OZAN DÜNYASI № 4(19), 2014
22
Pənah bütün varlığı ilə el-obaya, vətənə bağlı insan olub. Bu, təkcə
bir övladın anasına bağlılığı ilə müqayisə olunacaq məhəbbət deyildi.
Burada sənətlə, sözlə, ilhamla bağlı daha dərin bir məna vardır. Ana
yurdun gözəlliyi sənətkarı vəcdə gətirirdi. Təbiət, dağlar, gur şəlalər, qıy
vuran qartallar Pənahın qəlbində coşqun bir cazibə yaradırdı. O, öz
tənindən çıxıb, dağa, şəlaləyə, qartala dönmək istəyirdi:
Ana təbiətin çıxıb qoynuna,
Dağların seyrinə dalmaq istərəm.
Səsimə qüvvəti gur şəlalədən,
Qıy vuran qartaldan almaq istərəm.
Bu şeir ilk baxışdan bir təbiət gözəlləməsidir. Ancaq bu gözəlləmə bir
obraz kimi insanla dünya arasındakı münasibətlərin çox incə məqamını
ifadə edir. Pənah bu gözəllikdən təkcə zövq almır. İçindəki bir qüvvə onu
həmin gözəlliyə qarışmağa, onda əriyib yox olmağa sövq edir. Bax, bu
məqam insan-dünya münasibətlərinin incə tərəfidir. Burada aləmin
vəhdəti var. Sufilər bu bağlantı-cazibəni vəhdəti-vücud adlandırır-
dılar. Yəni varlıq ünsürlərinin ilahi vəhdəti: bütün yaradılmışlar ilahi
vəhdət içərisindədir. Dağ da, qartal da, şəlalə də, insan da vahid yaradı-
lışın ünsürləri olduğu üçün bir-biri ilə bağlıdır. Onlar arasında qovuşma,
cazibə var. Sufilər həmin cazibəni məhəbbət adlandırırdılar. Eyni
mənzərəni – eyni halın ifadəsini Pənahın bu şeirində də görürük. O,
cazibəli vəcd içərisindədir. Elə bir vəziyyətə düşüb ki, özü ilə gözəlliyinə
aşiq olduğu ünsürlər arasında fərq görmür. Sufilər bunu hal məqamı
adlandırırlar. Aşiqlərin eşq yolunun davamçısı Aşıq Pənah da poetik
vəhy məqamında ilahi hala düşüb. Bu cəhətdən şeirdəki təəssürat məhz
poetik halın ifadəsidir:
Ucalım göylərə bu dağlar kimi,
Tər qalım yamyaşıl yarpaqlar kimi.
Dodağı nəğməli bulaqlar kimi
Duyan ürəklərə dolmaq istərəm.
Sürülər yamaca yayılıb necə!
Neyin səsi gözəl, nəğməsi incə.
Onu dinləməkçün, dostlar, bu gecə
Çobanın yanında qalmaq istərəm.
OZAN DÜNYASI № 4(19), 2014
23
Qalxım təpələrə, enim göy düzə,
Baxım qərənfilə, baxım nərgizə.
Doğma yurdumuzu mən gəzə-gəzə
Hər yerdə, hər yanda olmaq istərəm.
Arzumu həqiqət eylər bu diyar,
Burda ömür sürən olar bəxtiyar.
Pənaham, qəlbimdə bir diləyim var:
Sazımı Marsda da çalmaq istərəm.
Pənahın bu təbiət gözəlləməsi, bizə bəzi məsələlərə toxunmaq imkanı
verir. Mən artıq qocaman bir folklorşünasam. Mənim elmdən anladığım
bir böyük həqiqət də var. Folklorşünaslıq elmi bütün digər elmlərdən bir
əsas xüsusiyyətinə görə fərqlənir. Bu elmi təkcə kitabları oxuya-oxuya
öyrənmək olmur. Folklorşünas olmaq üçün gərək folkloru yaşayasan,
özün folklorun içərisində olasan. Bu həqiqiəti mən ilk dəfə mərhum pro-
fessor Sədnik Paşa Pirsultanlının varlığında kəşf etdim. O, daim çöldə-
bayırda, canlı folklor mühitində idi. Folkloru həm öyrənir həm də canlı
şəkildə yaşayırdı. Ona görə də ömrünün son onilliklərində tədqiqatlarının
məzmunu dəyişdi. Folklorun içini, mahiyyətini görən, duyan yazılar yaz-
mağa başladı. Mənim də folklorşünas yaşım az deyil. Cəsarətlə deyə
bilərəm ki, folklor ömrüm elə fiziki-bioloji yaşım qədərdir. Anadan
olandan sazın, sözün, folklorun içinə düşmüşəm. Bugünə kimi bir an da
olsun folklordan ayrı düşməmişəm. Elə buna görə də Pənahın “İstərəm”
şeiri mənim içimi tərpədir, bəzi mətləbləri deməyə sövq edir. Odur ki,
həmin mətləbləri ürəyimdə saxlamaq istəmirəm.
Son zamanlar aşıq sənəti və yaradıcılığını sufizmlə əlaqələndirmək
meylləri güclənib. Qabaqcadan bildiririk ki, biz bunu doğru yanaşma
hesab edirik. Ancaq bir folklorşünaslıq professoru kimi dissertasiyalarla
tanış olduqca görürəm ki, bu məsələdə yanlış yanaşmalar da var.
Bu yanlışlıq nədədəir?
Bu yanlışlıq ilk növbədə tədqiqatçıların sufizmi nəzəri ədəbiyyat-
lardan öyrənib, hazır qəlibləri aşıq yaradıcılığına tətbiq etmələrindədir.
Yən sufizmin nəzəri məsələlərini öyrənir, sonra aşıq şeirini qabaqlarına
qoyub, bildikləri, tanıdıqları sufi obraz və motivlərini axtarırlar. Bu, bi-
zim fikrimizcə, birmənalı şəkildə məsələyə formal yanaşmadır. Belə ya-
naşmada mahiyyət heç vaxt üzə çıxa bilməz. Mahiyyət duyumda, fəhm-
dədir. Məsələn, Pənahın “İstərəm” şeirində təsəvvüfün “tanınan”, “bili-
nən” obraz və motivlərinə şeirin üst qatında, zahiri qılafında rast gəlmi-
rik. Ancaq bu şeirdə təsəvvüfün halı, əhvalı, ovqatı, canlı yaşantısı var.
OZAN DÜNYASI № 4(19), 2014
24
Şeirdə əvvəlcə halı bildirən məqamlara dqqət edək:
... dalmaq istərəm.
... almaq istərəm.
... dolmaq istərəm.
... qalmaq istərəm.
... olmaq istərəm.
... çalmaq istərəm.
Bütün bu hərəkət istəkləri ruhani hal məqamı ilə bağlıdır:
“... dalmaq istəmək” ruhun qovuşma halını;
“... almaq istəmək” ruhun ehtiyac halını;
“... dolmaq istəmək” ruhun çevrilmə halını;
“... qalmaq istəmək” ruhun dinclik halını;
“... olmaq istəmək” ruhun şəkillənmək halını;
“... çalmaq istəmək” ruhun cilvələnmək halını ifadə edir.
Ana təbiətin qoynuna ruhani səyahətə (poetik “seyri-süluka”) çıxan
Pənah dağların seyrinə dalıb dağ olmaq, səsi ilə gur şəlaləyə, qıy vuran
qartala çevrilmək, dağlar kimi göylərə ucalmaq, yamyaşıl yarpaq olmaq,
dodağı nəğməli bulaq olmaq, duyan ürəklərə dolmaq, neyin səsinə,
nəğməsinə çevrilmək, çoban olub gecənin qaranlığına dalmaq, təpə
olmaq, göy çəmən olmaq, qərənfil, nərgiz olmaq, “hər yerdə, hər yanda
olmaq”, dünyaların, fələkləri, planetlərin fövqünə qalxıb “Marsda da
çalmaq”, yəni səsə – sözə – avaza çevrilmək istəyir. Bu “olmaq istəyi”
ruhun halıdır. Mənbəyi, qaynağı, kökü ilə sufilərin, aşiq aşıqların hal
məqamına gedib çıxır. Həmin hal təsəvvüfdə insan qəlbində yaranan
tənasüxün, təcəllanın təzahürü hesab olunur. Belə “hal” məqamında
qoşduğu şeirlərdən birində dediyi kimi:
Mən el aşığıyam, elə bağlıyam,
Obalar mənimdir, ellər mənimdir.
Mən bahar vurğunu, yaz soraqlıyam,
Çiçəklər mənimdir, güllər mənimdir.
Mənimdir yurdumda bu toy, bu busat,
Bu firavan həyat, bu xoşbəxt həyat,
İlhamım quş kimi açır qol-qanad,
Səmalar mənimdir, çöllər mənimdir.
Mənimdir Ay, ulduz, mənimdir ülkər,
Hər doğulan günəş, hər açan səhər,
Ömrümün bir günü min aya dəyər,
Həftələr mənimdir, illər mənimdir.
Dostları ilə paylaş: |