OZAN DÜNYASI № 4(19), 2014
14
Sazıma vurğunam, son nəfəsimdə
Sazımı qaldırıb çalasıyam mən.
Çıxsın meydanıma özündən deyən,
Nəğməmlə qalalar alasıyam mən.
Atam fəhlə olub, özümsə aşıq,
Hər sözüm məclisə verib yaraşıq.
Kiminlə ürəkdən dostuq, sirdaşıq,
Onunla ömürlük qalasıyam mən.
Pənaham, istərəm hər ürək gülsün,
Dünya sinəsindən dərd-qəmi silsin.
Yerimi öyrənmək istəyən bilsin,
Bu qoca Muğanın balasıyam mən.
Bu şeir Aşıq Pənahın sinəsindən – qəlb dünyasından qopmaqla onun
varlığının sirlərini, onun düşüncəsinin fəsəfəsini özündə əks etdirir. Bu
baxımdan, sənətkarın şeirinin hər bir misrasının yükü, məna çəkisi var.
O, “Sazıma vurğunam, son nəfəsimdə // Sazımı qaldırıb çalasıym mən”
deməklə bir tərəfdən öz mənəvi kimliyini təsdiq edir, digər tərəfdən sənə-
tə bağlılığını poetik şəkildə bəyan edir. Bu, sənətə iddia olmaqla bərabər,
özünəinamdır. Aşıq Pənah öz aşıq kimliyinin həqiqətinə, doğruluğuna,
mənasına inanır. Onun bütün həyat gücü, sənət cəsarəti bu inamdan qay-
naqlanır. Bu baxımdan, aşığın “Çıxsın meydanıma özündən deyən //
Nəğməmlə qalalar alasıyam mən” çağırışı, sadəcə, poetik pafos yox, söz-
də, sənətdə özünü təsdiq etmiş, Azərbaycan aşıq sənətində öz cığırını, öz
yolunu yaratmış bir sənətkarın mənəvi varlığının poetik manifestasi-
yasıdır.
“Atam fəhlə olub, özımsə aşıq // Hər sözüm məclisə verib yaraşıq”
misraları da özündə aşağıdakı böyük mənalar yaşadır: Başqa sözlə, Aşıq
Pənah “Atam fəhlə olub, özümsə aşıq” deməklə mənsub olduğu dünyanın
sosial tablosunu cızır. Lakin burada sosiallıq heç bir halda vulqar sosi-
oloji təbliğat yükünü daşımır. Yəni o, atasının fəhlə, özünün aşıq oldu-
ğunu deməklə heç də sovet təbliğatına xidmət etmir. Halbuki misradan
ilk növbədə bu məna görünür. Lakin əslində, belə deyil. Aşıq Pənah
“Atam fəhlə olub, özümsə aşıq” deməklə bir sənətkar kimi həyat yolunun
özünəməxsusluğunu qabardır. Məlumdur ki, sənətkar ailəsində doğulub,
səsi olanlar, adətən, öz sənətkar atalarının yolunu davam etdirirlər. Aşıq
ailəsində dünyaya göz açanlar dərsini elə körpəlikdən alırlar. Çünki göz-
lərini bu dünyaya açandan saz görüb, söz eşidirlər. Pənah bildirir ki, mən
OZAN DÜNYASI № 4(19), 2014
15
belə bir sənət yolu keçməmişəm. Atam fəhlə olub və mənə sənətin sir-
lərini öyrədə bilməzdi. Mən aşıqlıq yoluna ailə ənənəsinin davamı kimi
yox, qəlbimlə, könlümlə, ürəyimin hökmü ilə qədəm qoymuşam. Bu
cəhətdən şeirdə sonra gələn “Kiminlə ürəkdən dostuq, sirdaşıq // Onunla
ömürlük qalasıyam mən” misralarını da elə bu ruhda anlamaq lazımdır.
Bu misraların iki məna səviyyəsi var:
Birincisi, hərfi məna səviyyəsi;
İkincisi, məcazi-metaforik məna səviyyəsi.
Misraların birinci səviyyədə mənası birbaşa məna olub, ümumi hökm
səciyyəsi daşıyır. Yəni aşıq “Kiminlə ürəkdən dostuq, sirdaşıq // Onunla
ömürlük qalasıyam mən” deməklə dostluqda sədaqətini bəyan edir. Lakin
ikinci məna səviyyəsi birbaşa sənətlə, sazla, sözlə bağlıdır. Aşıq burada
eyni zamanda sənətinə, sözə, saza olan sədaqətini bəyan edir.
Şeirin sonuncu bəndi Aşıq Pənah və Dünya münasibətlərinin ən
munis məqamlarını ifadə edir. “Pənaham, istərəm hər ürək gülsün //
Dünya sinəsindən dərd-qəmi silsin” deyən sənətkar dünyaya, ondakı
bütün varlıqlara olan səmimi hisslərini izhar edir. Şeirin “Yerimi öyrən-
mək istəyən bilsin // Bu qoca Muğanın balasıyam mən” misraları məhəb-
bətin hüdudsuzluğuna işarədir. Muğanda doğulan, burada boya-başa
çatan Pənahın sevgisi dünyanın özü böyüklükdədir. Məhəbbətin bu
nəhəngliyi ilə Pənahın doğma Muğanı böyüyüb, dünyanın özünə bərabər
olur. Bu cəhətdən aşığın “Bağlıdır” gəraylısı da səciyyəvidir:
Göydə cövlan etsə də,
Qartal – dağa bağlıdır.
Qağayılar – dənizə,
Bülbül – bağa bağlıdır.
Tər bənövşə – bahara,
Lalə, nərgiz – dağlara,
Şamamalar – tağlara,
Gül – budağa bağlıdır.
İnsan oğlu – Günəşə,
Pərvanələr – atəşə,
Yar əhvalı – həmişə
Xoş qılığa bağlıdır.
Gözdən gözə düşən yol,
Baxışlar öpüşən yol,
OZAN DÜNYASI № 4(19), 2014
16
Ürəklər görüşən yol –
Bir sorağa bağlıdır.
Pənah – eşq aləminə,
Ömür – vüsal dəminə,
Mahnı – sazın siminə,
Söz – dodağa bağlıdır.
Gəraylı, bildiyimiz kimi, aşıq şeirinin, xalq poeziyasının oynaq, rit-
mik janrıdır. Gəraylı üstündəki havalara insanlar rəqs edirlər. Bu cəhət-
dən, Pənahın “Bağlıdır” adlı gəraylısı poetik ritmin parlaq nümunəsidir.
Burada bədii mətnin forma tərəfini təşkil edən elementlər yüksək bədii
harmoniya yaratmışdır. Bu şeiri hətta adi danışıq intonasiyası ilə oxuduq-
da belə, musuqi, ritm öz-özünə alınır. Ona görə ki, Azərbaycan aşıq sənə-
tinin bağrından qopan Aşıq Pənah bütün varlığı ilə Azərbaycan tarixi səs
potensiyasının daşıyıcısıdır. Şirvan kimi qədim, zəngin, ağır poetik ənə-
nələrə malik bir aşıq mühitində pərvəriş tapmış Aşıq Pənah səs xiridarı
idi. O, milli səs fondunun bütün melodik imkanlarına dərindən bələd idi.
Bunu biz “Bağlıdır” gəraylısının poetik strukturunda açıq şəkildə müşa-
hidə edirik. Misralar bir-biri ilə fonetik-melodik bağlarla bağlandığı kimi,
misradaxili poetik konstruksiyalar – bədii sintaqmlar şeirin bütün bənd-
ləri üzrə poetik paralelizm yaradır. Beləliklə, səslərin, sözlərin, misra-
ların, bəndlərin ritmi bulaqlar, irmaqlar dağ çayına qarışıb onu coş-
durduğu kimi, şeirin ümumi ritmini gücləndirir. Lakin ritm bununla təkcə
güclənmir, həm də daxilən zənginləşir. Çünki bir poetik fonemin səs
güçü ilə bir morfemin, bir leksemin səs gücü fərqli səviyyələri əks etdirir.
Bu səviyyələr bir-birinə laylanıb zəngin məzmun yaradır.
Lakin Aşıq Pənahın “Bağlıdır” gəraylısını poetik sənət incisinə çevi-
rən təkcə forma elementləri (səviyyəsi) deyil, burada məzmunla formanın
zərgər kimi işlənmiş vəhdəti var. Bu vəhdət bu şeiri Azərbaycan aşıq
poeziyasının, xalq şeirinin poetik incisi səviyyəsinə qaldırır.
“Bağlıdır” gəraylısının məzmununa diqqət yetirdikdə Aşıq Pənahın
bir sənətkar kimi dünyaqavrayışının səviyyəsini, başqa sözlə, gerçəkliyi
mənimsəmənin fəlsəfi özünəməxsusluğunu görmək olur. Bu cəhətdən
şeir zəngin material verir. Həm də aydın olur ki, şeirin poetik zənginliyi
Aşıq Pənahın simasında yaşanmış bir ömrün mənaca zənginliyini inikas
edir.
Aşıq Pənah şeirin birinci bəndində təsdiq edir ki, qartal – dağa,
qağayılar – dənizə, bülbül – bağa bağlıdır. Şeirdə təsvir olunan bu bağ-
lılıq bir neçə məna səviyyəsinə malikdir. Bu bağlılıq şeirin ilkin məna
Dostları ilə paylaş: |