ə
gör
ə həyati
forma
İşığa
münasib
ətinə
gör
ə
Torpağa
münasib
ətinə görə
Suya
münasib
ətinə
gör
ə
Adi ardıc
ağac
mezofanerofit
heliofit
litofit,bazifil,kalsifil
kserofit
Qırmızı ardıc
kol
mezofanerofit
heliofit
litofit,bazifil,
kalsifil
kserofit
Ağıriyli ardıc
ağac
mezofanerofit
heliofit
litofit,bazifil,
kalsifil
kserofit
Qazax ardıcı
kol
nanofanerofit
heliofit
litofit,bazifil,
kalsifil
kserofit
Virginiya
ardıcı
ağac
mezofanerofit
heliofit
litofit,bazifil,
kalsifil
kserofit
Çoxmeyv
əli
ardıc
ağac
mezofanerofit
heliofit
litofit,bazifil,
kalsifil
kserofit
Horizontal
kol
nanofanerofit
heliofit
litofit,bazifil,
kserofit
« Elmi x
əbərlər» Biologiya
ardıc
kalsifil
Yarımşarşəkilli
ardıc
ağac
mezofanerofit
heliofit
litofit,bazifil,
kalsifil
kserofit
Yenilik: T
ərəfimizdən aparılan marşrut müşahidələri və ədəbiyyat xülasələri əsasında Gatsuk
sistemin
ə uyğun olaraq Ardıc növlərinin biomorfoloji vahidlər üzrə təsnifatı tərtib
olunmuşdur.Bitkilərin yaş dövrlərinin biomorfoloji təsviri üçün istifadə olunan metodlar arasında
L.Gatcuk t
ərəfindən təklif olunmuş (Age states of plants, 1986) sistem həm olduqca[ 10 ] praktik
v
ə həm də ardıc bitkisi kimi həyati forması dəyişkən olan iynəyarpaqlılar üçün münasibdir.
Gatsuk sistemini ardıc bitkisi üçün aşağıdakı qaydada təsvir etmək olar.
1.Gil
əmeyvəyə bənzər qoza: Torpağa düşərək qabığının parçalanması və toxumların cücərməsi
üçün
ən azı üç il vaxt lazımdır. Toxumlar cücərmədən öncə uzunmüddətli stratifikasiyaya məruz
qalırlar . Ədəbiyyatlardakı məlumatlara görə[ 10 ] ardıc toxumlarının cücərdilməsi üzrə ən
yüks
ək nəticə Soule tərəfindən 2004cü ildə alınmışdı. Bu zaman müəllif xüsusi olaraq qeyd edir
ki, cüc
ərtilər rütubətli yay keçirdikdən sonra daha sürətlə inkişaf etmişlər. Lakin bununla bərabər
Miller v
ə Rose-a görə (Miller, Rose 1995) süni şəkildə bitən cücərtinin böyümə sürəti hər zaman
meşədə təbii haldakı böyümədən az olur.
2.Cüc
ərti mərhələsi: Toxumdan cücərtilərin əmələ gəlməsi 10 il cəkir. Bu müddət ərzində əsas
kök f
əal inkişaf edir .10 yaşdan yuxarı ana kökün böyüməsi dayanır və ya çox zəifləyir əvəzində
yan v
ə əlavə köklərin inkişafı sürətlənir. Böyümə sürəti ildə 2.7-2.9 sm-dir.
3.Yuvenil bitki: yaşı 10 -15 il, hündürlüyü həyati formasından asılı olaraq 0-3 metr arasında
d
əyişir. Yuvenil bitki cücərtidən budaqlanmayan və ya monopodial budaqlanan gövdəsinə görə
seçilir. Kök sistemi vertikal
əsas kök və lateral yan köklərdən təşkil olunub. Yuvenil bitki
kölg
əyədavamlılığı ilə seçilir. Bu dövrdə böyümə ildə təxminən 7-7.5smdir.( Miller. Biology
ecology and management of western Juniper. Origona 2005 )Qeyd etm
ək lazımdır ki ardıc
bitkisind
ə yarpaqların quruluşu ontogenetik dövrlər üzrə dəyişir. 15 yaşlı yuvenil bitkidə
reproduktiv bitkid
ən fərqli olaraq yarpaqlar iynəşəkillidir.
4.İmmatura bitki. Bu dövr 20 30 yaşları əhatə edir. Yaşlı bitkiyə xas xarici quruluşa m1alik olsa
da bel
ə bitki toxum və meyvə əmələ gətirə bilmir və ya çox az sayda əmələ gətirir.
5.İlkin matura bitki: 30 -50 yaşlarında çoxalmağa başlayan ağaclar bu kateqoriyaya aiddir.
6.Matura reproduktiv
bitki: Ardıclar maksimal hundurluyə 80 100 yaşlarında çatırlar
Ədəbiyyat
1. Qurbanov E.M. Ali bitkilərin sistematikası , Bakı Dövlət Universiteti nəşriyyatı -
2009 , s
əh.117-119
2. Məmmədov Q. Ş. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. «Elm», 1998
, s
əh.282
3.
И. . Ж
, - ,
1962,
113-135
4.
. И .
.
,
, 1950-1961, . I-VIII
5. Ш
. .
, ., И .
,1964 ,
.447
6. Ш
. . Э
. ,
.
, 1950,
. 375
7.
. .
. .,
, 1969,
.200
8. Raunkier C. Life forms of plants and statistical plant geography. 1934 , N 1, 164 p.
9. Miller. Biology ecology and management of western Juniper. Origona 2005
10. Junipers of the world/ The Genus Juniperus ? 4
th
Edition , Dr. Robert P. Adams 2015,
« Elmi x
əbərlər» Biologiya
( online)415 p.
Summary
ECOLOGICAL AND BIOMORPHOLOGICAL ANALYS OF JUNIPERUS ( L.)
SPECIES IN AZERBAIJAN
Gurbanov Elshad Mecnun oglu
RzayevaAfag
Aydinqızı
Key words: Juniperus, phanerophytes, ecological analys, biomorphological analys
The present article is devoted to the study of modern status of Juniperus spesies of Azerbaijan
Republic.
It was revealed that studied flora includes 8 spesies of Juniperus. Analys of life forms shows the
dominance of phanerophytes and shrubs
ю
Ч
Ф
Ч
( JUNIPERUS L.)
р
ш
Ключевые
слова:
,
,
,
(Juniperus L.)
.
.
,
.
Dostları ilə paylaş: |