yeddi yaşı var idi və mən onu ilk dəfə Nikolay küçəsindən litseyə getdiyi
birinci gündən
tanıyırdım.
Nino yanımda oturdu. Onun gözəl kipriklərinin altından gözləri par-par parıldayırdı:
“Deməli, axır ki, imtahanı verdin, hə? Sənə görə bir az narahat idim”.
Əlimi onun çiyninə qoydum: “Bir az həyəcanlı idim. Amma görürsən də, qəlbində tanrı
qorxusu olan Allah həmişə kömək edir”.
Nino gülə-gülə: “bir ildən sonra sənin də mənim üçün Tanrı rolu oynamağın gərək
olacaq. İstəyirəm ki, bizim imtahanlar başlayanda partamın altında gizlənib riyaziyyatdan
verilən sualların cavablarını mənə pıçıldayasan.
Hələ bir neçə il bundan əvvəl biz bu barədə razılığa gəlmişdik. O zaman on iki yaşlı
Nino böyük tənəffüsdə gözləri yaşla dolu məktəblərimizin arasındakı yolu qaçaraq bizim
tərəfə gəldi və məni öz siniflərinə dartıb apardı. Mən dərs boyunca onun partasının
altında çömbəlib, müəllimin riyaziyyatdan soruşduğu sualların cavablarını kitaba baxıb
Ninoya pıçıldayırdım. O gündən bəri mən Ninonun nəzərində bir
qəhrəman olaraq
qalmışdım.
- Əmin və onun xanımı necədir? - deyə Nino soruşdu. Deyəsən qərb təbabəti əmimin
xanımına yardım edib, amma Zeynəb xanımda heç bir əlamət görünmür. Buna
baxmayaraq əmim göstərilən yardımın köməyinə böyük ümidlər bəsləyir – dedim.
- Sən arvadını çadranın altında gizlədəcəksən mi? - deyə Nino dilləndi.
- Onu qəti deyə bilmirəm. Vəziyyətə baxır. Çadra qadını günəşdən, tozdan və yadların
pis baxışlarından qoruyur.
Birdən birə Ninonun sifəti qıpqırmızı qızardı.
- Sən həmişəlik olaraq Asiyalı qalacaqsan. Yad baxışlar sənə niyə mane olur? Qadın
başqasının xoşuna gəlmək istəyərsə nə olar?
- Qadın gərək başqasının yox yalnız öz ərinin xoşuna gəlməyə çalışsın. Açıq sifət, çılpaq
kürək, yarıya kimi örtülmüş sinə, incə ayaqlardakı şəffaf corablar – bunların hamısı nəsə
vəd edir. Çünki qadını belə vəziyyətdə görən kişi, daha artığını görmək istəyəcəkdir.
Kişini belə arzulardan “qorumaq” üçün isə qadın çadra örtməlidir.
Nino mənə təəccüblə baxa-baxa qaldı.
- Səncə, Avropada on yeddi yaşındakı qızlarla on doqquz yaşındakı oğlanlar heç belə
şeylərdən danışarlarmı?
- Zənn etmirəm.
- Elə isə gəl biz də bu barədə danışmayaq – deyə Nino sərt şəkildə dedi və dodaqlarını
sıxdı.
Əlim Ninonun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan günəşin son parıltısı onun
gözlərinə düşmüşdü. Ona doğru əyildim... Onun dodaqları incəliklə, iradəsiz aralandı.
Mən biçimsiz bir şəkildə onu xeyli öpdüm.
Sonra birdən məni itələyib, məndən ayrıldı.
İkimiz də susub alaqaranlığı seyr edirdik. Bir az sonra etdiyimiz hərəkətdən utanmış kimi
olaraq ayağa qalxdıq.
Əl-ələ verib Qubernator bağını tərk etdik.
Bağdan çıxarkən Nino dilləndi:
- Hər halda, mən də gərək çadra geyəydim.
15
O, pərt halda gülümsədi. İndi hər şey öz yoluna düşmüşdü. Mən onu evlərinə qədər
ötürdüm. Ayrılarkən: “Şübhəsiz ki, sizin buraxılış gecəsinə gələcəyəm!” dedi. Onun əlini
tutdum: “Nino, bu yay nə edəcəksən?” dedim.
- Yayda biz ailəvi Şuşaya gedəcəyik.
Amma bu o demək deyil ki, biz Şuşaya gediriksə,
sən də gərək oraya gedəsən.
- Çox yaxşı, belə isə yayda Şuşada görüşərik:
- Əli xan, vallahi sən lap zəhlə tökən adamsan. Amma heç bilmirəm ki,
niyə səndən bu
qədər xoşum gəlir.
Nino evlərinə girdi, arxasınca qapı bağlandı. Mən isə evimizə getdim. Əmimin sifəti
qurumuş bir kərtənkələni andıran xədimağası dişlərini ağarda-ağarda mənə dedi: “Gürcü
qadınları çox gözəldirlər, xan. Amma onları bağlarda çoxlu adamların keçdiyi yerlərdə
öpmək yaramaz. Çünki ətrafdan bunu görən olur”.
Onun qansız qulağını çəkdim. Xədimağaların istədikləri
zaman son dərəcə şeytan
olmaqlarını bilirdim.
Sonra atamı görməyə getdim.
- Məzun olduğum üçün, sən mənə üç arzumun yerinə yetirilməsinə söz vermişdin.
Səndən istəyəcəyimin birincisini artıq bilirəm – dedim.
Bu yay Qarabağa getmək istəyirəm.
Atam uzun-uzadı üzümə baxdı və sonra gülümsəyərək başını yırğaladı.
IV
Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran
çöldə tozlu, böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra
bir gün zəlzələlərin biri onun torpaq sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da
neft fışqırmağa başlamışdı. O gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq
üçün başqa yollar axtarmağa lüzum görməmişdi. Sel
kimi gələn pulu comərdcəsinə
xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır və onun üçün bu pul yükə
çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq bir talehin
ardından sonra kişi bir fəlakətin gələcəyinə inanmağa başlamışdı.
Zeynal ağa məhkum
olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər,
xəstəxanalar, təcridxanalar tikdirirdi. Bu arada Məkkəyə də həccə gedib hacı olmuş və
orada da yetimxanalar tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında
ikən evləndiyi on səkkiz yaşlı arvadı onun namusuna ləkə gətirmişdi. Zeynal ağa
zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış, ondan sonra da bir yorğun
kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış,
bir oğlu onu tərk etmiş, o birisi oğlu isə özünü
intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi.
Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı
sarayında yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif
yoldaşımız olduğu üçün buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal
ağanın evinin böyük ziyafət salonunda təşkil edilmişdi.
16