OZAN DÜNYASI № 4(19), 2014
7
qalmadıqda haqq aşığı olan Abbas Tufarqanlı Tanrıya üz tutub imdad
diləyir:
Müşküldə qalmışam, çağırram səni,
Yetiş bir dadıma, ay ağa, haray!
7
Dastanın sözügedən məqamından da göründüyü kimi, ilahi aləmlə
əlaqəsi olan haqq aşığının – Abbas Tufarqanlının dar ayaqda istifadə et-
diyi ürfani çağırış kodu lazımi nəticəni verir: “Birdən quyunun ağzındakı
daş kənar getdi və işıqlıq quyunu bürüdü”
8
. Haqq aşığı ilahi aləmi təmsil
eləyən Həzrət Əli tərəfindən xilas edildiyini bilib deyir:
Binamazlar düşüb haqqın gözündən,
Haqq aşığın görən gəldi, ha gəldi.
9
Bu nümunənin maraqlı cəhəti həm də ondadır ki, aşığın ilahi qüvvə
tərəfindən xilas olunması, xalq təsəvvürüncə, normal haldır və qətiyyən
təsadüf sayıla bilməz. Aşığın dilindən deyilən “haqq aĢığın görən gəldi,
ha gəldi” misrası açıq-aydın göstərir ki, haqq aşığı, el inamına görə, ilahi
qüvvə tərəfindən izlənilir, himayə olunur və toxunulmazlığı təmin edilir.
Elə buna görə də ona qarşı yönəldilmiş hər hansı bir təhlükə ən çıxılmaz
vəziyyətdə belə qeyri-adi tərzdə sovuşdurulur və əksər halda haqq aşığına
qarşı həmin qəbuledilməz tədbiri-təhlükəni həyata keçirən qara qüvvələr
əməllərinə uyğun cəzaya çatırlar. Təsadüfü deyil ki, “Abbas-Gülgəz”
dastanının son zamanlar yazıya alınmış mükəmməl variantlarından birin-
də Abbas azadlığa çıxıb gedəndə onu quyuya atanların yol qırağında əfi
ilan tərəfindən öldürüldüyünü görür
10
.
“Aşığa zaval yoxdur” – qoruyucu-yasağının mövcudluğu və onun
qeyd-şərtsiz qəbulu “Qurbani” dastanında haqq aşığı Qurbaniylə həmin
statusun fərqinə varmayan Qara Vəzir münasibətlərində də qabarıq şəkil-
də özünü göstərir. Qara Vəzir (folklor təfəkkürü onun neqativ missiya da-
şıdığını adı – Qara Vəzir – vasitəsi ilə öncədən müəyyənləşdirmişdir.) ya-
sağı pozaraq haqq aşığını – Qurbanini öldürtmək qərarına gəlir. Cəlladlar
Qara Vəzirin əmri ilə haqq aşığını öldürmək üçün şəhərdən kənara apa-
randa o, yasağı pozmuş mənfi qütbün ünvanına belə bir qarğış göndərir:
7
Orada, s.142
8
Orada, s. 137
9
Orada, s. 138
10
“Abbas-Gülgəz” dastanının 1993-cü ildə Şəmkirli ustad aşıq Murad Niyazlıdan
yazıya alınmış həmin variantı bizdədir.
OZAN DÜNYASI № 4(19), 2014
8
Vəzir, sənə qarğayıram,
Haqq diləyin yetirməsin.
Göydən min bir bəla gəlsə,
Birin səndən ötürməsin
11
.
Burada haqq aşığının yasağın pozulmasının qarşısını almaq və lazımı
ölçü götürmək məqsədi daşıyan qarğışı mifoloji-semantik səciyyəyə ma-
lik mərasim aktı kimi çıxış edir. O, bir növ özünün xilasından ötrü və
yasağın pozulmasının qeyri-məqbulluğunu sübut üçün haqq aşığı ilə mü-
qəddəs ruhlar arasındakı mifik əlaqəni qarğış vasitəsilə işə salmaq məc-
buriyyəti qarşısında qalmalı olur. Folklor təsəvvürünə görə, yasağın po-
zulmasına cəhd göstərildiyi səbəbindən: “...Bu zaman göy guruldadı, bir
ildırım şığıyıb Qara Vəzirin evinin üstünə düşdü. Ev gurhagurla uçub
yerə töküldü. Nərilti, gurultu hər yeri bürüdü. Cəlladlar Qurbanini qoyub
qaçdılar”
12
. Göründüyü kimi, ilahi aləmlə əlaqəsi olan haqq aşığına zaval
yetirmək cəhdi dastanda mifik təxəyyül /aşığın qarğışı və həmin qarğış-
dakı istəklərin müqəddəs ruhlar tərəfindən həmin andaca gerçəkləşdiril-
məsi/ gücünə olmuş olsa da, aradan qaldırılır və bu cəhdi göstərən qüvvə
qeyri-adi tərzdə cəzalandırılır. “Qurbani” dastanının Zəncan versiyasında
hətta aşığın qarğışından sonra onu öldürmək üçün hazır dayanmış cəllad-
ların qılıncları kütləşib əllərindən уеrə düşür. Qara Vəzir isə elə oradaca
yıxılıb ölür
13
. Sözsüz ki, aşığın toxunulmazlığı qənaətinin folklor mətnlə-
rindəki çoxsaylı və çoxvariantlı mənzərəsi bu yasağın son dərəcə geniş
coğrafi və mənəvi şəbəkəyə malik olduğuna dəlalət eləyir. Müşahidə
göstərir ki, “haqq aşığı”nı ərsəyə gətirib ilahi aləmlə bağlayan, ona
toxunlmazlıq statusu verən təsəvvüf dünyagörüşündən çox-çox qabaqlar
da bu sənətin özülündə dayanmış qam-şaman-ozan ənənəsində yuxarıda
şərh edilən anlamda qoruyucu yasaqlar mövcud olmuşdur. Qam-şamanın,
eləcə də ozanın ruhların yardımı ilə gerçəkliyə təsir göstərə bilməsinə,
gələcəkdən xəbər gətirmək imkanına malik olmasına, dərdlərə, xəstəlik-
lərə, müşküllərə çarə qılmasına inanan qədim türklər təbii ki, onların
barəsində mifik təsəvvürdə idilər. Həmin mifik təsəvvür isə qam-şaman
və ozanın ilahi keyfiyyətə malik müqəddəs varlıq kimi qəbul olunması
üçün münbit folklor zəmini yaradırdı.
11
Azərbaycan dastanları. 5cilddə, I c./tərtib edənlər: Ə.Axundov, M.H. Təhmasib/Bakı,
Azərb. EA nəşriyyatı, 1965, s.60
12
Azərbaycan dastanları. 1 c., s.60
13
M.H. Təhmasib. Azərbaycan xalq dastanları /orta əsrlər/, s.337