16
Qədim Misir, Türk,
Hindistan, Yunanıstan və Romanın indiki
dövrə kimi qorunub saxlanılan yazılı abidələri insan və heyvan
orqanizminin həyat və fəaliyyətinin sirlərinin öyrənilməsi prob-
lemləri qədim dövrlərdə də bir çox alimləri narahat etdiyini sübut
edir.
Antik dövr və orta əsrlər. Antik elm daha çox orqanların
xarici təzahürlərinin müşahidə olunması əsasında canlı orqanniz-
min funksiyalarını təsvir edirdi.
Buna görə də daha çox səhv təsəv-
vürlər formalaşırdı.
Qədim yunan fəlsəfi-elmi fik-
rinin yaradıcıları – Heraklit, De-
mokrit, Hipokrat, Sokrat, Platon,
Aristotel və başqaları insan
və hey-
vanların təbiətdə yeri, eləcə də
onları idarə edən qüvvələr barəsində
bütöv bir təlim yarada bilmişlər.
Heraklit eramızdan əvvəl (VI əsrin
sonu, V əsrin başlanğıcı), Hipokrat
(460-377-ci illər), Demokrit (470-
390-cı illər), Aristotel (384-322-ci
illər) sadəlövh materializm mövqe-
yindən, Sokrat (470-393-cü illər) və Platon (428-348-ci illər) isə
dini idealist mövqeyindən çıxış edirdilər.
Tibb elminin atası sayılan
Hipokrat (
Buqrat) (460-377) insan
sağlamlığını qorumaq üçün qiymətli fikirlər söyləmişdir.
Hipokrat qeyd edirdi ki, bizim sevinci, həzzi, şadlığı hiss
etməyimiz, kədərlərimiz, ağrımız, göz yaşlarımız
məhz beynin
fəaliyyəti nəticəsində əmələ gəlir. O, insan bədəninin quruluşunu,
şişlərin və çıxıqların müalicə üsullarını göstərmişdir. Onun
fikrincə, insanın sağlamlığı dörd əsas mayenin miqdarından
asılıdır. Hipokrat bu mayenin miqdarına görə insanları dörd tipə
bölmüşdür:
1.
Sanqviniklər – qanı çox olanlar – sakit, dözümlü;
2.
Fleqmatiklər – seliyi çox olanlar – az hərəkətli, səbirli;
Hipokrat
(460-377)
17
3.
Xoleriklər – sarı ödü çox olanlar – cəld, enerjili;
4.
Melanxoliklər – qara ödü çox olanlar – özünə inanmayan,
küsəyən olurlar.
Belə ki, qədim Yunanıstanın
dahi mütəfəkkiri Aristotel (384-
322) (Şərq ədəbiyyatında Ərəs-
tun – b. e. ə. IV əsr) qanın qara-
ciyərdə əmələ gəldiyini, daha
sonra isə qaraciyərdən hiss, hə-
yəcan mənbəyi olan – ürəyə
daxil olduğunu və limfa damarlar
vasitəsilə qan ilə qidalanan digər
orqanlara yayıldığını göstərirdi.
Cəsədin yarılması zamanı cərrahi
yolla arterial damarları kəsən
zaman qan olmadığından,
onlara
hava aparan damarlar adı ver-
ilmişdir. Bu baxımdan, hava (ok-
sigen) daşıyan arteriyaların adı (yunan dilindən tərcümədə aeros-
hava, tireo-ibarət olmaq) indiki dövrə kimi qorunub saxlanılmış-
dır. O, cift qan damarlarını, qaraciyərin həzmdə rolunu, üçgünlük
toyuq rüşeymində ürək döyünmələrini, insanın yaş dövrlərini
təsvir etmişdir. Aristotel «Məşhur ruh haqqında traktat» əsərində
ruhun, şüurun, beynin fəaliyyəti nəticəsində əmələ gəldiyini
göstərmişdir.
Demokritin «Solidar» (
solidus – bərk) nəzəriyyəsində irəli
sürdüyü fikrə əsasən insan psixikası xarici aləmin cisimlərindən
qopan atomların bədənə təsiri sayəsində yaranır.
Atomlar bir-
birinə yaxınlaşdıqca insan sağlam olur, əksinə, uzaqlaşdıqca,
orqan yumşalır və xəstəlik baş verir.
Bununla bərabər Aristotelin, Hipokratın və xüsusilə də Roma
təbibi Qalenin (b.e.ə. II əsr, 129-201) elmi əsərləri bir sıra
səhvlərdən və yanlış mülahizələrdən ibarət olsa da, insan və hey-
van bədəninin quruluş və fəaliyyəti haqqında pərakəndə
məlumatları birləşdirərək, fiziologiya elminin təşəkkül tapması
Aristotel
(384-322)
18
üçün zəruri olan ilkin şərtlər kimi çox böyük əhəmiyyətə malik
olmuşdur. Belə ki, Qalen heyvanların üzərində apardığı
təcrübələrə əsaslanaraq qanın
nəinki venalardan, o cümlədən ar-
teriyalardan da axdığını göstərmişdir. O, insan beynini bədənin
«ümumi idrak və təfəkkür qabiliyyəti» kimi nəzərdən keçirərək,
onun quruluşunu və ondan çıxan sinirləri təsvir etmişdir. Qalen
hərəkət zamanı sümüklərin və əzələlərin işini öyrənməklə bizim
bütün hərəkətlərimizin beyin tərəfindən nizamlandığını müəyyən
etmişdir. Qalenə görə bizim hisslərimiz xarici mühitin təsirindən
yaranır. Makedoniyalı İsgəndərin təbibi Erazistrat (b.e.ə. III əsr)
hərəkətlərin idarə olunmasında və hissiyatın əmələ gəlməsində
sinirlərin rolunu göstərməklə yanaşı, süd şirəsi vəzilərini təsvir
etmişdir.
Orta əsrlərdə dahi filosof və
təbib kimi tanınmış türk təbibi
Əbu Əli İbn Sina (980-1037)
həmin
dövrdə orqanizmin bir çox
funksiyalarının dərk olunmasına
əhəmiyyətli töhfəni vermişdir. O,
hesab edirdi ki, xarici aləm hiss
üzvlərimiz vasitəsilə beynə təsir
edərək və müxtəlif duyğular əmələ
gətirir. Onun XII əsrdə latın dilinə
tərcümə olunmuş «Təbabət
elmlərinin qanunları» əsəri Av-
ropada təbabətin inkişafına güclü
təsir göstərmişdir.
Orta əsrlərdə insan meyiti
üzərində anatomik müşahidələr,
cərrahi əməliyyatlar aparmaq qadağan olunsa da A.Vezali (1514-
1564) belə müşahidələr aparmış və bunları «İnsan bədəninin
fabrikası haqqında» əsərində anatomik və fizioloji funksiyaları
birlikdə təsvir etmişdir.
İntibah dövrü. Burjuaziya
quruluşundan kapitalizm quru-
luşuna keçid uğrunda mübarizəni əks etdirən bu dövr (XV və XVI
Əbu
Əli
İbn
Sina
(980-1037)
19
əsrlər) təbiət elmlərinin, o cümlədən də insan və heyvan orqaniz-
minin həyat fəaliyyəti haqqında elmin sürətli şəkildə çiçəklənməsi
ilə məşhurdur.
İngilis təbibi Vilyam Harvey
(1578-1657) eksperimental
tədqiqatın morfoloji və funksional
üsullarından istifadə etməklə ilk
dəfə qan dövranını təsvir etmişdir.
Buna görə də V.Harveyin «Hey-
vanlarda ürəyin quruluşu və qanın
damarlarla hərəkəti haqqında
anatomik tədqiqatlar» kitabının işıq
üzü gördüyü 1628-ci
ili fiziologi-
yanı sərbəst elm kimi meydana çıx-
ması tarixi hesab edirlər.
XVII-XVIII əsrlərdə mexani-
kanın, astronomiyanın, riyaziyyat
və digər təbiət elmlərinin, o cümlədən də biologiyanın sürətlə ink-
işaf etməsi burjua iqtisadiyyatının elmə olan maraqlarına
əsaslanırdı. Lakin bu dövrün fiziologiyası əsas etibarilə anotomik
tədqiqatların əsasında inkişaf etmişdir. Belə ki, süd vəzilərinin
təsvir olunması (B.Azelli, 1622) limfa dövranının öyrənilməsinin
əsasını qoydu. Qan kapilyarlarının kəşf olunması isə (M.Malipigi,
1697) qan dövranının qapalı sistem olmasını isbat etməyə imkan
verdi.
Fizika və kimya elmlərinin nailiyyətləri fizioloji hadisələrin
fiziki və kimyəvi proseslər əsasında nəzərdən
keçirilməsinə şərait
yaratmışdır. K.Şeyner (1643) işığın göz linzalarında sınmasının
optika qanunları əsasında baş verdiyini göstərmişdir. S.Xels
(1733) arteriyada qan təzyiqinin həcmini ölçərək, qanaxmanın
hidravlik qanunlarını nəzərdən keçirmişdir; L.Spallansani (1786)
qidalanma prosesini qida maddələrinin kimyəvi parçalanma reak-
siyaları kimi nəzərdən keçirmişdir.
Dahi fransız filosofu dualist mövqedən çıxış edən R.Dekart
(1644) bədəndən ayrı, dərkedilməz «şüurlu ruhun» varlığını qəbul
Vilyam
Harvey
(1578-1657)